Ukraynadan şok: Aralıqda rus tankeri vuruldu

Rusiyanın “kölgə donanması”na məxsus tanker Aralıq dənizinin neytral sularında Ukrayna dronları tərəfindən vurulub. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb. Məlumata görə, zərbələr nəticəsində QENDİL adlı tanker ciddi xəsarət alıb və fəaliyyətini davam etdirə bilməyib.

Tibb bacısının evdə iynə vurmasına icazə yoxdur...

Rayon və kəndlərdə tibb bacılarının evlərdə fəaliyyətinə icazə verilmir. Sozcu.az xəbər verir ki, bunu TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov “TƏBİB-in 2025-ci ilin yekunlarına və gələcək planlara dair” brifinqdə deyib. O bildirib ki, Bəzi kəndlərdə tibb məntəqəsi olmadığı halda, tibb bacısı evdə iynə vurur: “Ev tibb bacısının xidmət verəcəyi ərazi deyil. Bəzi kəndlərdə tibb məntəqəsi olmadığı halda, tibb bacısı evdə iynə vurur. Buna icazə yoxdur. Tibb bacısının ilkin yardım üçün əlində avadanlıqlar, dərman vasiətələri olmalıdır. Bunlar olmadan tibb bacısının xəstəyə iynə vurması ciddi həyati təhlükələrə gətirib çıxara bilər. Gələcək planlarda bütün bölgələrdə bu məntəqələri qurmaq planlaşdırılır”.

Kamran Əsədova ittiham elan edildi

Bu il keçirilən buraxılış və qəbul imtahanlarına qanunsuz texniki vasitə keçirilməsi ilə bağlı cinayət işi üzrə məhkəmənin növbəti iclası olub. Sozcu.az xəbər verir ki, Gəncə Şəhər Məhkəməsində hakim Elçin Məmmədovun sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan olunub. Qeyd edək ki, Dövlət İmtahan Mərkəzinin (DİM) yaydığı məlumata görə, bu il keçirilən buraxılış və qəbul imtahanlarında nəticələrin emalı ilə bağlı xüsusi yoxlama alqoritmlərinə əsasən, bəzi abituriyentlərin cavabları şübhə yaratdığı üçün DİM tərəfindən xüsusi araşdırma aparılıb. Nəticədə Gəncə şəhərində keçirilən növbəti qəbul imtahanında bəzi abituriyentlərin üzərində gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş və istifadəsi müvafiq orqanlar tərəfindən xüsusi icazə əsasında yol verilə bilən texniki vasitələr aşkarlanıb. 2025-ci il iyunun 17-də xüsusi yoxlama alqoritmlərinə əsasən, nəticələri şübhə doğuran abituriyentlərin, həmçinin üzərilərində texniki vasitələr aşkarlanan abituriyentlərin siyahısı araşdırılması üçün hüquq-mühafizə orqanlarına təqdim olunub. Cinayət işinin materiallarından müəyyən olunur ki, bu iş üzrə kömək edilməsi nəzərdə tutulan abituriyent sayı 11 nəfərdir. Həmin abituriyentlər də şahid qismində ifadə verib, öz əməllərini ifadələrində etiraf ediblər. Xatırladaq ki, cinayət işi araşdırılarkən texniki cihazları yerləşdirmək üçün xüsusi ayaqqabıları hazırlayan pinəçi də istintaqa dəvət olunub və şahid qismində ifadə verib. Yeni təqsirləndirilən şəxslərin əməlləri üzə çıxıb. İstintaqın gedişi zamanı oktyabrın 29-da