Dəhşət: Ata övladlarını bıçaqladıqdan sonra intihar etdi

08:55 Bakının Xəzər rayonunda ata iki oğlunu bıçaqlayaraq onlardan birini öldürüb. Sozcu.az APA-ya istinadla xəbər verir ki, hadisə Binə qəsəbəsində qeydə alınıb. 1974-cü il təvəllüdlü Rza Eyyubov əvvəlcə oğlu 2014-cü il təvəllüdlü Əli Eyyubova çoxsaylı bıçaq xəsarəti yetirib. Ata daha sonra 4 yaşlı oğlu Teymur Eyyubova çoxsaylı bıçaq zərbəsi vurub. 10 yaşlı Əli hadisə yerində ölüb. Ata bunu gördükdən sonra özünü bıçaqlayaraq öldürüb. 4 yaşlı Teymur Eyyubov Sabunçu Tibb Mərkəzinə çatdırılıb. Həkimlər onu cərrahi əməliyyat ediblər. Vəziyyəti orta ağır kimi qiymətləndirilir. Faktla bağlı Xəzər Rayon Prokurorluğunun əməkdaşları araşdırma aparırlar. *** Bakıda 1 şəxsin qəsdən öldürülməsi, digərinin qəsdən öldürülməsinə cəhd edilməsi faktı ilə bağlı cinayət işi başlanıb. Suraxanı rayon prokurorluğundan verilən məlumata görə, iyulun 23-də saat 01 radələrində 2 nəfərin ölməsi, 1 nəfərin isə xəsarətlər alması barədə rayon Bakı şəhəri Suraxanı rayon prokurorluğuna məlumat daxil olub. Araşdırmalarla rayonun Binə qəsəbəsi ərazisində yaşayan 1974-cü il təvəllüdlü Rza Eyyubovun kəsici-deşici alətlə əvvəlcə 2 azyaşlı oğluna, daha sonra isə özünə xəsarətlər yetirməsi nəticəsində sonuncu və azyaşlılardan birinin ölməsinə əsaslı şübhələr müəyyən edilib. Hadisə zamanı xəsarət alan digər azyaşlı xəstəxanaya yerləşdirilib, hazırda müalicəsi davam etdirilir. Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4, 120.2.9, 29, 120.2.4, 29, 120.2.9 (xüsusi amansızlıqla və köməksiz vəziyyətdə qəsdən adam öldürmə və öldürməyə cəhd) və digər maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

SON DƏQİQƏ: Ağadadaş Ağayev tanışını baltaladı - Rəsmi

Xalq artisti Ağadadaş Ağayev aralarında yaranmış mübahisə zamanı tanışına balta ilə xəsarət yetirib. Sozcu.az News24.az-a istinadla xəbər verir ki, hadisə Binəqədi rayonu ərazisində baş verib. Yaralanan şəxsin vəziyyətinin ağır olduğu bildirilir. *** Daxili İşlər Nazirliyindən Lent.az-a müğənni ilə bağlı insident yaşandığını təsdiqləyiblər.

Yevlaxda yanğında xəsarət alan azyaşl öldü - YENİLƏNDİ

Baş verən yanğın hadisəsi ilə əlaqədar 2 nəfər (kişi cinsli) Yevlax Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib. TƏBİB-dən Sozcu.az -a bildirilib ki, 2000-ci il təvəllüdlü şəxsə bel nahiyəsinin yüngül yanıq xəsarətləri diaqnozu təyin edilib. Zəruri tibbi xidmətlər göstərilən şəxs ambulator müalicə üçün evə buraxılıb. 2022-ci il təvəllüdlü azyaşlıya bədənin bütün hissələrinin II və III dərəcəli diaqnozları təyin edilib. Vəziyyəti ağır olan azyaşlı Bakı şəhərindəki müvafiq tibb müəssisəsinə təxliyə olunarkən xəstəxanayaqədər ölüm qeydə alınıb. *** 15.56 Baş verən yanğın hadisəsi ilə əlaqədar 2 nəfər (kişi cinsli) Yevlax Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib. Bu barədə TƏBİB-dən məlumat verilib. Bildirilib ki, 2000-ci il təvəllüdlü şəxsə bel nahiyəsinin yüngül yanıq xəsarətləri diaqnozu təyin edilib: "Zəruri tibbi xidmətlər göstərilən şəxs ambulator müalicə üçün evə buraxılıb. 2022-ci il təvəllüdlü azyaşlıya bədənin bütün hissələrinin II və III dərəcəli diaqnozları təyin edilib. Vəziyyəti ağır olan azyaşlı Bakı şəhərindəki müvafiq tibb müəssisəsinə təxliyə olunub". *** 12:11 Yevlax şəhərində ümumi sahəsi 63 m² olan kürsülü birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanıb. Sozcu.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, yanğın zamanı 2 nəfər yanıq xəsarəti alıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Ukrayna Rusiyanın əsas neft zavodunu 3-cü dəfə vurdu

İyulun 22-də səhər saatlarında Ukrayna pilotsuz təyyarələri Tuapsedə Rusiyanın Qara dəniz sahilində yeganə neft emalı zavoduna növbəti dəfə hücum edib. Sozcu.az xəbər verir ki, bu barədə Krasnodar vilayətinin operativ qərargahı məlumat yayıb. “PUA qalıqlarının düşməsi nəticəsində Tuapsedəki neft emalı zavodunun infrastrukturuna ziyan dəyib. 50 kv/m sahəni əhatə edən yanğın söndürülüb. İlkin məlumata görə, xəsarət alan olmayıb”, - məlumatda bildirilib. Krasnodar diyarının Tuapse rayonunun rəhbəri Sergey Boyko bildirib ki, bundan əvvəl şəhərin üzərində səkkiz pilotsuz təyyarə vurulub. Onun sözlərinə görə, bundan əvvəl yanvar və may ayında Tuapse neft emalı zavoduna dron hücumu olub. Qeyd edək ki, Ukrayna 6 ay ərzində Rusiyanın 50-yə yaxın neft və neft emalı zavoduna zərbə endirib.

