Taleyin umuduna qalan vətəndaşlar - İşsizlik müavinəti niyə ödənilmir?

Taleyin umuduna qalan vətəndaşlar... İşsizlik müavinəti niyə ödənilmir? Ölkə konstitusiyasında belə bir maddə var. Azərbaycan Respublikasında dövlət hakimiyyətinin yeganə mənbəyi Azərbaycan xalqıdır. Bu maddədən məlum olur ki, dövlətin əsas mənbəyi XALQdır.  Yeri gəlmişkən, o zaman diqqət edib görək ki, hökumət xalqı sosial-iqtisadi baxımdan necə yaşadır? Xalqın rifah halı necədir, ürək açandırmı, yoxsa yox?  Ölkə əhalisinin əksər hissəsinin ağır, çətin, hətta bir çox ailələrin ürək ağrıdan dözülməz sosial-iqtisadi durumundan açıq-aydın məlum olur ki, Azərbaycanda neçə illərdir ki, işsizlik hökm sürür. Minlərlə ailələrin sosial vəziyyəti demək olar ki, çox acınacaqlıdır və çox məşəqqətlidir. Bəzi xəbər saytlarında işsizliklə bağlı belə bir rəsmi və eləcə də qeyri-rəsmi bəzi məlumatlar var. Deməli, dərc olunan rəsmi məlumatlarda deyilir ki, 2024-cü ilin aprelində Azərbaycanda işsizlik səviyyəsi 5,4 % olub. Amma qeyri-rəsmi məlumata görə ölkədə 650 mindən çox əmək qabiliyyəti olan vətəndaşlar var. Bəs hansı məlumata inansaq doğru olar? Çünki rəsmi və qeyri-rəsmi məlumatlar arasında görün necə böyük fərq görünür. Elə bu məqamda hökumət üzvlərinə və məmurlara sual olunur ki, Azərbaycanda iş yerləri olsaydı hər il minlərlə vətəndaşlar  Qərbə, Avropa ölkələrinə niyə köçüb gedir? Ölkənin bəzi xəbər saytlarında 2023-cü ilin rəsmi statistikasına görə, son beş ildə 3 mindən çox tibb işçisi Azərbaycanı tərk edərək Almaniyaya köçüb.  Bu müddətdən  isə 1 il 6 aydan çox vaxt ötüb. Deməli, çox təəssüflər olsun ki, 2 ilə yaxın olan bu zaman ərzində yüzlərlə həkim yenə də Avropaya üz tutub.   Bu isə Azərbaycandan xarici ölkələrə güclü beyin axınının olması deməkdir. Onu da  vurğulayıram ki, son nəticələrə diqqət etdikdə məlum olur ki, bu, geriyə dönüşü olmayan beyin axınıdır. Hətta təəssüf doğuran belə bir məlumat da var ki, Avropaya həkim axını üzrə hesabatda keçmiş SSRİ ölkələri üzrə ilk 3 ölkədən biri Azərbaycandır. Əgər belə davam etsə, bu gedişlə çox yaxın illərdə Bakıda, həmçinin regionlarda ciddi həkim çatışmazlığı yaranacaq. Təəssüflər. İndi isə işsizliklə bağlı yenə bəzi məsələlərə toxunaq. Azərbaycan hökuməti aidiyyatı dövlət qurumlarında rəsmi olaraq işsiz kimi qeydiyyatdan keçən vətəndaşlara minimum əmək haqqı məbləğində işsizlik müavinəti versə çox yaxşı olar.  Çünki ölkədəki işsiz vətəndaşlar çörək və ərzaq məhsulları ala bilmədiyinə görə qidalana bilməz və bunun da nəticəsində həmin vətəndaşlar günlərlə ac qalar, hətta həyatını itirə bilər. Belə xoşagəlməz hallar isə vətəndaşların həyatı ilə bağlı böyük faciəyə səbəb olar. Hökumət bunun fərqindədirmi görəsən? Jurnalist olaraq bir nüansı da söyləyim. Məmurlar çox yaxşı bilir ki, Qərb ölkələrində, Avropada işsiz vətəndaşlara hökumət tərəfindən minimum əmək haqqı qədər də olsa işsizlik müavinəti ödənilir. Sual olunur ki, Azərbaycanda işsiz vətəndaşlara işsizlik müavinəti nə üçün ödənilmir? Neft-qaz ölkəsi olan Azərbaycan hökuməti aidiyyatı qurumlarda, eləcə də Dövlət Məşğulluq Xidmətində qeydiyyata alınaraq işsiz statusu alan vətəndaşlara, niyə, nədən işsizlik müavinəti ödəmir bəs?  Zəngin Azərbaycan hökumətinin təbii ki,  buna imkanı var. Belə olan halda hökumət və dövlətin bu məsələlərlə bağlı aidiyyatı qurumları işsiz vətəndaşlara hansı səbəblərə görə işsizlik  müvainəti vermir? Cənab Baş nazir, hökumət üzvləri, yüksək vəzifəli şəxslər, məmurlar, eləcə də aidiyyatı qurumların rəhbərləri. Bu məsələləri sözün həqiqi mənasında ciddiyə alın. Cənablar, suallarımı cavablandırmağınızı sizlərdən çox-çox xahiş edirəm... P. S. Bir daha xatırladım ki, dövlətin yeganə mənbəyi Azərbaycan Xalqıdır. XATİRƏ ƏZİZ Rəhimli Şair-jurnalist

