Rusiyada PARTLAYIŞ

Rusiyanın Voronej vilayətində dəmiryolu xəttində partlayış baş verib. Sozcu.az xəbər verir ki, bu barədə "Baza" telegram kanalı məlumat yayıb. Bildirilib ki, insident Yevdakovo və Saquni stansiyaları arasındakı hissədə qeydə alınıb. Partlayış nəticəsində dəmiryolu infrastrukturu zədələnib. İlkin məlumatlara görə, hadisə zamanı xəsarət alan olmayıb. Qeyd edək ki, iyunun 1-nə keçən gecə saatlarında Bryansk vilayətinin Vıqoniçi kəndi ərazisində partlayış nəticəsində körpü uçub, həmin an onun altından sərnişin qatarı keçib. Hadisə nəticəsində 7 nəfər ölüb, daha 73 insan yaralanıb.

Hərbi cinayətlərdə ittiham olunan erməniəsilli şəxslərin məhkəməsi keçirilir

Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilir. Sozcu.az “Report”a xəbər verir ki, proses Bakı Məhkəmə Kompleksində Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə baş tutur. Xatırladaq ki, ötən prosesdə zərərçəkmiş şəxslər ifadə verib. Qeyd edək ki, onlar Ermənistan dövləti və onun silahlı qüvvələri, o cümlədən Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma Dağlıq Qarabağ respublikası və onun qanunsuz silahlı birləşmələri tərəfindən Azərbaycana və xalqına qarşı sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibə aparma, soyqırımı, əhalini məcburi köçürmə, təqib, işgəncə, hərbi soyğunçuluq və digər qanunsuz əməllərdə təqsirləndirilirlər. Xatırladaq ki, Ermənistan Respublikası və onun silahlı qüvvələri, o cümlədən Ermənistanın yaratdığı qanunsuz “Dağlıq Qarabağ respublikası” və onun qanunsuz silahlı birləşmələr tərəfindən törədilən cinayətlərdə ittiham olunan 15 nəfər – Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Manukyan David Azatini, Babayan Davit Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beglaryan Vasili İvani, Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiriyə qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar.

Bağçada uşaqlar ən çox nədən xəstələnir?

2024-cü ildə Azərbaycanda fəaliyyət göstərən dövlət bağçalarında 48 mindən artıq xəstələnmə halı qeydə alınıb. Sozcu.az modern.az-a istinadla bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Xəstələnmə hallarının 10 minə yaxını 3 yaşından aşağı uşaqlarda olub. Məktəbəqədər təhsil müəssisələrində uşaqlar ən çox qripin və yuxarı tənəffüs yollarının kəskin infeksiyasına yoluxurlar. Bağçalarda ötən il 27 mindən çox belə xəstəlik aşkarlanıb. Uşaqlar arasında angina (kəskin tonzillit, 15653 yoluxma), pnevmaniya (234), skarlatina (429), bakterial dizenteriya (211), bədbəxt hadisə, zəhərlənmə və zədələr (62) və digər xəstəliklər (4406) aşkarlanıb.

Lənkəranda itkin düşən kişinin meyiti tapıldı

10:26 Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Lənkəran rayonunun Horavenc kəndində meşəlik ərazidə 1 nəfərin itkin düşməsi barədə məlumat daxil olub. Sozcu.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb. Məlumatla əlaqədar, FHN-in Cənub Regional Mərkəzinin xilasetmə qüvvələri itkin düşməsi ehtimal edilən 1970-ci il təvəllüdlü İlham Hüseynovun axtarış işlərinə cəlb olunub. Hazırda vətəndaşın itkin düşdüyü ehtimal edilən istiqamətlər üzrə axtarışlar davam etdirilir. *** Lənkəranda ötən gündən itkin düşən kişinin meyiti tapılıb. Bildirilib ki, Lənkəran rayonunun Horavenc kəndində ötən gündən itkin düşən və axtarışları aparılan 1970-ci il təvəllüdlü İlham Ağamməd oğlu Hüseynovun meyiti dərədə aşkarlanıb. Meyiti dərədən çıxarmaq üçün əraziyə FHN-nin Cənub Regional Mərkəzinin xilasediciləri cəlb olunub. Hadisənin hansı şəraitdə baş verməsi araşdırılır.

