Əhməd Orucun oğlu vəfat etdi - Foto

Fəaliyyəti dayandırılan “Azadlıq” partiyasının sədri Əhməd Orucun oğlu vəfat edib. Sozcu.az xəbər verir ki, bu barədə onun dostları məlumat veriblər. Bildirilib ki, siyasətçinin oğlu Günxan Oruc vaxtsız dünyasını dəyişib. Bakıdakı məktəblərdən birində müəllim işləyən Günxanın vəfat səbəbi qeyd edilməyib. Allah rəhmət eləsin

İsraildən Tehran sakinlərinə farsca müraciət: Uzaq durun!

İsrail Tehran sakinlərinə müraciət edib. Sozcu.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri fars dilində müraciət yayıb. Qeyd olunur ki, paytaxtda hədəf kimi müəyyən edilən obyektlərə silah istehsalı mərkəzləri, hərbi bazalar və İran rejimi ilə əlaqəli təhlükəsizlik qurumlarına zərbələr endiriləcək. Sakinlərdən sözügedən ərazilərdən uzaq durmaları tövsiyə edilib.

İran bu vaxta kimi ABŞ bazalarını vura bilər - "Röyters"

Tezliklə İran ABŞ-a cavab olaraq bu ölkənin Yaxın Şərqdəki hərbi kontingentinə hücum həyata keçirə bilər. Sozcu.az xəbər verir ki, bu barədə “Röyters”ə adı açıqlanmayan iki ABŞ rəsmisi bildirib. Vurğulanıb ki, İranın hücumları bir-iki gün ərzində ola bilər. Qeyd edək ki, dünən ABŞ Hərbi Hava Qüvvələrinə məxsus bombardmançılar İranın Fordo da daxil olmaqla 3 nüvə obyektinə zərbələr endirmişdi.

“İranın nüvə proqramını tam durdurmağa nə İsrailin, nə də ABŞ-ın imkanı çatacaq...”

“Sadəcə indi Amerika prezidenti ona nəticə lazımdır deyə, deyir ki, biz İranın əlindən nüvə silahını aldıq...” İsrailin, ardınca da ABŞ-ın İrana təcavüzü nəticəsində başlanmış hərbi əməliyyatların ikinci həftəsi də başa çatmaq üzrədir. Bəs görəsən, İranda bundan sonra hərbi müstəvidə hadisələr necə inkişaf edəcək?  Doğrudanmı İranın nüvə proqramı durdurulub? ABŞ və İsrail qısa müddətdə öz məqsədlərinə nail ola biləcəklərmi? Mövzu ilə bağlı Moderator.az-a açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov bunları söyləyib: “Hesab edirəm ki, bundan sonra da İranla İsrailin bir-birinə qarşı raket atışları davam edəcək. Eyni zamanda Amerikanın düşünülməmiş addımından sonra İran üçün Pentaqonun yaxın ərazilərdəki bazaları da hədəfə çevrilə bilər. İranın nüvə proqramına gəldikdə deməzdim ki, həmin proqram artıq tam durdurulub. Çünki bundan ötrü İranda həmin proqramı həyata keçirmək üçün lazım olan bütün obyekt və avadanlıqları məhv etmək lazımdır. Buna isə qısa müddətdə nə İsrailin, nə də Amerikanın gücü, imkanı çata bilər. O səbəbdən ki, nüvə proqramı yalnız bir və ya bir neçə yerdə deyil, tutaq ki, Tehranda və ya Natanzda, Fordoda, yaxud Buşerdə. Proqramla bağlı obyektlər bütün ölkə ərazisinə yayılıb, ona görə də onu durdurmaq çətin məsələdir.  ki qaldı bundan sonra hadisələr baş verə biləcək  Bütün bu və ya digər səbəblərdən ABŞ və İsrail qısa müddətdə öz məqsədlərinə nail ola bilməyəcək. Ona görə ki, bu mümkünsüzdür. Sadəcə indi Amerika prezidenti ona nəticə lazımdır deyə, deyir ki, biz İranın əlindən nüvə silahını aldıq. Yəni blefi xoşlayan işğalçının yanında olan adamın bu fikri, əlbəttə ki, gülüncdür. Axı, İranın əlindən nüvə nüvə proqramını necə ala bilərsən? Əvvəla, hələ İranda nüvə silahının olmasını heç kəs isbatlamayıb. Heç ölkə rəhbərləri də bəyan edir ki, nüvə silahı bizə lazım deyil. Aydın məsələdir, deyirlər ki, nüvə proqramını sülh məqsədi ilə həyata keçiririk. Əslində bundan başqa məqsədlər üçün də istifadə etmələri mümkündür. Bu mənada hesab edirəm ki,  Amerika və İsrail hələ çox çalışmalı olacaq...  Ancaq onu da qeyd edim ki, onların bundan sonra hələ başqa planları da var. Biri budur ki, İranda özlərinə yaxın olan bir marionet rejim qurmaq istəyirlər. Netanyahu ilə Tramp arasında bir razılaşma var. Və bu günlərdə özünün 49 yaşlı qızını 39 yaşlı yəhudi əsilli biznesmenə ərə verən sonunçu şahın oğlu Rza Pəhləvi çalışır ki, İsrail və Amerikanın əli ilə yenidən İrana qayıdıb hakimiyyətə gəlsin və onların buyruğu ilə oturub-dursun. Yəni bu gün İsrailin Amerika ilə bir yerdə heç də məqsədi orada nüvə proqramını durdurmaq deyil, onlar İran üzərindən özləri üçün müəyyən bir divident qazanmağa çalışırlar. Bu gün İsrailin Amerikanın hərbi əməliyyatların məqsədi budur...  Təəssüflə onu da qeyd edim ki, İsrail-İran savaşı nəticəsində xeyli dağıntılar var, xeyli ölən, yaralanan var. Və bu say get-gedə artır. Əlbəttə ki, heç kim nə İsraili yer üzündən silə biləcək, nə də İranın məqsədlərinin qarşısını ala biləcək. Sadəcə bir müddət nüvə proqramını zəiflədəcək, ləngidəcəklər. Yəni fizikləri tapmaq lazımdır, yeni mütəxəssislər gətirmək lazımdır- bu da bir qədər vaxt aparacaq. Bununla belə, ola bilsin, İranda gözlənilən hakimiyyət dəyişikliyi baş verəndən sonra bu ölkə rəhbərliyi nə vaxtsa Amerika və İsraillə bir masa arxasına keçərək bir sıra məsələləri müzakirə edərək onların həllinə çalışacaqlar. Belə davam edə bilməz. Və hadisələrin də inkişafı onu göstərir ki, gec tez bunlar masa arxasında bir sıra məsələləri öz aralarında çözüb başa çatdırmalıdırlar...”

