Azərbaycanda şəxsiyyət vəsiqəsinə yaşayış yeri və vətəndaşlıq məlumatları əlavə edilir

Azərbaycanda şəxsiyyət vəsiqəsinin forması və üzərində olan məlumatların dairəsi dəyişir. Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” qanuna təklif olunan dəyişiklikdə əksini tapıb. Dəyişiklik Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO) 9303 nömrəli standartının tələblərinə uyğunlaşdırılması, həmçinin şəxsiyyət vəsiqəsinin istifadəsi üzrə yaranmış bəzi çətinliklərin aradan qaldırılması məqsədilə təklif olunur. Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi səyahət sənədi kimi də (Türkiyəyə münasibətdə) istifadə olunur. Şəxsiyyət vəsiqəsinin üzərində şəxsin ünvanı barədə məlumatın əks olunmaması vəsiqənin istifadəsi üzrə bəzi çətinliklərə səbəb olur. Bu baxımdan, şəxsiyyət vəsiqəsinin formasında və üzərində olan məlumatların dairəsində dəyişiklik edilməsi zərurəti yaranıb. Buna görə də şəxsiyyət vəsiqəsində əks olunan məlumatların tərkibinin yenilənməsi təklif olunur. Belə ki, şəxsiyyət vəsiqəsində göstərilən məlumatlara yaşayış yeri və vətəndaşlıq məlumatları əlavə edilir. Eyni zamanda elektron daşıyıcıda (çipdə) əvvəlki variantla müqayisədə yalnız daha zəruri məlumatların saxlanılması təklif olunur. Təklif olunan digər dəyişiklik ondan ibarətdir ki, vətəndaşın ailə vəziyyəti, valideynləri, uşaqları, hərbi vəzifəsi və digər məlumatlar artıq birbaşa elektron daşıyıcıda deyil, IAMAS (idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi) vasitəsilə saxlanılacaq və kriptoqrafik mühafizə olunacaq. Şəxsiyyət vəsiqəsi ilə bağlı məlumatların kriptoqrafik mühafizəsi onların məxfiliyinin, bütövlüyünün və icazəsiz müdaxilədən qorunmasının təmin olunması məqsədini daşıyır. Qanun layihəsində vəsiqənin verilməsi qaydalarına da dəyişikliklər təklif olunur. Vəsiqə dəyişdirilməli olan hallara yaşayış yerinin dəyişməsi əlavə olunur. Bundan başqa, əgər vəsiqə və ya elektron daşıyıcısında texniki və ya məzmunla bağlı səhv aşkar edilərsə, düzəlişin dövlət rüsumu tutulmadan həyata keçirilməsi nəzərdə tutulur. Beləliklə, təklif olunan bu dəyişikliklər şəxsiyyət vəsiqəsi ilə bağlı məlumatların daha müasir sistemlərdə, təhlükəsiz və çevik şəkildə idarə olunmasını, həmçinin, sənədləşmə prosedurlarının və xidmətlərin vətəndaş üçün sadələşdirilməsini təmin edəcək. Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

Solovyov Bakını hədələdi: Türkiyədən reaksiya

Türkiyə mətbuatı Kremlin təbliğatçısı, faşist çıxışları ilə diqqət çəkən Vladimir Solovyovu Azərbaycanı hədələməkdə ittiham edib. Sozcu.az xəbər verir ki, “Türkiyə Today” nəşri Solovyovun iyunun 30-da “Vladimir Solovyovla axşam” verilişində səsləndirilən Moskva-Bakı münasibətlərin pisləşməsi ilə bağlı sözlərini "kəskin xəbərdarlıq" adlandırıb. “Solovyov Rusiya ilə Azərbaycan arasında 300 kilometrlik sərhədi xatırladıb və xəbərdarlıq edib ki, Bakının son hərəkətləri Moskva ilə böyük münaqişə ilə nəticələnə bilər”, - məlumatda deyilib. pizza hut Nəşr həmçinin bildirib ki, Solovyov Rusiya ilə Azərbaycan arasında münasibətlərin pisləşməsi ilə bağlı mümkün hərbi nəticələrə eyham vurub.