BMV divara çırpıldı: 4 gənc öldü - Yenilənib

08:51 Qazax rayonunda ağır yol qəzası baş verib. Sozcu.az xəbər verir ki, hadisə rayonun Abbasbəyli kəndində qeydə alınıb. Məlumata görə, BMV markalı avtomobilin idarəetmədən çıxaraq divara çırpılması nəticəsində 1997-ci il təvəllüdlü Ramal Vəliyev, 2000-ci il təvəllüdlü Zaur Əhmədov, 1997-ci il təvəllüdlü Rafət Nəsibov və 2004-cü il təvəllüdlü Göyüş Nəbiyev aldıqları ağır xəsarətdən həlak olublar. Faktla bağlı araşdırma aparılır. *** Qazaxda yol-nəqliyyat hadisəsində ölən 4 nəfərin meyiti avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. FHN Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Qazax rayonunun Abbasbəyli kəndində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar. Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, BMW markalı minik avtomobili yol kənarındakı tikiliyə çırpılıb və 4 nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb. Həyata keçirilən tədbirlər nəticəsində sıxılmış vəziyyətdə qalan 4 nəfərin meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. *** Qazax rayonunda 4 nəfərin ölümü ilə nəticələnən avtoqəza ilə bağlı cinayət işi başlanılıb. Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidməti Gəncə Regional Qrupundan bildirilib ki, Qazax rayonu Abbasbəyli kəndi ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. İlkin araşdırmalara əsasən, BMV markalı minik avtomobili hərəkətdə olarkən sürücü idarəetməni itirmiş və avtomobil yol kənarındakı divara dəyib. Nəticədə nəqliyyat vasitəsində olan dörd nəfər - 28 yaşlı Ramal Vəliyev (sürücü), 25 yaşlı Zaur Əhmədov, 28 yaşlı Rafət Nəbiyev və 21 yaşlı Göyüş Nəbiyev hadisə yerində həyatlarınnı itiriblər. Faktla bağlı Qazax Rayon Polis Şöbəsində cinayət işi başlanıb. Qəzanın başvermə səbəblərinin araşdırılması məqsədilə müvafiq ekspertizalar təyin edilib. Araşdırmalar davam etdirilir. *** Qazaxda 4 nəfərin öldüyü yol-nəqliyyat hadisəsinin bəzi təfərrüatları məlum olub. Teleqraf xəbər verir ki, hadisə zamanı qəzaya səbəb olan BMV markalı avtomobil 1997-ci il təvəllüdlü Ramal Vəliyevə məxsus olub. Hadisədən öncə Ramal Vəliyevlə yanaşı, Rafət Nəsibov şəxsi avtomobilləri ilə Abbasbəyli kəndi gediblər. Onlar restoranların birində yeyib-içdikdən sonra Ramal Vəliyevə aid BMV markalı abtomobil ilə Fərəhli kəndinə qayıdıblar. Lakin sonradan Rafət Nəsibovun avtomobilinin Abbasbəyli kəndində unudulduğu məlum olub. Həmin maşını gətirmək üçün yenidən geri dönüblər. Hadisə də həmin an baş verib. BMV markalı avtomobil idarəetməni itirərək, öncə işıq dirəyinə dəyib, daha sonra isə qarşıdakı mağazaya çırpılıb. Nəticədə maşında olan Ramal Vəliyevlə yanaşı, 2000-ci il təvəllüdlü Zaur Əhmədov, 1997-ci il təvəllüdlü Rafət Nəsibov və 2004-cü il təvəllüdlü Göyüş Nəbiyev hadisə yerində ölüblər. Qeyd edək ki, ölən şəxslər Fərəhli kənd sakinləridirlər.

Hava ilə bağlı növbəti XƏBƏRDARLIQ

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən iyunun 5-i gündüz şimal və qərb rayonlarından başlayaraq 7-si axşamadək bəzi yerlərdə fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Sozcu.az xəbər verir ki, bu barədə Xidmətdən məlumat verilib. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var. Gözlənilən yağıntılar ilə əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel və daşqın keçəcəyi ehtimal olunur.

General Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətdən danışdı

Ermənistan-Azərbaycan sərhədində vəziyyət nisbətən sabitdir. Sozcu.az xəbər verir ki, bunu Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-leytenant Edvard Asryan parlamentdə jurnalistlərə açıqlamasında deyib. Asryanın sözlərinə görə, Ermənistan Silahlı Qüvvələri ona verilən tapşırıqları, o cümlədən kəşfiyyat işlərini yerinə yetirməkdə davam edir. "Sərhəd zonasında başqa təxribat xarakterli fəaliyyət müşahidə olunmayıb", - Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi bildirib. Edvard Asryan iyunun 4-də jurnalistlərlə söhbətində baş nazir Nikol Paşinyanın "müharibə yox, sülh olacaq" bəyanatını şərh edərkən deyib. "Ermənistanın baş naziri Ali Baş Komandandır, nə deyirsə, onun kifayət qədər əsasları var".