Öz fənnindən 50 sualdan 30-na cavab verə bilməyən bir insana uşağını etibar edən...

2025-ci ilin sertifikasiya imtahanları bir daha sübut etdi ki, Azərbaycan məktəblərində “müəllim” adını daşıyan, amma bu ada heç bir aidiyyəti olmayan yüzlərlə, bəlkə də minlərlə şəxs var. İmtahanda 30 balı belə toplaya bilməyən birisi nəinki müəllim deyil, ümumiyyətlə, şagird qarşısına çıxacaq səviyyədə deyil. İndi durub bu insanlara görə qaydaları yumşaltmaq, güzəşt axtarmaq, onlara bəraət qazandırmaq — bu gələcəyimizə qarşı edilən ən böyük xəyanətdir. Biz bu gün sinif otaqlarını savadsızlıqdan, məsuliyyətsizlikdən, zehni tənbəllikdən təmizləməyə çalışırıq. Amma sosial şəbəkələrdə “onlar illərlə dərs deyib”, “aç qalsınlar?”, “uşaqları böyüdürlər” arqumentləri ilə çıxış edənlər əslində təhsili deyil, sistemin çöküşünü müdafiə edirlər. Bu qədər məsuliyyətsizlik olmaz! Öz fənnindən 50 sualdan 30-na cavab verə bilməyən bir insana uşağını etibar edən valideyn də, onu məktəbdə saxlayan direktor da, müdafiəsinə qalxan cəmiyyət də eyni günahın ortağıdır. O müəllim ki, 2 dəfə eyni suallarla keçirilən imtahanda uğur qazana bilmir — o artıq bu peşədə yeri olmayan biridir. Sertifikasiya — savadsızlarla bacarıqlı müəllimləri ayırd etmək üçün sonuncu və obyektiv mexanizmdir. İndi bu mexanizmi zəiflətmək, keçid balını endirmək, sualları sadələşdirmək tələb edənlər ya savadsızlığın bayraqdarıdır, ya da təhsilin nə demək olduğunu heç vaxt anlamayıblar. Əgər bir müəllim “mən imtahandan kəsildim çünki suallar çətin idi” deyirsə, o zaman illərlə dərs dediyi yüzlərlə şagirdə cavab versin. Bu illər ərzində nə öyrədib? Öz fənnindən xəbərsiz olan adam sinif otağında nə danışıb? Dərs zamanı şagirdin sualına nə cavab verib? Belələrinin təhsil sistemində qalması — uşağın vaxtını, potensialını və gələcəyini oğurlamaqdır. Ac qalmasınlar deyə gələcəyimizi məhv edə bilmərik. Əgər vicdanınız imkan vermirsə onları çöldə qoymağa, o zaman maaşınızı bölüşün, evinizə aparın. Amma məktəblərdən kənarda saxlayın! Çünki məktəb sosial yardım yeri deyil — cəmiyyətin təməlinin qurulduğu məkandır. O təmələ savadsız, sistemsiz, öz üzərində işləməyən, kitab üzünü açmayan birini buraxmaq — millətin məhvinə razı olmaq deməkdir. Sertifikasiya təhsil sistemində son ümid nöqtəsidir. O ümidin qarşısına keçmək istəyən hər kəs — istər müəllim, istər valideyn, istər ictimai müdafiəçi — bir şeyi anlamalıdır: Bu ölkədə gələcək, ancaq biliklə, bacarıqla, əxlaqlı və peşəkar müəllimlə qurula bilər. Qalanları — ya dəyişəcək, ya da təhsil sistemindən silinəcək! Kamran Əsədov, təhsil ekspeti