Reabilitasiya mərkəzinin əməkdaşı 2 nəfəri bıçaqlayıb

Bakıda reabilitasiya mərkəzində işləyən şəxs küçədə iki nəfəri bıçaqlayıb. Sozcu.az Oxu.az-a istinadən, hadisə paytaxtın Nizami rayonunda baş verib. Bakı şəhər sakini Orxan Aslanov (soyadı şərtidir) narkomaniya xəstəliyinə görə müalicə kursu keçən pasiyentindən mərkəzə olan pul borcunu almaq üçün yaşadığı evə gedərkən yolda Murad və Vüqar adlı şəxslərlə rastlaşıb. Söhbət əsnasında tərəflər arasında mübahisə yaranıb. Mübahisə davaya çevrilib və Orxan üzərində gəzdirdiyi bıçaqla Murada 7 zərbə endirib. Hadisə zamanı onları ayırmağa çalışan Vüqar da bıçaq xəsarətləri alıb. Fakt üzrə cinayət işi başlanıb və iş məhkəməyə göndərilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə O.Aslanov 6 il azadlıqdan məhrum edilib.

MN-dən xəbərdarlıq: Təşvişə düşməyin, partlayış səsləri...

Pirəkəşküldə 7-11 iyul tarixlərində müddəti başa çatmış və istifadəyə yararsız döyüş sursatları məhv ediləcək. Bu barədə Sozcu.az-a Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda məhv edilməsi prosesi həyata keçiriləcək: "Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq".

Qaxa istirahətə gedən iş adamının meyiti tapıldı

Qaxda istirahətdə olan Bakı sakini evdə ölü tapılıb. Sozcu.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə rayonun Qaşqaçay kəndində baş verib. Bakı şəhər sakini, 1958-ci il təvəllüdlü Elçin Məmmədov Qax rayonundakı evinə istirahət məqsədilə gedib. Dünən axşam saatlarında onun yaşadığı evdə meyiti aşkar edilib. Məlumata görə, əslən Qax rayonundan olan E.Məmmədov Bakıda bizneslə məşğul imiş. O, bir neçə gün öncə istirahət məqsədilə rayondakı evinə gedibmiş. Faktla bağlı araşdırma aparılır.

Tverdə azərbaycanlılar saxlanıldı

Rusiyanın Tver vilayət prokurorluğu saxta içki və qanunsuz tütün məmulatlarının dövriyyəsi ilə məşğul olan cinayətkar dəstənin ifşa olunduğunu açıqlayıb. Sozcu.az Bakupost.az-a istinadla xəbər verir ki, rəsmi məlumata görə, cinayətkar qrupun təşkilatçısı və 8 üzvü saxlanılıb. İstintaq onların 2022–2025-ci illər ərzində qeydiyyatsız, markasız tütün və spirtli içkilərin satışını həyata keçirdiyini müəyyən edib. Qeyd olunur ki, saxlanılanlar arasında Azərbaycan əsilli şəxslər də var.