DİM zərərçəkmiş tərəf kimi tanınıb və istintaq məlumatları təqdim edilib. İttiham aktı ilə tanış olan zaman hazırda təqsirləndirilən şəxslər Gündüz Yaşar oğlu Abbasov və Kamran Alim oğlu Əsədovun da əməlləri üzə çıxıb. Artıq məlum olduğu kimi, ittiham aktına əsasən, Gündüz Abbasov və Kamran Əsədov qadağan olunmuş texniki cihazlar vasitəsilə DİM tərəfindən keçiriləcək imtahanlardan asanlıqla keçmələrinə kömək göstərilməsi üçün onlara müraciət etmiş müxtəlif şəxslərdən müxtəlif məbləğlərdə pul vəsaiti alıb aralarında bölüblər. Onlar müxtəlif yerlərdə abituriyentlərlə görüşərək texniki cihazlardan istifadə olunma qaydasını izah ediblər. Qeyd edək ki, bu cihazların yerləşdirilməsi üçün altı qalın idman tipli ayaqqabılardan istifadə olunub. Onların alt hissəsi xüsusi alətlə kəsilərək genişləndirilib. Beləliklə kənardan baxılanda ayaqqabının altlığında kənar əşyaların olmasını girişdə müəyyən etmək mümkün olmayıb. Həmin abituriyentlər daha sonra sanitar qovşağa gediblər (qaydalara əsasən, imtahan başlayana qədər iştirakçıların təbii ehtiyaclarını ödəməsinə imkan yaradılır). Orada onlar qulaqlığı xüsusi çubuq vasitəsilə qulaqlarına, kameranı köynəyin düymə hissəsinə, ötürücü cihazı xüsusi yapışqan vasitəsilə çiyinlərinə, internet paylayıcı cihazı isə ayaqqabının daban hissəsinə yerləşdiriblər. Daha sonra sinif otağına qayıdıblar və imtahan başlayandan sonra üzərilərində olan kameranı kitabçaya tutmaqla görüntünü qarşı tərəfə ötürüblər. Qarşı tərəf isə öz telefonunda olan xüsusi proqram vasitəsilə görüntüləri canlı şəkildə əldə edib. Cavablar isə üzərində "VIP-smart" sözləri yazılmış nazik plastik karta oxşayan və üzərində hər hansı düymə və s. olmayan telefona zəng etməklə bildirilib. Belə ki, kartın üzərində olan nömrəyə zəng gəldikdə avtomatik telefon açılır və zəng edən şəxsin səsi eşidilir. Toplanmış sübutlara əsasən, təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham elan edilməklə Gündüz Abbasov barəsində məhkəmənin qərarı ilə həbs, Kamran Əsədov barəsində isə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirləri seçilib. Kamran Əsədovla Gündüz Abbasova bu əməllərinə görə Cinayət Məcəlləsinin 302.3-cü (gizli informasiya əldə etmək üçün nəzərdə tutulmuş texniki vasitələrin qanunsuz satılması və ya satış məqsədilə əldə edilməsi) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham elan edilib. Cinayət işinin başlanmasına səbəb DİM tərəfindən Dövlət Təhlükəsizliyi Xidmətinə (DTX) müraciət edilməsi olub. DTX-dən göndərilən materiallar əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaq aparılıb. İstintaq nəticəsində yuxarıda qeyd edilən şəxslərdən əlavə daha bir neçə nəfərə cinayət işi açılıb. Onların da işi hazırda məhkəmədədir.