İsrailə raket hücumu: Deputatlar sığınacağa qaçdı

İrandan İsrailə raket hücumu başlayıb. Sozcu.az xəbər verir ki, bu barədə İsrail mətbuatı məlumat yayıb. Məlumata görə, ölkənin bir sıra şəhərlərində hava hücumundan müdafiə sistemləri işə salınıb. Qüdsdə hava həyəcanından sonra Knessetin komitə iclasları təxirə salınıb, deputatlar sığınacaqlara yerləşib. İsrail mətbuatı yazıb ki, 4 dalğa ilə 15-20 raket atılıb. Aşdod və Aşkelon şəhərlərinə raket düşüb.

10-cu sinif şagirdi vəfat edib

Bakının Suraxanı rayonunda yerləşən 282 nömrəli tam orta məktəbin şagirdi dünyasını dəyişib. "Unikal"ın məlumatına görə, 10-cu sinif şagirdi Vəlizadə Ziya Eyvaz oğlu xəstəlik səbəbindən vəfat edib.

Azərbaycanda xüsusi karantin rejimi yenə uzadıldı

Koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2025-ci il 1 oktyabr saat 06:00-dək uzadılıb. Sozcu.az xəbər verir ki, Nazirlər Kabineti bu barədə qərar verib.

“Qatar qiymətləri vətəndaş üçün bahadır” – 147 manata bilet olar?

“Qiymətlər keyfiyyətə, xidmət mədəniyyətinə və digər nüanslara görə təyin edilir. Tələb azaldıqca ona uyğun şəkildə qiymətlər nizamlanacaq”. Bu sözləri "Yeni Sabah"a nəqliyyat məsələləri üzrə ekspert Fərhad Eyyubov deyib. O bildirib ki, Azərbaycanda dəmiryolu ilə avtobus nəqliyyatı arasında o qədər də böyük rəqabət meydana gəlmir: “Bəzən olur. Amma həmin rəqabət həm keyfiyyətə, həm də qiymətə görə nəzərdə tutulmalıdır”.  Ekspert vurğulayıb ki, hər bir nəqliyyat vasitəsindən istifadə edən sərnişinin maddi uyğunluğu nəzərə alınmalıdır: “Dəmiryolu nəqliyyatında sürətli qatarların hərəkəti üçün yollarda müəyyən çətinliklər var. Onların düzəlməsi üçün maya dəyəri müəyyən qədər bahadır. Ancaq mən də razıyam ki, hər bir nəqliyyat vasitəsindən istifadə edən sərnişinin maddi uyğunluğu nəzərə alınmalıdır. Məsələn, turist, yaxud hansısa xarici ölkə vətəndaşı nəzərdə tutulan qiymətlə razılaşa bilər. Amma yerli vətəndaş üçün bu qiymət yüksəkdir. Bu nöqteyi-nəzərdən, düşünürəm ki, qiymətlər zamanla nizamlanacaq”.  Xatırladaq ki, Bakı-Qazax qatarına Birinci klass biletin qiyməti 147 manat nəzərdə tutulub. Bu isə alternativ nəqliyyat vasitələri (taksi, avtobus) ilə müqayisədə təxminən 3 dəfə daha bahadır. Yeni istifadəyə verilən reysin qiymətləri vətəndaşlar arasında birmənalı qarşılanmayıb. ADY qiymət tarifini sərnişinlərə təklif olunan xidmətlərlə əsaslandırıb.

