İnterpolla axtarışa verdiyimiz Araik Tərtərin kəndlərini gəzdi…-FOTO

Yuxarı Qarabağın bir hissəsində Rusiya hərbçilərinin himayəsində qalaraq hələ də ürək bulandırmaqda davam edən separatçı-terrorçu erməni rejimi tör-töküntülərinin terrorçu başçısı Araik Arutyunyan Azərbaycan Respublikasının Tərtər rayonuna aid 4 kəndində səfərdə olub.

Sozcu.az xəbər verir ki, bu haqda Xankəndindəki separatçı nəşrlər məlumat yayıb.

Məlumata görə, Azərbaycan dövlətinin İnterpol vasitəsilə axtarışa verdiyi separatçı-terrorçu rəhbər Tərtər rayonunun “Maqavuz” adlandırılmış Çardaqlı, “Varknataq” –Miqrelalay, “Mets Şen”- Ulu Qarabəy, “Moxrataq” – Kiçik Qarabəy kəndlərini gəzib. Araik həmin kəndlərdə sülənən ermənilərin problemləri ilə maraqlanıb. Müxtəlif sosial obyektlərin, yol və su xətlərinin tikintisi, təmiri və s. üçün göstərişlər verib.

Xatırladaq ki, Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük müzəffər savaşımızdan sonra Tərtər rayonunun 1992-1993-cü illərdən işğal altında qalan( sovet dövründə keçmiş Ağdərə rayonuna aid olan) 13 kəndindən cəmi 3-ü( Suqovuşan, Talış, Çaylı) azad edilib.

P.S….

Sultan Laçın
moderator.az

Facebook Comments