Hikmət Hacıyev bu ölkələrin nümayəndələri ilə görüşdü

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Şimali və Baltikyanı ölkələrin (Şimali Baltik Səkkizliyi ölkələri, NB8) nümayəndələri ilə görüşüb. Sozcu.az xəbər verir ki, o, bu barədə "X" hesabında paylaşım edib. "Bizim qlobal və regional məsələlər, eləcə də ikitərəfli gündəm üzrə çox səmərəli dialoqumuz oldu. Müxtəlif sahələrdə əməkdaşlığımızı inkişaf etdirmək üçün geniş imkanlar və qarşılıqlı maraq var", - o bildirib.

Rusiya Ukraynada 1 milyon əsgər itirib - ABŞ

Ukraynadakı müharibədə ümumi itkilər 1,4 milyon nəfərə çatıb: Rusiya 1 milyon, Ukrayna 400 min əsgər itirib. Sozcu.az xəbər verir ki, bu barədə ABŞ-ın Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin geniş hesabatında məlumat verilib. Hesabatda qeyd olunub ki, 2024-cü ilin yanvarından bəri Rusiya təxminən 1149 zirehli döyüş maşını, 3098 PDM, 300 özüyeriyən artilleriya və 1865 tank itirib. Rusiya texnikalarının itkiləri Ukraynanın itkilərinə nisbətdə 5:1-2:1-ə təşkil edib. Hesabata görə, Rusiya Ukraynada İkinci Dünya müharibəsindən sonra bütün Rusiya və Sovet münaqişələrində ölənlərin sayından beş dəfə çox insan itirib. Rusiyanın Ukraynadakı itkiləri Əfqanıstandakı on illik müharibədən 15 dəfə, Çeçenistandakı 13 illik müharibədən isə 10 dəfə çoxdur.

Zelenski çağırış etdi: Bunu sürətləndirmək lazımdır!

Arzuedənlər Koalisiyasının komandalar səviyyəsində koordinasiya prosesini sürətləndirmək lazımdır. Sozcu.az xəbər verir ki, bunu ölkə Prezidenti Volodimir Zelenski Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupunun 28-ci iclasında ("Ramştayn" formatında) çıxışı zamanı bildirib. "Biz müharibənin yayılmasının və ya yenidən başlamasının qarşısını almaq üçün artıq bəzi ölkələrlə real təhlükəsizlik zəmanətləri və siyasi addımlar üzərində işləməyə başlamışıq", - prezident qeyd edib. O, iştirakçı olan hər bir ölkəyə təşəkkür edib, lakin qərarları, infrastrukturu və koordinasiyanı hazırlamaq üçün praktikliyi qoruyub saxlamağın vacibliyini vurğulayıb. "Gəlin bu prosesi komandalar səviyyəsində sürətləndirək", - Ukrayna lideri sonda deyib.

Azərbaycan və Ermənistan nümayəndələri görüşdü

Azərbaycanın və Ermənistanın itkin düşmüş şəxslər üzrə dövlət komissiyalarının nümayəndələri arasında növbəti görüş keçirilib. Sozcu.az xəbər verir ki, görüş çərçivəsində tərəflər münaqişə zamanı itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması ilə bağlı humanitar məsələləri müzakirə ediblər. Görüşdə məlumat mübadiləsi imkanları, axtarış tədbirlərinin əlaqələndirilməsi məsələləri nəzərdən keçirilib. Tərəflər humanitar sahədə dialoqun davam etdirilməsinin vacibliyini vurğulayıb və itkin düşmüş şəxslərin ailələrinin maraqları naminə gələcək təmaslara hazır olduqlarını bildiriblər.

Zelenski onu Birləşmiş Qüvvələrin komandanı təyin etdi

Prezident Vladimir Zelenski Mixaylo Drapatıyı Birləşmiş Qüvvələrin komandanı təyin edib. Sozcu.az xəbər verir ki, “RBC-Ukrayna”nın məlumatına görə, Mixaylo Drapatıy cəbhəyə rəhbərlik edəcək. Prezident Zelenski dünənki axşam müraciətində Mixaylo Drapatıy ilə döyüş məsələlərinə dair müzakirə apardıqlarını bildirib.