Bu müəllimlərin bir adı var: Savadsız!

Bu il keçirilən 2-ci şans sertifikasiya imtahanının nəticələri bir daha göstərdi ki, hələ də təhsil sistemimizin içində “müəllim” adını daşımağa layiq olmayan kifayət qədər insan var. Təsəvvür edin: 60 sualdan ibarət imtahanın 30-na belə düzgün cavab verə bilməyən birisi illərlə məktəbdə dərs deyib. Özü də Azərbaycan dili, riyaziyyat, ingilis dili kimi əsas fənlərdən… Bəs bu insanlar indiyə qədər nə öyrədiblər? Kimi yetişdiriblər? Sozcu.az xəbər verir ki, bu barədə təhsil eksperti Kamran Əsədov bildirib. Ekspert qeyd edib ki, imtahanda uğursuz nəticə göstərən müəllimlərə güzəşt edilməsi doğru yanaşma deyil: “Güzəşt uşaqların gələcəyinə qarşı cinayətdir. Empatiya adı ilə savadsızlığı qorumaq təhsili sıradan çıxarmaq deməkdir. Sertifikasiya — sadəcə imtahan deyil, təhsildə məsuliyyətin ölçüsüdür. Əgər bir müəllim ixtisasını özü yaza bilmirsə, kurikulumdan xəbərsizdirsə, heç bir yeniliyi izah edə bilmirsə, necə “müəllim” adını daşıya bilər? Əslində problem imtahanın çətinliyində deyil, problem illərlə dərs deyə-deyə öyrənməyə son qoyan, eyni məlumatlarla oturub-duran, tənqidə qapalı, tənbəl, sosial şəbəkədə saatlarla vaxt keçirib, sual düşəndə “çətindi” deyən düşüncədədir. Bəli, məktəblərdə bu gün şagirdlərin özləri belə artıq fərqindədir ki, kim onlara nəsə öyrədir, kim sadəcə yola verir. Sertifikasiya təhsilin gələcəyinə yönəlmiş ən doğru addımlardan biridir. Yalnız bilik və bacarıqla silahlanmış, dəyişən dünyanın tələblərinə cavab verən müəllim təhsilin inkişafına töhfə verə bilər. Qalanı – sadəcə maaş almaq üçün məktəbdə oturan şəxsdir. Unutmayaq: Övladımızın taleyini 30 sualı belə yaza bilməyən birinə etibar etmək – gələcəyimizi qaranlığa buraxmaq deməkdir. Bəli, iki dəfə kəsilən müəllimin bir adı var: SAVADSIZ. O savadsızın yeri məktəb yox, yenidən təlim mərkəzidir. Təhsili ucuz empatiya ilə yox, ciddi məsuliyyət hissi ilə idarə etməliyik!”

İrana zərbələr nəticəsində ölənlərin son sayı açıqlandı

İyunun 13-dən İsrail Hərbi Hava Qüvvələrinin İrana endirdiyi zərbələr nəticəsində ümumilikdə 950 nəfər həlak olub, 3450 nəfər isə yaralanıb. Sozcu.az xəbər verir ki, bu haqda Vaşinqtonda yerləşən insan haqları təşkilatı məlumat yayıb. Məlumata görə, öldürülənlərin 317-i hərbçi, 253 nəfəri isə təhlükəsizlik qüvvələrinin əməkdaşı olub. İran rəsmiləri isə hücumlar nəticəsində 400 nəfərin öldüyünü, 3056 nəfərin isə yaralandıını bildiriblər.

Qeyri-sabit hava nə vaxta kimi davam edəcək?

