Tələbə adını qazananlara vacib - MƏSLƏHƏTLƏR

Xəbər verdiyimiz kimi, ali məktəblərə ixtisas seçimlərinin nəticələri avqustun 22-də elan olunub. Sozcu.az xəbər verir ki, tarixçi alim Zaur Əliyev sosial şəbəkə hesabında tələbə adını qazananlar üçün bir neçə qızıl məsləhətlərini qeyd edib. "İllərin ali məktəb müəllimi kimi bundan sonrakı dövr üçün iki yol göstərim: 1) Təki ali məktəbi bitirim, diplom alım və ondan sonrası asandır; 2) Ali məktəbi bitirim, tələbə illərində əldə etdiyim şanslarla irəli, ancaq irəli gedim və 11+4 ildə mənə ailəmin qoyduğu kapitalı yüz qat, min qat əvəzini çıxım və xəyalımda olan işə və uğura nail olum... Birinci yol çox asandır. Dərsə gələcəksən, düşəcəksən əhatəyə, mən gəncəm öz həyatımı yaşayım, kafe, mollar, geyim keçim, gəzmək və sairələrə başın qarışacaq, dərslərdə zəif iştirak edəcəksən, müəllimlərin gözündən düşəcəksən, bir təhər imtahan və kollekium zamanı köçürmə edəcəksən, beynində heç nə qalmayacaq, amma yenə də bitirib ali məktəbi iş axtarmağa başlayacaqsan. Məcbur olub öz sahən üzrə deyil, ağır, yorucu və sizə uğur gətirə bilməyən işlərdə ömürünüzü başa vuracaqsınız.. İkinci yol isə daha asandır, sadəcə bunun üçün müəyyən şərtlər var ki, onlara əməl etmək lazımdır: 1) Yuxu rejimi çox önəmlidir. Buna diqqət etmək; 2) Müəllimlər verən mühazirələri oxumaq, onlarla bağlı qeydlər edib, qaranlıq qalan məsələni soruşmaq; 3) Dərs mövzusu ilə bağlı əlavə bədii və elmi kitablar oxumaq. Əlavə bilgi səni bir pillə yuxarıda saxlayacaq; 4) Universitetin ictimai həyatında iştirak etmək, bilik qruplarında və tələbə gənclər təşkilatında fəallıq göstərmək; 5) Debat klubların üzvü olmaq və yeni-yeni biliklər qazanmaq ; 6) Kitabxanalara qeydiyyatdan keçmək. Xüsusilə Axundov və Elmlər Akademiyası kitabxanaları; 7) Yemək rejimini qaydaya salmaq. Səhər ac durub dərsə gəlib, quru yeməklər ilə günü yola vermək olmaz. Normal qida rejimi önəmlidir. Belə olanda dərs zamanı fiziki gücün yerində olacaq; 8) Enerji və qazlı içkilərdən, o cümlədən zərərli vərdişlər olan spirtli içkilər və siqaretdən uzaq durmaq - Bu, sizi fiziki olaraq o qədər əldən salacaq ki, ikinci yol yox, birinci yola gedəcəksiniz; 9) Qrup olmağı öyrənin - "ay, bu belədir, o elədir" söhbəti etməyin. Qrup olun. Bir-birinizdən möhkəm yapışın, birgə qərarlar verin. Dekanlıq, müəllimlər üçün xəbər yox, birlik aparın. Bir-birinizin qədrini bilin. Siz bir olsanız, istədiyiniz hər şeyə nail olacaqsınız; 10) Xarici dil (dilləri) məsələsinə ciddi yanaşın. Xarici dil öyrənin - bu, çox önəmlidir. Kitablar oxuyun, filmlərə baxın, kurslara gedin...4 il qısa müddətdir, karyera isə uzun və ağır yoldur; 11) Valideyin və qohumlara çox arxayın olmayın. Elə müəllimlər var ki, prinsipləri o qədər böyükdür ki, dünya dağıla, heç kimə qulaq asmırlar. Onlar üçün bilik daha çox vacibdir. Ona görə daima hazırlıqlı olun; 12) Azərbaycanı çox, çox, çox sevin! Şəhidlər, qazilər, tarix və ədəbiyyat barədə bilikli olun. Ən azı öz rayon və şəhərinizin qəhrəmanlarını tanıyın. Bu bilik sizi bir anda uğurlu bir yola salacaq və müəllimlər və rəhbərlik sizə böyük hörmət edəcək; 13) Könüllük proqramlarına qoşulun; 14) Sevin və sevilin. Sevgi dünyanı xilas edəcək; 15) Ata-ananızın qədrini bilin, ailənizə bağlı olun, mütəmadi onlarla danışın, onlardan heç nə gizlətmək olmaz. Bizlər Sizləri gözləyirik. Hər zaman da yanınızdayıq. Müəllimlər yeni bir tələbə yox övladlar gözləyirlər. Çəkinmədən müəllimlərə valideyn gözü ilə baxın.. Sizləri çox sevirik və ona görə iki yoldan birini seçməli olsanız belə sizin yanınızda olacayıq",- o, əlavə edib.

