Gəncədə ər arvadını döyüb xəstəxanalıq etdi

Gəncədə qadın döyülüb.

Sozcu.az-ın məlumatına görə, hadisə şəhərin Sevil Qazıyeva küçəsində baş verib. Belə ki, şəhər sakini 1982-ci il təvəllüdlü Pərvanə İsmayılova kəllə-beyin travması ilə xəstəxanaya yerləşdirilib. Ona dərhal yardım edilib, vəziyyətinin kafi olduğu bildirilir.

Məlumata görə, qadın həyat yoldaşı tərəfindən döyülüb.

Faktla bağlı araşdırma aparılır.

Share on Facebook