Rusiyaya qarşı sanksiyalar hazırdır... - Kelloq

ABŞ-ın Rusiyaya qarşı sanksiyaları hazırdır, Konqres və Ağ Ev onları təsdiqləməyə hazırdır. Sozcu.az xəbər verir ki, bunu ABŞ prezidentinin Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi Keyt Kelloq deyib. “Keçən həftə sonu senator Lindsi Qremlə danışdım. Anladığım qədər, sanksiyalar hazırdır. Layihə 2025-ci il “Rusiya Sanksiya Aktı” adlanır. Bu, sanksiyalar kifayət qədər ağırdır. Məsələn, ABŞ-a idxalda gömrük dərəcəsi 500% təşkil edir. Konqresdə və Ağ Evdə bu məsələ ilə bağlı yekdil fikir var. Rusiya neft dövlətidir. Gəlirinin böyük hissəsini neft-kimya sənayesindən əldə edir. Bu sanksiyaların hədəfi məhz bu sənayedir”, - o bildirib.

Azərbaycanda ən dərin zəlzələlər bu ərazidə baş verir

Azərbaycanda ən dərin zəlzələlər Xəzər dənizində baş verir. Sozcu.az xəbər verir ki, bu AMEA nəzdində RSXM-nin baş direktoru Qurban Yetirmişli "Təbii fəlakətlər, ekoloji problemlər, yaşıl dünya" mövzusunda keçirilən konfransda deyib. O bildirib ki, həmin zəlzələlərin dərinliyi 60-70 km arasında olur.

Sabirabadda faciəvi yanğın – 4 nəfər öldü

Fövqəladə Hallar Nazirliyinin qaynar telefon xəttinə Sabirabad rayonunun Muğan Gəncəli kəndində fərdi yaşayış evində yanğın olması barədə ilkin məlumat daxil olub. Sozcu.az Nazirliyin yaydığı məlumata istinadla xəbər verir ki, bundan sonra müvafiq xilasetmə qüvvələri yanğın yerinə cəlb olunublar. “İlkin məlumata əsasən, yanğın ikimərtəbəli fərdi yaşayış evində baş verib. Yanğının kəşfiyyatı zamanı 4 nəfərin meyiti aşkar olunub. Yanğın söndürülüb, ətrafda olan tikililər yanğından mühafizə olunub. Əlavə məlumat veriləcək”, - məlumatda deyilir.

Krım körpüsü yenə partladıldı

Ukrayna Təhlükəsizlik Xidməti Krım körpüsündə partlayış həyata keçirib. Sozcu.az xəbər verir ki, bu barədə qurum məlumat yayıb. Məlumata görə, UTX agentləri iyunun 3-nə keçən gecə Krım körpüsünün dayaqlarını minalayıb və ilk partlayıcı qurğunu işə salıblar. “Körpünün dayaqları ciddi zədələnib. Partlayış 1100 kq trotil ekvivalentində həyata keçirilib. Körpü qəzalı vəziyyətdədir”, - məlumatda bildirilib.

Ukrayna dronları rus təyyarələrinin “ovuna” çıxıb

“Ukrayna dronları xeyli müddətdir ki, Rusiyaya məxsus ağır bombardmançı təyyarələrin ovuna çıxıb. Onlar həmin təyyarələri “axtarıb tapır” və dərhal məhv edirlər”. Sozcu.az xəbər verir ki, bu barədə ABŞ hərbi nəşri məlumat yayıb. Nəşrin məlumatına görə, Rusiya bu təyyarələri qorumaq üçün onları döyüş bölgəsindən minlərlə kilometr uzaqlıqda gizlətsə, habelə onların yerini tez-tez dəyişsə də, Ukrayna dronları bu təyyarələri tapmaqda, onları sıradan çıxarmaqda davam edir. Nəşrin məlumatına görə, son günlər Ukrayna dronlarının Rusiyanın ucsuz-bucaqsız ərazilərində tapıb məhv etdiyi təyyarələrdən biri də Tu-95 təyyarələridir. Ukrayna bu təyyarələrə Saratov yaxınlığındakı Engels hava bazasında təkrar zərbə endirdikdən sonra Rusiya həmin təyyarələri Murmans vilayətindəki Kola yarımadasında “gizlətmişdi”. Lakin Ukrayna dronları onları bu yarımada da tapmış və məhv etmişdir. Nəşr hesab edir ki, “Hörümçək toru” əməliyyatıdnan Urkrayna dronlarının Rusiya təyyarələrinə qarşı hücum əməliyyatlarəı daha intensiv və sistemli hal alacaq. Bu hücumlardan yayınmağı çətinləşdirən əsas amil isə həmin təyyarələrin hədsiz böyüklüyü səbəbindən peyk kəşfiyyatı tərəfindən rahatlıqla təsbit edilməsidir.