Rusiyanın şok itkiləri

Ukrayna müharibənin 1277-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 1 075 160 hərbçi, 11 129 ədəd tank, 23 164 ədəd zirehli döyüş maşını, 31 858 ədəd artilleriya sistemi, 1 472 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 1 210 hava hücumundan müdafiə sistemi, 422 ədəd hərbi təyyarə, 340 ədəd helikopter, 59 512 ədəd avtomobil texnikası, 52 935 ədəd PUA, 3 598 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 3 944 xüsusi avadanlıq itirib.

Yasamalda 45 yaşlı qadın qətlə yetirildi

Bu gün səhər saat 9 radələrində Bakının Yasamal rayonu ərazisində 1980-ci il təvəllüdlü İradə Muradova münaqişə zəminində qətlə yetirilib. Sozcu.az xəbər verir ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən 1977-ci il təvəllüdlü Emil Ağacanov müəyyən olunaraq saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

Simonyan Bakı ilə razılaşmadan danışdı: İndi daha çox dərk edirik

Son hadisələr Ermənistan üçün yeni tarixi imkanlar yaradıb. Sozcu.az Teleqraf-a istinadla xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan deyib. “Son hadisələr (Azərbaycanla sülh sazişinin paraflanması və nəqliyyat dəhlizlərinin açılmasına dair razılaşma – red.) dövlətimiz üçün yeni tarixi imkanlar yaradıb, Ermənistanın müstəqilliyi və suverenliyini daha da möhkəmləndirib. Bu gün biz müstəqilliyimizin, suverenliyimizin dəyərini hər zamankindən daha çox dərk edirik. Müstəqilliyimizi möhkəmləndirən, ölkəmizi inkişaf etdirmək, vətəndaşlarımızın layiqli həyatını təmin etmək imkanı verən sülhdür”, - spiker bildirib.

Kiyevdə partlayış səsləri eşidilir

Ukrayna paytaxtı Kiyevdə hava hücumu xəbərdarlığı elan edilib, partlayış səsləri eşidilir. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna KİV məlumat yayıb. Məlumatda paytaxt sakinlərinə PUA təhlükəsi barədə xəbərdarlıq edilib. Həmçinin şəhərin meri Vitali Kliçko hava hücumundan müdafiə sistemlərinin işlədiyini bildirib. “Paytaxtda hava hücumundan müdafiə qüvvələri işləyir. Sığınacaqlarda qalın!”, - Kliçko Teleqramda yazıb.

Sergey Markov Rusiyada xarici agent ELAN EDİLDİ

Rusiya Ədliyyə Nazirliyi politoloq Sergey Markovu xarici agentlər siyahısına daxil edib. Sozcu.az xəbər verir ki, bu barədə “İnterfaks” məlumat yayıb. O, xarici agent materiallarının yaradılması və yayılmasında iştirak, arzuolunmaz təşkilatların materiallarının yayılması, xarici agent platformalarında respondent kimi iştirak və Rusiya hakimiyyətinin hərəkətləri haqqında yalan məlumatların yayılmasında ittiham edilir.

İranda hərbçilərə hücum edildi: ölənlər var

Bu gün İranın Sistan və Bəluçistan əyalətinin İranşəhr rayonunun Damən bölgəsində naməlum silahlı şəxslər hərbçilərin olduğu avtomobilə hücum ediblər. Sozcu.az xəbər verir ki, bu barədə "Mehr" agentliyi məlumat yayıb. Məlumata görə, hücum nəticəsində 5 hərbçi öldürülüb. Bölgədə təhlükəsizlik tədbirlərinin gücləndirildiyi, hadisə yerinin mühasirəyə alındığı bildirilir.