İyunun 23-ü saat 11:00-a olan məlumata əsasən, ölkə ərazisinin bəzi rayonlarında yağıntılı və küləkli hava şəraiti davam edir. Bu barədə Sozcu.az-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib. Qeyd olunub ki, düşən yağıntının miqdarı Sarıbaşda (Qax) 30, Zaqatalada 9, Kişçayda (Şəki) 8, Balakəndə 5, Astara, Tovuz və Qusarda 2, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Xankəndi, Xocalı, Füzuli, Oğuz, Qəbələ, Quba, Qrız, Şahdağ, Şamaxı, İsmayıllı, Şahbuz, Daşkəsən, Gədəbəy, Lənkəran, Göygöl, Şəmkir, Gəncə, Tərtər, Naftalan, Xaltan və Xınalıqda 1 mm-dir. Hazırda bir sıra ərazilərdə qərb küləyi əsir, küləyin maksimal sürəti Culfada 23, Naftalanda 18 m/s-dək güclənir. Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraitinin 24-ü axşamadək davam edəcəyi gözlənilir.

İranın nüvə proqramı məhv edilməyib - Hersoq

ABŞ və İsrailin zərbələrindən sonra İranın nüvə proqramı məhv edilməyib. Sozcu.az xəbər verir ki, bunu İsrail Prezidenti İshaq Hersoq deyib. “Onun məhv olduğunu deyə bilmərəm, amma deyə bilərəm ki, həm İsrailin hücumları, həm də ABŞ-ın hücumu nəticəsində çox ağır zərbə alıb”, - Hersoq bildirib.

Fordo nüvə obyektinə ciddi zərər dəyib - NYT

İsrail ordusu Fordo nüvə obyektinin hava zərbələri nəticəsində ciddi zərər gördüyünü, lakin tamamilə məhv edilmədiyini bildirib. Sozcu.az xəbər verir ki, bu barədə “Nyu York Tayms” məlumat yayıb. Məlumata görə, İran mümkün hücumları nəzərə alaraq obyektin daxilindəki mühüm avadanlıqları və uranı başqa yerə köçürüb. Qeyd olunur ki, bu addım İranın nüvə proqramını qorumaq və strateji itkiləri minimuma endirmək məqsədi daşıyır.

İsrailin Şərqi Azərbaycana zərbələri zamanı 52 nəfər öldü

13 iyundan 22 iyunadək İsrailin Şərqi Azərbaycan vilayətinə hərbi hava hücumları nəticəsində 52 nəfər ölüb. Sozcu.az xəbər verir ki, bu barədə İranın Şərqi Azərbaycan vilayəti fövqəladə hallar idarəsinin baş direktroru Məcid Fərşi yerli mediaya açıqlamasında məlumat yayıb. Onun sözlərinə görə, bu gün də İsrailin Şərqi Azərbaycan vilayətinə hücumları davam edib. Səhər saatlarında Təbriz şəhərində 4 məkan vurulub. Onlardan üçü şəhərin ətrafı, biri isə hərbi obyektdir.

İranın nüvə proqramının tamamilə ləğv və ya məhv edildiyini təsdiq edə bilmərəm - Netanyahu

Mən İranın nüvə proqramının tamamilə ləğv və ya məhv edildiyini təsdiq edə bilmərəm. Sozcu.az xəbər verir ki, bunu İsrail Baş naziri Benyamin Netanyahu deyib. “Lakin İranın nüvə proqramı ciddi zərər gördüyünü deyə bilərəm", - nazir bildirib.

Qəzza sakinləri türk ölkələrinə köçürülür?

Qəzza zolağı sakinlərinin Qazaxıstan, Özbəkistan və Tacikistana təxliyəsi ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlar dezinformasiyadır. Sozcu.az xəbər verir ki, bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyinin məlumatında deyilir. “Bu məlumat həqiqətə uyğun deyil. Sizdən yalnız rəsmi məlumatlara etibar etməyinizi xahiş edirik”, - deyə Qazaxıstan XİN bildirib. Qeyd edək ki, yayılan iddialarda Qəzzadan mərhələli təxliyənin 2026-cı ildə başlayacağı iddia edilib.

İranın nüvə silahı üçün hər şeyi var idi, indi isə… - ABŞ

İranın nüvə silahı hazırlamaq üçün lazım olan hər şeyə sahib olduğunu demək ədalətlidir. Sozcu.az xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio deyib. “İranın ən azı 9-10 bomba hazırlamaq üçün kifayət qədər yüksək dərəcədə zənginləşdirilmiş uranı var idi. Onların hər şeyi hazır idi. İndi isə o qədər yox”, - katib bildirib.