Zelenskinin gəlişi Moskva üçün pis xəbərdir - Navrotski

Ukrayna Prezidenti Vladimir Zelesnkinin Polşaya səfəri Varşava və Kiyevin strateji sahələrdə, xüsusən də təhlükəsizlik məsələlərində birləşdiyinin sübutudur. Sozcu.az xəbər verir ki, bunu Polşa Prezidenti Karol Navrotski deyib. O bildirib ki, Rusiya təhlükəsi 2022-ci ildən çox əvvəl başlayıb: “Polşada Qroznı və Gürcüstanı, eləcə də keçmiş Polşa prezidenti Kaçinskinin sözlərini xatırlayırlar: Rusiya öz hərəkətləri ilə beynəlxalq nizamı məhv edir və beynəlxalq hüquq prinsiplərini tapdalayır”.

Amnistiya aktı dörd ay ərzində icra olunacaq

Amnistiya ilə bağlı qərar qəbul olunacağı gündən qüvvəyə minəcək və dörd ay ərzində icra olunacaq. Sozcu.az xəbər verir ki, bunu Milli Məclisin Hüquq siyasət və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib.modern)

“Azərbaycandan Ermənistana yükdaşıma tarifləri ilə bağlı problemlər var” – Paşinyan

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycan və Ermənistan arasında yükdaşımalar zamanı Gürcüstan Dəmir Yollarının tətbiq etdiyi tariflərlə bağlı müəyyən məsələlərin mövcud olduğunu bildirib. Sozcu.az xəbər verir ki, Paşinyan bu barədə jurnalistlərlə söhbətində danışıb. Baş nazir problemin həll olunacağına ümid etdiyini deyib: “Bilirəm ki, Ermənistan və Azərbaycan arasında malların gələcək daşınması ilə bağlı Gürcüstan dəmir yolu tarifləri ilə bağlı məsələlər var. Əgər bu məsələlər həll olunmasa, ümid edirəm ki, biznes idxal-ixracın təmin edilməsi üçün məntiqi alternativ yollar tapacaq”. Qeyd edək ki, ötən gün Azərbaycandan yanacaqla yüklənmiş ilk qatar yola salınıb. Qatar Gürcüstan ərazisindən keçməklə yükü Ermənistana çatdıracaq. Məlumata görə, qatar 22 vaqondan ibarətdir və 1 220 ton Aİ-95 markalı benzin daşıyır. Gürcüstan bu yükü rüsumsuz daşıyacaq. Ümumilikdə isə istisna hal kimi Gürcüstan ərazisindən Azərbaycandan Ermənistana 2600 ton yanacağın rüsumsuz daşınması nəzərdə tutulub.

Azərbaycan UEFA reytinqində gerilədi

UEFA-nın əmsallar reytinqində yenilənmə olub. Sozcu.az xəbər verir ki, Konfrans Liqasında dünən keçirilən oyunlardan sonra Azərbaycan 26-cı yerdən (22.250 xal) 28-ci yerə düşüb. Azərbaycandan bir pillə yuxarıda olan Slovakiyanın əmsalı 22.375, 29-cu olan Bolqarıstanın əmsalı isə 19.875-dir. Hazırda yalnız "Qarabağ"la avrokuboklarda təmsil olunan Azərbaycan mövsümə 17.125 xalla başlayıb.  Qeyd edək ki, cədvələ 103.658 əmsallla İngiltərə başçılıq edir.

AB razılığa gəldi: Ukrayna üçün 90 milyard avro

Avropa Birliyi liderləri Ukraynaya 90 milyard avro (105 milyard dollar) kredit verməklə bağlı razılığa gəliblər. Sozcu.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb. Məlumata görə, liderlərin Ukraynanın qarşıdakı iki il üçün hərbi və iqtisadi ehtiyaclarını ödəyəcəyini söylədiyi razılaşma Brüsseldə keçirilən sammitdə bir gündən çox davam edən danışıqlardan sonra əldə olunub. Qeyd edək ki, AB liderləri Rusiyanın dondurulmuş aktivlərindən istifadə ilə bağlı razılığa gələ bilməyiblər.

Piyadanı vurdu, sonra “Niva” ilə toqquşdu: ölən var

Bakı şəhəri, Maştağa-Buzovna avtomobil yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Sozcu.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə dekabrın 18-də saat 19:00-da baş verib. Belə ki, Maştağa-Buzovna avtomobil yolunda 90 TR 152 dövlət nömrə nişanlı "Opel" markalı avtomobilin sürücüsü idarə etdiyi nəqliyyat vasitəsi ilə yolu keçmək istəyən piyadanı vurub. Bundan sonra o, idarəetməni itirərək qarşı yolda hərəkətdə olan 50 DU 990 dövlət nömrə nişanlı "Niva" markalı avtomobillə toqquşub. Hadisə nəticəsində "Niva" markalı avtomobilin sürücüsü M.Dəmirov ölüb, "Opel" markalı avtomobilin sürücüsü və piyada xəsarət alıb. Faktla bağlı cinayət işi açılıb, Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır.

Pensiya yaşı artırılır

Gələn ildən qadınların pensiya yaşı artırılır. Sozcu.az “mətbuat.az”a istinadla xəbər verir ki, 2026-cı ilin 1 iyul tarixindən etibarən qadınlar üçün pensiya yaşı 6 ay artırılacaq. Qanunvericiliyə əsasən, həmin tarixdən qadınların pensiya yaşı 64 il 6 aydan 65 yaşa qaldırılacaq. Bu artım prosesin sonuncu mərhələsi hesab olunur və bundan sonra qadınlar üçün pensiya yaşı 65 yaş səviyyəsində sabit qalacaq. Qeyd edək ki, “Əmək pensiyaları haqqında” qanuna əsasən, pensiya yaşı 2017-ci il iyulun 1-dən başlayaraq mərhələli şəkildə artırılıb.