Ermənistan-Azərbaycan sərhədində zəlzələ oldu

Ermənistan-Azərbaycan sərhədində 3,2 bal gücündə zəlzələ baş verib. Sozcu.az xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin Xilasetmə Xidməti məlumat yayıb. Məlumata görə, zəlzələ saat 15:03-də Noyemberyan şəhərindən 19 kilometr cənubda, yerin 10 km dərinliyin qeydə alınıb.

Ukrayna Krımdakı PUA bazasını vurdu

Ukrayna Hərbi Dəniz Qüvvələri işğal altındakı Sevastopoldakı “Xersones” aerodromunda Rusiyanın “Forpost” və “Mohajer-6” PUA-ları üçün bazasını məhv edib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Hərbi Dəniz Qüvvələrindən məlumat verilib. Məlumata görə, zərbələr nəticəsində 3 ədəd “Mühacir-6” və 2 ədəd “Forpost” PUA-ları məhv edilib. Bildirilib ki, bu PUA-lar Qara dəniz üzərində kəşfiyyat aparmaq üçün nəzərdə tutulurdu.

Ukrayna ordusu Donetskdə 3 kəndi azad etdi

Ukrayna ordusu Donetsk vilayətinin Zelyonıy Qay yaşayış məntəqəsini azad edib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Teleqram kanalları məlumat yayıb. Məlumata görə, Ukrayna Baş Kəşfiyyat İdarəsinin və “Bratstva” batalyonunun döyüşçüləri Donetsk vilayətindəki İskra və Tolstoy kəndlərini də azad edib.

Müəllimlər üçün yeni vakansiya - İş axtaranların nəzərinə!

Azərbaycan dilinin, mədəniyyətinin, tarixinin və milli dəyərlərinin Qırğızıstan Respublikasında tanıdılması və azərbaycançılıq ruhunun aşılanması məqsədilə Bişkek şəhərində fəaliyyət göstərən Nizami Gəncəvi adına 103 nömrəli məktəbdə Azərbaycan dili fənnini tədris edəcək müəllimin işə qəbulu üzrə müsabiqə elan olunub. Sozcu.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) məlumat yayıb. Namizəd üçün tələb olunan meyarlar: • müvafiq ixtisas üzrə ali pedaqoji təhsil; • MİQ-də iştirak və ya minimum 3 (üç) il pedaqoji staj; • multikultural mühitdə işləmək, təşəbbüskarlıq və ünsiyyət bacarıqları; • xarici dil bilikləri (rus və ya qırğız dili). Tələb olunan sənədlər: • şəxsiyyət vəsiqəsinin surəti; • ali təhsil haqqında diplomun surəti; • tərcümeyi-hal (CV); • əmək kitabçasının surəti (əgər varsa); • tövsiyə məktubu (əgər varsa); • motivasiya məktubu (müsabiqədə iştirak məqsədini izah edən). Müsabiqə üzrə mərhələlər: - I mərhələ - müraciətlərin qəbulu və sənədlərin yoxlanılması; - II mərhələ - pedaqoji fəaliyyətin qiymətləndirilməsi (müsahibə və ya dərs təqdimatı); - ⁠III mərhələ - Müsabiqə komissiyası tərəfindən yekun qərarın verilməsi. Əmək müqaviləsinin müddəti: • 1 (bir) tədris ili. Müəllimin əməkhaqqı Qırğız Respublikası tərəfindən, digər xərclər isə Azərbaycan Respublikası tərəfindən qarşılanacaqdır. Son qeydiyyat tarixi: 28 avqust 2025-ci il, 21:00 Müraciət ünvanı: [email protected]

Abşeronda boya zavodu YANIR

Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində boya istehsalı zavodunda yanğın başlayıb. Sozcu.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, FHN-in "112" qaynar telefon xəttinə Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində boya istehsalı zavodunda yanğın baş verməsi barədə ilkin məlumat daxil olub. Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib. Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Sabah 37 dərəcə isti! - HAVA PROQNOZU

Azərbaycanda avqustun 23-də 37 dərəcə isti gözlənilir. Sozcu.az xəbər verir ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 21-25, gündüz 29-34 dərəcə isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunundan 755 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 40-45 % təşkil edəcək.  Sabah Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 22-25, gündüz 32-37, dağlarda gecə 10-15, gündüz 21-26 dərəcə isti olacaq.

