Min düşmən sarıb səni, ey gözəlliklər diyarı,
Saf ürək, saf qəlblisən, niyyəti pak olan sənsən.
Nə qədər düşmənlərin dünyaya qəzəl oxuyur,
Adların qoyub sənə, deyirlər bəs - yalan sənsən.
Ey anamın beşiyi, gözümün nuru, vətənim,
Odlar diyarı adlanan, qəlbimdə iman sənsən.
Mən sənə oğul ikən sən də mənə ana oldun,
Könül bağçamda açan gül-çiçəkli cahan sənsən.
Düşmənə qan uddurdu doğduğun igid ərənlər,
Çünki o damardan axan qan deyil - axan sənsən.
Təbriz də, Ərdəbil də sənə baxıb “can” deyirlər,
Qalx ayağa, ey Vətən, yetişibdir zaman sənsən.
Bir olub bütövləşmək zamanıdır, an yetişib,
Qalx, qalx uca millət, deyək - can Azərbaycan sənsən!
Zakir İsmayil