ABŞ-da təbii fəlakətdə ölənlərin sayı artdı

ABŞ-ın Texas ştatında daşqınlar nəticəsində ən azı 82 nəfər ölüb. Sozcu.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb. Bildirilib ki, qurbanların sayı artmağa davam edir.

Fransalı gənc İranda yoxa çıxdı

18 yaşlı fransalı velosipedçi Leonar Monterloz İranda iyunun 16-dan itkin düşüb. Sozcu.az xəbər verir ki, bu haqda Fransa mənbələri məlumat yayıb. Bildirilib ki, onun barəsində hər hansı məlumat almaq mümkün olmayıb və bu, Monterlosun taleyi ilə bağlı narahatçılığı artırır. Qeyd edək ki, bir müddət əvvəl Fransa hökuməti vətəndaşlarına İrana getməmək barədə xəbərdarlıq edib.

Bakıda məşhur brendin anbarı yandı: geyimlər məhv oldu

“LC Waikiki” mağazalar şəbəkəsinin anbarında yanğın baş verib. Sozcu.az Musavat.com-a istinadla xəbər verir ki, hadisə iyulun 6-da gecə saat 02:00 radələrində olub. Hadisə mağazalar şəbəkəsinin Binəqədidə yerləşən anbarında yaşanıb. Yanğın nəticəsində xeyli miqdarda ziyan dəyib. Şirkətin xeyli sayda geyim əşyaları yanaraq məhv olub. İlkin məlumata görə hadisə qısapanmadan baş verib.

Tramp Maskı yenə “vurdu”: Relsdən çıxan qatar...

ABŞ Prezidenti Donald Tramp İlon Maskın yeni siyasi partiya yaratmaq planlarını tənqid edərək, onları gülünc və Vaşinqtonun siyasi sistemi üçün faydasız adlandırıb. Sozcu.az xəbər verir ki, bu barədə Tramp jurnalistlərə açıqlamasında deyib. “Hesab edirəm ki, üçüncü partiyaya başlamaq gülüncdür. Respublikaçılar Partiyası ilə çox böyük uğurlar əldə etmişik. Sistem həmişə iki partiya üzərində qurulub - üçüncü partiyalar heç vaxt işləməyib. O, əylənə bilər, amma bu, sadəcə, xaos əlavə edəcək”, - o bildirib. Qeyd edək ki, daha sonra Tramp sosial mediadakı paylaşımında Maska qarşı “hücum”unu gücləndirib: “Maskın tamamilə “relsdən çıxdığını” və mahiyyətcə QATAR olduğunu görmək məni kədərləndirir”. Xatırladaq ki, Mask Amerika Partiyasının yaradıldığını elan edib.

Ağ günə həsrətli talelər...