11 yaşlı qız yelləncəyin ipinə dolanaraq boğuldu

Oğuz rayonunda 11 yaşlı qız yelləncəyin ipinə dolanaraq boğulub. Sozcu.az-ın Report-a istinadən məlumatına görə, hadisə bu gün rayonun Yemişənli kəndində baş verib. Belə ki, kənd sakini, 2013-cü il təvəllüdlü Füruzə Nəbi qızı Qəribova yaşadığı evin həyətində yelləncəkdə yellənərkən onun ipi boğazına dolanıb və 11 yaşlı qız ölüb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Şamaxıda ağır qəza: 10 nəfər xəsarət aldı

Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Muğanlı kəndindən keçən hissəsində Şamaxıdan Ağsu istiqamətinə hərəkətdə olan mikroavtobus, əks istiqamətdən gələn minik avtomobili ilə toqquşub. Sozcu.az xəbər verir ki, yol-nəqliyyat hadisəsi nəticəsində mikroavtobusda olan 10 nəfərin xəsarət aldığı bildirilir. Yaralılar Təcili Tibbi Yardım avtomobilləri ilə Şamaxı Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, əraziyə polis əməkdaşları cəlb olunub. Bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı araşdırmalar aparılır.

Bakıda azyaşlını girov götürən şəxs zərərsizləşdirildi - Təcili

Paytaxtın Suraxanı rayonunda azyaşlını girov götürüb öldürəcəyi ilə hədələyən şəxs zərərsizləşdirilib. DİN-in Mətbuat Xidmətindən Sozcu.az-a bildirilib ki, axtarışda olan, əvvəllər hərbi və digər cinayət əməllərinə görə məhkum olunmuş X.Əhmədov saxlanılarkən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmayıb, müqavimət göstərib, uşağı girov götürərək boğaz nahiyəsinə soyuq silah dayayaraq onun həyatına təhlükə yaratmaqla qeyri-adekvat hərəkətlərini davam etdirib. Ona dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, sonuncu buna məhəl qoymadığından ətrafda olan şəxslərin və azyaşlının təhlükəsizliyi nəzərə alınaraq, X.Əhmədova polis əməkdaşları tərəfindən xidməti silah tətbiq edilərək zərərsizləşdirilib. Faktla bağlı araşdırma aparılır.

BAKIDA ŞOK: Tibb bacısı qadına iynə vurub, yatırtdı və… GÖRÜN NƏ ETDİ

Bir müddət əvvəl Bakıdakı özəl klinikalardan birində liposaksiya (artıq piy toxumasının çıxarılması) əməliyyatı etdirmiş qadının pulları və qızılları evinə çağırdığı tibb bacısı tərəfindən oğurlanıb. Hadisə Novxanı kəndindəki bağ evində baş verib. Belə ki, Çinarə Sultanova (soyadlar şərtidir) əməliyyatdan sonra gündəlik iynə vurdurmalı olduğu üçün əvvəldən tanıdığı Səidə adlı tibb bacısını evinə çağırıb. Tibb bacısı müyyən məbləğ qarşılığında xidmət göstərməyə razılaşıb.Sonrakı gün Səidə Məmmədova müştərinin evinə gedib və orada Çinarənin tək olmasından istifadə edərək, "Lidaza" və "Lidokain" adlı pereparatları qarışdıraraq ona dozadan artıq miqdarda iynə vurub. Özünü pis hiss edən Çinarə Sultanova huşunu itirdikdən sonra Səidə evdə olan 3 500 dolları və 8 000 manata yaxın dəyəri olan qızıl-zinət əşyalarını götürərək qaçıb. O, evdən çıxarkən Çinarənin "Porşe" markalı avtomobilində olan bahalı əşyanı da götürüb. Hadisədən bir neçə saat sonra ev sahibi özünə gəlib, dərhal oğluna və qohumlarına məlumat verib. Onlar evdən pul və qızılların oğurlandığını görərək Səidəni axtarmağa başlayıblar. Səidə törətdiyi əməli qismən etiraf edərək, bunu borclarına görə etdiyini deyib. Bundan sonra Abşeron Rayon Polis İdarəsində Səidə Məmmədova barəsində cinayət işi açılıb. Həbs olunacağını görən qadın vurduğu zərəri qarşı tərəfə ödəyib. Bir neçə gün əvvəl keçirilən məhkəmə iclasında Çinarə Səidədən artıq şikayətçi olmadığını deyib. Abşeron Rayon Məhkəməsi Səidəni Cinayət Məcəlləsinin 177-ci maddəsi üzrə təqsirli bilinib. O, 2 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib və bədəninə elektron qolbaq taxılaraq polisin nəzarəti altında olmaqla sərbəst buraxılıb.(Publika.az) 

Göyçay sakini qonşusunu baltaladı

İyulun 21-də gecə saatlarında Göyçay şəhərində Əli Əzizov aralarında yaranmış mübahisə zamanı qonşusu, 33 yaşlı Əfqan Hacıyevin qoluna balta ilə xəsarət yetirib. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Sozcu.az-a bildirilib ki, polis əməkdaşları tərəfindən kəsici alətlə Ə.Hacıyevə xəsarət yetirən Ə.Əzizov saxlanılıb. Faktla bağlı araşdırmalar davam etdirilir.