Güclü küləyin fəsadı davam edir: Ağac aşaraq avtomobilin üzərinə düşdü

İyunun 2-dən Bakıda müşahidə edilən güclü külək bir sıra fəsadlara yol açıb. Sozcu.az Oxu.Az-a istinadla xəbər verir ki, növbəti hadisə paytaxtın Səbail rayonu, Xaqani küçəsində qeydə alınıb. Yol kənarındakı irigövdəli ağaclardan birinin budağı qoparaq avtomobilin üzərinə düşüb. Nəticədə maşına ziyan dəyib.

Pis hava şəraiti bu vaxta qədər davam edəcək

İyunun 4-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən Sozcu.az-a verilən məlumata görə, iyunun 3-dən 4-nə keçən gecə və səhər bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi axşama doğru zəifləyəcək. Havanın temperaturu gecə 17-20, gündüz 23-27 dərəcə isti olacaq. Atmosfer təzyiqi 759 millimetr civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75, gündüz 45-50 faiz olacaq. Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv və güclü olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Axşam tədricən kəsiləcək. Gecə və səhər bəzi yerlərdə zəif duman gözlənilir. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 14-18, gündüz 22-27, dağlarda gecə 5-10, gündüz 10-15 dərəcə isti olacaq. Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərurda bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Axşam tədricən kəsiləcək. Arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 12-17, gündüz 23-28 dərəcə isti olacaq. Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Füzuli, Ağdam, həmçinin Daşkəsən-Gədəbəy, Göygöldə bəzi yerlərdə arabir leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensiv və güclü olacağı, dolu düşəcəyi ehtimalı var. Axşam əksər rayonlarda tədricən kəsiləcək. Arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 5-10, gündüz 15-20 dərəcə isti proqnozlaşdırılır. Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilanda bəzi yerlərdə arabir leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Axşam tədricən kəsiləcək. Arabir duman gözlənilir. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 5-10, gündüz 15-20 dərəcə isti olacaq. Qazax, Gəncə, Samux, Goranboy, Tərtər, Şəmkir, Tovuz, Naftalanda bəzi yerlərdə arabir leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Arabir duman gözlənilir. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 14-18, gündüz 21-26 dərəcə isti təşkil edəcək. Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusarda bəzi yerlərdə arabir leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Arabir duman gözlənilir. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 12-17, gündüz 18-23, dağlarda gecə 5-10, gündüz 10-15 dərəcə isti olacaq. Yevlax, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Bərdə, Beyləqan, Sabirabad, Mingəçevir, Biləsuvar, Saatlı, Göyçay, Ucar, Şirvan, Hacıqabul, Zərdab, Salyan, Neftçalada bəzi yerlərdə arabir leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı proqnozlaşdırılır. Ayrı-ayrı yerlərdə yağıntının intensiv və güclü olacağı, dolu düşəcəyi ehtimalı var. Axşam tədricən kəsiləcək. Arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 14-18, gündüz 22-27 dərəcə isti təşkil edəcək. Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara, Biləsuvar, Cəlilabadda bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Axşama doğru tədricən kəsiləcək. Arabir duman olacaq. Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 16-18, gündüz 22-27, dağlarda gecə 13-16, gündüz 16-19 dərəcə isti olacaq. Qeyd edək ki, ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti iyunun 5-dək davam edəcək.