Ağ günə həsrətli talelər... Ağrılı-acılı ötən ömürlər... Qələmə aldığım bu yazıda bəzi ciddi məsələlərdən söz açmaq istəyirəm.  Mən, Rəhimli Xatirə Əziz qızı ( Xatirə Əziz) şair-jurnalistəm. Azərbaycan Yazıçılar Birliyinin və Jurnalistlər Birliyinin üzvüyəm.  Ali təhsilliyəm. Bir neçə ixtisas üzrə təhsilim var, yenə oxuyuram, digər bir universitetdə  "sinema, radio, televiziya proqramçılığı" fakültəsində ödənişli distant təhsil alıram.  Qeyd edim ki, oxuduğum müddətdə təhsil haqqımı vaxtlı-vaxtında ödəmişəm. Deməli, dünən və bu gün imtahanlarım oldu, amma  imtahanların heç birinə buraxılmadım.  Çox təəssüflər olsun ki, imtahanlarım başlayana qədər təhsil haqqımı ödəyə bilmədim. Onu da deyim ki, imtahana buraxılmadığıma görə elə üzgünəm ki... Çox çarəsiz qaldım... Qismətmi beləymiş? Milyonlar səltənəti, neft-qaz ölkəsi olan Azərbaycanın mənəvi baxımdan çox-çox zəngin, amma maddi baxımdan isə ən kasıb, ən yoxsul VƏTƏNDAŞıyam...  Böyük Allah saysız-hesabsız təbii sərvətləri Azərbaycana niyə qismət etdi? Çünki Vətənimizin sərvətlərindən dövlət büdcəsinə gələn maliyyə vəsaiti, milyonlar, milyardlar ancaq və ancaq bu ölkədə bir qrup adamın, yüksək vəzifəli şəxslərin və məmurların cibinə axıb dolur... Çox təəssüf. Neçə illərdir kasıblıq içində yaşadığımız əzab-əziyyətli, dərdli günlərdən, ağrılı-acılı ömrümüzdən görürük ki, ağ günlər, xoş günlər Azərbaycan XALQından çox-çox uzaqlardadı... Elə bil ki, kimlərsə bizləri qarğıyıb. Yəni səfalət içində ac-yalavac qaldığımız, dilənçi günündə yaşadığımız qəm-qüssəli ömürdən-gündən məlum olur ki, ölkəmizin sərvətlərindən gələn pul-paranın bu XALQa heç bir aidiyyatı yoxdur. Amma bu ölkənin təbii sərvətləri bu XALQa məxsusdur axı... Azərbaycan xalqı isə təəssüf ki, çox kasıb və çox yoxsul günlərdə yaşayır. Bəxtsiz-talesiz zavallı XALQımız. Yerlərin-Göylərin Sahibi olan Sahiblər Sahibi ey Böyük Allah! Nə üçün bu XALQı bu qədər bəxtsiz, talesiz yaratdın? Bu necə taledir axı yazdın qismətimizə? Belə əzablı tale, belə ağrı-acı dolu yazı, belə kədərli həyat olarmı, İlahi? Taleyimiz niyə bu qədər əzablı oldu? Hardasa belə bir atalar məsəli oxumuşam. "Allahın qırx il (40) səbri var". Allahın da nə qədər çox səbri varmış... Amma mənim səbrim tükənib, bitib daha... Vallah-billah dözə bilmirəm bu qədər haqsızlığa, bu qədər ədalətsizliyə.  Doğma yurdumdan, elimdən, obamdan baş götürüb getməyə yer axtarıram. Bu ölkədəki ədalətsizlik, haqsızlıq məni çox usandırır, bezdirir. Uca, Böyük Yaradan kaş ki, bir möcüzə etsin, bu ölkədən köçüm gedim. Ədalətsizliyə, haqsızlığa küskün, kövrək, duyğulu şair ürəyim daha dözə bilmir... Ana dediyimiz, çox sevdiyimiz Vətənimizdə diri gözlü, gözlərimiz baxa-baxa həyatımız, ömrümüz-günümüz məhv olub gedir... Ürəyimiz əsəbdən, gərginlikdən, ağrı-acıdan, ədalətsizlikdən, haqsızlıqdan çatlayıb min bir yerə bölünür. Şair-jurnalist kimi mənə çox qəribə gəlir ki, bu ölkədəki ədalətsizliyi, haqsızlığı ölkə vətəndaşları sanki görmür, ədalətsizlikləri, haqsızlıqları sakitcə seyr edirlər...  Çox sevdiyim doğma ana Vətənim Azərbaycanda yaşamağa mənzilim yoxdur, işləməyə də iş yerim yoxdur. Təəssüflər... Cənab məmurlar, bu ölkədə necə yaşayım mən? Xahiş edirəm, sualımı cavablandırın... Nə deyim daha?... Necə deyərlər, sözün bitdiyi yerdi. XATİRƏ ƏZİZ Rəhimli Şair-jurnalist

"Hizbullah" tərksilah olmaqdan İMTİNA ETDİ

Livanın "Hizbullah" Hərəkatı tərksilah olmaqdan imtina edib. Sozcu.az xəbər verir ki, bunu bu gün "Hizbullah"ın lideri Naim Qasım bəyan edib. Naim Qasım deyib ki, İsrailin təhdidlərinə və artan beynəlxalq təzyiqlərə, o cümlədən Livan hökumətinin çağırışına baxmayaraq Hizbullah silahı yerə qoymayacaq və təslim olmayacaq. Hizbullahın lideri Livan hökumətini atəşkəs razılaşmasına baxmayaraq İsraiin davam edən hücumları qarşısında susmaqda da günahlandırıb.

