Zelenski tələb etdi, iki nazir istefa verdi

Hesab edirəm ki, ədliyyə naziri və energetika naziri öz vəzifələrində qala bilməzlər. Bu, digər məsələlərlə yanaşı, etimad məsələsidir. İttihamlar varsa, onlara cavab verilməlidir. Onların vəzifədən uzaqlaşdırılması ilə bağlı qərar operativ qərardır.

Sozcu.az xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

“Mən Ukraynanın baş nazirindən bu nazirlərin istefa ərizələrini təqdim etməsini xahiş etmişəm. Mən Ali Rada üzvlərindən xahiş edirəm ki, bu istefalar qanun çərçivəsində həll edilsin”, - o bildirib.

Qeyd edək ki, bundan əvvəl ədliyyə naziri (və keçmiş energetika naziri) Qaluşenko Nazirlər Kabinetinin rəhbəri tərəfindən vəzifəsindən kənarlaşdırılıb. Ukraynanın energetika naziri Svetlana Qrinçuk isə istefa verdiyini sosial şəbəkədə elan edib. Qrinçuk 2025-ci ilin iyulundan bəri energetika naziri idi.

Milli Antikorrupsiya Bürosu (NABU) Ukraynanın enerji sektorunda genişmiqyaslı rüşvət sxemi ilə bağlı apardığı araşdırmanın təfərrüatını açıqlayıb. Araşdırmada Ukrayna hökumətinin bir neçə keçmiş və indiki üzvünün, habelə Prezident Vladimir Zelenskinin yaxın dostu olduğu deyilən iş adamı Timur Mindıçın adı keçir.

Share on Facebook