Şərurda ŞOK! Deputat sakini döydü

Naxçıvan MR Ali Məclisinin deputatı Əli Abbasov Şərur rayonun Şəhriyar kəndində sakin B.B- ni yumruqla döyüb. Qısqanclıq zəminində baş verən hadisəyə deputatın kənddə etik olmayan hərəkətlər etməsinin səbəb olduğu bildirilir.  Sozcu.az xəbər verir ki, bu haqda xəbəri “Gündəlik Naxçıvan” yayıb. Sakinlərin bildirdiklərinə görə, deputat tez-tez kəndə gələrək, xoşa gəlməyən hərəkətlər edirmiş: “Onun son gəlişində isə, məlum mübahisə baş verib. Mübahisə zamanı deputat sakini yumruqla vurub.  pizza B.B. həm deputatın etdiklərinin, həm də döyülməsinin qisasını almaq üçün bıçaq götürüb, onun yaşadığı Siyaqut kəndinə gəlib. Burada Əli Abbasovu bıçaqlamaq istəyərkən, sonuncunun əmisi oğlu qabağa keçib və bıçaq ona dəyib. Yaralanan şəxs xəstəxanaya götürülüb, B.B. isə həbs olunub”.  Hadisənin şahidi deyib:  “Davadan sonra Əli müəllim kəndə gəlib, qohumlarını bir yerə yığıb, kömək istəyib. Deyib ki, “məni öldürməyə gələcəklər, kömək edin”. Sonrakı hadisələr bizim gözümüzün önündə oldu. Qonşu kənddən gələn şəxs onu bıçaqla vurmaq istədi. Bu vaxt deputatın əmioğlusu ara girmək istəyəndə bıçaq ona dəydi. Polis gəlib, bıçaqlayanı tutdu. Yaralanan şəxsi isə, xəstəxanaya apardılar, indi vəziyyəti yaxşıdır” Şərur rayon Polis İdarəsindən döyülmə və bıçaqlanma hadisəsini təsdiqləsələr də, əlavə məlumat vermək istəmədilər.

Şənbə günü hava necə olacaq?

Milli Hidrometeorologiya Xidməti iyulun 5-də gözlənilən hava proqnozunu açıqlayıb. Sozcu.az xəbər verir ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər və axşam yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək. pizza sifarişi Havanın temperaturu gecə 18-21° isti, gündüz 25-28° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 757 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 60-65 %, gündüz 50-55 % olacaq. Azərbaycanın rayonlarında hava şəraitinin dağlıq ərazilərdən başlayaraq arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 18-21° isti, gündüz 28-32° isti, dağlarda gecə 5-10° isti,gündüz 12-17° isti olacaq.

Binəqədidə kanalizasiya fəlakəti - FOTO

Binəqədi qəsəbəsinin II Mədən küçəsində yerləşən 90-cı korpusun qarşısında çirkab suları küçəyə axır. Sozcu.az milli.az xəbər verir ki, bu vəziyyət uzun müddətdir davam edir və əsas səbəb kanalizasiya sisteminin köhnəlməsidir. Köhnə və istismar müddətini tamamlamış borular artıq ərazidəki yükü daşıya bilmir. Nəticədə kanalizasiya suları tez-tez küçəyə axır, həm antisanitariya yaradır, həm də ətrafda pis qoxu yayılır. Sakinlər bildirib ki, kanalizasiya demək olar hər gün daşır, hər gün də müvafiq qurumun əməkdaşları gəlib tutulmuş borunu açmağa çalışırlar. Pepperoni pizza İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirildi ki, həmin məsələ ilə bağlı məlumat müvafiq rayon sukanal idarəsinə verilib. Gün ərzində problem aradan qaldırılacaq. Xatırladaq ki, hazırda Binəqədi şosesində kanalizasiya xətti qurulur, lakin bu yeni tikilən yaşayış binası üçün nəzərdə tutulub.

Cahanda sülh olsun, barış olsun!

