Çin Rusiyanı 50 milyardlıq layihədən bayıra “atdı”...

Bir müddət əvvəl ABŞ-nin Rusiyanın Ukraynaya təcavüzünə yardım etdiyinə görə Çinə qarşı yeni sanksiyalar hazırladığı bildirilib... Çin ilk vaxtlar Çin-Rusiya birgə layihəsi kimi təqdim olunmuş uzunmənzilli, geniş gövdəli "C929" təyyarəsinin yaradılması layihəsini Rusiyanın iştirakı olmadan davam etdirmək qərarına gəlib. Sozcu.az “TSN”-ə istinadla xəbər verir ki, bu barədə “BBC” məlumat yayıb. Nəşr bildirir ki, indi Böyük Britaniyanın “Farnboro” Beynəlxalq Aviasiya Sərgisində yerləşdirilən Çin təyyarə istehsal edən "COMAC" korporasiyasının stendində təyyarənin modelində və onun təsvirində artıq Rusiyanın adı çəkilmir. Şirkət jurnalistlərə bildirib ki, Çin bu layihə üzərində ruslar olmadan işləyir. Eyni zamanda, Rusiyanın artıq layihələr təqdim etməməsinin səbəblərini də açıqlamayıblar. Uzunmənzilli təyyarə layihəsi əvvəllər "CR929" adlanırdı və "Boeing" və "Airbus" tərəfindən istehsal edilən təyyarələrlə rəqabət aparmaq üçün nəzərdə tutulmuşdu. Rusiyanın "Rostex" korporasiyası layihənin adındakı “C” hərfinin Çini, “R” hərfinin isə Rusiyanı ifadə etdiyini iddia edirdi. Moderator.az-ın araşdırmasndan bəlli olub ki, Çin və Rusiya Federasiyası “CR929”-u 2014-cü ildə birgə istehsal etmək barədə razılığa gəliblər. Layihənin dəyəri 50 milyard dollar qiymətləndirilirdi; o, iki ölkənin aviasiya sənayesində ən böyük layihəyə çevrilməli idi. Yeni təyyarənin “Airbus” və “Boeing” təyyarələri ilə rəqabət aparacağı güman edilirdi. Təyyarənin hazırlanmasına 2017-ci ildə başlanılıb və 2025-ci ildə başa çatdırılması və 2028-ci ildə istifadəyə verilməsi planlaşdırılırdı... Onu  da xatırladaq ki, bir müddət əvvəl ABŞ-nin Rusiyanın Ukraynaya təcavüzünə yardım etdiyinə görə Çinə qarşı yeni sanksiyalar hazırladığı bildirilib...

Sabah külək güclənəcək - SARI XƏBƏRDARLIQ

İyulun 24-də gündüz Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi qısa müddətə sarı xəbərdarlığa uyğun olaraq arabir 13.9-20.7 m/san təşkil edəcək. Bu barədə Sozcu.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, iyulun 24-26-da isə bölgələrdə fasilələrlə sarı xəbərdarlığa uyğun olaraq Bərdə, Tərtər, Mingəçevir, Naftalan, Ağstafa, Gəncə, Tovuz, Goranboy, Ağdam, Füzuli, Zərdab, Neftçala, Sabirabad, Göyçay, Şahbuz, Naxçıvan, Ordubad, Culfa, Qobustan, Balakən, Zaqatala, Şəkidə şərq küləyi arabir 13.9-20.7 m/san təşkil edəcək.

Paşinyan Bakıya gəlir? - Rəsmi cavab

Nikol Paşinyan məzuniyyətdən sonra, avqustda mətbuat konfransı keçirməyi planlaşdırır. O, burada noyabrda Bakıda keçiriləcək COP29 sammitində Ermənistanın iştirakı ilə bağlı Azərbaycanın dəvətinə cavabını açıqlayacaq. Sozcu.az Globalinfo.az-a istinadla xəbər verir ki, bu barədə “Hraparak”ın sorğusuna Ermənistan hökumətinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib. Qeyd edək ki, bir qədər əvvəl rəsmi Bakı Ermənistanı COP29 İqlim sammitinə dəvət edib.

