Ekspert VƏTƏNDAŞLARA SƏSLƏNDİ: “Pul qazanmaq istəyərkən cinayətə ortaq ola bilərsiniz”

“Diqqətli olun. Pul qazanmaq istəyərkən cinayətə ortaq ola bilərsiniz”. Bu sözləri Moderator.az-a açıqlamasında tanınmış texno-bloger Fərid Pərdəşünas bildirib:  "Telegram" platformasında vətəndaşlara iş təklif olunur. Təklif belədir ki, sizə bir nəfər məktub yazır və deyir ki, özüm xaricdəyəm, nənəmdən pulu götürüb kriptovalyuta alıb, mənə göndərmək lazımdır. Əvəzində o pulun üzərindən yükləyəndə xidmət haqqını götürərsən.  Bununla razılaşan vətəndaşlar pulu götürmək üçün nənənin yanına gedirlər. Sizcə o nənə kim olsa yaxşıdır? Övladı adından onun səsi ilə dələduzluğa məruz qalmış, qəza ilə adam vuran uşağına evdəki pulunu göndərən yaşlı qadın.  Mexanizm belə qurulub. Həmin o kuryer də pulu kriptovalyuta ilə özü də bilmədən xaricə göndərir və beləcə pulun kimə çatdığı məlum olmur. Azərbaycanda qurbanlar var. 10.000-dən çox vəsaitini itirənlər var. Azərbaycan Daxili İşlər Nazirliyi bir neçə kuryeri saxlayıb və bununla bağlı kütləvi xəbərdarlıqlar edib.  Bu dünyada yayılmış məşhur dələduzluq və talama növüdür. Pul Azərbaycandan çıxarılır. Hara getdiyi də məlum olmur. Ümumiyyətlə bu işi görənlər Azərbaycanda deyillər. Sadəcə vətəndaşlardan kuryer kimi istifadə edirlər.  Yenə "Telegram" yenə kriptovalyuta. Cinayətdə iz itirmək üçün sui-istifadə olunan texnologiyalar”.

Sumqayıtda qardaş qardaşı bıçaqladı

Sumqayıt şəhərində iki qardaş arasında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı onlardan birinin xəsarət alması barədə polisə məlumat daxil olub. DİN-in Mətbuat Xidmətindən bildirilib ki, hadisə ilə bağlı araşdırma başlanılıb. Xəsarətlərin dərəcəsini müəyyən etmək məqsədilə müvafiq ekspertiza təyin olunub. Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək.

Bakıda qatarın vurduğu adam öldü: cinayət işi...

Bakının Binəqədi rayonunda qatarın vurduğu adamın ölməsi ilə bağlı cinayət işi başlanıb. Bu barədə Sozcu.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, avqustun 21-də 1989-cu il təvəllüdlü Pərviz Mustafayevin Binəqədi rayonu ərazisində dəmir relsinin üzərindən piyada keçərkən teplovozun(qatar) ehtiyatsızlıqdan onu vurması nəticəsində almış olduğu xəsarətlərdən avqustun 26-da xəstəxanada ölməsi faktı ilə bağlı Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 262.2-ci (dəmir yolu, su və ya hava nəqliyyatının hərəkət təhlükəsizliyi və istismarı qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. İbtidai istintaq davam etdirilir.

Tanınmış həkimi qudasının evində öldürdü, sonra intihar etdi

10:56 Zaqatala rayonunda 78 yaşlı kişi qətlə yetirilib, hadisəni törətməkdə şübhəli bilinən şəxs intihar edib. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin regional qrupundan Sozcu.az-a bildirilib ki, avqustun 27-də saat 09 radələrində Zaqatala rayonunda 1946-cı il təvəllüdlü Tariyel Əhmədovun odlu silahdan açılan atəşlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub. Əməli törətməkdə şübhəli bilinən, 1960-cı il təvvəllüdlü Həsən Davudov daha sonra həmin ov tüfəngi ilə özünü öldürüb. Araşdırma aparılır. *** Zaqatalada baş verən cinayət hadisəsi ilə bağlı bəzi detallar məlum olub. Oxu.az xəbər verir ki, 78 yaşlı Tariyel Əhmədov Zaqatalada tanınmış həkim olub. O, bir neçə il əvvəl təqaüdə çıxıb. Həyat yoldaşı vəfat etdikdən sonra T.Əhmədov qudasıgildə yaşayırmış. Hadisə də rayonun Aşağı Tala kəndindəki qudasının evində baş verib. Məlumata görə, T.Əhmədovla hadisəni törədən Həsən Davudov arasında pul məsələsinə görə məhkəmə çəkişməsi gedirmiş.

