Rusiyanı əsəbiləşdirəcək memorandum: 3 ölkə razılaşdı

Ukrayna, Gürcüstan və Moldova Avropaya inteqrasiya məsələlərində genişləndirilmiş əməkdaşlığın başlanmasına dair memorandum imzalayıb.

Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Xarici işlər Nazirliyi məlumat yayıb.

Kiyevdə baş tutan imzalama mərasimində Ukrayna XİN başçısı Dmitri Kuleba, Moldova xarici işlər naziri Aureliu Çokoy və Gürcüstan xarici işlər naziri David Zalkaliani iştirak edib.

Kuleba bununla 3 ölkə arasında “Assoşeyted Trio”nun yaradıldığını bəyan edib:

“Bu, üç ölkə arasında Avropaya inteqrasiya mövzusunda əməkdaşlıq əlaqələrini artıracaq. Bu yeni bir təşəbbüsdür və bu qərar çox vaxtında qəbul edilib”.

Onun sözlərinə görə, Ukrayna, Gürcüstan və Moldova Avropa Birliyi ilə münasibətlərdə xüsusi tərəfdaş statusuna malikdirlər.

Facebook Comments