Bayden sabah ictimaiyyət qarşısına çıxacaq

ABŞ Prezidenti Co Bayden iyulun 24-də seçki kampaniyasından imtinasına həsr olunmuş nitqlə çıxış edəcək. Sozcu.az xəbər verir ki, bu barədə “Vaşinqton Post” qəzetinin jurnalisti Tayler Peycer X səhifəsində yazıb. “Baydenin prezidentlik yarışından çıxması ilə bağlı nitqi sabaha planlaşdırılır”, - deyə o bildirib.

“Başını tutsun baltanın altına ki, xalq artistinə toxunmaq olmaz?”

Milli Məclisin deputatı Fazil Mustafa Xalq artisti Ağadadaş Ağayevin mühafizəçi ilə yaşadığı insidentə münasibət bildirib.  Sozcu.az xəbər verir ki, eks-deputat bu barədə öz “Facebook” səhifəsində paylaşım edib. Fazil Mustafa Ağadadaş Ağayevin mühafizəçiyə balta ilə hücum etməsini kəskin tənqid atəşinə tutub:   “Mühafizəçinin atası-anası yoxdur? O Azərbaycan vətəndaşı deyil? Kim kimdən narazıdırsa balta tullamalıdır? Bu nə cür tərəfli yanaşma? Mühafizəçi yanlış hərəkət edibsə, hər halda xalq artistinin müraciətinə hüquq-mühafizə orqanları qətiyyən laqeyd yanaşmaz, məsələni ciddi araşdırardılar. Mühafizəçinin heç xəstəxanaya aidiyyəti olmur, müqavilə bağlayırlar, gəlib rəsmi qaydada obyekti qoruyur. Üstəlik baltanı birbaşa canlı insana tullayır, nə etsin bəs, zərərsizləşdirməsin? O mühafizəçi sizin övladınız, qardaşınız, qohumunuz, qonşunuzdur. Tövsiyyəniz nədir, başını tutsun baltanın altına ki, xalq artistinə toxunmaq olmaz? Bu cür videoların yayılmasının mən də əleyhinəyəm. İnsanın xəstəliyinin şiddətini, təsirini də anlayıram. Mühafizəçinin ekstremal şəraitdə əsəblərini cilovlaya bilməməsini də qınayıram. Ancaq suçu öz vəzifə borcunu ləyaqətlə yerinə yetirmiş və böyük bir faciənin qarşısını almış mühafizəçi işləyən tanımadığım yoxsul bir Azərbaycan övladının üzərinə yönəltmək nə dərəcədə ədalətli davranışdır?", - deyə Fazil Mustafa öz postunda qeyd edib.  Xatırladaq ki, hadisədən sonra xalq artisti Ağadadaş Ağayev və dalaşdığı mühafizə əməkdaşı polis tərəfindən saxlanılaraq, istintaqa cəlb olunub. 

Ağadadaş Ağayevə cinayət işi açıldı

Xalq artisti Ağadadaş Ağayev cinayət məsuliyyətinə cəlb olunub. Sozcu.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib. Qeyd olunub ki, paytaxtın Binəqədi rayonunda baş verən insidentlə əlaqədar araşdırma aparılır: "Fakta görə Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə cinayət işi başlanılıb. Münaqişə tərəfləri N.Cəlilov və A.Ağayev cinayət məsuliyyətinə cəlb edilib. Cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir".

Bakı-Xırdalan-Sumqayıt qatarı yeniyetməni vurdu

Bakı-Xırdalan-Sumqayıt marşrutunda hərəkətdə olan qatar yetkinlik yaşına çatmayan şəxsi vurub. Baş Prokurorluğun Mətbuat xidmətindən  verilən məlumata görə, hadisə iyulun 22-də Bakı-Xırdalan-Sumqayıt marşrutunda hərəkətdə olan qatarın Xırdalan şəhəri ərazisindən keçən zaman baş verib. Nəticədə şəxs aldığı xəsarətlərdən ölüb. Faktla bağlı Abşeron rayon prokurorluğunda araşdırma aparılır.