Azərbaycanda klub rəhbəri və qohumu çayda boğulub öldü

Ağdaş şəhər sakini, 1988-ci il təvəllüdlü Fərid Ağa oğlu Ağazadə rayonun Dəhnəxəlil kəndi ərazisində çayda çimərkən boğulub. Sozcu.az Oxu.Az-a istinadən xəbər verir ki, onu sudan çıxartmaq məqsədilə çaya düşən dayısı oğlu, 1990-cı il təvəllüdlü Rəhman Cəfər oğlu Əliyev də çayda boğularaq ölüb. Hər iki şəxsin meyiti səhər saatlarında suda çıxarılıb. Qeyd edək ki, Rəhman Əliyev Azərbaycan II liqa təmsilçilərindən olan "Ağdaş" klubunun rəhbəridir.

Bakıda qəza: 3 yaşlı uşaq öldü

Bakıda avtomobil iki piyadanı vurub. Sozcu.az Report-a istinadlaxəbər verir ki, hadisə Xətai rayonunun General Şıxlinski küçəsində qeydə alınıb. Belə ki, 2006-cı il təvəllüdlü Kənan Rzazadə idarə etdiyi "Hunday Sonata" markalı avtomobillə yolu keçən, 1994-cü il təvəllüdlü Ruhiyyə Tanrıverdiyeva və 2021-ci il təvəllüdlü Seymur Məmmədlini vurub. Hər iki piyada xəstəxanaya yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, körpənin həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı cinayət işi başlanılıb.

Sükan arxasında yatdı, xanımı və nəvəsi öldü

Dəfələrlə edilən xəbərdarlıqlara, aparılan maarifləndirmə tədbirlərinə baxmayaraq, hələ də sürücülərin yorğun, yuxusuz halda avtomobil idarə etməsi hallarına rast gəlinir. Avtonəqliyyat vasitələrinin idarə olunmasında yol verilən bu kimi səhlənkar davranış təəssüf ki, növbəti dəfə insan həyatına son qoyub. Sozcu.az xəbər verir ki, bu barədə DİN-in Baş Dövlət Yol Polis İdarəsindən bildirilib. Qeyd olunub ki, bir neçə gün əvvəl Laçın rayon sakini, 64 yaşlı Qoşmalı Yusifov idarə etdiyi "Mersedes" markalı avtomobillə Bakı-Quba yolunun Ceyranbatan qəsəbəsi ərazisindən keçən hissəsində hərəkətdə olarkən sükan arxasında yuxuladığı üçün avtomobil yoldan çıxaraq ağaca çırpılıb. Nəticədə sürücünün həyat yoldaşı və 16 yaşlı nəvəsi hadisə yerində həyatlarını itiriblər. Bu hadisə bir daha deməyə əsas verir ki, sürücülərin istirahət etmədən yuxusuz halda sükan arxasına əyləşməsi onların özləri, doğmaları, eləcə də digər hərəkət iştirkçılarının həyat və sağlamlığı üçün hər zaman ciddi təhdiddir. Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərə müraciət edərək onları yorğun, yuxusuz halda sükan arxasına əyləşməməyə, uzaq məsafə qət edərkən 2-3 saatlıq fasiləsiz hərəkətdən sonra dayanaraq qısa müddətə istirahət etməyə, bunun üçün DYP-nin stasionar postlarında yaradılmış şəraitdən yararlanmağa çağırır.

Kamala Harris: Birlikdə qalib gələcəyik!

ABŞ-ın vitse-prezidenti Kamala Harris prezidentliyə namizədliyini irəli sürdüyünü açıqlayıb. Sozcu.az xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb. "Prezidentin təsdiqini almaqdan şərəf duyuram və bu namizədliyi qazanmaq və qalib gəlmək niyyətindəyəm. Seçki gününə 107 gün qalıb. Biz birlikdə mübarizə aparacağıq. Və birlikdə qalib gələcəyik", - deyə o bildirib. Qeyd edək ki, prezidentlik yarışından çəkilən Co Bayden Kamala Harrisin namizədliyini dəstəklədiyini açıqlayıb.