Bu qurumun səlahiyyətləri artırıldı

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Metrologiya İnstitutu (AzMİ) ilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində fəaliyyət göstərən İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti və Regional Su Meliorasiya Xidməti arasında ölçmələrin dəqiqliyinin və istehlakçı hüquqlarının qorunmasının təmin edilməsi məqsədilə müqavilə imzalanıb. Bu barədə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyindən bildirilib. Müqaviləyə əsasən, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində fəaliyyət göstərən İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin nəzdində Nəzarət Ölçü Cihazları İdarəsinin Suölçən Cihazların Kalibrləmə Laboratoriyasının idarə edilməsi Azərbaycan Metrologiya İnstitutuna ötürülüb. Sözügedən laboratoriyada əhali və qeyri-əhali istehlakçıları, həmçinin sənaye müəssisələri tərəfindən istifadə olunan su sayğaclarının yoxlanılması işləri icra olunur. Bundan əlavə, su sayğaclarına edilən kənar müdaxilə hallarının müəyyən edilməsi tədbirləri həyata keçirilir. Qeyd edək ki, 2024-cü ildə “Azəriqaz” İB-yə məxsus Sayğacların müayinəsi laboratoriyası və “Azərişıq” ASC-nin Sayğacların test-təmir laboratoriyası Azərbaycan Metrologiya İnstitutunun idarəetməsinə verilib.

İtkin balıqçılardan birinin meyiti TAPILDI

Dekabrın 9-da Astara rayonu, Şahağac kəndi yaxınlığında Xəzər dənizində itkin düşən 2 balıqçıdan biri - 1999-cu il təvəllüdlü Həsənov Ağadədə Famil oğlunun meyiti FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Sozcu.az xəbər verir ki, bu barədə FHN Mətbuat xidmətinin məlumatında bildirilib. Hazırda itkin düşən digər şəxs, 1997-ci il təvəllüdlü Həsənov Turan Eyvaz oğlunun axtarışları davam etdirilir. Əlavə məlumat veriləcək.

Pirotexniki vasitələr satan şəxslər tutuldu

Qazax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən partlayıcı və tezalışan maddələrin, pirotexniki vasitələrin gizli şəkildə satışının qarşısının alınması məqsədilə nəzarət-profilaktik tədbirlər keçirilib. Sozcu.az xəbər verir ki, keçirilən tədbirlər zamanı rayon sakinləri E. Mədətov, T. Kərimova və Z. Babayevadan külli miqdarda pirotexniki vasitələr aşkar olunaraq götürülüb. Onlar barəsində İnzibati Xətalar Məcəlləsinin müavfiq maddəsi ilə protokol tərtib edilib və baxılması üçün rayon məhkəməsinə göndərilib.

Azərbaycanda bu il 219, 5 milyon manatlıq narkotik dövriyyədən çıxarılıb

2025-ci ilin yanvar-noyabr ayları ərzində qanunsuz dövriyyədən çıxarılmış 8 ton 334 kq 712,932 qram narkotik vasitələrin və psixotrop maddələrin ümumilikdə dəyəri 219 milyon 573 min AZN kimi qiymətləndirilir. Sozcu.az xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupundan bildirilib. Məlumata görə, narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 5117 nəfər cəlb edilmiş, onlardan 4961 kişi, 156 qadın olub.