Trampın Ukraynada sülh ümidləri puça çıxdı - KİV

Trampın Ukraynadakı sülh səyləri dörd gündə dalana dirənib. Sozcu.az xəbər verir ki, bu barədə “Voll Strit Jurnal” yazıb. “Trampın sülh razılaşması əldə etmək üçün Vladimir Putin və Vladimir Zelenski ilə görüşmək ümidləri puça çıxdı. Onun Putin və Zelenskini müharibəni bitirməyi müzakirə etmək üçün görüşməyə çağıran ehtiyat planı da baş tutmayıb”, - məlumatda qeyd olunub. Nəşr yazır ki, ABŞ və Avropa rəsmiləri hələ də sülhməramlı qüvvələrin tərkibi ilə bağlı danışıqlar aparır, lakin bu ideya Kreml tərəfindən tez bir zamanda rədd edildi və Trampın ABŞ-ın hərbi iştirakının həcmini müəyyən etmək istəyi ilə bağlı suallar doğurdu: “Planlarının əksəriyyəti hələ də yerinə yetirilmədiyi bir vaxtda Tramp son 7 ayda onu narahat edən qeyri-müəyyənliklə üzləşir – o, Putinə nə qədər təzyiq göstərməyə və Zelenskini dəstəkləməkdə nə qədər irəli getməyə hazırdır?”

Volqoqrad hava limanı bağlandı

Volqoqrad hava limanında PUA hücumları fonunda müvəqqəti uçuş məhdudiyyətləri qüvvəyə minib. Sozcu.az xəbər verir ki, bu barədə Rusiya Federal Hava Nəqliyyatı Agentliyinin nümayəndəsi Artyom Korenyako məlumat verib. O bildirib ki, məhdudiyyətlər uçuşların təhlükəsizliyini təmin etmək məqsədi daşıyır.

Azərbaycanlılar Zəngəzur dəhlizindən necə gedəcəklər? - Paşinyan AÇIQLADI

“Vaşinqton Bəyannaməsində (Azərbaycan, Ermənistan, ABŞ prezidentlərinin imzaladığı birgə sənəd-red.) beş prinsip - ərazi bütövlüyü, suverenlik, yurisdiksiya, sərhədlərin toxunulmazlığı və qarşılıqlılıq aydın şəkildə ifadə olunub. Vaşinqton sazişi onların əsasında fəaliyyət göstərəcək”. Sozcu.az xəbər verir ki, bunu baş nazir Nikol Paşinyan Azərbaycan vətəndaşlarının Zəngəzur dəhlizi ilə Naxçıvana gedərkən Ermənistan sərhədçiləri ilə qarşılaşıb-qarşılaşmayacağ haqda sualı cavablandırarkən deyib. Baş nazir qeyd edib ki, dünyanın bir çox ölkələrində biometrik pasportlar və rəqəmsal texnologiyalar vasitəsilə gömrük və sərhəd prosedurları təkmilləşdirilir. Onun sözlərinə görə, tezliklə Ermənistandakı keçid məntəqələrində də sadələşdirilmiş prosedurlar qüvvəyə minəcək ki, bu da biznes üçün tranzit və ixracı asanlaşdıracaq: "Dünyanın bir çox inkişaf etmiş ölkələri artıq son onilliklərdə adət etdiyimiz gömrük və sərhəd nəzarəti formalarını tətbiq etmirlər. Xüsusilə, biometrik pasportlardan istifadə zamanı tamamilə yeni prosedurlar tətbiq olunur. Rəqəmsal texnologiyaların inkişafı başqa yanaşmaları da diktə edir. Belə demək mümkünsə, "insana toxunmağı" tələb edən üsullar keçmişdə qalacaq. Bu nəzarət formaları yalnız illər ərzində yox olacaq - Ermənistan və Azərbaycan sərhədində, həm də bütün keçid məntəqələrimizdə”. Paşinyanın sözlərinə görə, hökumət biznes mühitinin, tranzitin və ixracın inkişafına kömək etmək üçün bütün sərhədlərdə sadələşdirmələrə çalışacaq: "Əminliklə deyə bilərəm: biz yuxarıda göstərilən beş prinsip çərçivəsində uyğun gələn istənilən sadələşdirməyə hazırıq". Avqustun 8-də Ağ Evdə imzalanan Birgə Bəyannaməyə əsasən, Zəngəzur dəhlizi ABŞ şirkəti tərəfindən idarə olunacaq. “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) adlandırılan dəhliz 99 illiyə ABŞ şirkətinə icarəyə verilib. Bu dəhliz vasitəsilə Azərbaycan həm Naxçıvana birbaşa gediş-gəliş əldə edəcək, həm də beynəlxalq yüklər daha qısa məsafə ilə daşınacaq.