Həyat çox şirindir, yaşamağa dəyər! Dünya nə qədər gözəldirsə, gözəl yaşamaq  bir o qədər gözəldir! Həyat gözəlliklə keçsin! Həyatın gözəlliyi ömrün bəxtəvər olmasıdır! Demək olar ki, son illər yaşadığımız bu şirin dünyanın siyasi mənzərəsinə bir az diqqətlə nəzər yetirəndə görürük ki, dünyada bir çox məsələlərlə bağlı bəzi qarışıqlıq, eləcə də xoşagəlməz hallar yaranıb. Hətta bir az dərindən düşündükdə isə belə məlum olur ki, elə bir zamana, elə bir dövrə gəlib çatmışıq ki... Nə deyək vallah... Belə ki, bəzi ölkələrdə savaşlar baş verir, uşaqlar, qocalar, dinc insanlar bu lazımsız savaşlarda həyatını itirir. Bəziləri isə öz doğma-yurd-yuvasından didərgin düşür, min bir əzab-əziyyət içində qaçqınlıq, köçkünlük həyatı yaşayır. Yəni insanların xoş keçən ömrü-günü qaralır, həyatı cəhənnəmə dönür.  O da məlumdur ki, artıq elm çox-çox yüksək səviyyədə inkişaf edib. Kompüter əsrində yaşayırıq. Dünyada baş verən bütün hadisələr, olaylar sanki gözlərimizin önündədir.  Bu baxımdan da hər yanda baş verən bütün hadisələrdən, olaylardan elə tez bir vaxtda, yəni həmin saatda xəbərdar oluruq. Ey uca Tanrım! Bizlərə bəxş etdiyin bu dünyada sülh, əminamanlıq olsun! Harda müharibə varsa tez vaxtda sona yetsin! Sülh müqavilələri bağlansın, barış əldə olunsun. Bütün insanlar sülh içində, əminamanlıqla xoşbəxt yaşasın!  Kaş ki, dünyanın hər tərəfində hər bir insan xoş ömür sürsün. Körpələr müharibələrdə həyatını itirməsin. Heç bir insan öz elindən, obasından, ana Vətənindən ayrı düşməsin, qaçqınlıq, köçkünlük ömrü yaşamasın. Yerlərin-Göylərin Sahibi olan mərhəmətli, sevgi dolu Allah! Kainatımızı, dünyamızı, ana VƏTƏNimizi, MİLLƏTimizi bəlalardan, savaşlardan qoru! Dünya cənnətə dönsün!  İnsanlar sülhə gəlsin, dünyada məhəbbət, sevgi, barış, gözəllik olsun hər zaman... Ürəyimiz sevgiylə, məhəbbətlə döyünsün!  Həyatımızı başdan-başa gözəl, xoş günlər, bəxtəvər aylar, toy-büsatlı illər bürüsün!  Qəlbimizdə həmişə sevgi, məhəbbət olsun! Çünki sevgi, məhəbbət olan hər bir yer xoşbəxtliyə və bəxtəvərliyə  bürünür. Onda  həyat da gözəl olur, ömrümüz-günümüz də daha çox gözəlləşir.  Yaşadığımız bu şirin dünyamıza gözəllik, sakitlik, savaşsız günlər, xoş aylar, sülhə bürünən şadlıq dolu illər arzu edirəm! Həyatımız ömrümüz boyunca firavan olsun! Allahın bizlərə bəxş etdiyi ömrü-günü sevgiylə, məhəbbətlə sevinərək və sevib-sevilərək doya-doya yaşaya bilək!  Uca, Böyük Yaradan dünyamızı qorusun! XATİRƏ ƏZİZ Rəhimli Şair-jurnalist

Beyləqanda 16 yaşlı oğlan kanalda batdı

Beyləqan rayonunda 16 yaşlı oğlan kanalda batıb. Sozcu.az Report-a istinadən xəbər verir ki, hadisə Xanqızı kanalının rayonun ərazisindən keçən hissəsində baş verib. Eyvazallar kənd sakini Əkbər Nizami oğlu Qasımov kanalda çimərkən batıb. Faktla bağlı araşdırma aparılır.

Meşə yanğınları İzmirdə yaşayış məntəqələrinə çatdı: ölən var

13:07 Türkiyənin Antalya vilayətinin Muradpaşa rayonunda yaşayış binaları yaxınlığında meşə yanğınları başlayıb. Sozcu.az xəbər verir ki, bu gün yerli vaxtla saat 10:30 başlayan yanğına havadan və qurudan müdaxilə edilir. Məlumata görə, yanğının yaşayış binalarına keçmə təhlükəsi olduğu üçün kütləvi ixtişaşlara müdaxilə maşınından da istifadə edilir. Yanğının hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. *** Türkiyədə meşə yanğınları davam edir. 2 təyyarə və 6 helikopter Çeşmə bölgəsində yanğını söndürməyə davam edir. Kənd təsərrüfatı sahəsində başlayan yanğın meşəyə keçib və bəzi ərazilər ehtiyat tədbiri olaraq boşaldılıb. Yanğına görə Çeşmə-İzmir avtomobil yolunda hərəkət dayandırılıb. İzmir Böyükşəhər Bələdiyyə Başçısı Cəmil Tuqay “Çeşmədə güclü külək səbəbiylə böyüyən və yaşayış məntəqələrini təhdid edən böyük bir yanğınla qarşı-qarşıyayıq” deyib. Eyni zamanda, İzmirdə Ödemiş bölgəsindəki yanğın da nəzarət altına alınmayıb. *** İzmirin Ödemiş bölgəsində bəzi evlərə keçən yanğın yanğınsöndürənlərin müdaxiləsi ilə söndürülüb. Yanğınsöndürmə əməkdaşları yanan evlərdə araşdırma apararkən köməksiz vəziyyətdə qalıb, dünyasını dəyişən 80 yaşlı yataq xəstəsi olan İbrahim Ərkanın cəsədini tapıb.