916-cı gün: Rusiyanın itkiləri yeniləndi

Ukrayna müharibənin 916-cı günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 610 100 hərbçi, 8 563 ədəd tank, 16 667 ədəd zirehli döyüş maşını, 17 495 ədəd artilleriya sistemi, 1 173 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 937 hava hücumundan müdafiə sistemi, 367 ədəd hərbi təyyarə, 328 ədəd helikopter, 23 613 ədəd avtomobil texnikası, 14 254 ədəd PUA, 2 547 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 2 944 xüsusi avadanlıq itirib.

Universitetlərin yataqxana problemi: Hökumətin cavabı niyə yubanır?

Paytaxt Bakıda təhsil alan tələbələrin kirayə ev tutması getdikcə çətinləşir. Qiymətlərin baha, kirayə verilən evlərin sayının isə az olması onları demək olar ki, bu imkandan məhrum edir. Tələbələr yalnız Bakıətrafı qəsəbələrdə ev kirayələyə bilirlər. Bu ərazilərdə qiymətlər nisbətən ucuz olsa da, məsafə uzaqdır. Nəticədə onların təhsil aldıqları ali məktəblərə gediş-gəlişi çətinləşir. Problemin həlli üçün ən uğurlu çıxış yolu ali məktəblərin tələbələri yataqxanalarda yerləşdirməsi olardı. Lakin təəssüf ki, bu məsələ də problematikdir. Təhsil eksperti Elşən Qafarovun Bakupost.az -a bildirdiyinə görə, universitetlərimizdə yataqxana məsələsi illərdir ki, həll olunmamış qalıb. Bununla belə, o, bir sıra universitetlərin kampuslar yaratdığı və onların əlçatan olduğunu bildirdi: “Ən böyük kampusu olan Azərbaycan Dövlət Aqrar Universitetidir. Yataqxana problemi ən çox Bakı və Sumqayıt şəhərlərindədir. Bu da əlavə çətinliklər törədir. Xüsusən indi təlabat çox olduğu üçün kirayə evlərin qiymətində də artımlar müşahidə olunur. Təhsil Tələbə Krediti Fondu hələ 2023-cü ildə Nazirlər Kabinetinə bu məsələ ilə bağlı müraciət edib. Təklif olunub ki, ödənişli və ödənişsiz təhsil alan tələbələrin mənzil və yol xərcləri Təhsil Tələbə Krediti Fondundan ödənsin. Amma o qaydalar hələ təsdiq olunmayıb”.

DOST Agentliyinə 5 milyona ofis icarəyə verən Fərid Fərhadzadə kimdir?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin elan etdiyi tender müsabiqəsinin qalibi məlum olub. Sozcu.az xəbər verir ki, Agentliyin “1 saylı Bakı DOST Mərkəzi” üçün inzibati bina sahəsinin icarəyə götürülməsi ilə bağlı tenderinin qalibi Fərid Rüfət oğlu Fərhadzadə olub. DOST Agentliyi Fərid Fərhadzadədən Bakı şəhəri, Yasamal rayonu, İsmayıl Qutqaşınlı küçəsi 86 ünvanında yerləşən ümumi sahəsi 3 693 kv. metr olan qeyri-yaşayış sahəsini icarəyə götürəcək və qarşılığında 4 milyon 874 min 760 manat  ödəniləcək. Məlumat üçün bildirək ki, hazırda “1 saylı Bakı DOST Mərkəzi” qeyd olunan ünvanda fəaliyyət göstərir. DOST Agentliyi ilk dəfə 5 il əvvəl Fərid Fərhadzadə ilə icarə müqaviləsi bağlayıb. Qeyd edək ki, 5 il əvvəl mətbuatda yayılan məlumatlarda Fərid Fərhadzadə “Azərenerji” ASC-nin prezidenti Baba (Balababa) Rzayevə yaxın şəxs kimi təqdim olunub. Məlumat üçün bildirək ki, Baba Rzayevin kürəkəni Fərid Fərhadzadə tanınmış iş adamlarından biridir.  “FF Şirkətlər Qrupu”nun Fərid Fərhadzadəyə məxsus olduğu bildirilir. Bildirilir ki, “FF” ifadəsi də Fərid Fərhadzadənin ad və soyadının baş hərflərindən götürülüb. Bu qrupa daxil olan “FF Construston” MMC-nin hüquqi ünvanı da Fərid Fərhadzadənin Bakıda qeydiyyatda olduğu mənzildir. Fərid Fərhadzadə eyni zamanda Baba Rzayevin qardaşı Rahib Rzayevin rəhbərlik etdiyi “Göknur Bakı Ltd” MMC-də baş icraçı direktor olub. Fərid Fərhadzadənin atası isə Fövqəladə Hallar Nazirliyi yanında Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin rəisi general-mayor Rüfət Lətif oğlu Fərhadovdur.yenavaz.az)