Qaxda 2 yaşlı uşaq dərmandan zəhərləndi

Qax rayonunda iki yaşlı körpə dərmandan zəhərlənib. Sozcu.az xəbər verir ki, Qax şəhərində yaşadığı evdə nəzarətsiz qalan 2022-ci il təvəllüdlü A.Nemətzadə qəbzlik əleyhinə dərmanları içib. Nəticədə zəhərlənən körpə xəstəxanaya yerləşdirilib.report

Ağadadaş Ağayev tanışını balta ilə buna görə vurub – DETALLAR

DİN-in mətbuat xidmətindən məsələ ilə bağlı Sozcu.az-a bildirilib ki, iyulun 22-də Bakı şəhər sakini olan N.Cəlilov ərizə ilə polisə müraciət edərək həmin gün saat 07 radələrində gözətçi işlədiyi özəl tibb müəssisələrindən birində olan zaman paytaxt sakini A. Ağayevin xuliqanlıq zəminində onu söyərək təhqir etdiyini əlindəki balta ilə onu hədələdiyini bildirib. N.Cəlilov daha sonra izahatında A.Ağayevin baltanı ona tərəf atan zaman orada çalışan N.Paşayevanın ayaq nahiyəsinə dəydiyini və xəsarət yetirdiyini də qeyd edib. Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin araşdırmalara başlanılıb. X X X Xalq artisti Ağadadaş Ağayev və tanışı arasında əlbəyaxa dava olub. “Report” xəbər verir ki, hadisə Binəqədi rayonu ərazisində qeydə alınıb. Məlumata görə, A.Ağayev tanışı ilə söyüş üstündə dava edib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Report”un sorğusuna cavab olaraq faktı təsdiqləyiblər. Nazirlikdən bildirilib ki, hazırda faktla bağlı Binəqədi rayon Polis Şöbəsində araşdırma aparılır. *** Xalq artisti Ağadadaş Ağayevlə bağlı yeni məlumatlar məlum olub.  Sozcu.az lent.az-a istinadən bildirir ki, müğənninin tanışı ilə küçədə mübahisəsi düşüb. Mübahisə zəminində Ağadadaş Ağayev əlindəki baltanı tanışına atıb. Nəticədə qarşı tərəf xəsarət alıb. A.Ağayevin saxlanıldığı bildirilsə də hələlik bu rəsmi təsdiqini tapmayıb. Hadisə ilə bağlı rəsmi məlumat yayılacaq. ***10:53 Daxili İşlər Nazirliyindən Lent.az-a müğənni ilə bağlı insident yaşandığını təsdiqləyiblər.  ***10:42 Xalq artisti Ağadadaş Ağayev aralarında yaranmış mübahisə zamanı tanışına balta ilə xəsarət yetirib. Hadisə Binəqədi rayonu ərazisində baş verib.  Sozcu.az news24.az-a istinadən bildirir ki, yaralanan şəxsin vəziyyətinin ağır olduğu bildirilir. Məsələ ilə bağlı A.Ağayevin özü ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimiz cavabsız qaldı.

Dəhşət: Ata övladlarını bıçaqladıqdan sonra intihar etdi

08:55 Bakının Xəzər rayonunda ata iki oğlunu bıçaqlayaraq onlardan birini öldürüb. Sozcu.az APA-ya istinadla xəbər verir ki, hadisə Binə qəsəbəsində qeydə alınıb. 1974-cü il təvəllüdlü Rza Eyyubov əvvəlcə oğlu 2014-cü il təvəllüdlü Əli Eyyubova çoxsaylı bıçaq xəsarəti yetirib. Ata daha sonra 4 yaşlı oğlu Teymur Eyyubova çoxsaylı bıçaq zərbəsi vurub. 10 yaşlı Əli hadisə yerində ölüb. Ata bunu gördükdən sonra özünü bıçaqlayaraq öldürüb. 4 yaşlı Teymur Eyyubov Sabunçu Tibb Mərkəzinə çatdırılıb. Həkimlər onu cərrahi əməliyyat ediblər. Vəziyyəti orta ağır kimi qiymətləndirilir. Faktla bağlı Xəzər Rayon Prokurorluğunun əməkdaşları araşdırma aparırlar. *** Bakıda 1 şəxsin qəsdən öldürülməsi, digərinin qəsdən öldürülməsinə cəhd edilməsi faktı ilə bağlı cinayət işi başlanıb. Suraxanı rayon prokurorluğundan verilən məlumata görə, iyulun 23-də saat 01 radələrində 2 nəfərin ölməsi, 1 nəfərin isə xəsarətlər alması barədə rayon Bakı şəhəri Suraxanı rayon prokurorluğuna məlumat daxil olub. Araşdırmalarla rayonun Binə qəsəbəsi ərazisində yaşayan 1974-cü il təvəllüdlü Rza Eyyubovun kəsici-deşici alətlə əvvəlcə 2 azyaşlı oğluna, daha sonra isə özünə xəsarətlər yetirməsi nəticəsində sonuncu və azyaşlılardan birinin ölməsinə əsaslı şübhələr müəyyən edilib. Hadisə zamanı xəsarət alan digər azyaşlı xəstəxanaya yerləşdirilib, hazırda müalicəsi davam etdirilir. Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4, 120.2.9, 29, 120.2.4, 29, 120.2.9 (xüsusi amansızlıqla və köməksiz vəziyyətdə qəsdən adam öldürmə və öldürməyə cəhd) və digər maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