Sevgilisi ilə birlikdə batan qızın meyiti tapıldı

Şəmkirdə su anbarında batan 20 yaşlı qızın meyti tapılıb. Sozcu.az Unikal.az-a istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən həyata keçirilən axtarış tədbirləri nəticəsində su anbarında batan 2005-ci il təvəllüdlü Aliyə Həsənovanın meyiti tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. Xatırladaq ki, hadisə ötən ayın 13-də Şəmkir rayonunun Mehrili kəndi ərazisində yerləşən Şəmkirçay su anbarında baş verib. Rayonun Seyfəli kənd sakinləri - 2004-cü il təvəllüdlü Ümid İbrahimov, 2005-ci il təvəllüdlü Aliyə Həsənova və Fazil Həsənov həmin əraziyə istirahət məqsədilə yollanıblar. Məlumata görə, istirahət zamanı onlar spirtli içki qəbul ediblər. Daha sonra Aliyə Həsənova sərxoş vəziyyətdə suya girib. Gənc qızın çətin vəziyyətdə olduğunu görən Ümid İbrahimov onu xilas etmək məqsədilə suya atılıb. Hər iki şəxs suda boğularaq həyatını itirib. Fakt araşdırılır.

ABŞ-ın Azərbaycandakı yeni müvəqqəti işlər vəkili təyin olundu

ABŞ-ın Azərbaycandakı yeni müvəqqəti işlər vəkili təyin olunub. Sozcu.az səfirliyə istinadən xəbər verir ki, bu vəzifəyə Emi Karlon təyin edilib.

Bakıda "həkim" xəstəyə yalandan QİÇS diaqnozu qoydu - Cinayət işi açıldı

Bakıda özünü Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsinin həkim-cərrahı və tibb elmləri doktoru kimi təqdim edən şəxs vətəndaşın QİÇS-ə yoluxma təhlükəsi qarşısında qoyub. Sozcu.az Qaynarinfo-ya istinadən xəbər verir ki, vətəndaşlardan birinin (müəyyən səbəbdən adını açıqlamırıq) xanım tanışında HİV aşkarlanıb. Telman Allahverdiyev adlı şəxs isə həmin vətəndaşa sözügedən xanımı müalicə edəcəyini bildirib. O, özünü Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsinin həkim-cərrahı və tibb elmləri doktoru kimi təqdim etməklə vətəndaşı buna inandıra bilib. Telman Allahverdiyev müalicə üçün vətəndaşdan hissə-hissə 5700 dollar alıb. Daha sonra vətəndaşa xəstəni sağaltdığı barədə yalan məlumat verib və beləliklə, zərərçəkmişi HİV-ə yoluxma təhlükəsi qarşısında qoyub. Vətəndaş sonradan aldadıldığını anlayıb və hüquq-mühafizə orqanlarına müraciət edib. Telman Allahverdiyev şübhəli şəxs qismində saxlanılıb. Daha sonra ona Cinayət Məcəlləsinin 140.1 (Bilə-bilə başqa şəxsi insan immunçatışmazlığı virusu ilə yoluxma təhlükəsi qarşısında qoyma), 310 (Vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) və 178.2.4-cü (Dələduzluq - xeyli miqdarda ziyan vurmaqla törədildikd) maddələri ilə ittiham elan edilib. Həmçinin məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. Cinayət işinin məhkəmə istintaqı Nizami Rayon Məhkəməsində aparılıb. Məhkəmənin hökmü ilə Telman Allahverdiyevə 178.2.4-cü maddə ilə 2 il, 140.1-ci maddə ilə 6 ay, 310-cu maddə ilə isə 1 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Təyin olunmuş cəzalar qismən toplanıb və Telman Allahverdiyev 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Rusiya agentlərinə xəbərdarlıq - "Ən ağır cəza veriləcək"