Kirayə mənzil bazarında vəziyyət kritikdir – Qiymətlər kəskin bahalaşdı

Hazırda paytaxt ərazisində kirayə mənzil bazarında həm bahalaşma, həm də qıtlıq müşahidə olunur. Yeni tədris ilinin başlamasına az bir vaxtın qaldığını və universitetlərdə təhsil almaq üçün Bakıya axın edən tələbələrin sayını nəzərə alsaq indiki tendensiya heç də ürəkaçan görünmür. Bəs çıxış yolu nədir? Məsələ barədə “Yeni Sabah”a açıqlama verən əmlak eksperti Vüqar Oruc mənzillərin satış və kirayə qiymətlərini bahalaşdıran amillərdən söz açıb: “İyun-iyul aylarında keçirilən imtahanlardan sonra tələbə adını qazanan abituriyentlər artıq avqustun sonu və sentyabrda Bakı şəhərinə üz tuturlar. Bu da daşınmaz əmlak bazarının kirayə seqmentində çox böyük tələbat yaradır. Hər il bu məsələ qiymətlərə təsir göstərir. Hazırda bir az fərqli situasiya ilə üz-üzəyik. Təkcə sözügedən amil yox, eyni zamanda COP29, həmçinin, digər beynəlxalq tədbirlər, ölkəmizə artan investisiya maraqları qiymətlərin bahalaşmasına gətirib çıxarır. Bu səbəbdən qiymətlərin yüksəlməsi mövsümi xarakter daşımayacaq və bu tendensiya davam edəcək. Bakı artıq bir müddətdən sonra kirayə mənzillərin baha olduğu bir məkana çevriləcək. Həkim tap Söhbət təkcə kirayə qiymətlərindən getmir. Alqı-satqı sahəsində də çox ciddi bahalaşma var. Bazarda fantastik dərəcədə təklif qiymətləri yüksəlir. Ötən ilin bu vaxtı ilə müqayisədə qeyri-yaşayış sahələri, metro yaxınlığında yerləşən, yaxud ticari əhəmiyyətli ərazilərdə inşa edilən əmlaklar 30-35 faiz yüksək qiymətlə təklif olunur. Kirayə mənzillər də 10-15 faiz artıma məruz qalıb.  Əsas məsələ isə bazarda müəyyən qıtlığın hiss olunmasıdır”. V.Oruc bildirib ki, artıq təkliflər tələblərə uyğun deyil və bu, tələbələri çox çətin vəziyyətdə qoyur: “Böyük iş adamları, sahibkarlar istifadə olunmayan böyük yaşayış evləri, villaların daxili planlamasında dəyişikliklər edərək, müəyyən otaqlara ayrılması və kirayəyə verilməsi prosesinə start veriblər. Bu özü bazardakı situasiyanın aydınlaşması üçün ciddi faktordur. Problemi aradan qaldırmaq üçün yataqxanaların, yaxud bu tipli yaşayış məkanlarının tikilməsinə start verilməlidir.        Tələbələr adətən, tədris müəssisələrinə daha yaxın yerlərdə mənzil kirayələmək fikrində olublar. Amma hazırda təhsil müəssisələrinin yerləşdiyi yerlər şəhər müəssisələridir. Düzdü, belə bir layihə var idi ki, tədris müəssisələrini kamp variantina keçirsinlər və şəhərdən kənara daşısınlar. Beləliklə, şəhərciklər salınsın və tələbələr də həm yaşayış yeri ilə təmin olunsun, həm də təhsil ala bilsinlər. Bu məsələ Bakıda tıxacların və hərəkət məhdudiyyətinin aradan qaldırılması üçün çox ciddi həll yoludur. Təbii ki, bu proyekt gündəmdə olsa da, yaxın müddətdə reallaşacağı gözlənilmir”.

Hava ilə bağlı növbəti XƏBƏRDARLIQ: Avqustun 27-dən 30-nadək...

