Gürcüstan sərhədində qəzaya uğrayan hərbi yük təyyarəsində şəhid olan kiçik zabitlər İlker Aykut və Berkay Karacanın ailələrinə acı xəbər çatdırılıb.
Sozcu.az Savaşmedia.az-a istinadla xəbər verir ki, təyyarə texniki qərargah çavuşu İlker Aykut uçuşdan əvvəl atasına zəng edərək "Ata, qayıdırıq, tarlanı əkmisən?" deyib. Onun ailəsi ilə son telefon danışığı belə olub.
Qəza xəbəri ailəsinə Tekirdağda verilib, anası Zülbiyyə Aykut xəbərdən sonra xəstəxanaya aparılıb.