Ermənistanın hakim "Vətəndaş Müqaviləsi" Partiyasının parlament fraksiyası iyulun 3-də parlamentin növbədənkənar iclasında “Dövlət hakimiyyətinin zorakılıq yolu ilə ələ keçirilməsinin yolverilməzliyi və demokratiyanın qorunması haqqında” bəyanat layihəsini təqdim edib. Sozcu.az erməni KİV-ə istinadən xəbər verir ki, “Mülki Müqavilə" parlamentin “Ermənistan Respublikasına qarşı planlaşdırılan terror faktına qiymət verməsini" vacib hesab edir. “Parlament 2025-ci ilin iyununda Ermənistan Respublikasının hüquq-mühafizə orqanları tərəfindən aşkar edilmiş və ölkənin suverenliyinə, konstitusiya quruluşuna , qanuni hakimiyyətinə qarşı yönəlmiş terror cəhdini qətiyyətlə pisləyir. Ermənistan Respublikasının Konstitusiyasına və mövcud qanunvericiliyinə uyğun olaraq konstitusiya quruluşunu devirmək və ya terror törətmək məqsədi ilə həyata keçirilən istənilən hərəkət ən ağır cəzaya məruz qalacaq. Terror və zorakılıq yolu ilə hakimiyyəti ələ keçirmək cəhdləri Ermənistan Respublikasının və onun xalqının suverenliyinə birbaşa zərbədir”, - bəyanatda deyilir. Qeyd edək ki, Ermənistan hakimiyyəti ölkədəki rusiyayönlü qüvvələri dövlət çevrilişində günahlandırır. Bununla əlaqədar bəzi dindarlar və müxalifət təmsilçiləri saxlanılıb.

Bu il doğulan uşaqlar - Qızların sayı kəskin azalıb

2025-ci ilin yanvar-iyun ayları ərzində 46 437 nəfərə uşağın anadan olmasına görə proaktiv qaydada birdəfəlik müavinət təyin olunub və ödəniş edilib. Sozcu.az xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu (DSMF) məlumat yayıb. Müavinət ödənişləri 21 765 nəfər qız, 24 672 nəfər oğlan uşağına görə aparılıb.

Yekaterinburqda həbs edilən azərbaycanlılar apellyasiya şikayəti verdi

Yekaterinburqda 2001, 2010 və 2011-ci illərdə baş vermiş cinayət işləri üzrə təqsirləndirilən Ayaz Səfərov və Şahid Lalayev onların barəsində həbs qətimkan tədbiri seçilməsi qərarından apellyasiya şikayəti veriblər. Sozcu.az Rusiya mətbuatına istinadən xəbər verir ki, həmyerlilərimiz onlar barəsində birinci instansiya məhkəməsinin çıxardığı 22 günlük həbs qətiimkan tədbirinin ləğv olunması üçün apelyasiya şikayəti ediblər. Qeyd edək ki, Yekaterinburqun Leninski Rayon Məhkəməsi Ayaz, Akif, Məzahir, Kamal və Ba kir Səfərovlar, Əhliman Gənciyev, Şahid Lalayev və Əziz Abasovun barəsində həbs qətimkan tədbiri seçib. Akif Səfərov da həbs qərarından apellyasiya şikayəti verib. Səfərov və Lalayevlə bağlı vəkillərdən müraciətlər daxil olub. Xatırladaq ki, iyunun 27-də səhər saatlarında Rusiya FSB-si Yekaterinburqda azərbaycanlıların evlərinə basqın edib. Reyd zamanı iki nəfər ölüb, bir neçə nəfər yaralanıb.

ABŞ vətəndaşlarına çağırış etdi - İrana getməyin!

Yüksək terror riski, iğtişaşlar, qaçırılma və həbs olunma təhlükələri ilə əlaqədar olaraq ABŞ vətəndaşlarını İrana səfər etməməyə çağırır. Sozcu.az xəbər verir ki, bu barədə ABŞ-ın İrandakı virtual səfirliyinin saytında bildirilib. Qeyd edilib ki, ABŞ vətəndaşları yeniliklərlə bağlı yerli medianı yaxından izləməli və İrandan təşkil olunan kommersiya uçuşları ilə bağlı məsləhətləşmə aparmalıdır. "İyul 2-dən etibarən İranın hava sahəsi qismən açılıb. Buna baxmayaraq, Tehran və digər şəhərlərdən kommersiya uçuşlarının fəaliyyətində fasilələr ola bilər. ABŞ vətəndaşları quru yolu ilə Azərbaycan, Ermənistan, Türkiyə və ya Türkmənistana keçə bilərlər”, - məlumatda deyilir.

Güclü külək əsir, yağış yağır - Faktiki hava

İyulun 3-ü saat 11:00-a olan faktiki hava açıqlanıb. Bu barədə Sozcu.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, iyulun 3-ü saat 11:00-a olan məlumatına əsasən ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti müşahidə olunur. Düşən yağıntının miqdarı Balakəndə 33, Sarıbaşda (Qax) 14, Zaqatalada 11, Tovuzda 5, Ağstafa və Şəkidə 3, Ceyrançöl, Gədəbəy və Şahbuzda 2, Daşkəsən, Göygöl, Şəmkir, Kəlbəcər, Laçın, Qubadlı, Laza (Qusar) və Lerikdə 1 mm-dir. Hazırda bir sıra ərazilərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Culfada 20, Bakıda və Abşeron yarımadasında, eyni zamanda Gəncədə 19 m/s-dək güclənir. Dənizdə dalğanın hündürlüyü 3.4 metrə çatır. Havanın maksimal temperaturu iyulun 2-də Bakıda və Abşeron yarımadasında 28, Naxçıvan MR-da, o cümlədən Aran rayonlarında 34, dağlıq rayonlarda isə 20 dərəcəyədək isti qeydə alınıb.

