“Mourinyonun istefaya göndərilməsi məni təəccübləndirdi”

“Tottenhem”in hücumçusu Harri Keyn Joze Mourinyonun klubun baş məşqçisi vəzifəsindən uzaqlaşdırılmasına təəccüblənib.

Sozcu.az xəbər verir ki, bu barədə o, “Sky Sports”a açıqlamasında deyib:

“Jozenin işdən çıxarılması məni təəccübləndirdi. İstefasını rəsmi açıqlamadan 5-10 dəqiqə əvvəl öyrəndim. Hamımızın diqqətimi İngiltərə kubokunun finalına hazırlaşmağa yönəlmişdi, amma bu futboldur. Məşqçinin qovulacağını az adam gözləyir, ancaq bu, oyunun bir hissəsidir. Jose ilə əla münasibətimiz var idi, ona gələcək karyerasında ən yaxşısını arzulayıram”.

Qeyd edə ki, Mourinyo “Tottenhem”də 2019-cu ilin noyabrından işləyirdi. O, aprelin 20-i istefaya göndərilmişdi.

Facebook Comments