Ermənistan ölkə ərazisindən hərbi məqsədlər üçün istifadə imkanını rədd etdi

Rəsmi İrəvan üçüncü dövlətlərin Ermənistan ərazisindən digər ölkələrə qarşı hərbi əməliyyat üçün istifadə olunması ehtimalını rədd edib. Sozcu.az Report-a istinadən xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibinin sosial şəbəkələrdə dərc etdiyi bəyanatında deyilir. “Mətbuatda yer alan bəzi uydurma məlumatlara cavab olaraq Ermənistan öz prinsipial mövqeyini bir daha təsdiqləyir: ölkə ərazisi üçüncü dövlətlər tərəfindən heç bir qonşu ölkəyə qarşı hərbi əməliyyatlar həyata keçirmək üçün istifadə edilə bilməz”, - bəyanatda vurğulanır.

Mağarada əməliyyat: Türk ordusunun 5 hərbçisi şəhid oldu

Pəncə-Kilid hərəkat zonasında Türkiyə ordusunun 19 hərbi qulluqçusu metan qazından zəhərlənib. Dərhal xəstəxanaya yerləşdirilmələrinə baxmayaraq, onlardan 5-i şəhid olub. Sozcu.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin məlumatında deyilir. Bildirilib ki, terrorçular tərəfindən öldürülən Nuri Melih Bozkurtun nəşinin tapılması üçün mağarada aparılan əməliyyat-axtarış tədbiri zamanı sözügedən hadisə baş verib. Ərazidə xilasetmə tədbirləri Türkiyə Fövqəladə Halların İdarəolunması Agentliyi (AFAD) və ordu qüvvələri tərəfindən davam etdirilməkdədir.

Mask "Amerika"nın qeydiyyatı üçün müraciət etdi

Milyarder İlon Mask ABŞ-ın Federal Seçki Komissiyasına Amerika siyasi partiyasını qeydiyyatdan keçirmək üçün ərizə verib. Sozcu.az xəbər verir ki, müvafiq sənəd agentliyin portalında yerləşdirilib. Məlumata görə, partiya Amerika (America Party, AMEP) Partiyası adlanacaq. Ərizə iyulun 6-da təqdim olunub. Qeyd edək ki, iyulun 5-də Mask siyasi partiya yaradacağını bəyan edib.

Tramp bu ştatda fövqəladə vəziyyət elan etdi

ABŞ Prezidenti Donald Tramp təbii fəlakətdən dolayı Texas ştatının Kerr dairəsində fövqəladə vəziyyət elan edib. Sozcu.az xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri sosial şəbəkədə yazıb. Amerika lideri qeyd edib ki, fövqəladə vəziyyətin elan edilməsi təcili yardım xidmətlərinə dərhal lazımi resursları ayırmağa imkan verəcək. Qeyd edək ki, leysan yağışlar və Qvadalupe çayının daşması nəticəsində sözügedən bölgədə fəlakətli vəziyyət yaradıb. Son məlumatlara görə, Texasın mərkəzində daşqınlar nəticəsində azı 59 nəfər ölüb, 850-dən çox insan təxliyə edilib.

Ukraynaya silah axınını dərhal bərpa edin - Makkol

ABŞ-ın yüksək rütbəli hərbçiləri belə qənaətə gəliblər ki, bu həyati vacib silahların Ukraynaya verilməsi Amerikanın döyüş hazırlığını təhlükə altına qoymur. Buna görə də administrasiyanı silah axınının bərpasına dərhal başlamağa çağırıram. Sozcu.az xəbər verir ki, bunu ABŞ-ın respublikaçı konqresmeni Maykl Makkol Ukraynaya silah tədarükündə yaranmış fasilə barədə danışarkən bildirib. “Pentaqonun silah tədarükünü dayandıran məmurları Prezident Trampın sülhə nail olmaq istiqamətində göstərdiyi nəcib səyləri sadəcə zəiflədir”, – deyə Makkol vurğulayıb. Qeyd edək ki, Pentaqon bəzi zenit raketlərinin və digər yüksək dəqiqlikli sursatların Ukraynaya tədarükünü dayandırıb.