Bakıda 14-cü mərtəbədən yıxılan qız SAĞ QALDI

Bakıda 14-cü mərtəbədən yıxılan qız sağ qalıb. Sozcu.az Lent.az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Nərimanov rayonunda qeydə alınıb. Bakı şəhər sakini, 17 ysşlı M.Z yaşadığı binanın 14-cü mərtəbəsindən yıxılıb. Kliniki Tibbi Mərkəzə yerləşdirilən yeniyetmənin vəziyyəti ağır qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır.

Mingəçevirdə yol təmizləyən qadını avtobus vurdu - FOTO

Mingəçevirdə yolda təmizlik işləri aparan qadını avtobus vurub. Sozcu.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə az öncə Heydər Əliyev prospektinin Günəşli yaşayış massivi ərazisindən keçən hissəsində baş verib. Belə ki, Oğuz-Mingəçevir marşurutu ilə hərəkət edən sərnişin avtobusu yolda təmizlik işləri aparan Yaşıllaşdırma və Sanitar Təmizlik İdarəsinin əməkdaşı Mətanət Hacıyevanı vurub. Müxtəlif bədən xəsarətləri alan yaralı qadın təcili xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma başlanıb.

Əsgərlərimizi daşıyan maşın qəzaya DÜŞDÜ

Bu gün səhər saatlarında “N” saylı hərbi hissənin əsgərlərini daşıyan hərbi avtomobil qəzaya uğrayıb. Bizim.Media-nın əldə etdiyi məlumata görə, hadisə Daşkəsən rayonu istiqamətində qeydə alınıb. Xoşbəxtlikdən qəza nəticəsində həyatını itirən olmasa da, yüngül xəsarət alanlar var. Hadisənin hansı vəziyyətdə baş verdiyi məlum deyil. Pepperoni pizza Qeyd edək ki, məsələ ilə bağlı Müdafiə Nazirliyi rəsmi məlumat yaymayıb.

Bazar günü 41 mindən çox abituriyent imtahan verəcək

Dövlət İmtahan Mərkəzi (DİM) iyulun 6-da II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçiriləcək. Sozcu.az xəbər verir ki, imtahanlar Bakı, Xankəndi, Naxçıvan, Gəncə, Şəmkir, Ağstafa, Qazax, Sumqayıt, Abşeron, Şamaxı, Mingəçevir, Şəki, Zaqatala, Bərdə, Göyçay, Kürdəmir, Şirvan, Sabirabad, Salyan, Lənkəran, Cəlilabad, Masallı, Quba və Xaçmazda təşkil olunacaq. II ixtisas qrupu üzrə imtahanda 18013, III ixtisas qrupu üzrə imtahanda isə 23470 nəfər olmaqla, ümumilikdə 41483 abituriyentin iştirakı nəzərdə tutulur.

“Bu addımın müqabilində Rusiyanın internet təminatı məhdudlaşdırıla bilər”