Ağdərədə yanğın zamanı 5 dəfə mina partladı

Ağdərədə baş verən yanğınlar zamanı 5 dəfə mina partlayıb. Sozcu.az-ın Teleqraf-a istinadən xəbərinə görə, Ağdərə şəhər ərazində meşə massivində baş verən yanğınlar partlayışla müşahidə edilir. Meşə massivində davam edən yanğın zamanı 5 dəfə mina partlayıb. Hazırda yanğınsöndürmə əməliyyatları qurudan FHN-nin Tərtər və Ağdərə rayonlarının yanğınsöndürən əməkdaşları havadan Aviasiya dəstəsinin 2 helikopteri yanğınsöndürmə əməliyyatlarını davam etdirir. Yanğın hazırda davam edir.

Kəlbəcərdə bu kompleksə 807 ailə köçürüləcək

Bu gün təməlqoyma mərasimi keçirilən Kəlbəcər şəhərindəki 4-cü yaşayış kompleksinə 807 ailənin köçürülməsi nəzərdə tutulur. Sozcu.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Kəlbəcər rayonunda xüsusi nümayəndəsi Bəşir Hacıyev kompleksdə yaradılacaq şərait barədə Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya məlumat verərkən bildirib. Bildirilib ki, bu yaşayış kompleksinin ərazisi 10 hektara yaxın olacaq. Yaşayış kompleksində 128 birotaqlı, 304 ikiotaqlı, 293 üçotaqlı, 82 dördotaqlı inşa ediləcək. Burada 4 mərtəbəli 26 binanın inşası planlaşdırılır. Binaların 1-ci mərtəbəsində məişət və ticarət obyektləri yaradılacaq.

Azərbaycana kütləvi kiberhücum... - Rəsmi

Bu gün bəzi internet telekommunikasiya operator və provayderlərinin xidmətlərində müvəqqəti ləngimələr müşahidə olunub. Sozcu.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib. Məlumata görə, ölkəyə internet trafiki təqdim edən əsas "backbone" operatorlardan biri olan "Delta Telekom"a qarşı DDoS tipli genişmiqyaslı kiberhücum həyata keçirilib. Ölkəmizdə internet xidmətlərinin davamlılığı planı çərçivəsində internet provayderləri dərhal alternativ "backbone" operatorlarının şəbəkəsinə yönləndirilib. Qısa müddət ərzində istifadəçilərin internetə çıxışı təmin olunub. Atılan addımlar nəticəsində "Delta Telekom"a qarşı kiberhücumun qarşısı qısa müddət ərzində alınıb. "Delta Telekom"un xidmətləri bərpa olunub.

Ölkədə internet çökdü: "Aztelekom"dan açıqlama

Hazırda "Aztelekom" MMC-nin şəbəkəsində internet xidmətlərinin göstərilməsində hər hansı nasazlıq və yaxud kəsintilər müşahidə olunmur. Sozcu.az xəbər verir ki, bu barədə şirkətdən bildirilib. "Abunəçilərimizə sabit və fasiləsiz internetin təmin edilməsi bizim üçün əsas prioritetdir", - deyə məlumatda qeyd olunub. Xatırladaq ki, bu gün sosial şəbəkələrdə ölkədə internet təchizatı ilə bağlı problemlərin olması barədə məlumatlar yayılıb.

