Prezident Beçiroviç və Tsviyanoviçlə görüşdü

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 11-də Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Denis Beçiroviç və üzvü Jelka Tsviyanoviç ilə görüşüb. Sozcu.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Yaponiyanın yeni baş naziri bəlli oldu

Yaponiya Liberal Demokrat Partiyasının rəhbəri Şiqeru İşiba ölkənin baş naziri seçilib. Sozcu.az xəbər verir ki, bu barədə Yaponiya mətbuatı məlumat yayıb. Parlamentin aşağı palatasında keçirilən səsvermənin ikinci turunda o, deputatların yarıdan çoxunun səsini qazanıb. İşiba 221, onun ikinci turdakı rəqibi Yoşixiko Noda isə 160 səs alıb.

"Modern Group"a daxil olan "Azgranata"nın külli miqdarda vergi borcu var

"Azgranata" MMC-nin dövlətə külli miqdarda vergi borcu var. Pravda.az-ın xəbərinə görə, MMC-nin hazırki dövrədək dövlətə olan borcu 226 465 manatdır. Qeyd: Qanuni təmsilçisi Böyükağa Nadir oğlu Mustafayev olan şirkət (Nizamnamə kapitalı 21 582 592 AZN-dir) alkaqollu və alkaqolsuz içki istehsalçısıdır. MMC "Modern Group"a daxildir.

Bu yollarda məhdudiyyətlər olacaq - SİYAHI

COP29 Liderləri Sammitinin keçiriləcəyi 11, 12 və 13 noyabr tarixlərində Bakının bir sıra küçə və prospektlərində məhdudiyyət tətbiq ediləcək. Sozcu.az xəbər verir ki, nəqliyyat vasitələri üçün məhdudiyyət tətbiq ediləcək küçə və prospektlər aşağıdakılardır: - Hava Limanı şosesi - Heydər Əliyev prospekti - Neftçilər prospekti - Yusif Səfərov küçəsi - Niyazi küçəsi - İstiqlaliyyət küçəsi - Lermontov küçəsi - Mikayıl Huseynov küçəsi - Xəqani Rüstəmov küçəsi - Teymur Elçin küçəsi - Mehdi Hüseyn küçəsi.

Media Agentliyi açıqlama yaydı

Bəzi onlayn media subyektlərinin SOCAR-ın Sumqayıtdakı zavodlarının birində yanğın hadisəsinin baş verməsi barədə yaydığı məlumat həqiqəti əks etdirmir.  Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyidən Sozcu.az-a daxil olan açıqlamada bildirilir ki, Media subyektlərini məlumat yayarkən “Media haqqında” Azərbaycan Respublikası Qanununun mediada dərc olunan və (və ya) yayımlanan informasiyaya dair tələblərinə əməl etməyə, rəsmi mənbələrin rəyini əks etdirməyən, təhrif olunmuş informasiya hazırlamaqdan çəkinməyə çağırırıq. Xüsusi vurğulayırıq ki, bu kimi hallar media etikasının tələblərinə cavab verməməklə yanaşı, media subyektinin hüquqi məsuliyyətini şərtləndirir.  Jurnalistləri, ictimai fəalları belə məsələlərə qarşı hər zaman prinsipiallıq nümayiş etdirməyə, saxta və yalan məlumat əsaslı kampaniyaların vüsət aldığı bir şəraitdə sayıq olmağa çağırırıq.

Bulvardakı “balina“ müəmması: Maket, yoxsa canlı...