Avqustun 27-30-da bəzi bölgələrdə küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.  Sozcu.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.  Naxçıvan, Mingəçevir, Samux, Şəmkir, Daşkəsən, Göygöl, Sabirabad, Şirvan, Neftçala, Salyan, Hacıqabul, Qobustan, Xızı, Siyəzən, Şabran, Xaçmazda sarı xəbərdarlığa uyğun olaraq fasilələrlə şərq küləyi əsəcək və küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.  Həkim tap Ordubad, Culfa, Goranboy, Naftalan, Gəncə rayonlarında isə narıncı xəbərdarlığa uyğun olaraq fasilələrlə şərq küləyinin əsəcəyi və küləyin sürətinin 20.8-28.4 m/san olacağı gözlənilir. 

Azərbaycanda vəzifəli şəxslər həbs olundu - RƏSMİ

Qaçaqmalçılıq cinayətinin törədilməsində təqsirləndirilən vəzifəli şəxslər həbs edilib. Sozcu.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib. Qeyd olunub ki, qaçaqmalçılıq cinayətinin törədilməsində iştirak etmiş vəzifəli şəxslərin qanunsuz əməlləri barədə Dövlət Gömrük Komitəsindən daxil olmuş cinayət işi üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində ibtidai istintaq davam etdirilir. dirnaq modelleri İstintaqla Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə təhkim olunmuş əməkdaşı Pərvin Dursunəliyev, həmin Baş İdarənin Skanlaşdırma şöbəsinin inspektoru Mənsur Mehdiyev tanışları Əli İbrahimovla qabaqcadan əlbir olaraq sonuncu tərəfindən 8 iyul 2024-cü il tarixdə Birləşmiş Ərəb Əmirliklərindən alınan 190 min 400 manat dəyərində 5 ədəd qızıl külçənin hava limanının sərhəd buraxılış məntəqəsindən cinayətkar qrupun digər üzvlərinin köməkliyi ilə gizli şəkildə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirilməsinə nail olmalarına əsaslı şübhələr müəyyən edilib. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müvafiq maddi sübutlar aşkar edilərək götürülüb. Toplanmış ilkin sübutlar əsasında Əli İbrahimov, Pərvin Dursunəliyev və Mənsur Mehdiyev Cinayət Məcəlləsinin 206.3.2 və 206.3.3-cü maddələri ilə (qaçaqmalçılıq- qabaqcadan əlbir olan bir qrup şəxs və vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə edilməklə törədildikdə) təqsirləndirilən şəxs qismində cəlb edilib, barələrində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Binəqədi rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hazırda iş üzrə sözügedən qanunsuz hərəkətlərin törədilməsində iştirak etmiş digər şəxslərin müəyyən olunması istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Paytaxtın bu ərazisində 400 -ə yaxın bina TƏHLÜKƏDƏDİR – Ekspert həyəcan TƏBİLİ ÇALDI

“Paytaxtın birinci mikrarayon ərazisindəki 400-ə yaxın bina təhlükədədir”. Sozcu.az xəbər verir ki,bunu referans.az-a açıqlamasında əmlak məsələləri üzrə ekspert Elnur Azadov deyib. Həyacan təbili çalan ekspert sözlərinə belə davam edib: “Nazirlər Kabinetinin 2017 – ci il aprel ayında qəbul etdiyi 84 saylı qərarı var. Bu birinci mikrarayonun yarımqəzalı hesab edilməsi, yənilənməsi ilə bağlı pilot layihədir. Gələcəkdə bu pilot layihə kimi digər mikrarayonlarda olan beşmərtəbəli binaların sökülməsində istifadə ediləcək. Birinci mikrarayonun qəzalı və yarımqəzalı evlərində yaşayan əhalisi Fövqəladə Hallar Nazirliyinə müraciət etmişdir. Uzun çəkən yoxlamalardan sonra nazirlik rəy verdi ki, sözügedən ərazidə olan binalar yarımqəzalıdır. Binaların altına xeyli qurunt və kanalizasiya suları axmışdı. Həmin ərazidə FHN 40-a yaxın binanı istismar müddəti bitmiş hesab edib və qismən qəzalı olması barədə rəy verib. Yəni Fövqəladə Hallar Nazirliyi öz işini bitirib işi verib Nazirlər Kabinetinə. Nazirlər Kabineti də 84 saylı qərarla sərəncam verib ki, birinci mikrarayonun həmin ərazisindəki bunalar sökülüb yenidən tikilsin. Fövqəladə Hallar Nazirliyi bu sərəncamı hələ 2017- ci ildə icra etməliydilər. Üzərindən 7 il vaxt keçib, qərar qüvvədədir, amma hələ də iş görülmür”. Ekspert deyir ki, yarımqəzalı hesab edilən binaların sökülməsi ilə bağlı iki qurum arasında ziddiyyət var: “Səbəb budur ki, FHN həmin ərazidəki binaları tikinti şirkətləri üçün elan etməliydi, həmin şirkətlər pilot layihə olaraq söküntü işləri aparıb, yenidən inşa etməliydilər. Şirkətlər bununçün investisiya yatırmalı idilər və birinci mikrarayon belə ardıcıllıqla tam yenilənməli idi. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin qoyduğu normativlər tikinti şirkətlərinə sərf eləmir. Bundan əziyyət çəkən isə orada yaşayan əhalidir. Ya Arxitektura Komitəsi normativi dəyişməlidir, ya da alternativ yol tapılmalıdır. Kim kimi gözləyir bəlli deyil”.