SON DƏQİQƏ: Ağadadaş Ağayev tanışını baltaladı - Rəsmi

Xalq artisti Ağadadaş Ağayev aralarında yaranmış mübahisə zamanı tanışına balta ilə xəsarət yetirib. Sozcu.az News24.az-a istinadla xəbər verir ki, hadisə Binəqədi rayonu ərazisində baş verib. Yaralanan şəxsin vəziyyətinin ağır olduğu bildirilir. *** Daxili İşlər Nazirliyindən Lent.az-a müğənni ilə bağlı insident yaşandığını təsdiqləyiblər.

Yevlaxda yanğında xəsarət alan azyaşl öldü - YENİLƏNDİ

Baş verən yanğın hadisəsi ilə əlaqədar 2 nəfər (kişi cinsli) Yevlax Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib. TƏBİB-dən Sozcu.az -a bildirilib ki, 2000-ci il təvəllüdlü şəxsə bel nahiyəsinin yüngül yanıq xəsarətləri diaqnozu təyin edilib. Zəruri tibbi xidmətlər göstərilən şəxs ambulator müalicə üçün evə buraxılıb. 2022-ci il təvəllüdlü azyaşlıya bədənin bütün hissələrinin II və III dərəcəli diaqnozları təyin edilib. Vəziyyəti ağır olan azyaşlı Bakı şəhərindəki müvafiq tibb müəssisəsinə təxliyə olunarkən xəstəxanayaqədər ölüm qeydə alınıb. *** 15.56 Baş verən yanğın hadisəsi ilə əlaqədar 2 nəfər (kişi cinsli) Yevlax Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib. Bu barədə TƏBİB-dən məlumat verilib. Bildirilib ki, 2000-ci il təvəllüdlü şəxsə bel nahiyəsinin yüngül yanıq xəsarətləri diaqnozu təyin edilib: "Zəruri tibbi xidmətlər göstərilən şəxs ambulator müalicə üçün evə buraxılıb. 2022-ci il təvəllüdlü azyaşlıya bədənin bütün hissələrinin II və III dərəcəli diaqnozları təyin edilib. Vəziyyəti ağır olan azyaşlı Bakı şəhərindəki müvafiq tibb müəssisəsinə təxliyə olunub". *** 12:11 Yevlax şəhərində ümumi sahəsi 63 m² olan kürsülü birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanıb. Sozcu.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, yanğın zamanı 2 nəfər yanıq xəsarəti alıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Ukrayna Rusiyanın əsas neft zavodunu 3-cü dəfə vurdu

İyulun 22-də səhər saatlarında Ukrayna pilotsuz təyyarələri Tuapsedə Rusiyanın Qara dəniz sahilində yeganə neft emalı zavoduna növbəti dəfə hücum edib. Sozcu.az xəbər verir ki, bu barədə Krasnodar vilayətinin operativ qərargahı məlumat yayıb. “PUA qalıqlarının düşməsi nəticəsində Tuapsedəki neft emalı zavodunun infrastrukturuna ziyan dəyib. 50 kv/m sahəni əhatə edən yanğın söndürülüb. İlkin məlumata görə, xəsarət alan olmayıb”, - məlumatda bildirilib. Krasnodar diyarının Tuapse rayonunun rəhbəri Sergey Boyko bildirib ki, bundan əvvəl şəhərin üzərində səkkiz pilotsuz təyyarə vurulub. Onun sözlərinə görə, bundan əvvəl yanvar və may ayında Tuapse neft emalı zavoduna dron hücumu olub. Qeyd edək ki, Ukrayna 6 ay ərzində Rusiyanın 50-yə yaxın neft və neft emalı zavoduna zərbə endirib.