Bir neçə gündür dənizkənarı bulvar ərazisinə çəkildiyi deyilən görüntülər müzakirələrə səbəb olub. Sozcu.az xəbər verir ki, yayılan görüntülərdə Xəzər dənizində böyük balinanın olması öz əksini tapıb. Sosial şəbəkələrdə yayılan görüntülərin xüsusi proqramlardakı effektlə yaradıldığını iddia edənlərlə yanaşı, real olduğunu deyənlər də olub. Daha sonra isə sözügedən balinanın sahilə çıxmasına dair görüntülər yayılıb. Artıq yerli mütəxəssislərin balinaya baxdığı, ərazidə tədqiqat apardığı bildirilir. Hər nə qədər görüntülər olsa da, rəsmi mənbələrdən əldə etdiyimiz məlumata görə, sahildə görülən nəhəng varlığın maket olduğu bildirilir. Həmçinin ərazidə olan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, bulvar ərazisindəki nəhəng varlıq tez-tez sulansa da, heç kim yaxına buraxılmır. Bulvar ərazisində işləyən təsərrüfat işləri ilə məşğul olan şəxslər də nəhəng varlığın maket olduğunu söyləyiblər. 2 gündür bütün ölkədə müzakirələrə səbəb olan “balina” ilə bağlı heç bir rəsmi açıqlama verilməməsi təəccüb doğurur. Müraciət etdiyimiz rəsmi qurumların heç biri bununla bağlı mövqe bildirməyiblər.ölkə)

Bu ərazilərə leysan düşəcək – Xəbərdarlıq

Noyabrın 11-i axşamdan 13-ü axşamadək bəzi yerlərdə arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən Sozcu.az-a bildirilib ki, ayrı-ayrı yerlərdə (Naxçıvan MR, Quba-Qusar, Qazax-Gəncə, Mərkəzi Aran, Lənkəran-Astara) qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Çaylarda sululuğun artacağı, Böyük Qafqazın və Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.

Günəşdə 31 dəqiqə davam edən böyük partlayış qeydə alındı

Alimlər Günəşdə X sinfinə yaxın güclü partlayış qeydə alıblar. Sozcu.az xəbər verir ki, bu barədə Rusiya Tətbiqi Geofizika İnstitutundan məlumat verilib. “Noyabrın 10-da saat 15:06-da (Bakı vaxtı ilə 16:06) 3889 (S07E26) Günəş ləkələri qrupunda rentgen diapazonunda 31 dəqiqə davam edən M9.5 partlayışı aşkar edilib”, - məlumatda qeyd olunub.

Kimlər hərbi xidmətdən azad ediləcək? - AÇIQLAMA

Yüksək intellektə malik istedadlı çağırışçılar, 600-dən çox bal toplamış abituriyentlər hərbi xidməti Milli Müdafiə Universitetində çəkəcəklər. Sozcu.az xəbər verir ki, mövzu ilə bağlı big.az-a açıqlama verən hərbi ekspert Emin Həsənli bildirib ki, indi elə bir zaman gəlib ki, süni intellekt və robot texnologiyaları orduların döyüş qabiliyyətinin artırılmasında mühüm bir həlqəyə çevrilib: “Bütün bunların idarə olunması üçün yüksək biliklərə, intellektə malik hərbi qulluqçular lazımdır. Buna görə də yeni yaradılan intellektual qabiliyyətli bölmələrdə Dövlət İmtahan Mərkəzinin ali təhsil müəssisələrinə qəbul imtahanından 600 və yuxarı bal toplamış, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 20 may tarixli 229 nömrəli Qərarı ilə təsdiq edilmiş “Beynəlxalq və Respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin və yarışların siyahısı və onların qaliblərinin ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbulu Qaydası”nın şərtlərinə uyğun olan qaliblər, həmçinin cari təqvim ilindən əvvəlki təqvim ilinin nəticələrinə görə beynəlxalq reytinqi (“Times Higher Education (THE) World University Rankings” və ya “Academic Ranking of World Universities” (Shanghai)) 500-cü yerdən aşağı olmayan sırada yer alan xarici ali təhsil müəssisəsinin bakalavriat və ya magistratura proqramlarının məzunları olan çağırışçılar xidmət edəcəklər. Göstərilən kateqoriya üzrə müddətli həqiqi hərbi xidmətə çağırılmış gənclərdən informasiya texnologiyaları sahəsində müvafiq ixtisasa sahib olanlar Orduda rəqəmsal bacarıqların inkişafına və yeni imkanların yaradılmasına əhəmiyyətli töhfə verəcəkdir”.