Hərbi xidmətə yararsız şəxslərin nəzərinə

Artıq hərbi xidmətə müəyyən xəstəliklər səbəbindən yararsız hesab edilən şəxslər müalicəyə cəlb olunurlar. Bu zaman onlara TƏBİB tərəfindən müayinə üçün müəyyən vaxt təyin olunur. Bəs qeyd olunan tarixdə TƏBİB-in göstərilmiş müəssisəsinə gəlməyən şəxslər müalicədən yayınmış hesab edilə və buna görə qanunvericilikdə nəzərdə tutulmuş qaydada cərimələnə bilər? Sozcu.az xəbər verir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İctimaiyyətlə İş və Beynəlxalq Əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov Metbuat.az-ın sorğusuna cavab olaraq bildirib ki, İnzibati Xətalar Məcəlləsinin 606.3-cü maddəsinə əsasən çağırışçıların və hərbi vəzifəlilərin bu Məcəllənin 604-cü maddəsində nəzərdə tutulan hal istisna olmaqla, qanunla nəzərdə tutulmuş hallarda həqiqi hərbi xidmətə çağırış, tibbi müayinə (tibbi şəhadətləndirilmə), hərbi hissələrə təhkim edilmə, müvafiq toplanışlarla əlaqədar çağırış üzrə Xidmətin yerli baş idarə, idarə, şöbə və bölməsinə üzrlü səbəblər olmadan gəlməməsinə görə 300 manatdan 500 manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla 160 saatdan 240 saatadək ictimai işlər tətbiq olunur: “Bu Məcəllənin 606.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs barədə məhkəmə qərar qəbul edənədək Xidmətin yerli baş idarə, idarə, şöbə və bölməsinə gəldikdə inzibati məsuliyyətdən azad olunur. Məcəllənin 606.3-cü maddəsində göstərilən əməl qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırış və ya səfərbərlik üzrə çağırış ilə bağlı törədildikdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsinə əsasən cinayət məsuliyyətinə səbəb olur. Cinayət Məcəlləsinin 321-ci maddəsinə əsasən qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan və ya səfərbərlik üzrə çağırışdan boyun qaçırma - 2 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni əməllər müharibə vaxtı törədildikdə 3 ildən 6 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır”. Qeyd edək ki, Məcəllənin 321-ci maddəsində “çağırışdan boyun qaçırma” dedikdə vətəndaşların üzrlü səbəblər olmadan tibbi müayinəyə (tibbi şəhadətləndirilməyə), müddətli həqiqi hərbi xidmətə, toplanışlara və səfərbərlik üzrə hərbi xidmətə çağırış üzrə gəlməməsi başa düşülür.

Çin avtomobillərinin əsas problemləri nələrdir? - Bilməli olduğunuz MƏQAMLAR

Çin avtomobilləri Avropa ölkələrində getdikcə daha populyarlaşır. Onlar daha tanınmış rəqibləri ilə müqayisədə daha aşağı qiymətləri və qabaqcıl texnologiyaları ilə sürücüləri cəlb edir. Sozcu.az Lent.az-a istinadla xəbər verir ki, Təcrübəli mexanik Ceyson Makmanus Avropadakı bütün Çin avtomobilləri ilə bağlı əsas problemlərdən danışıb. O, bir avtomobil almadan əvvəl nələrə diqqət etməli olduğunuza izah edib. Çin avtomobillərinin Böyük Britaniyada çox populyarlaşdığı qeyd edilib. Təkcə 2025-ci ilin ilk 10 ayında ölkəyə daxil olan 10 yeni Çin markası bazarın 4,8 faizini ələ keçirib. Makmanus bildirib ki, Avropa ölkələrində Çin modelləri alan sürücülər, xüsusən də avtomobilin təmirə ehtiyacı varsa, müəyyən çətinliklərlə üzləşəcəklər. Mexanikin sözlərinə görə, ehtiyat hissələrinə məhdud çıxış səbəbindən Çin avtomobillərinin təmiri digər ölkələrdən olan daha çox yayılmış rəqiblərə nisbətən daha uzun çəkə bilər. O, həmçinin əlavə edib ki, bir çox texnik hələ də Çin avtomobilləri ilə işləmək üçün kifayət qədər təlim keçməyib. Makmanus xəbərdarlıq edib ki, müstəqil avtomobil təmiri sexlərində tez-tez tam texniki məlumatlar və Çin avtomobilləri üçün sabit ehtiyat hissələri yoxdur. O, vəziyyətin yaxşılaşacağına əmindir, lakin hələlik təmir müddəti kifayət qədər uzun ola bilər.

Rusiyaya sanksiya: Siyahıda Azərbaycan vətəndaşı da var

Böyük Britaniya Rusiyaya sanksiyalar çərçivəsində 5 şəxsə və 19 təşkilata məhdudiyyətlər tətbiq edib. Sozcu.az xəbər verir ki, bu barədə Birləşmiş Krallığın Maliyyə Nazirliyi öz saytında məlumat yayıb. Sənəddə sanksiyaların Rusiya, Azərbaycan, Pakistan və Özbəkistan vətəndaşlarına qarşı tətbiq olunduğu bildirilib. Bundan başqa, məhdudiyyət tətbiq edilənlər sırasında Rusiyanın “Tatneft” və “Russneft” şirkətləri, həmçinin Özbəkistan, Qırğızıstan və Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) olan təşkilatlar da var.