Rəsulzadəni şəxsən görən silahdaşından Azərbaycana BAŞSAĞLIĞI

Türkiyədə fəaliyyət göstərən Azərbaycan Kültür Dərnəyinin başqanı Cəmil Ünal Bakı Dövlət Universitetinin professoru, Məhəmməd Əmin Rəsulzadə irsinin araşdırmaçısı Nəsiman Yaqublunun ölümündən üzlüdüyünü bəyan edərək, Azərbaycana başsağlığı verib. Sozcu.az-ın məlumatına görə, Cəmil Ünal bildirib: "Professor Nəsiman Yaqublunun faciəvi yol qəzasında dünyasını dəyişməsi Azərbaycanda olduğu kimi, Türkiyədəki dostları üçün də çox ağır və ağrılı xəbər oldu. Təxminən 35 ilə yaxın bir müddətdə Azərbaycan Kültür Dərnəyi ilə qurduğu münasibətlər çərçivəsində birliyimizin arxivlərindəki fəaliyyəti ilə Azərbaycan tarixinin ən şərəfli dövrünü işıqlandırması onun həm millətinə hörmətindən, həm də bir alim kimi məsuliyyətindən irəli gəlirdi. Nəsiman Yaqublunun bu böyük nümunəvi işləri hər birimizə saysız-hesabsız xatirələr yaşadır. Məhəmməd Əmin Rəsulzadənin qurduğu dərnəyimiz Nəsiman Hocanın araşdırması üçün mühacirətdəki ilk və ən önəmli ünvan olsa da, şəxsən mənə olan böyük qardaş münasibəti həyatımdakı dostluqlar arasında çox xüsusi və dəyərli yer tuturdu. Bu baxımdan onun ölüm xəbəri məni və bütün dərnək üzvlərini sarsıtdı. Hələ gənc yaşlarından biliyi, zəhmətsevərliyi və tədqiqatçı bacarığı ilə Azərbaycanın sovetlər dönəmində diqqətdən kənarda qalan tarixi dövrünü işıqlandıran kitabları, ensiklopediyaları və bütün nəşrləri təbii ki, ən böyük xidmət olaraq gələcəyə daşıncaqdır. Azərbaycan mühüm alimi, idealist və vətənpərvərini itirdi. Əgər ömür vəfa etsəydi, daha çox layihələr həyata keçirərək xidmətlərini davam etdirərdi. Belə bir şəxsiyyəti, sevimli qardaşımızı və dostumuzu itirmək məni çox kədərləndirir, ailəsinə və yaxınlarına başsağlığı verirəm. Məkanın cənnət olsun Nəsiman qardaş...”. Qeyd edək ki, Cəmil Ünal Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadəni şəxsən görən və onunla ünsiyyətdə olan həyatdakı yeganə şəxsdir.modern)

Bu universitetlərdə boş yer yoxdur! - SİYAHI

Birinci mərhələdən sonra I ixtisas qrupu üzrə 1304, II ixtisas qrupu üzrə 246, III ixtisas qrupu üzrə 400, IV ixtisas qrupu üzrə 463, V ixtisas qrupu üzrə isə 348 plan yeri boş qalıb. Sozcu.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə bildirib. O qeyd edib ki, ayrıca ali təhsil müəssisələrinə gəldikdə I mərhələdən sonra tələbə qəbulu aparılan 44 ali təhsil müəssisəsinin 25-də plan yerləri 95%-dən çox, o cümlədən aşağıdakı 8 ali təhsil müəssisəsində 100 % dolub.  - Azərbaycan Tibb Universiteti - Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası - ADA Universiteti - Azərbaycan Dövlət Dəniz Akademiyası - Bakı Ali Neft Məktəbi - Dövlət Gömrük Komitəsinin Akademiyası - Azərbaycan İlahiyyat İnstitutu -Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası.