Tramp Pentaqona rəhbərliyi ona tapşıracaq

ABŞ-ın keçmiş müdafiə naziri vəzifəsini icra edən Kristofer Miller yeni seçilmiş prezident Donald Trampın administrasiyasında Pentaqona rəhbərlik edə bilər. Sozcu.az xəbər verir ki, bu barədə “Qardian” yazıb. Bildirilib ki, Miller Trampın ilk prezidentliyinin son mərhələsində - 9 noyabr 2020-ci ildən 20 yanvar 2021-ci ilə qədər qısa müddət ərzində müdafiə naziri vəzifəsini icra edib. Pentaqonu rəhbəri postuna digər namizəd Florida ştatından ABŞ Nümayəndələr Palatasının üzvü Mayk Ultsun da adı çəkilir. Qeyd edək ki, keçmiş dövlət katibi Mayk Pompeonun adı müdafiə naziri vəzifəsinə namizəd kimi çəkilsə də, Tramp çıxışında onun yeni administrasiyada yer almayacağını demişdi.

İsveç hərbi kəşfiyyatının rəhbəri Kiyevə getdi

Ukrayna Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov Kiyevdə Hərbi Kəşfiyyat Xidmətinin rəisi general-leytenant Tomas Nilssonla görüşüb. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Kəşfiyyat İdarəsindən məlumat verilib. Məlumata görə, görüşdə Ukrayna və İsveç hərbi kəşfiyyatı arasında əməkdaşlıq müzakirə edilib. Nilsson Kiyevə İsveç kəşfiyyatı tərəfindən lazımi dəstəyin davam edəcəyini deyib.

Qəzzada ölən jurnalistlərin sayı açıqlandı

2023-cü ilin oktyabrından bu günə kimi Qəzza zolağında baş verən əməliyyatlar nəticəsində 188 jurnalist həlak olub. Sozcu.az xəbər verir ki, bu barədə “Əl Məyadin” telekanalı məlumat yayıb. Məlumata görə, jurnalistlərin bir hissəsi öz ailə üzvləri ilə birlikdə öldürülüb.

Pompeo yüksək vəzifəyə gətirilir - CBS

Keçmiş dövlət katibi Mayk Pompeo ABŞ-ın yeni müdafiə naziri ola bilər. Sozcu.az xəbər verir ki, bu iddia ilə CBS Nyus çıxış edib. Nəşrin mənbəsinin məlumatına görə, Tennessi ştatından respublikaçı senator Bill Hagerti (ABŞ-ın Yaponiyadakı keçmiş səfiri) dövlət katibi, ABŞ Milli Kəşfiyyatının direktoru Con Ratkliff isə Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri vəzifəsini tuta bilər. Qeyd edək ki, bundan öncə “Politoko” nəşri senatorlar Rubio və Hagerti, eləcə də Qrenellin dövlət katibi vəzifəsinə namizəd olduqlarını yazmışdı, müdafiə naziri kimi isə senator Tom Kotonun adı hallanır.

Tramp Harrisə yardım təklif etdi: Ödəməyə hazıram

Demokratlar Partiyasının milyonlarla dollarlıq borcunu ödəməyə hazırıq. Sozcu.az xəbər verir ki, bunu ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Tramp deyib. “Çox təəccüblənirəm ki, 2020-ci il prezident seçkilərində əzmlə və cəsarətlə mübarizə apararaq, rekord məbləğdə pul yığan demokratların pulu qalmayıb. Bir partiya olaraq və çox ehtiyac duyulan birlik naminə bunu etməyi təklif edirəm. Çoxlu pulumuz qalıb”, - Tramp bildirib. “Deyli Meyl” nəşrinin məlumatına görə, Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harrisin kampaniyası 20 milyon dollar borc yaranmasına gətirib çıxarıb.

Bakıya yağış yağdı: Faktiki hava

Milli Hidrometeorologiya Xidmətinin noyabrın 10-u saat 9:00-a olan məlumatına əsasən əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 9-u günün birinci yarısında bəzi yerlərdə qısamüddətli yağış yağıb. Xidmətdən Sozcu.az-a bildirilib ki, düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında, Qobustan, Sabirabad, Neftçalada 1 mm-dək olub. Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 11 dərəcəyədək isti, Naxçıvan MR-da 3 dərəcə şaxtadan 1 dərəcəyədək isti, yüksək dağlıq ərazilərində 5 dərəcəyədək şaxta, Aran rayonlarında 6-10 dərəcə isti, dağlıq rayonlarda 2 dərəcə şaxtadan 1 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə 5 dərəcəyədək şaxta qeydə alınıb.