ABŞ-ın ictimai-siyasi xadimləri Azərbaycana gələcək

ABŞ-ın bir sıra ictimai-siyasi xadimləri Azərbaycana səfər edəcək. Sozcu.az xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Emi Karlon Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədovla görüşündə deyib. O, gələn il ABŞ-Azərbaycan münasibətlərinin daha da dinamik inkişaf edəcəyini, bir sıra ictimai-siyasi xadimlərin Azərbaycana səfərlərinin planlaşdırıldığını qeyd edib.

Sülh planı üzrə danışıqlarda irəliləyiş var - Zelenski

ABŞ-la sülh planı üzrə danışıqlarda irəliləyiş əldə edirik. Sozcu.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski Brüsseldə jurnalistlərə bildirib. O hesab edir ki, Ukrayna və ABŞ nümayəndə heyətləri arasında görüşlərin tezliyi də danışıqlarda irəliləyişin göstəricisidir.

Rusiya hücum etsə, ABŞ nə edəcək? - Zelenski

Başa düşürük ki, ruslar avropalıları danışıqlardan kənarlaşdırmaq istəyirlər. Buna yol verilməməlidir. Sozcu.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib. “Avropanın mövcudluğu Rusiyanın yenidən hücum ehtimalını azaldacaq. Mən bir suala cavab almaq istərdim: Rusiya yenidən təcavüzə keçsə, ABŞ nə edəcək?”, - Zelenski vurğulayıb.

Ukrayna Krımda hərbi aerodromu vurdu

Ukrayna Krımdakı Belbek hərbi aerodromuna zərbələr endirib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidməti məlumat yayıb. Məlumata görə, PUA-larla endirilən zərbələr nəticəsində aerodromda olan MiQ-31 təyyarəsi, S-400 hava hücumundan müdafiə sisteminin radar kompleksi, “Pansir-S2” HHM sistemi və 2 ədəd “Nebo-SVU” uzaq radar kompleksi sıradan çıxarılıb.

Keçmiş arvadını boğaraq öldürdü

10:51 Qusar rayonunda qətl hadisəsi baş verib. Sozcu.az xəbər verir ki, hadisə dekabrın 16-da səhər saatlarında rayonun Hil kəndinin ərazisində qeydə alınıb. Evdə kənd sakini 32 yaşlı Diana Təyibovanın üzərində zorakılıq əlamətləri olan meyiti tapılıb. Polis tərəfindən keçirilən tədbirlərlə onu keçmiş əri kənd sakini 35 yaşlı Asif Təyibovun münaqişə zəminində boğması və kəsici alətlə boğaz nahiyəsinə vuraraq öldürməsi müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır. *** Dekabrın 16-da rayon sakini Diana Təyibovanın öldürülməsi barədə məlumat daxil olub. Qusar rayon prokurorluğundan verilən məlumata görə, araşdırma zamanı rayonun Hil kənd sakini Asif Təyibovun Diana Təyibovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Qusar rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. A.Təyibov rayon prokurorluğu tərəfindən şübhəli şəxs qismində tutulub. İbtidai istintaq davam etdirilir.

Dağlarda -13 dərəcə şaxta olacaq – Sabahın havası açıqlandı

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-qərb küləyi səhər şimal-qərb küləyi ilə əvəz olunacaq. Sozcu.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, Bakı və Abşeron yarımadasında havanın temperaturu gecə 2-5, gündüz 7-10 dərəcə isti olacaq. Atmosfer təzyiqi 773 mm civə sütunu, nisbi rütubət isə gecə 70-75 %, gündüz 60-65% təşkil edəcək. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 7-10 dərəcə isti, dağlarda gecə 7-10 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə 10-13 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacaq.

Ürəyi tutub ocağa yıxıldı, yanıb öldü

Naxçıvanda 66 yaşlı kişi odda yanaraq ölüb. Sozcu.az xəbər verir ki, Naxçıvan şəhər sakini, 1959-cu il təvəllüdlü Arif Əli oğlu İsayev səhər saatlarında yaşadığı evin həyətində yandırdığı ocağın üzərinə yıxılaraq yanıb. Hadisədən bir qədər sonra onun yanmış meyiti aşkar edib. İlkin məlumata görə, 1 ay əvvəl ürək əməliyyatı keçirmiş A.İsayevin ocağa benzin tökəndə ürək tutmasından ocağa yıxılıb. Hadisə yerinə hüquq-mühafizə orqanın əməkdaşları cəlb edilib. Faktla bağlı Naxçıvan Şəhər Prokrorluğunda araşdırma aparılır.