Rusiyanın itkiləri 608 mini ötdü

Ukrayna müharibənin 915-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 608 820 hərbçi, 8 551 ədəd tank, 16 648 ədəd zirehli döyüş maşını, 17 443 ədəd artilleriya sistemi, 1172 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 937 hava hücumundan müdafiə sistemi, 367 ədəd hərbi təyyarə, 328 ədəd helikopter, 23 555 ədəd avtomobil texnikası, 14 134 ədəd PUA, 2 444 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 2 941 xüsusi avadanlıq itirib.

Ukrayna Saratovu vurdu

Ukrayna Silahlı Qüvvələri Rusiyanın Saratov vilayətinə “Bober” PUA-ları ilə hücum edib. Sozcu.az xəbər verir ki, bu barədə Rusiya Teleqram kanalları məlumat yayıb. Saratov və Engels şəhərlərində iki hündürmərtəbəli yaşayış binası PUA-larla vurulub. Qeyd edək ki, Ukrayna istehsalı olan “Bober” PUA-ların uçuş məsafəsi 800 km, maksimal sürəti isə 150 km/saatdır.

Pakistanda dəhşətli terror: 22 ölü, 5 yaralı

Pakistanın cənub-qərbində terror aktı baş verib. Sozcu.az xəbər verir ki, bu barədə AFP məlumat yayıb. Məlumata görə, silahlı şəxslər Pəncab-Bəlucistan magistral yolunda avtomobillərə hücum edib. Nəticədə 22 nəfər ölüb, 5 nəfər yaralanıb.

DƏHŞƏT! Azərbaycanda 16 yaşlı oğlanı ildırım vurub öldürdü

Şəmkir sakinini ildırım vuraraq öldürüb.  2008-ci il təvəllüdlü İlham Qarayev heyvan otaran zaman ildırım vurub.  Nəticədə İlham Qarayev ölüb. Araşdırma aparılır. (report)  

Bakıda dörd yaşlı uşağı avtomobil vurdu

Bakının Səbail rayonunda dörd yaşlı uşaq yol-nəqliyyat hadisəsində xəsarət alıb. "Report"un məlumatına görə, 2020-ci il təvəllüdlü A.Dəmirov yolu keçərkən avtomobil onu vurub. Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb. turbo az mercedes Faktla bağlı araşdırma aparılır.

Şamaxıda zəlzələ oldu

Şamaxıda 3,1 maqnitudada zəlzələ olub. Bu barədə Sozcu.az-a AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib. Yeraltı təkanlar saat 07:29-da Qobustan stansiyasından 28 km qərbdə qeydə alınıb. Zəlzələ ocağı 7 kilometr dərinlikdə yerləşib.Zəlzələ hiss olunmayıb.

Rusiya bu şəkildə süqut edəcək - Podolyak

Yeni Rusiya İmperiyasının süqutu yaxın gələcəkdə baş verəcək, baxmayaraq ki, Rusiya çoxları üçün sabit və dağılmaz görünür. Sozcu.az xəbər verir ki, bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak Teleqram səhifəsində yazıb. O bildirib ki, SSRİ-nin dağılması müasir Rusiya Federasiyasının necə yox olacağına dair müəyyən anlayışlar yaradır: "Birincisi: dövlət təbliğatının sakitləşdirici və hətta cəsur tonuna aldanan kənar müşahidəçilər üçün imperiyanın dağılması gözlənilmədən baş verəcək. İkincisi: imperiyanı sadəcə bir hadisə bitirməyəcək. O, min bir kəsikdən qan axıb hissələrə qopmağa başlayana qədər içəridən ağrıyacaq və çürüyəcək".

Ukraynanın Xarkovda geri aldığı ərazilərlə bağlı açıqlama

Ukrayna hərbçiləri Xarkov vilayətində azad edilmiş yerləri saxlayır. Sozcu.az xəbər verir ki, bu barədə Ukraynanın 3-cü Əlahiddə briqadasının nümayəndəsi Aleksandr Borodin deyib. Onun sözlərinə görə, hazırda vəziyyət stabildir: "İşğalçılar əks-hücuma keçməyə çalışsalar da, düşmən uğur qazana bilmir. Ukraynalı müdafiəçilər həm düşmən texnikasını, həm də şəxsi heyəti məhv edirlər. İndi rusların əsas məqsədi mövqelərini sabitləşdirmək və qurmaqdır, çünki mövqe yoxdur. Bu, onların həyata keçirdikləri müdafiə və ya hücum hərəkətlərindən əhəmiyyətli dərəcədə daha çox resurs tələb edir. Xarkov vilayətində vəziyyət dəyişməyib, lakin düşmən mövqelərini itirdiyinə görə daha çox resurs cəlb etməli və taktikanı dəyişməlidir. Bu, düşmənə ciddi təsir edir. Onların nə gücləri, nə vaxtı, nə də piyadalarına yaxşı təlim keçməyə həvəsləri var".