991-ci gün: Rusiyanın itkiləri yeniləndi

Ukrayna müharibənin 991-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 708 890 hərbçi, 9 249 ədəd tank, 18 726 ədəd zirehli döyüş maşını, 20 280 ədəd artilleriya sistemi, 1 245 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 996 hava hücumundan müdafiə sistemi, 369 ədəd hərbi təyyarə, 329 ədəd helikopter, 28 683 ədəd avtomobil texnikası, 18 619 ədəd PUA, 2 634 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 3 604 xüsusi avadanlıq itirib.

Azərbaycandan Rusiyaya gedən miqrantların sayı artdı

2024-cü ilin ilk 3 rübündə – 9 ay ərzində Rusiyaya gedən əmək miqrantlarının sayı açıqlanıb. Sozcu.az xəbər verir ki, bu barədə Rusiya Vahid İdarələrarası İnformasiya və Statistika Sistemi yayıb. Bildirilib ki, ölkəyə ən çox miqrant Özbəkistandan gəlib – 1 milyon 748 min. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə (1 milyon 605 min) 143 min nəfər çoxdur. İkinci yerdə Tacikistan 986 min nəfərlə gəlir. Tacikistandan da Rusiyaya gedənlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə (884 min) 102 min artıb. Qırğızıstandan gedənlərin sayı (570 min) ötən illə müqayisədə (517 min) 53 min artıb və ölkə 3-cü yeri tutub. Qazaxıstan 4-cü yerdədir – 147 min (ötən ilin eyni dövründə 107 min olub). Ermənistandan gedənlərin sayı dəyişməyib – bu il də 142 min olub (5-ci yer). Azərbaycandan gedən əmək miqrantlarının sayı isə 104 minə qalxıb. Ötən ilin eyni dövrü ilə müqayisədə (93 min) bu, 11 min çoxdur və bu rəqəmlə ölkəmiz 6-cı olub.

Trampdan Zelenskiyə: Mənimlə xoşbəxt olacaqsan!

ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Tramp Vladimir Zelenski ilə telefon danışığı zamanı xoşbəxtlik vəd edib. Sozcu.az xəbər verir ki, bu barədə "Axios" mənbələrə istinadən məlumat yayıb. "Söz verirəm ki, mənimlə xoşbəxt olacaqsan", - Tramp deyib. Xatırladaq ki, bundan əvvəl Trampın Zelenski ilə söhbətində amerikalı iş adamı İlon Maskın iştirak etdiyi bildirilirdi.

İranda yaşayan türklərdən böyük addım: Tehran da Azərbaycandır!

Bu gün İranın paytaxtı Tehran şəhərində etnik türklər Azərbaycana dəstək məqsədilə divarlara vərəqlər yapışdırıblar.  Sozcu.az bu barədə Araz News-a istinadən xəbər verir. Etnik türklərin hazırladıqları vərəqlərdə yazılıb: “Tehran da Azərbaycandır!”

Pakistanda əsgərlər hədəf alındı: 27 ölü

10:50 Pakistanın cənub-qərbindəki Bəlucistan əyalətində yerləşən “Kvetta” dəmir yolu stansiyası yaxınlığında partlayış baş verib. Sozcu.az xəbər verir ki, olay nəticəsində azı 24 nəfər ölüb, 44 nəfər isə yaralanıb. Bəlucistan polisinin baş müfəttişi Muzzam Ca Ənsari bildirib ki, partlayışın hədəfi quru qoşunları məktəbinin əsgərləri olub. Onun sözlərinə görə, yaralıların əksəriyyətinin vəziyyəti ağırdır. Polisin baş komandiri Məhəmməd Balox qeyd edib ki, partlayışın terrorçu-kamikadze tərəfindən törədildiyi güman edilir, araşdırma aparılır. “Partlayış dəmir yolu vağzalında, qatar Pişəvərə yola düşən ərəfədə baş verib”, - Balox vurğulayıb. "Bəlucistan azadlıq ordusu" partlayışa görə məsuliyyəti üzərinə götürüb. *** Terakt nəticəsində ölənlərin sayı 27-yə qalxıb.