Boykot deyənlərə növbəti suallar

Əli Kərimlinin Meydan TV-yə verdiyi müsahibə ölkədə mətbuat və ifadə azadlığının, facebookda yaydığı postlar internet azadlığının olduğu görüntüsü yaradırsa, hakimiyyətin “bizdə azad mətbuat, internet azadlığı var” şoularında iştirakdırsa, Müsavat Partiyasını nəzərdə tutaraq seçkidə iştirak haqqında dedikləri də doğrudur. Dedikləri doğrudursa, hakimiyyətin tələbi ilə yeni qurultay elan etməsi hazırkı hakimiyyəti tanımaq, onu legitimləşdirmək, hakimiyyətin tələbinin haqlı olduğunu etiraf etmək deyilmi? Biz belə düşünmürük ki, o etiraflarda bulunur. Pis-yaxşı, az-çox olan sivil imkanlardan yararlanmaq çox vacibdir. Azsaylı jurnalistlərə, mətbu orqanlara müsahibə vermək, sosial şəbəkələrdə fəal olmaq cəhdləri nədirsə, bu seçkiyə qatılmaq da odur. Minimum imkanlardan istifadə edib ayaqda qalmaq, özünü və niyyətini xalqa çatdırmaq, düşüncələrini xalqla bölüşmək siyasətin əlifbasıdır. Seçkidə iştirak dəfələrlə bəyan etdiyimiz kimi bizim ölkədə dəyişiklikləri yalnız seçki yoluyla gördüyümüzün ifadəsidir. Seçkidə iştirakımız “Bizdə normal seçki var, biz də qatılırıq” demək deyil. Seçkiylə bağlı fikirlər, münasibət sənin seçkiyə qədər və seçki günü apardığın müşahidələrin nəticəsində açıqladığın yekun rəylə ölçülür. Əli bəyin dediyi kimi seçkidə iştirak seçkiyə legitimlik qazandırırsa, boykot da legitimlik qazandırır. Boykot o deməkdir ki, bu şey var, sadəcə mən boykot edirəm. Odur ki, kimsə fərqli yol tutursa öz tutduğu xəttin doğruluğunu arqummentləşdirməlidir, sübut etməlidir. Başqalarının “səhv” olduğunu sübut etmək istəyəndə yuxarıdakı sualları səsləndirməyə məcbur qalırıq, o da məcburdur ki, həmin suallara cavab versin. Səxavət Soltanlı, Müsavat başqanının müavini

ABŞ prezident seçkilərində Baydeni kim əvəz edə bilər? - Siyahı

Demokratların ABŞ prezidentliyinə namizədi partiyanın qurultayında müəyyənləşəcək. ABŞ-ın ən böyük media quruluşları hesab edilən “The Washington Post“, “The New York Times“ və “USA Today”, “The Economist” jurnalı, “Axios” və “Business Insider” portalları Baydenin əvəzinə Demokratlar partiyasından namizədliyə mümkün namizədlərin siyahısını hazırlayıb. Siyahılar müxtəlif olsa da siyahılarda bir neçə şəxs önə çıxıb. Həmin şəxslər aşağıdakılardır: - Vitse-prezident Kamala Harris. Qeyd edək ki, bu gün Bayden də onu dəstəklədiyini açıqlayıb. 59 yaşlı Harris ABŞ tarixində ilk qadın vitse-prezidentdir. O 2019-cu ildə prezidentlik kampaniyasına başlamış, lakin həmin ilin dekabrında onu başa çatdırmışdı. - Mişel Obama. Sabiq ABŞ prezidenti Barak Obamanın həyat yoldaşı. 60 yaş. - Pit Butticiç. Nəqliyyat naziri. 42 yaş. O həmçinin Əfqanıstan müharibəsi veteranıdır. Qeyd edək ki, o, 2020-ci ildə Demokratlar arasında Baydenin əsas rəqiblərindən biri idi. - Emi Klobuşar. Minnesotadan olan 64 yaşlı senator da 2019-2020-ci illərdə Demokratlar arasındakı namizədlik uğrunda Baydenin rəqiblərindən biri idi. - Gevin Nyusom. 56 yaşlı Kaliforniya qubernatoru Nyusom 2023-cü ilin oktyabrında Pekinə səfər edərək Çin Prezidenti Si Cinpin ilə də görüşmüşdü. - Rafael Uornok. Corciya ştatından olan 54 yaşlı senator. ABŞ Senatında Corciya ştatını təmsil edən ilk afroamerikalı. - Cey Pritzker. 59 yaşlı siyasətçi İllinoys ştatının qubernatorudur. Qeyd edək ki, onun ailəsi Hyatt otellər şəbəkəsinin sahibidir. - Coş Şapiro. Pensilvaniyanın qubernatorudur. 51 yaşı var. (APA)

Tramp yeni rəqibinə meydan oxudu: Onu məğlub etmək…

Vitse-prezident Kamala Harrisi məğlub etmək Co Baydeni məğlub etməkdən daha asan olacaq. Sozcu.az xəbər verir ki, bunu ABŞ prezidentliyinə namizəd Donald Tramp deyib. Qeyd edək ki, prezidentlik yarışından çəkilən C.Bayden vitse-prezident Kamala Harrisin namizədliyini dəstəklədiyini açıqlayıb.

Qərbin göndərdiyi "Patriot"lar Ukraynaya çatdı

Qərb ölkələrinin Ukraynaya göndərdiyi “Patriot” hava hücumundan müdafiə sistemləri Ukraynaya çatıb. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski Teleqram kanalında yazıb. “İndi artıq deyə bilərik ki, hava hücumundan müdafiə sistemimiz gücləndirilib. Alman “Patriot”u Ukraynaya çatdırıldı. Bu addıma görə Almaniya və ABŞ-a minnətdarlığımı bildirirəm”, - deyə dövlət başçısı qeyd edib.

Bayden ölkənin gələcəyini düşündü - Şumer

ABŞ Prezidenti Co Baydenin seçki yarışından geri çəkilmək qərarı onun ölkənin maraqlarını hər şeydən üstün tutduğunu göstərir. Sozcu.az xəbər verir ki, bu fikri amerikalı senator, demokrat Çak Şumer X səhifəsində yazıb. "Onun qərarı asan deyildi, lakin o, bir daha ölkəni, partiyanı və gələcəyimizi birinci yerə qoydu", - deyə o bildirib.