914-cü gün: Rusiyanın itkiləri yeniləndi

Ukrayna müharibənin 914-cü günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 607 680 hərbçi, 8 547 ədəd tank, 16 631 ədəd zirehli döyüş maşını, 17 396 ədəd artilleriya sistemi, 1171 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 936 hava hücumundan müdafiə sistemi, 367 ədəd hərbi təyyarə, 328 ədəd helikopter, 23 475 ədəd avtomobil texnikası, 14 095 ədəd PUA, 2 444 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 2 928 xüsusi avadanlıq itirib.

Əllərimiz göydə, ürəklərimiz ELÇİ BƏYDƏ...

Böyükdən böyük, uşaqdan uşaq olan öndərimiz! Nədən başlayım, bilmirəm. Hər çağ ödülə görə, şərtlə yazı yazmaqdan qaçmışam. Bu nədəndən adını ortalıq 50 il öncə – 12-14 yaşlarım olanda Azərbaycan tarixi müəllimimizdən eşitdiyim Əbülfəz Elçi Bəydən “umacaqlı” anım yazmaq ağır olduğu qədər də çətindir, bir az da utancvericidir. Yanılmıramsa, 6-cı sinifdə oxuyanda Bakıdan doğma Ağsu rayonuna “sürgünə” göndərildiyi pıçıltı ilə söylənilən, bir neçə ildir dünyasını dəyişmiş Kamil müəllimin (Kamil Abdullayev, son iş yeri AzTV-nin ədəbi dram verilişləri redaksiyasında böyük redaktor – M.B.) gerçək Azərbaycan tarixindən dərs deməyi ilə gözlərimiz açıldı, ürəklərimiz Quzeydən Güneyə yönəldi, Təbrizlə bir döyünməyə başladı. Elə Əbülfəz bəyin də adını ARAZ KÖRPÜSÜ kimi onda(n) eşitdik, amma gözümüz önündə ağ saçlı, “yekəqarın” görkəmdə canlanırdı. Axı, universitet müəllimini ağlımızda, fikrimizdə başqa necə canlandıra bilərdik?! Universitetdə oxuduğum ilk ildə isə üzünü görmədiyim Əbülfəz müəllimin tutulduğunu eşitdim. Bir də 20-ci yüzilin 80-90-cı illərində Əbülfəz müəllimi bu yol lap yaxından gördüm və uca boylu, düz gövdəli, düz sözlü, boz(qurd) üzlü UCA BAYRAQ TUTAN ELÇİ BƏY kimi tanıdım! …1906-cı il doğumlu, 30 il öncə dünyasını dəyişən, Stalin repressiyasının ağrı-acısını “otaq şəraitində” “Allah Stalinə lənət eləsin!” deməklə “yelə verən” dədəm 1-ci kursun ilk tətilində kəndə qayıdanda Rəsulzadədən nə danışıldığını soruşdu. “Rəsulzadə kimdir” sualımı atam acı, tikanlı gülüşlə cavablandırdı. 15 il sonra bildim ki, heç demə, dədəmi faşist əsirliyindən qurtaran elə ULU ÖNDƏRİMİZ, BAYRAQ BABAMIZ Məhəmməd Əmin Rəsulzadə olub. Yoxdan bir BAYRAQ yapıb başı üzərinə qaldıran, “Bir daha yüksələn BAYRAQ bir daha enməz” deyə, onu özündən sonrakı nəsilə əmanət edən ULU ÖNDƏRdən BAYRAQ estafetini bizim nəslin öndə gedən ELÇİsi Əbülfəz bəy aldı. Elə bu BAYRAQ altında da ölkədə demokratik rejim quruldu, üzərində Rəsulzadənin- Bayrağımızın şəkli olan milii pulumuz buraxıldı, yad ordu dışlandı, Milli Ordu Dağlıq Qarabağın yarıdan çoxunu üçboyalı, ay-ulduzlu BAYRAQın altına saldı. Nə yazıq, hakimiyyət hərisləri yurddaşlarımızla birgə bayrağımızı da doğma yurd-yuvalarından didərgin saldılar. İndi Məhəmməd Əminin, Elçi Bəyin, şəhidlərimizin son örtüyü üçboyalı bayrağımızın kölgəsində nə Məhəmməd Əminin, nə də Elçi Bəyin heykəlinə – portretinə yer tapılır. 