11 yaşlı qız yelləncəyin ipinə dolanaraq boğuldu

Oğuz rayonunda 11 yaşlı qız yelləncəyin ipinə dolanaraq boğulub. Sozcu.az-ın Report-a istinadən məlumatına görə, hadisə bu gün rayonun Yemişənli kəndində baş verib. Belə ki, kənd sakini, 2013-cü il təvəllüdlü Füruzə Nəbi qızı Qəribova yaşadığı evin həyətində yelləncəkdə yellənərkən onun ipi boğazına dolanıb və 11 yaşlı qız ölüb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Şamaxıda ağır qəza: 10 nəfər xəsarət aldı

Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Muğanlı kəndindən keçən hissəsində Şamaxıdan Ağsu istiqamətinə hərəkətdə olan mikroavtobus, əks istiqamətdən gələn minik avtomobili ilə toqquşub. Sozcu.az xəbər verir ki, yol-nəqliyyat hadisəsi nəticəsində mikroavtobusda olan 10 nəfərin xəsarət aldığı bildirilir. Yaralılar Təcili Tibbi Yardım avtomobilləri ilə Şamaxı Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, əraziyə polis əməkdaşları cəlb olunub. Bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı araşdırmalar aparılır.

Bakıda azyaşlını girov götürən şəxs zərərsizləşdirildi - Təcili

Paytaxtın Suraxanı rayonunda azyaşlını girov götürüb öldürəcəyi ilə hədələyən şəxs zərərsizləşdirilib. DİN-in Mətbuat Xidmətindən Sozcu.az-a bildirilib ki, axtarışda olan, əvvəllər hərbi və digər cinayət əməllərinə görə məhkum olunmuş X.Əhmədov saxlanılarkən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmayıb, müqavimət göstərib, uşağı girov götürərək boğaz nahiyəsinə soyuq silah dayayaraq onun həyatına təhlükə yaratmaqla qeyri-adekvat hərəkətlərini davam etdirib. Ona dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, sonuncu buna məhəl qoymadığından ətrafda olan şəxslərin və azyaşlının təhlükəsizliyi nəzərə alınaraq, X.Əhmədova polis əməkdaşları tərəfindən xidməti silah tətbiq edilərək zərərsizləşdirilib. Faktla bağlı araşdırma aparılır.

BAKIDA ŞOK: Tibb bacısı qadına iynə vurub, yatırtdı və… GÖRÜN NƏ ETDİ

Bir müddət əvvəl Bakıdakı özəl klinikalardan birində liposaksiya (artıq piy toxumasının çıxarılması) əməliyyatı etdirmiş qadının pulları və qızılları evinə çağırdığı tibb bacısı tərəfindən oğurlanıb. Hadisə Novxanı kəndindəki bağ evində baş verib. Belə ki, Çinarə Sultanova (soyadlar şərtidir) əməliyyatdan sonra gündəlik iynə vurdurmalı olduğu üçün əvvəldən tanıdığı Səidə adlı tibb bacısını evinə çağırıb. Tibb bacısı müyyən məbləğ qarşılığında xidmət göstərməyə razılaşıb.Sonrakı gün Səidə Məmmədova müştərinin evinə gedib və orada Çinarənin tək olmasından istifadə edərək, "Lidaza" və "Lidokain" adlı pereparatları qarışdıraraq ona dozadan artıq miqdarda iynə vurub. Özünü pis hiss edən Çinarə Sultanova huşunu itirdikdən sonra Səidə evdə olan 3 500 dolları və 8 000 manata yaxın dəyəri olan qızıl-zinət əşyalarını götürərək qaçıb. O, evdən çıxarkən Çinarənin "Porşe" markalı avtomobilində olan bahalı əşyanı da götürüb. Hadisədən bir neçə saat sonra ev sahibi özünə gəlib, dərhal oğluna və qohumlarına məlumat verib. Onlar evdən pul və qızılların oğurlandığını görərək Səidəni axtarmağa başlayıblar. Səidə törətdiyi əməli qismən etiraf edərək, bunu borclarına görə etdiyini deyib. Bundan sonra Abşeron Rayon Polis İdarəsində Səidə Məmmədova barəsində cinayət işi açılıb. Həbs olunacağını görən qadın vurduğu zərəri qarşı tərəfə ödəyib. Bir neçə gün əvvəl keçirilən məhkəmə iclasında Çinarə Səidədən artıq şikayətçi olmadığını deyib. Abşeron Rayon Məhkəməsi Səidəni Cinayət Məcəlləsinin 177-ci maddəsi üzrə təqsirli bilinib. O, 2 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib və bədəninə elektron qolbaq taxılaraq polisin nəzarəti altında olmaqla sərbəst buraxılıb.(Publika.az) 