Klintonlar da Harrisi dəstəklədi

ABŞ-ın keçmiş prezidenti Bill Klinton və onun həyat yoldaşı, keçmiş dövlət katibi Hillari Klinton vitse-prezident Kamala Harrisi Demokratlar Partiyasından prezidentliyə namizəd kimi dəstəkləyiblər. Sozcu.az xəbər verir ki, bu barədə Bill Klinton X səhifəsində bildirib. "Biz Baydenə qoşularaq ABŞ-nin vitse-prezidenti Kamala Harrisi dəstəkləyirik", - paylaşımda deyilir. Qeyd edək ki, seçki yarışından geri çəkilən ABŞ Prezidenti Co Bayden prezident seçkilərində Demokratlar Partiyasının namizədi olaraq vitse-prezident Kamala Harrisi dəstəklədiyini açıqlayıb.

Müharibənin qorxunc fəsadları: Rusiyada insan qıtlığı yaranıb - DETALLAR

Əfqanıstan SSRİ-nin, Ukrayna Rusiyanın sonunu gətirəcək SSRİ-nin yıxılmasının vacib səbəblərindən biri Əfqanıstanda apardığı müharibə oldu. Bu gün Rusiyanın Ukraynada apardığı müharibə Əfqanıstan müharibəsindən daha ağır və daha çox itkilərlə müşahidə olunur. Əgər Əfqanıstanda 9 il ərzində SSRİ-nin itkiləri 15 min nəfər təşkil edirdisə, Ukrayna cəbhəsində iki il yarımda Rusiyanın canlı qüvvə itkisi 10 dəfə Əfqanıstandakından çoxdur. Təəssüf ki, bizim bəzi siyasi şərhçilər Rusiyanın imkanları və gücü haqqında yanlış, şişirdilmiş mövqe sərgiləyirlər. Doğrudur Rusiyanın bütün sahələrdə resursları Ukraynadan qat-qat çoxdur, amma Əfqanıstan da SSRİ ilə müqayisə ediləsi ölkə deyildi.  Həm də məsələ yalnız canlı qüvvə itkisində deyil. Rusiya bir sıra mühüm sahələrdə gərginlik yaşayır, bəzən isə böhran həddinə yaxınlaşır. Bir sıra sahələrə diqqət edək: Rusiya yalnız cəbhədə deyil, nəqliyyat sistemində, xüsusilə mülki aviasiya və dəmir yolda itkilərə məruz qalır. Səbəb sanksiyalar və komplekt ehtiyat hissələrinin olmamasıdır. Mülki aviasiya təyyarələri ilə bağlı insidentlər artır. Bu, sanksiyalara görə xaricdən aldıqları ehtiyat hissələrinin yerli istehsalla əvəz edilməsinin nəticəsidir. Sanksiyalar adi məişət səviyyəsində də problemlər yaradır.Hətta, yanğını söndürmək üçün mütəxəssislər və texnika çatışmazlığı ciddi şəkildə narahatlıq yaradır, çünki onların bir qismi Ukrayna cəbhəsinə göndərilib.  Təkcə 2024-cü ildə 850 min hektar torpaq sahələri yanıb, Krasnodar vilayətində isə bir sutka yanğını söndürmək mümkün olmayıb  Əfqanıstanda müharibəni uda bilməyəndən sonra SSRİ dağılmağa başladı. İdarəetmə sistemində çatışmazlıqlar var. Əhalini cəbhəyə göndərənlərin ailə üzvləri çoxdan xaricdə məskunlaşıblar. Putin və ətrafı sülhdən qorxurlar, çünki müharibə dayanandan sonra hesab aparsalar ki, Rusiya nə qazandı və məlum olacaq ki, ağlsız avantyuranın nəticəsində fəlakətdən başqa heç nə. Bu “xüsusi əməliyyat” Rusiyanı təhlükəsiz etdimi? Əksinə, dörd bir tərəfi daha təhlükəli duruma düşdü. Ukrayna müharibəsi üzündən Rusiyada insan qıtlığı yaranıb. Yenilərini Afrikadan yığırlar. Xidmət sahəsində ciddi kadr çatışmazlığı yaranıb. Afrika ölkələrindən əmək miqrasiyasının miqyası dəfələrlə artıb, hətta Tailand və Filippindən də gətirilənlərin sayı çoxalmağa başlayıb. İşçi qüvvəsinə ehtiyac hər ay böyüyür. Müharibədə ölən Rusiya vətəndaşlarını arxa cəbhədə Keniyanın, Kamerunun, Zambiyanın və Əlcəzairin vətəndaşları tutur.  Elə bu səbəbdən də miqrantlar tərəfindən törədilən cinayətkarlığın sayı statistikaya görə sürətlə artır. Miqrantlar tərəfindən zorlamaların sayı 5 faiz, uşaqlara qarşı 25 faiz yüksəlib. İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin bildirdi ki, xarici vətəndaşlar tərəfindən törədilən cinayətlər bu ilin altı ay ərzində 55 faiz artıb.  İnsan resursları bütün sahələrdə, o cümlədən polisdə belə çatışmır. RF DİN rəhbəri Vladimir Kolokoltsev may ayında çıxış edərək şəxsi heyəti tam komplektləşdirmək üçün 152 min adama ehtiyac olduğunu vurğulayıb. Tezliklə Moskvada nəinki inşaatçılara, “dvornik”lərə, hətta sahə müvəkkilərinə böyük ehtiyac yaranacaq.  Təəssüf ki, bütün bunlara baxmayaraq 10 iyulda  RF Təhlükəsizlik Şurası katibinin müavini Dmitri Medvedyev heç bir sülh müqaviləsini imzalamamağa çağırır və fikrini onunla əsaslandırır ki, sülhdən sonra yenə “banderovçular” hakimiyyətə gəlib Rusiyaya meydan oxuyacaq, ona görə də bütün Ukraynanı Rusiyaya “qatmaq” lazımdır.   Əfqanıstanı son tərk edən sovet qoşunları raport verəndə ki, “bir əsgər belə Əfqanıstanda qalmayıb”, cəmi il yarımdan sonra SSRİ dağldı. Ukrayna müharibəsi bütün bəşəriyyəti təhlükə qarşısında qoyub, amma ilk növbədə Rusiyanın özünü. NATO baş katibi təsadüfən söyləmədi ki, “Ukrayna müharibəsi 10 il də davam edə bilər”. Hələ iki il yarımın nəticələri bu qədər ağırdırsa, 10 ilin nəticələrini təsəvvür etmək belə dəhşətlidir.  Moderator.az-ın analitik qrupu