“Azərbaycanın bir neçə magistral internet kanalı var. Rusiyadan asılı deyilik. Amma ümumi kompleks ələ alınsa, təbii ki, münaqişə, yaxud siyasi gərginlik fonunda, mütləq kiberhücumlar baş verir. Bu, zəmnəmizin müharibə üsullarından biridir. Amma xüsusi bir internet magistral kanalının zədələnməsi gözlənilmir”. Bu sözləri "Yeni Sabah"a Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası İdarə Heyətinin sədri Elvin Abbasov deyib. IT ekspertinin sözlərinə görə, bir neçə ay əvvəl Rusiya hakerləri Azərbaycan saytlarına kiberhücum etmişdi: Marqarita pizza “İsrail-İran toqquşmaları zamanı da kiber sahədə kifayət qədər qarşılıqlı, genişmiqyaslı hücumlar gördük. “Telegram” kanalları və digər mənbələrdə kifayət qədər insidentlər, hadisələr qeydə alındı. Bunu deməkdə məqsədim odur ki, bu gün istənilən 2 ölkə, yaxud qruplaşmalar arasında baş verən müharibələr zamanı mütləq kiberhücumlar baş verir. Buna bir neçə ay öncə Rusiyadan APT hücumları zamanı şahid olduq. Azərbaycanın aidiyyəti qurumlarının hazırladığı hesabatlarda Rusiyanın “APT29” ("Kozy Bear") haker qrupu ölkənin informasiya məkanında mövcud olan 10-dan çox sayta hücum etdiyi qeydə alınıb”.  Elvin Abbasov qeyd edib ki, Azərbaycan internet təminatında Rusiyadan asılı deyil: “Əgər Rusiyadan məkrli bir məqsəd olsa, bu sadəcə özünü gülünc vəziyyətə salma olacaq. Çünki Azərbaycan internet təminatında Rusiyadan asılı vəziyyətdə deyil. Onlar bağlasalar belə, alternativ internet magistrallarımız var. Əgər belə bir hal olsa, ümumi internet şəbəkəsinin əsas buraxılış hissəsi ABŞ-dədir. Bu addımın müqabilində Rusiyanın internet təminatı məhdudlaşdırıla bilər. Hazırda Rusiyaya qarşı nə qədər sanksiya olsa da, internet məhdudlaşdırılmır. Çünki internet artıq elə bir fəzaya çıxıb ki, bu fəzada istənilən bir şeyi məhdudlaşdırsan, yenə də azadlıq əldə oluna bilir. Rusiya sadəcə öz daxilində Azərbaycan IP-lərini məhdudlaşdıra bilər”.

Məktəbdən qovulmuş 2344 müəllim: “Hərəsi bir evə çörək gətirəndir”

Elm və Təhsil Nazirliyi təkrar sertifikasiyadan keçməyən 2300-dən çox müəlimin işdən qovulduğunu elan edib. Bu müəllimlərin hansı şəhər və rayonları əhatə etdiyi, yaşı, iş ştajı, əvvəlki sertifikasiya imtahanında iştirak edib-etməməsi və s. haqqında heç bir əlavə məlumat verilməyib. Bununla belə, Sosial Tədqiqatlar Mərkəzinin (STM) sektor müdiri, təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri “Yeni sabah”a “Əminlikə bildirirəm ki, imtahanda uğursuz olan, lakin uzunillik iş təcrübəsi olan müəllimlərin tədrisdən kənarlaşdırılması nəinki doğru, hətta çox gecikdirilmiş qərardır", - deyib. "Son 1 ildə bu qədər kədərli kəmiyyət və keyfiyyət göstəricilərini görəndə deyirəm ki, kaş sertifikasiya imtahanları 2021-ci ildə yox, 10 il bundan əvvəl başlayaydı. pizza hut Fərz edək ki, X adlı şəxs 4 il hər hansı bir ixtisas üzrə təhsil alır. 4 ilik təhsildən sonra  insan özünü inkişaf etdirməyi bacarmalıdır. O özünü inkişaf etdirməli, mütaliəsini artırmalı, müasir təhsil trendləri ilə ayaqlaşmalı idi, amma bunları etməyib. Testdə müəllimlərə verilən sualların hamısı ibtidai məzmunlu olub və sözügedən müəllimlər sualların 50 faizinə belə cavab verə bilməyiblər: Elə müəllim var ki, onun sertifikasiyadan keçməsi üçün bir 1 yox, 4 il hazırlıq vaxtı olur. Çünki hər fənn üzrə imtahan bölgüsü eyni vaxta təsadüf etmir. İbtidai sinif, Azərbaycan dili və Ədəbiyyat fənnlərinin imtahanları daha tez oldu. Coğrafiya, Biologiya kimi fənnlərim imtahanları isə daha gec keçirildi. Onlara verilən sualların da hamısı öz ixtisaslarına uyğun, ibtidai məzmunlu idi. Sertifikasiyada iştirak edib, uğur qazanan müəllimlərin 90 faizi bununla razılaşır. Nazirlik onlar üçün təkrar sertifikasiyada iştirak etmək üçün şans yaratdı. Narazıların 1 il hazırlaşmaq fürsətləri olsa da!. Bu nə biabırçılıqdır?! Bütün bunlardan sonra deyirik ki, müəllimlərin tədrisdən kənarlaşdırılması nə dərəcədə doğrudur? Onda mən də belə bir sual verirəm: narazı müəllimlərin yenidən sinif otağına daxil olması və sabahkı kadrlarımıza nə isə öyrətməsi nə dərəcədə doğrudur? Bu müəllimlərin sayəsində nələri itirmişik!” Elmin Nurinin sözlərinə görə, ixtisası üzrə elementar biliyi olmayan şəxslər də cəmiyyətin bir təbəqəsidir: "Hər biri bir evin söz sahibi və sosial rifahını təşkil edən, yəni çörək gətirən şəxsdir. Onlarla bağlı komissiya yaradılacaq. Həmin komissiya bu cür müəllimləri pedaqoji fəliyyətdən uzaqlaşdıracaq. Çalışacaqlar ki, həmin şəxsləri digər texniki və inzibati işlərə cəlb edilsinlər. Kargüzarlıq və s. işlərə güman ki özləri razı olmayacaqlar. Onlarla müqayisədə kitab üzü açmadan imtahanda 51 baldan yüksək nəticə göstərənlər 35% artım alan müəllimlər var”.   