İyun ayında Azərbaycana qar yağır - Faktiki hava

Azərbaycanda iyunun 3-ü saat 17:00-a olan məlumata əsasən hazırda küləkli və yağıntılı hava şəraiti müşahidə edilir. Sozcu.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Kəlbəcər, Xankəndi, Laçın, Şuşa, Ağdam, Xocalı, Ağdərə, Daşkəsən, Gədəbəy, Tərtər, Mingəçevir, Göygöl, Yevlax, Gəncə, Goranboy, Naftalan, Şəmkir, Balakən, İmişli, Şamaxı, Ağsu, Qəbələ, Şəki, Zaqatala, İsmayıllı, Xınalıq, Qrız, Qusar, Quba, Xaltan, Sabirabadda arabir şimşək çaxır, leysan xarakterli yağış yağır. Şahdağa isə qar yağması müşahidə edilir. Saat 16:21-16:24 radələrində Xankəndi şəhərinə diametri 8-10 mm olan dolu düşüb. Bəzi yerlərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 28, Zərdabda 18, Sabirabadda 17, Naxçıvanda 16, Cocuqmərcanlı və Şamaxıda 15 m/s-yə çatır.

İşıq və qazpulu 3 dəfə azaldılsın, yoxsa...

“Regionlarda yaşayan sakinlərə müavinət verilməli və onlar vergilərdən azad etməlidirlər”. Bu sözləri "Yeni Sabah"a hüquqşünas Əkrəm Həsənov deyib. O, deputat Zahid Orucun bu gün Milli Məclisdə səsləndirdiyi təkliflərə, o cümlədən bəzi bölgələr üçün elektrik enerjisi və qaza tariflərin 3 dəfə azaldılması  münasibət bildirib. Ə. Həsənov qeyd edib ki, təklifin reallaşdırılmsında hüquqi və iqtisadi baxımdan ciddi problem görmür: "Amma dəyişikliyi Tarif Şurasının qərarı ilə etmək olar. Texniki cəhətdən problem yoxdur, problem mümkün oğurluq və korrupsiyadir. Hər şeydən pul çıxarmağı bacarırıq axı. İşığı, qazı, suyu məhz lazımlı bölgəyə yox, digər bölgələrə verəcəklər ki, “podkat” alsınlar. Heç kim bu hallara görə bölgələrə gedib məsələni araşdıran deyil”. Ekspert əlavə edib ki, kommunal xidmət göstərən qurumlar – “Azərişıq”, “Azəriqaz”, “Azərsu” – dövlətə məxsus olsa da, kommersiya təşkilatlarıdır: “Bu təşkilatların əsas məqsədi qazanc əldə etməkdir. Ən azı öz xərclərini gəlirləri ilə bağlamaq üçün. Fikrimcə, bu təşkilatlar mənfəətlə işləməlidirlər ki, dövlətə yük olmasın”. Onun sözlərinə görə, əgər bu sistem qurularsa, regionlara da kommunal xidmətlərin maya dəyərindən aşağı qiymətlə çatdırılması mümkün olar. Əkrəm Həsənov qeyd edib ki, regionlarda yaşayan vətəndaşlara güzəştlər verilməli, lakin bu, daha şəffaf və konkret mexanizmlərlə həyata keçirilməlidir: “Regionlarda yaşayan sakinlərə, əlbəttə, güzəştlər olunmalıdır, lakin başqa formada. Yəni vergidə və ya dövlət həmin bölgələrdə yaşayanlara müəyyən miqdarda müavinət versə, bu məsələ daha aydın və şəffaf olacaq”. Xatırladaq ki, Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, deputat Zahid Oruc Milli Məclisin növbədənkənar sessiyasının bu gün keçirilən ilk iclasında sərhədyanı kəndlərə "Böyük qayıdış"ı təmin etmək üçün elektrik və qaz tariflərini 3 dəfə azaltmağı təklif edib. Onun sözlərinə görə, Gədəbəy, Kürdəmir və Bakıda orta illik temperatur fərqli olduğu üçün 7 ay soyuq şəraitdə yaşayan əhali diferensial tarifləri tətbiq etməyin əsası var: "Hər hansı büdcə itkisi olmayacaq, əksinə, əhalinin geridönüşü artdıqca, sıxlığın yaratdığı problemlər - mənzil, əmək və yollar, körpülər, keçidlərə qoyulan səraməyələri bölgələrə yönəltmək mümkün olacaq. Tarif siyasəti ilə yanaşı, maaşlar və iş yerlərinin bölgələrdə açılmasına yönələn güzəştlər siyasəti ilə daxili miqrasiyanın yalnız bir istiqamətdə getməsinin qarşısı ala bilərik". Məsələ ilə bağlı “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev bildirib ki, qurum limitlərin yenilənməsinə baxan səlahiyyətli qurum deyil. "Azərişığ"ın mətbuat katibi Vaqif Aydınoğlunun köməkçisi Pərvanə Kazımzadə də oxşar cavab verib.