"Moskvaya qarşı "qamçı və kökə" siyasəti yeritmək gərəkdir" - Boris Conson

"Tramp Ukraynanın məğlubiyyətinin Amerika üçün çox böyük məğlubiyyət olacağı gerçəkliyi anlayır..." Böyük Britaniyanın sabiq baş naziri Ukrayna üçün sülh planını açıqlayıb Böyük Britaniyanın sabiq baş naziri Boris Conson Donald Trampa Rusiya-Ukrayna böhranının həll variantlarını təklif edib. Sozcu.az xəbər verir ki, bu barədə o, "Daily Mail" qəzetində dərc edilən məqaləsində yazıb. Məqalənin əvvəlində britaniyalı siyasətçi ABŞ prezidentliyinə namizədin onun həyatına sui-qəsd zamanı cəsarət göstərdiyini yüksək qiymətləndirib və qeyd edib ki, Tramp "Amerikaya göstərib ki, qatil gülləsi onu nə fiziki, nə də psixoloji səhətdən məğlub edə bilməyib". "Hesab edirəm ki, indi dünyaya da, Ağ Evə də lazım olan məhz yenilməz ruhdur", - Conson yazıb. O, əmindir ki, məhz bu keyfiyyət Trampa o cümlədən Rusiya-Ukrayna kimi münaqişələrin həllində kömək edəcək.   Bu zaman britaniyalı siyasətçi Trampın "Amerika hər şeydən öncədir" siyasətini nəzərə alaraq Şərqi Avropada müharibənin dayandırılmasına kömək edəcək bir neçə praktiki məsləhətlər vermək qərarına gəlib. "Bəzi respublikaçıların keçmişdə Ukrayna haqqında nə deməsindən asılı olmayaraq, hesab edirəm ki, Tramp gerçəkliyi anlayır: Ukraynanın məğlubiyyəti Amerika üçün çox böyük məğlubiyyət olacaq", - britaniyalı siyasətçi buna əmindir. O, hesab edir ki, Putin Ukrayna ilə qane olmayacaq və öz təcavüzkar siyasətini davam etdirəcək. Polşa, Baltikyanı ölkələr və ya Gürcüstan zərbə altına düşə bilər. Onun fikrincə, Putinin potensial qələbəsi Ronald Reyqanın nailiyyətlərinin və "soyuq müharibə"nin başa çatmasından sonra bərqərar olan balansın üzərindən xətt çəkəcək. Üstəlik, Çin Rusiyadan nümunə götürərək "Tayvanı zəbt etməyə ruhlanacaq". "Biz qəflətən əsl dəhşət doğuran münaqişənin astanasında qala bilərik. Bu münaqişədə amerikalılar seçim qarşısında qalacaq: ya dünya liderliyi uğrunda bütün iddialardan əl çəkmək, ya da qayda-qanunun bərpasına trilyonlarla dollar xərcləmək və gənc həmvətənlərimizi yenidən xaricə özgəsinin torpağında ölümə göndərmək", - Conson xoşagəlməz proqnoz verib. Onun fikrincə, Ukraynaya vaxtında yardımı nizama salmaq və Ukrayna Silahlı Qüvvələrinə (USQ) var gücü ilə döyüşməyə imkan vermək lazımdır. "Hal-hazırda Rusiya qoşunları havada planlaşdırıcı bombalardan istifadə edərək Ukraynanın mövqelərinə xeyli zərər vurur. Lakin USQ buna cavab verə bilmir, çünki ABŞ onlara Rusiyanın hava limanlarını məhv etmək üçün ATACMS-dan istifadə etməyə icazə vermir, Böyük Britaniya isə, təəssüf ki, Ukraynaya bu hədəfləri məhv etmək üçün "Storm Shadow" raketlərindən istifadə etməyi qadağan edir. Consonun fikrincə, Tramp "bütün bu bürokratik tərəddüdlərə son qoya və zəruri icazələr verə bilər". Rusiya qoşunları geri oturulduqdan sonra isə ABŞ prezidenti rusiyalı həmkarına sövdələşmə təklif edə bilər. "Putinə ən azı 2022-ci ilin sərhədlərinədək geri çəkilmək lazım gələcək. Gələcək münaqişələrdən və qeyri-müəyyənlikdən yan keçmək üçün Ukraynanın qalan hissəsinin öz taleyini Avropa İttifaqı və NATO-da seçim etməyə qadir olan suveren ölkə kimi tanımaq lazımdır", - o, hesab edir. O, əmindir ki, Ukraynaya tezliklə bu təşkilatlarda üzlük verilməlidir. Bundan sonra böyük döyüş təcrübəsinə malik olan USQ bölmələri NATO-nun Avropa ölkələrində Amerikanın 70 minlik kontingentini əvəz edə bilər. "Bu, Trampa qənaət etməyə, ABŞ hərbi qulluqçularını evlərinə qaytarmağa və avropalıların öz müdafiəsi üçün daha çoxunu etməyə imkan verə bilər. Bu, onun əsas məqsədlərindən biridir", - Conson bəyan edib. Digər tərəfdən, Rusiya prezidenti Putinə "qələbə mənzərəsini çəkməyə" mane olunmamalıdır. "O, əlbəttə ki, "xüsusi hərbi əməliyyat"ın uğurla bitməsini və Ukraynanı denasifikasiya etdiyini bəyan edə bilər", - Conson yazıb. Lakin praktiki addımlar da atılmalıdır. Bunlardan biri Ukraynanın rusdilli əhalisinin qanunvericiliklə müdafiəsi ola bilər. Onun fikrincə, Moskvaya qarşı təkcə qamçı ilə deyil, həm də kökə ilə hərəkət etmək gərəkdir. "Hər şeydən öncə, Tramp Ağ Evi Rusiya ilə qlobal yaxınlaşmaya sövq edər, Putini isə Rusiyanın "Böyük səkkizlik" və hətta NATO ilə əməkdaşlıq etdiyi günlərə qaytara bilər", - Conson buna əmindir. Lakin buna yalnız güc nümayiş etdirməklə nail olmaq mümkündür, o, qeyd edib. "Vaşinqton və Trampa beynəlxalq sərhədlərə hörmət edilməsinin zəruriliyini və sovet imperiyasını güclə bərpa etməyin mümkünsüzlüyünü göstərmək lazım gələcək", - britaniyalı siyasətçi güman edir. "Heç vaxt unutmayın ki, Obama və ya Bayden deyil, məhz Tramp ukraynalılara 2022-ci ildə Kiyev uğrunda döyüşdə həlledici rol oynayan "Cavelin" tankəleyhinə silah verib. Tramp artıq Ukrayna demokratiyasının müdafiəsində qətiyyətli hərbi əməliyyatlarda təcrübəyə malikdir", - Conson xatırladıb.