Litva prezidenti Gürcüstandakı durumdan narahatdır

Rusiyanın seçki prosesinə irimiqyaslı müdaxiləsi parlament seçkilərinin nəticələrinin legitimliyini şübhə altına alır. Müstəqil beynəlxalq araşdırmaya təcili ehtiyac var. Biz demokratik və azad cəmiyyətdə yaşamağa çalışan Gürcüstan xalqı ilə həmrəy olmalıyıq. Sozcu.az xəbər verir ki, bu sözləri Litva Prezidenti Gitanas Nauseda Gürcüstanda keçirilən parlament seçkilərinin nəticələri ilə bağlı şərh verərkən deyib. O bildirib ki, Gürcüstanda vəziyyət çox narahatlıq doğurur. Xatırladaq ki, Gürcüstanda keçirilən parlament seçkilərinin nəticələrinə görə, hakim Gürcü Arzusu Partiyası qalib olub. Müxalifət isə seçkinin nəticələrini tanımır.

Müəllimlərin maaşından vergi tutulmasın! - TƏKLİF

“Müəllimlərin əmək haqqından vergi tutulmamalıdır”. Sozcu.az xəbər verir ki, bunu təhsil eksperti Kamran Əsədov deyib. “Müəllimlərin əmək haqqından vergi tutulmaması təhsilin inkişafı, onların sosial rifahının yaxşılaşdırılması və ölkənin ümumi iqtisadiyyatına müsbət təsir göstərmək baxımından vacibdir”, - K.Əsədov bildirib. Onun sözlərinə görə, müəllimlər cəmiyyətin gələcəyini formalaşdıran ən önəmli peşə sahiblərindən biridir və onların rifahının yüksəldilməsi təhsilin keyfiyyətini birbaşa təsirləndirir. “Maddi dəstəyin gücləndirilməsi isə müəllimlərin iş motivasiyasını artıraraq, yüksək keyfiyyətli təhsilin təmin olunmasına kömək edir. Bir çox inkişaf etmiş ölkədə müəllimlərə xüsusi vergi güzəştləri tətbiq edilir. Məsələn, Skandinaviya ölkələrində müəllimlərə azaldılmış vergi yükü ilə yanaşı, sosial dəstəklər də verilir ki, bu da onların motivasiya ilə fəaliyyət göstərməsinə imkan yaradır. Bu cür təcrübələr ölkələrdə təhsilin səviyyəsini yüksəldir və gələcək nəslin inkişafına töhfə verir”. K.Əsədovun sözlərinə görə, vergi yükünün azaldılması müəllimlərin gəlirlərini artıraraq onların sosial rifahını yüksəldər və maddi sıxıntılardan uzaq bir şəkildə fəaliyyət göstərməsinə şərait yaradar. “Vergi yükünün azaldılması müəllimlərin işə daha çox diqqət ayırmasına, peşəkar inkişaflarına investisiya etmələrinə və təhsilin keyfiyyətini artırmalarına imkan verər. Vergi güzəştləri tətbiq edildikdə müəllimlərin digər sektorlara axını azalır və təhsildə kadr çatışmazlığının qarşısı alınır. Bu güzəştlər gənc müəllimlər üçün də təhsildə qalmaq üçün cəlbedici bir mühit yaradar. Müəllimlərin maddi vəziyyətinin yaxşılaşdırılması onların təlim resurslarına daha çox sərmayə qoymasına imkan verər. Beləliklə, peşəkarlıq artır, müxtəlif kurslar və təlimlərə qatılaraq daha keyfiyyətli tədris verə bilirlər. Bu, birbaşa təhsilin keyfiyyətinə təsir edir və gələcək nəsillərin daha hazırlıqlı yetişməsinə səbəb olar”. Ekspert deyib ki, müəllimlərin əmək haqqından vergi tutulmaması onların maddi rifahını və iş şəraitini yaxşılaşdırmaqla, təhsilin keyfiyyətinə və cəmiyyətin inkişafına mühüm təsir göstərər. “Dövlətin bu sahədə müsbət addımlar atması gələcək nəsillərin inkişafı və cəmiyyətin rifahı üçün vacibdir”. Xatırladaq ki, dövlət ümumi təhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, həmin müəssisələrin direktor və direktor müavinlərinin, habelə gənclərin çağırışaqədərki hazırlıq rəhbərlərinin aylıq vəzifə maaşı sonuncu dəfə 2023-cü il fevralın 1-dən orta hesabla 10 faiz artırılıb. Hazırda müəllimlərin aldığı maaşdan müxtəlif vergilər tutulur. Vergi Məcəlləsinin 101.1-ci maddəsinə əsasən, 2500 manatadək olan aylıq gəlirlərdən 14% gəlir vergisi tutulur. “Sosial sığorta haqqında” Qanunun 14-cü maddəsinə əsasən, əmək müqaviləsi ilə işləyənlər üçün hesablanmış əməkhaqqının 3% miqdarında məcburi dövlət sosial sığorta haqqı ödənilməlidir. Qeyd olunanlardan əlavə, Həmkarlar İttifaqı Təşkilatı ilə bağlanmış müqaviləyə əsasən, əməkhaqqından 2% üzvlük haqqı tutulur. Bundan başqa, müəllimlər iİşsizlikdən sığortaya görə 0,5%, icbari tibbi sığortaya görə 2% ödəniş də edirlər.  Beləliklə, müəllimlərin əmək haqqından aşağıdakı vergilər tutulur: Gəlir vergisi – 14%; Sosial sığorta – 3%; Həmkarlar ittifaqı – 2%; İşsizlikdən sığorta – 0,5%; İcbari tibbi sığorta haqqı  - 2%. Bunları ümumilikdə hesabladıqda maaşdan 21,5 % tutulmalar olur.modern)