Rusiyanın itkiləri yeniləndi

Ukrayna müharibənin 1229-cu günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 1 026 440 hərbçi, 10 992 ədəd tank, 22 956 ədəd zirehli döyüş maşını, 29 960 ədəd artilleriya sistemi, 1 430 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 1 192 hava hücumundan müdafiə sistemi, 421 ədəd hərbi təyyarə, 340 ədəd helikopter, 54 252 ədəd avtomobil texnikası, 43 825 ədəd PUA, 3 439 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 3 925 xüsusi avadanlıq itirib.

Rusiyada təyyarə qəzası: yaralılar var

Rusiyanın Zabaykalye diyarında An-2 təyyarəsi qəza enişi edib. Sozcu.az xəbər verir ki, bu barədə diyarın qubernatoru Aleksandr Osipov məlumat yayıb. Onun sözlərinə görə, təyyarə havaya qalxdıqdan 16 dəqiqə sonra Çita rayonunda sərt eniş edib. Təyyarədə 10 paraşütçü və 1 pilot olub. 9 nəfər xəstəxanaya yerləşdirilib. Onlardan üçünün vəziyyəti ağırdır. Məlumata görə, havada olarkən təyyarənin mühərriki dayanıb.

Şəmkirdə ağır qəza: ölü və yaralılar var

Şəmkirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Sozcu.az xəbər verir ki, "Toyota" və VAZ-2106 markalı avtomobillərin toqquşması nəticəsində Şəmkir rayon sakini, 1990-cı il təvəllüdlü Əli İsmayılov aldığı xəsarətdən dünyasını dəyişib. Daha bir neçə nəfər isə xəsarət alıb. Faktla bağlı araşdırma aparılır.

Laçında yük maşını dərəyə aşdı

Laçında "HOWO" markalı yük maşını dərəyə aşıb. Sozcu.az xəbər verir ki, hadisə nəticəsində xəsarət alan olmasa da, avtomobilə ciddi ziyan dəyib. Faktla bağlı araşdırma başlanıb.

Valideynlərin bir çoxu övladını rus bölməsinə göndərmək üçün xüsusi yollar axtarır

Azərbaycanda 2025-ci il üzrə ümumi təhsil üçün ayrılmış büdcə 2 milyard 347 milyon manatdır. Bu vəsaitin təxminən 400 milyon manatı – yəni 17 faizi – məhz rus bölməsində təhsilin saxlanmasına sərf olunur. Halbuki bu qədər vəsaitlə dövlət dilində tədrisin keyfiyyətini yüksəltmək, müəllim hazırlığını gücləndirmək, dərsliklərin məzmununu yeniləmək, məktəbləri yeni tədris resursları ilə təmin etmək mümkün olardı. Söhbət rus dilindən yox, təhsil siyasətində prioritetlərin düzgün qurulmamasından gedir. Əgər dövlət dili Azərbaycan dilidirsə, o zaman büdcədən maliyyələşən ümumi təhsil də yalnız dövlət dilində olmalıdır. Təhsil haqqında Qanunun 19.2-ci maddəsinə görə, ümumi təhsil Azərbaycan dilində aparılmalıdır. Digər dillərdə təhsil yalnız xüsusi zərurət olduqda, mədəni və etnik azlıqlar üçün nəzərdə tutulub. Amma Bakı və digər şəhərlərdə rus bölməsi artıq alternativ yox, paralel sistemə çevrilib və bu, həm hüquqi, həm maliyyə, həm də strateji baxımdan ciddi uyğunsuzluq yaradır. Rus bölməsinə ayrılan vəsaitin təyinatını dəyişmək siyasi yox, elmi-pedaqoji yanaşmadır. Əgər həmin 400 milyon manat yerli müəllimlərin ixtisasartırma proqramlarına, məktəb avadanlıqlarının yenilənməsinə, müasir tədris vəsaitlərinin hazırlanmasına və yeni nəsil dərsliklərə yönəlsəydi, nəinki azərbaycan bölməsi güclənərdi, həm də cəmiyyətin içindəki “rus bölməsi daha keyfiyyətlidir” stereotipi ciddi şəkildə sarsılardı. Çünki bu mifin kökündə məhz keyfiyyət fərqi durur – yoxsa dil yox. Bu gün valideynlərin bir çoxu övladını rus bölməsinə göndərmək üçün xüsusi yollar axtarır. Niyə? Mən rus dilinə qarşı deyiləm. Mən yanlış təhsil siyasətinə qarşıyam. Dövlət büdcəsi hesabına aparılan tədris yalnız dövlət dilində olmalıdır – amma bu tədris yüksək keyfiyyətli, rəqabətqabiliyyətli və xalqın ehtiyaclarına uyğun olmalıdır. Əgər 400 milyon manatı xərcləyiriksə, onun faydasını Azərbaycan cəmiyyəti görməlidir – təkcə müəyyən bir dil qrupu deyil. Artıq prioritetləri düzgün müəyyənləşdirməyin vaxtıdır. Təhsil siyasəti tarazlıq tələb edir – maliyyədə, dildə, keyfiyyətdə. Əks halda, biz təkcə pulları yox, gələcəyimizi də səhv istiqamətə yönəltmiş olacağıq. Kamran Əsədov, təhsil ekspeti