Bakıdakı məşhur ticarət mərkəzində YANĞIN

Bakı şəhərinin Qaradağ rayonunda “Abşeron” ticarət mərkəzinin ərazisində yanğın olub. Bu barədə Sozcu.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib. Ümumi sahəsi 130 m² olan taxta sexinin içərisində sahəsi 10 m² olan köməkçi tikilinin yanar konstruksiyaları, 1 ədəd kondisioner və 30 m² sahədə taxta materialları yanıb. Sexin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azərbaycan Ermənistanı COP29 sammitinə dəvət edib - Hikmət Hacıyev

Azərbaycan Ermənistanı COP29 iqlim sammitinə dəvət edib. Sozcu.az The National-a istinadla xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət şöbəsinin müdiri Hikmət Hacıyev deyib. Onun sözlərinə görə, Ermənistana dəvət göndərilib. “Deyirəm... bu, beynəlxalq media üçün ilk dəfədir”, - o, işğal altında olan Şuşidə keçirilən II Qlobal Media Forumunda deyib. “(COP29-un prezidenti təyin edilmiş) Muxtar Babayev... Ermənistanın xarici işlər nazirinə dəvət məktubu göndərib. Biz rəsmi dəvət göndərmişik”. Hacıyevin sözlərinə görə, rəsmi diplomatik münasibətlərin olmadığı bir şəraitdə bu dəvətin göndərilməsi Azərbaycanın xoşməramlılığının və inklüziv yanaşmasının nümunəsidir. Prezidentin köməkçisi əlavə edib ki, COP29 qlobal hadisədir və ən mühüm danışıqlar Ermənistan və Azərbaycanın hüdudlarından kənara çıxıb. "İndi Ermənistan hökumətinin qərar vermə vaxtıdır", - Hacıyev bildirib.