Pakistanda partlayış: 20 ölü, 30 yaralı

Pakistanın Bəlucistan əyalətində yerləşən Kvetta şəhərində dəmiryol stansiyasının yaxınlığında güclü partlayış olub. Sozcu.az xəbər verir ki, xarici KİV-in məlumatına görə, hadisə nəticəsində azı 20 nəfər həlak olub, 30 nəfər isə yaralanıb.

SEPAH Trampa sui-qəsd hazırlayır - ŞOK İDDİA

ABŞ Federal Təhqiqatlar Bürosu İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) anonim nümayəndəsinin seçkilərdə qalib gəldikdən sonra Donald Trampı öldürmək üçün sui-qəsd hazırladığını açıqlayıb. Sozcu.az xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ Ədliyyə Nazirliyinin məlumatına görə, ötən ilin sentyabrında İslam İnqilabı Keşikçiləri Korpusunun həmin nümayəndəsi öz adamına Trampı izləməyi və onu aradan götürməyə hazırlaşmağı tapşırıb. Təfərrüatlar açıqlanmır. Trampın özü daha əvvəl bəyan etmişdi ki, İran ona qarşı sui-qəsd təşkil edə bilərdi, baxmayaraq ki, o, təhdidlərdən narahat deyil. Tramp həmçinin iddia edir ki, ABŞ ordusu vəziyyətə nəzarət edir. Tehran Trampa qarşı sui-qəsdlə bağlı iddiaları rədd edib. Qeyd edək ki, iyul ayında pakistanlı Azif Tacir ABŞ-da həbs edilib və siyasətçilərin sifarişli qətllərini hazırlamaqda ittiham olunub. Media bu hadisəni Trampın seçki kampaniyası zamanı təhlükəsizliyinin gücləndirilməsi ilə əlaqələndirir. Noyabrın 5-də Tramp seçkilərdə qalib gələrək, ABŞ-ın 47-ci prezidenti olub. Seçicilər Kollegiyasının rəsmi səsverməsi dekabrın 17-də, nəticələrin təsdiqi yanvarın 6-da, andiçmə mərasimi isə yanvarın 20-də keçiriləcək.