İkinci qəbul imtahanına hazırlaşanların NƏZƏRİNƏ!

Dövlət İmtahan Mərkəzi (DİM) iyulun 8-dək I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanının ikinci mərhələsinin 2-ci cəhdində iştirak etmək üçün qeydiyyat aparır. DİM-dən Sozcu.az-a bildirilib ki, imtahanın 2-ci cəhdində iştirak etmək istəyənlər şəxsi kabinetin istifadəçi adı və parolundan istifadə etməklə DİM-in müvafiq internet səhifəsinə daxil olaraq yenidən imtahan vermək istədikləri ixtisas qrupunu seçərək qeydiyyatdan keçirlər və müvafiq qaydada ödəniş (ödəniləcək məbləğ barədə sistem tərəfindən avtomatik olaraq istifadəçiyə məlumat verilir) edirlər. Aşağıdakı kateqoriyadan olan Azərbaycan Respublikası vətəndaşlarının (yalnız ümumi təhsil müəssisələrini bitirin) imtahanda iştirakı dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir: -Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin uşaqları; şəhid ailəsinin üzvləri; valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar; məcburi köçkün statusu olan şəxslər; I və II dərəcə əlilliyi müəyyən edilmiş şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar. Bu abituriyentlər haqqında məlumat DİM tərəfindən müvafiq icra orqanlarının informasiya sistemlərindən elektron üsullarla əldə olunur. İmtahanda yalnız göstərilən tarixlərdə qeydiyyatdan keçmiş abituriyentlər iştirak edə bilərlər. Abituriyentlərə ikinci imtahana qeydiyyat zamanı birincidəkindən fərqli ixtisas qrupunu seçməyə icazə verilir. Mayın 4-də keçirilmiş Azərbaycan dili (dövlət dili) imtahanından qeyri-məqbul alan abituriyentlərə də yay qəbul imtahanına qeydiyyatdan keçməyə icazə verilir. Lakin həmin abituriyentlər iyunun 29-da keçiriləcək II Azərbaycan dili imtahanından qeyri-məqbul aldıqları təqdirdə müsabiqəyə buraxılmayacaqlar. Qəbul imtahanlarının ikinci cəhdi II və III ixtisas qrupları üzrə iyulun 6-da, I və IV ixtisas qrupları üzrə isə iyulun 13-də keçiriləcək. Coğrafiya fənni üzrə əlavə imtahan da iyulun 13-də təşkil olunacaq.

Ruben Vardanyanın məhkəmə prosesi davam etdirilir

Bakı Məhkəmə Kompleksində müharibə qanunlarını və adətlərini pozma, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə və digər maddələrlə təqsirləndirilən Ruben Vardanyanın cinayət işi üzrə məhkəmənin baxış iclası başlayıb. Sozcu.az xəbər verir ki, proses Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə keçirilir. Xatırladaq ki, Ruben Vardanyan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, aparma), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə) əməllərinin törədilməsində təqsirləndirilib. O, həmçinin həmin məcəllənin 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma), 318-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) və digər maddələrində nəzərdə tutulan əməllərin törədilməsində ittiham olunur.

Qəbul imtahanında ən yüksək nəticə göstərən RAYONLAR - SİYAHI

2024-cü ilin qəbul imtahanlarında yüksək nəticə göstərən abituriyentlərin faiz nisbəti üzrə bölgüsü bəzi maraqlı nəticələri ortaya çıxarıb. Sozcu.az-ın "Abituriyent" jurnalından əldə etdiyi məlumata görə, Şahbuz rayonu 500-700 bal aralığında nəticə göstərən şagirdlərin faizinə görə ölkə üzrə birinci yerdədir. Bu rayonda imtahanda iştirak edənlərin 18.06 faizi yüksək nəticə göstərib. Şahbuzu Sumqayıt (16.72%), Qəbələ (15.18%), Qax (14.7%), Mingəçevir (14.1%), Şəki (13.89%), İsmayıllı (13.85%) və Bakı (13.44%) izləyir. 600 baldan yuxarı nəticə göstərənlərin sayına gəlincə, Bakıya 1289 nəfər, Sumqayıtda 244 nəfər, Abşeronda 149 nəfər, Gəncədə 106 nəfər, Mingəçevirdə isə 46 nəfər təşkil edib.