Siyasətin “qızıl qaydası” iddialı olmaqdır

İddiasızsansa, seçimlərində və hərəkət trayektoriyalarında özünə, gücünə görə haqlı ola bilərsən ki, bu, çox doğru qərardır – hər kəs gücünü bilməli, buna görə addım atmalıdır. Sən seçkiyə qəti getmə. Amma bunu qəbul etmək lazımdır ki, siyasət birmənalı olduğu halda hər təşkilatda fərqli rənglərdə ola bilir. Bu da təşkilatların fərqli siyasət mexanizmləri, xüsusilə strukturlarda güc fərqi, qərarların fərdi deyil, kollegial verilməsi ilə bağlıdır. -Müsavat gücünə inanır – anormal seçki mühitinin mövcudlugunun fərqindədir, ölkədə mitinq keçirməyə imkan verilmir, 3-5 adam bir yerə toplaşıb ölkədəki siyasi mühiti müzakirə edə bilmir, öncəki seçki biyabırçılıqlarını bilir, siyasi məhbus, fundamental insan haqlarının vəziyyətindən xəbərdardır və bununla yanaşı unutmamalı olduğu yuxarıda dediyimiz qızıl qaydanı əsas tutaraq siyasətlə məşğuldur. Bu məqamda müxalif siyasi partiya nə etməlidir? -Seçkidə iştirak seçimindən asılı olmayaraq siyasətlə məşğul olan hər kəs bilməlidir ki, siyasi uğurun qızıl qaydası seçki qutusuna kimin atılmasının vacibliyidir. Əgər hazırkı çətin dövrdə Müsavat Partiyası Məclis üzvlərinin əksəriyyəti seçkidə iştiraka meyillidirsə, gücünü ortaya qoymağı vacib görürsə, həm partiya olaraq, həm sıravi müsavatçı olaraq bu siyasəti dəstəkləməliyik. Bu həm də demokratiyanın aliliyinə xidmət edir. Azlıq çoxluğa tabedir. -Vəziyyət kifayət qədər aydındır, nəticələri öncədən təxmin edirik. Bəli, bu ən maraqsız olanıdır. Ancaq namizəd olaraq hər seçicidən aldığımız səs qazandığımız bir vətəndaşdır, bunu unutmuruq, fürsət dəyərləndirməsi etməyə calışırıq. Hədəfimiz gələcəyə hesablanıb. Seçkiyə qatılma səbəbimiz hər bir halda bu gun və ya gələcək üçün elektorat qazanmağımıza xidmət edir. İştirak növbəti dövrün nəticələrini proqnozlaşdırmağa kömək edəcək. -Siyasət elə bir sahədir ki, burada “gözlənilməz nəticələr” tüğyan edir. Nə qədər bacarıqlı, praqmatik düşüncə sahibi olsanız da, qarşılıqlı əlaqənin istiqamətini və nəticələrini müəyyən edə bilməzsiniz. Çünki insanların iradəsi var və bu, mütləq bir gün ortaya qoyulacaq. Siyasətin bu qızıl qaydasını həmişəlik pozacaqlarını düşünənlər əslində vətəndaşı iradəsiz olduğuna inandıranlardır, bu siyasəti aparanları gələcək seçkilərdə yaxşı heç nə gözləmir. Müsavatın seçkiyə qoşulan üzvlərini izləsəniz, müşahidə edərsiniz ki, onların hər biri seçici ilə görüslərində müəyyən hesablama aparır, güclərindən istifadə edir, seçkidə qutudan kimin çıxacağından asılı olmayaraq gələcək dövr üçün həm güclərini hesablayır, həm də ümumilikdə elektoratını müəyyənləşdirirlər. Bu seçkidə onların gözlədiyi nəticə müsbət mənada yoxa bərabər olsa da təqdirəlayiqdir, seçki prosesində maksimum saxtakarlıq ifşa edəcəklər, rejimin əsl simasını yenidən ortaya qoyacaqlar. Bununla da dövlətçilik üçün ən əhəmiyyətli missiyanı yerinə yetirərək hakimiyyətin demokratik don geyindirmək istədiyi seçki şousunun mahiyyətini faktlarla tarixə yazacaqlar. Siyasət çoxlu aktorların iştirak etdiyi oyundur Bütün ziddiyyətli və ya bitişik iradələr hərəkətə keçir və bilyard şarları kimi bir-birinə dəyir, yeni istiqamətlər alır. Bununla belə, siyasətin bilyarddan böyük fərqi var. Nə qədər bacarıqlı olsanız da, qarşılıqlı əlaqənin istiqamətini və nəticələrini müəyyən edə bilməzsiniz. Çünki insanların iradəsi var və bu, nə qədər məhdudlaşdırılsa da, bir mərkəzdən müəyyənləşəcək bir şey deyil. Bilyard şarlarının iradəsi yoxdur. Buna baxmayaraq, ən təcrübəli bilyardçılar da bilirlər ki, hər zaman qalib gələ bilməzlər. Bu gün bu döyüşdən qalib çıxdığını hesab edənlər tarixdə öz adları, yanlışları, doğruları ilə qalacaqlar. Kozların paylaşıldığı bu qarışıq və həlledici məqamda boykot ən asanıdır. -Bəs isti yay günlərində istirahət etməyi, təzyiq, təqiblərdən uzaq boykotu seçənlər bu məşəqqətli prosesdə iştirakdan imtinalarına necə haqq qazandırsınlar? -Elektoratı itirmək bu yolun yolçusu olanlar üçün çox pis nəticə verəcək. Bu məqamda özlərinə rəqib hesab etdikləri təşkilatları qaralamaq işə yaraya bilərmi? Boykotu seçənlər bunu seçərkən heç uf da demirlər. -Ancaq siyasətin ən çox yayılmış, sınanmış və effektiv hesab olunan yolu mövcud elektoratı əlində saxlamağı qənimət bilib başqalarını qaralamaq yox, zoru (seçkidə iştirakı) seçib yeni elektorat toplamaqdır. Təəssüf ki, boykot deyənlər ilk ağıllarına gələn bu bəsit taktikanı sınamaqdan usanmırlar. Asanı yox, zoru seçəni qaralamaqla buna nail olmağa çalışırlar – bunun adı başqadır. Könül Alı