Bakıda dəhşət: arvadını öldürdü, sonra özünü asdı

Avqustun 21-də paytaxtın Sabunçu rayonunun Kürdəxanı qəsəbəsi ərazisində yerləşən fərdi yaşayış evlərindən birində 2 şəxsin ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Sozcu.az xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb. Bildirilib ki, araşdırma zamanı 1979-cu il təvəllüdlü İlham Məmmədovun gecə saatlarında birgə yaşadıqları evdə arvadı 1988-ci il təvəllüdlü Gülnaz Məmmədovaya kəsici-deşici alətlə xəsarət yetirərək öldürməsi, daha sonra isə özünü asaraq intihar etməsinə əsaslı şübhələr müəyyən edilib. Qeyd edilib ki, faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 125-ci (özünü öldürmə həddinə çatdırma) maddələri ilə cinayət işi başlanaraq istintaq aparılır.

Müayinəyə gələn hamilə Perinatal Mərkəzdə öldü

Naçxıvanda müayinəyə gələn hamilə Perinatal Mərkəzdə vəfat edib. Sozcu.az Report-a istinadən xəbər verir ki, 1999-cu il təvəllüdlü Aysel Taleh qızı Teymurova Naxçıvan Perinatal Mərkəzinə müayinə üçün gəlib və anidən halı pisləşib. Mərkəzdə göstərilən tibbi müdaxilələrə baxmayaraq, 26 yaşlı qadının həyatını xilas etmək mümkün olmayıb. Hazırda faktla bağlı Naxçıvan Şəhər Prokurorluğunda araşdırma aparılır.

ABŞ Ukraynaya təhlükəsizlik zəmanəti verən kolasiyaya qoşulur - Zelenski

"Kiyev prezident Donald Trampdan ABŞ-ın Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin tərəfi olacağına dair müsbət siqnal alıb. Bu, digər dövlətlərin də qoşulması üçün imkanlar açır". Sozcu.az xəbər verir ki, bunu jurnalistlərlə söhbəti zamanı Ukrayna prezidenti Volodimir Zelenski deyib. O qeyd edib ki, Vaşinqtondakı görüşdən əvvəl ABŞ təhlükəsizlik qarantları sırasında deyildi, lakin indi onun da qoşulmağa hazır olduğu barədə bəyanatlar var. "Və bu, məncə, əsas çətinliklərdən biri idi. Çünki Amerika Birləşmiş Ştatları tərəfindən Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin koordinasiyası olmadan avropalı həmkarlar arasında müəyyən qeyri-müəyyənlik var idi”. Onun sözlərinə görə, bu gün ABŞ, Tramp və onun komandasından Ukrayna üçün təhlükəsizlik təminatlarının iştirakçısı olacağına dair müsbət siqnal var. "Və bu, nəyəsə hazır olan digər ölkələr üçün imkanlar açır. İndi əsas ölkələrin baş qərargahları nəyə hazır olduqları barədə artıq danışmağa başlayıblar. Və orada olmayan bəzi ölkələr yəqin ki, indi meydana çıxacaq", - prezident əlavə edib. Zelenski qeyd edib ki, bu gün neçə ölkənin yerüstü proqramların həyata keçirilməsində, yəni Rusiya təcavüzündən müdafiə üçün zəmanət qüvvəsi kimi xarici hərbi kontingentin cəlb edilməsində iştirak etməyə hazır olduğu məlum deyil. "Biz neçə ölkənin buna hazır olduğunu bilmirik. Bilirik ki, istəyənlərin koalisiyasında potensial olaraq təhlükəsizlik təminatlarında iştirakını nəzərdən keçirən 30 ölkə var”, - prezident bildirib. Onun sözlərinə görə, Ukraynaya təhlükəsizlik zəmanəti verməyə hazır olan ölkələrin, o cümlədən, Yaponiya və Avstraliyanın olması vacibdir.

Prezident Kəlbəcər sakinlərinə mənzillərin açarlarını təqdim edib

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Kəlbəcər şəhərində 1-ci yaşayış kompleksinin ərazisində fərdi və çoxmərtəbəli evlərdə yaradılan şəraitlə tanış olub, buraya köçən sakinlərlə görüşüblər. Sozcu.az xəbər verir ki, sonra dövlət başçısı sakinlərə mənzillərin açarlarını təqdim edib.