İranda zavodda partlayış: yaralılar var

İranın İsfahan şəhərində kimyəvi məhsullar və fişəng istehsal edən zavodda partlayış olub.

Sozcu.az xəbər verir ki, bu barədə “Röyter” məlumat yayıb.

Məlumata görə, partlayış nəticəsində 9 nəfər xəsarət alıb.

İsfahanın təcili tibbi yardım xidmətinin mətbuat katibi Abbas Mehdi yaralıların xəstəxanaya yerləşdirildiklərini deyib.

Partlayışın səbəbləri araşdırılır.

Facebook Comments