ABŞ-ın Ukraynaya hərbi yardımı... – Podolyak

ABŞ tərəfindən Ukraynaya hərbi yardımın göstərilməsi davam edəcək. Bu məqsədlə hökumət nümayəndə heyətləri səviyyəsində danışıqlar aparılır. Sozcu.az xəbər verir ki, bunu Ukrayna Prezident Administrasiyasının rəhbərinin müşaviri Mixaylo Podolyak bildirib. “Anlamaq lazımdır ki, yardım davam edəcək. Ukrayna prezidenti də vurğulayıb ki, bu istiqamətdə rəsmi məsləhətləşmələr davam edir. ABŞ ballistik raketlərə qarşı mübarizədə vacib olan unikal silah növlərinə malikdir və bunu anlayır”, - Podolyak qeyd edib. O, yardımın dayandırılması ilə bağlı yayılan xəbərlərin daha çox ABŞ-dakı daxili siyasi mübarizənin əksi olduğunu bildirib: “Bu məsələyə sakit yanaşmaq lazımdır. Avropa tərəfdaşları yardımın davam etməsində maraqlıdır və baş verənlərə dərhal reaksiya verirlər”. Podolyak əlavə edib ki, ABŞ-ın anbarlarında çoxlu sayda raket və əks raket sistemləri mövcuddur: “Bunların istehsalı da davam edir. Bu da ABŞ-ın silah ehtiyatlarının tükənməsi ilə bağlı iddiaların doğru olmadığını göstərir. Onlar iştirak etdikləri hərbi kampaniyaları və istehsal imkanlarını nəzərə alaraq planlama aparırlar. ABŞ-ın planlaşdırma səviyyəsi yüksəkdir və hansı münaqişədə nə qədər raketdən istifadə etməyin mümkün olduğunu yaxşı bilirlər”. O, ABŞ-ın Ukraynaya yardımını davam etdirməsinin reputasiya baxımından da vacib olduğunu bildirib.

Ermənistana yeni konstitusiya lazımdır - Paşinyan

Ermənistan baş naziri Nikol Paşinyan ölkəyə yeni konstitusiya lazım olduğunu bir daha təkrarlayıb. Sozcu.az erməni mediasına istinadən xəbər verir ki, o, bu barədə Konstitusiyanın qəbul edilməsinin 30 illiyi münasibətilə keçirilən təntənəli tədbirdə bildirib. "Ermənistan xalq səsverməsi ilə təsdiqlənmiş yeni konstitusiyaya ehtiyac duyur. Xalqın doğma hesab edəcəyi konstitusiyaya ehtiyac var", - o bildirib. Onun sözlərinə görə, yeni konstitusiya ölkənin bu gün mövcud olduğu reallığı əks etdirən konkret məqsədə malik olmalıdır.

Mingəçevirdə çayda katerlər toqquşdu: Yaralılar var

Mingəçevir şəhərində Kür çayında iki kater toqquşub. Sozcu.az "Report"a istinadən xəbər verir ki, hadisə nəticəsində azı beş nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralılar xəstəxanaya aparılıblar. pizza mizza Faktla bağlı araşdırma aparılır.