Tehran nüvə proqramını inkişaf etdirəcək - Kamalvəndi

İran nüvə proqramını inkişaf etdirməyə davam etmək niyyətindədir. Sozcu.az xəbər verir ki, bunu İranın Atom Enerjisi Təşkilatının (İAET) nümayəndəsi Bəhruz Kamalvəndi ABŞ-ın respublikanın nüvə obyektlərinə gecə endirdiyi zərbələri şərh edərkən deyib. “Əvvəllər belə hallar olub ki, əlimizdə olan imkan və potensiala görə zədələri dərhal aradan qaldırmışıq. Təbii ki, bu sənaye bundan sonra da inkişaf etməlidir və onun inkişafı dayanmayacaq”, - Kamalvəndi bildirib. Təşkilat nümayəndəsi vurğulayıb ki, ölkənin nüvə sənayesini tamamilə məhv etmək mümkün deyil: “Onlar (ABŞ – red.) anlamalıdırlar ki, nüvə sənayesi ölkəmizdə dərin kök salıb və bu milli sənayenin kökünü qoparmaq mümkün deyil”.

İranda rejim dəyişikliyinə çalışmırıq - Heqset

ABŞ-ın İrana zərbələri ölkə rəhbərliyini dəyişməyə deyil, yalnız onun nüvə proqramına yönəlib. Sozcu.az xəbər verir ki, bunu Pentaqonun rəhbəri Pit Heqset deyib. “Bu zərbələr rejim dəyişikliyinə təhrik etmək üçün həyata keçirilməyib. Söhbət İranın nüvə mərkəzlərinə yüksək dəqiqliklə zərbələr endirməkdən gedir", - o, Vaşinqtonda keçirdiyi mətbuat konfransında bildirib.

Qrossi MAQATE-nin təcili iclasını çağırır

Sabah Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (MAQATE) Rəhbərlər Şurasının İran ətrafındakı vəziyyətlə bağlı təcili iclası keçiriləcək. Sozcu.az xəbər verir ki, bu barədə MAQATE-nin baş direktoru Rafael Qrossi deyib. Qeyd edək ki, ABŞ Hərbi Hava Qüvvələri İranın 3 nüvə obyektinə zərbələr endirib.

ABŞ İranı hansı bombalarla və necə vurub?

Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarında ABŞ İranın 3 nüvə obyektinə zərbələr endirib. Sozcu.az xəbər verir ki, zərbələrin nəticələri hələlik bilinməsə də, ABŞ-ın hücumunun detalları haqda məlumat yayılmaqdadır. Siyasi təhlilçilər məlumatları bu cür paylaşıblar: - 6 ədəd B-2 bombardmançısı yerin dərinliyində yerləşən Fordo nüvə obyektinə onlarla 30 000 funtluq bomba atıb; - ABŞ Hərbi Dəniz Qüvvələrinin sualtı qayıqları isə Natanz və İsfahan obyektlərinə 30 ədəd TLAM qanadlı raketi buraxıb; - 1 ədəd B-2 bombardmançısı Natanz obyektinə 2 GBU-57 bombası atıb. - ABŞ bu gün döyüş şəraitində 30 000 funtluq "GBU-57 Massive Ordnance Penetrator" adlı bunkerə qarşı bombanı tarixdə ilk dəfə istifafə edib.

ABŞ heç bir ölkənin etmədiyini etdi - Netanyahu

Donald Tramp ən təhlükəli rejimi ən təhlükəli silahından məhrum etdi. Sozcu.az xəbər verir ki, bunu İsrail Baş naziri Benyamin Netanyahu ABŞ-ın İranın nüvə obyektlərinə zərbəsi ilə bağlı deyib. Netanyahu Trampın addımlarını cəsur və tarixi adlandırıb: “Amerika heç bir ölkənin etmədiyini etdi. Tarix yazacaq ki, Prezident Tramp dünyanın ən təhlükəli rejimini ən təhlükəli silahlarından məhrum etmək üçün hərəkət etdi”.

ABŞ İranın cavab zərbələrinə hazırlaşır: Son 48 saat...

Tramp administrasiyası İranın mümkün cavab zərbəsinə hazırlaşır. Sozcu.az xəbər verir ki, bu barədə NBC telekanalı amerikalı mənbələrə istinadla məlumat yayıb. Mənbənin məlumatına görə, növbəti 48 saat xüsusi narahatlıq doğurur. Qeyd edək ki, ABŞ Hərbi Hava Qüvvələri İranın nüvə obyektlərin zərbələr endirib.