Aşurada qanvermə aksiyası keçiriləcək məscidlər - Siyahı

İyulun 5-də Aşura günündə qanvermə aksiyası təşkil olunacaq məscidlərin adları açıqlanıb. QMİ-nin mətbuat xidmətindən Sozcu.az-a verilən xəbərə görə, qanvermə aksiyasının keçirilməsi nəzərdə tutulan məkanların siyahısı Qafqaz Müsəlmanları İdarəsinin rəsmi veb səhifəsində (www.qafqazislam.com) yerləşdirilib. Bakı şəhəri üzrə: 1. Yasamal rayonu "Təzə Pir" məscidi 2. Nəsimi rayonu "Əjdərbəy" məscidi 3. Səbail rayonu "Bibiheybət" məscid ziyaratgahı 4. Xəzər rayonu "Mir Mövsüm Ağa" ziyarətgah kompleksi 5. Nizami rayonu "Sahib-Əz-Zaman" məscidi 6. Nizami rayonu Keşlə qəsəbəsi "Şah Abbas" məscidi 7. Suraxanı rayonu "Qaraçuxur" məscidi 8. Binəqədi rayonu "İmam Əli" məscidi 9. Sabunçu r-n, Bakıxanov qəsəbə "İmam Rza" məscidi Regionlar üzrə: 10. Şuşa şəhər "Yuxarı Gövhər ağa" məscidi 11. Ağdam şəhər "Cümə" məscidi 12. Gəncə şəhər "İmamzadə" məscid ziyarətgah kompleksi 13. Lənkəran şəhəri, Mərkəzi Qan Bankının bölməsi 14. Mingəçevir şəhər "Heydər" məscidi 15. Sumqayıt şəhər "Cümə" məscidi 16. Şəki şəhər "İmam Əli" məscidi 17. Şirvan şəhər məscidi 18. Bərdə şəhər "İmamzadə" məscid ziyarətgahı 19. Quba şəhəri, Mərkəzi Qan Bankının bölməsi 20. Masallı şəhər "Cümə" məscidi 21. Masallı r-n, Boradigah qəsəbə xəstəxanası 22. Göyçay şəhər "Əbülfəzlil Abbas" məscidi 23. Xaçmaz Rayon Mərkəzi Xəstəxanası 24. Salyan şəhər Mərkəzi "Hacı Tağı" məscidi Naxçıvan Muxtar Respublikası: 25. Naxçıvan şəhər “Heydər” məscidi 26. Naxçıvan şəhər “Sarvanlar” məscidi 27. Naxçıvan şəhər “Pirqəmiş” məscidi 28. Babək rayon Mərkəzi Xəstəxanası 29. Babək rayon Qahab kənd tibb məntəqəsi 30. Babək rayon Cəhri kənd tibb məntəqəsi 31. Babək rayon Nehrəm kənd tibb məntəqəsi 32. Ordubad rayon Mərkəzi Xəstəxanası 33. Culfa rayon Mərkəzi Xəstəxanası 34. Culfa rayon Bənəniyar kənd tibb məntəqəsi 35. Şahbuz rayon Mərkəzi Xəstəxanası 36. Sədərək rayon Mərkəzi Xəstəxanası 37. Kəngərli rayon Mərkəzi Xəstəxanası 38. Şərur rayon Mərkəzi Xəstəxanası.

Başqasının mənzilində məskunlaşmış 664 köçkün çıxarılıb - RƏSMİ

Bu günədək işğaldan azad edilmiş ərazilərə başqa vətəndaşa məxsus mənzildə müvəqqəti məskunlaşmış 185 ailə (664 nəfər) köçürülüb. Sozcu.az xəbər verir ki, bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komitəsi məlumat yayıb. Keçmiş məcburi köçkünlər yalnız qeydiyyatda olduqları şəhər, rayon, kənd və qəsəbə üzrə daimi yaşayış sahəsi ilə təmin edilirlər.