30 il öncə Akademiyanın qarşısındakı mitinqdə toplaşanlara əl çalmağı qadağan edən, sonra Meydanda qurucu babalarımızın, özəlliklə Məhəmməd Əmin Rəsulzadənin portretini BAYRAQ etməyi tövsiyə edən Elçi Bəyin də, Məhəmməd Əminin də yeri, heykəli xalqımızın demokratiyaya, azadlığa təşnə yanıqlı ürəklərindədir. 7 il öncə dünyasını dəyişmiş anam Firuzəbəyimin doğma yurdum Azərbaycanın bağımsızlığını açıqladığı gün, ay və ildə – 28 may 1918-ci ildə döğulduğu kimlik kartında yazılmışdı. Qarabağdan qanlı-qadalı soraqlar gələndə ağ saçlı anam Bakıya gəlib “bilirəm, davaya gedəcəksən, amma sən atanın goru, çağırsalar get”, deyə yalvardı. Ali təhsil diplomu olmasa da, məni doğan ANA doğduğuna da yaxşı bələddi və elmi işçi kimi “bron”da olduğumu da bilirdi. Anamın sözündən çıxmadığımı, ürəyimin çağırışı ilə savaşa getdiyimi vurğulasam da, sonradan anam sənələrlə sözündən çıxdığımı, Elçi Bəyə “uyduğumu” başıma qaxsa da, 93 illik yaşamının son illərində yaxşı eləyib davaya getdiyimi dedi və Elçi Bəyə də Tanrıdan rəhmət dilədi. Bunları anmaqda amacım son 100 il Azərbaycanının iki öndəri BİR KƏRƏ BAYRAQ qaldıran Məhəmməd Əmin Rəsulzadə ilə həmin BAYRAQı yenidən başa çıxaran Elçi Bəy arasında ruhsal bağlılığın, körpünün olmasını məni dünyaya gətirən ata-anamın timsalında vurğulamaqdır. Atam Rəsulzadəni soruşub, anam Elçibəyi. Kim nə deyir, desin, 100 illik milli istiqlal tariximiz bu iki öndər arasında başqasına yer vermir. Elçi Bəy gerçək milliyyətçi, böyük demokratdı. Çörəyi düşmənə belə əsirgəməməyi, basın mənsublarına karikaturasını qəzetdə çəkib yaymağı tövsiyə edirdi. Kimisə aşağılamaq, qurşaqdan aşağı zərbə vurmaq ona yaddı. Əksinə, hamının fikrini açıq şəkildə, qorxmadan ifadə etməsinə meydan verməklə, millətin içindən ŞƏXSİYYƏT formalaşdırmağa üstünlük verirdi. Elə üzüdönük müdafiə nazirinin, kürsü davası sərgiləyən “cəbhə” yoldaşlarının parlamentdə, basında odlu-alovlu çıxışları, yerli-yersiz qınaqları da ŞƏXSİYYƏT formalaşdırmaqda Elçibəyin hədəfi düz nişan aldığını göstərir. Yanılmıramsa, Elçi Bəy özünü Atatürkün əsgəri sayır(dı). (Keçmiş zamanda danışmaq yerinə düşmür). Atatürk dünyasını dəyişəndə Elçi Bəy altı aylığında qundaqda olub. Məhəmməd Əmin dünyasını dəyişəndə Elçi Bəyin 17 yaşının tamam olmasına üç ay qalırdı. Bu il Atatürkün ölümünün, Elçi Bəyin olumunun 80 illiyidir. Olum və ölüm! İkisi bir ildə! Bir də qurucu babalarımızın şah əsəri – Azərbaycanımızın 100 yaşı 2018-ci ci ilə düşür. 100 yaşınız qutlu olsun, Məhəmməd Əmin Bəy, Elçi Bəy! 100 yaşınız qutlu olsun, el bəyləri, el xanımları! 80 yaşın qutlu olsun, Böyük Elçimiz, dövlət başçımız, ürəklərimizin cümhur başqanı!  Məğrur Bədəlsoy, Qarabağ savaşı əlili

Bayden onlarla Qəzza zolağındakı vəziyyəti müzakirə etdi

ABŞ Prezidenti Co Bayden misirli həmkarı Əbdülfəttah əs-Sisi və Qətər əmiri Şeyx Təmim bin Həməd Al Tani ilə telefon danışığı aparıb. Sozcu.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb. Tərəflər Qəzza zolağında atəşkəslə bağlı Qahirədə keçiriləcək danışıqları müzakirə ediblər. Onlar, həmçinin, İsrail və HƏMAS arasında razılaşmanın təcili bağlanmasının vacibliyini qeyd ediblər.