Göyçay sakini qonşusunu baltaladı

İyulun 21-də gecə saatlarında Göyçay şəhərində Əli Əzizov aralarında yaranmış mübahisə zamanı qonşusu, 33 yaşlı Əfqan Hacıyevin qoluna balta ilə xəsarət yetirib. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Sozcu.az-a bildirilib ki, polis əməkdaşları tərəfindən kəsici alətlə Ə.Hacıyevə xəsarət yetirən Ə.Əzizov saxlanılıb. Faktla bağlı araşdırmalar davam etdirilir.

Azərbaycanda klub rəhbəri və qohumu çayda boğulub öldü

Ağdaş şəhər sakini, 1988-ci il təvəllüdlü Fərid Ağa oğlu Ağazadə rayonun Dəhnəxəlil kəndi ərazisində çayda çimərkən boğulub. Sozcu.az Oxu.Az-a istinadən xəbər verir ki, onu sudan çıxartmaq məqsədilə çaya düşən dayısı oğlu, 1990-cı il təvəllüdlü Rəhman Cəfər oğlu Əliyev də çayda boğularaq ölüb. Hər iki şəxsin meyiti səhər saatlarında suda çıxarılıb. Qeyd edək ki, Rəhman Əliyev Azərbaycan II liqa təmsilçilərindən olan "Ağdaş" klubunun rəhbəridir.

Bakıda qəza: 3 yaşlı uşaq öldü

Bakıda avtomobil iki piyadanı vurub. Sozcu.az Report-a istinadlaxəbər verir ki, hadisə Xətai rayonunun General Şıxlinski küçəsində qeydə alınıb. Belə ki, 2006-cı il təvəllüdlü Kənan Rzazadə idarə etdiyi "Hunday Sonata" markalı avtomobillə yolu keçən, 1994-cü il təvəllüdlü Ruhiyyə Tanrıverdiyeva və 2021-ci il təvəllüdlü Seymur Məmmədlini vurub. Hər iki piyada xəstəxanaya yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, körpənin həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı cinayət işi başlanılıb.

Sükan arxasında yatdı, xanımı və nəvəsi öldü

Dəfələrlə edilən xəbərdarlıqlara, aparılan maarifləndirmə tədbirlərinə baxmayaraq, hələ də sürücülərin yorğun, yuxusuz halda avtomobil idarə etməsi hallarına rast gəlinir. Avtonəqliyyat vasitələrinin idarə olunmasında yol verilən bu kimi səhlənkar davranış təəssüf ki, növbəti dəfə insan həyatına son qoyub. Sozcu.az xəbər verir ki, bu barədə DİN-in Baş Dövlət Yol Polis İdarəsindən bildirilib. Qeyd olunub ki, bir neçə gün əvvəl Laçın rayon sakini, 64 yaşlı Qoşmalı Yusifov idarə etdiyi "Mersedes" markalı avtomobillə Bakı-Quba yolunun Ceyranbatan qəsəbəsi ərazisindən keçən hissəsində hərəkətdə olarkən sükan arxasında yuxuladığı üçün avtomobil yoldan çıxaraq ağaca çırpılıb. Nəticədə sürücünün həyat yoldaşı və 16 yaşlı nəvəsi hadisə yerində həyatlarını itiriblər. Bu hadisə bir daha deməyə əsas verir ki, sürücülərin istirahət etmədən yuxusuz halda sükan arxasına əyləşməsi onların özləri, doğmaları, eləcə də digər hərəkət iştirkçılarının həyat və sağlamlığı üçün hər zaman ciddi təhdiddir. Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərə müraciət edərək onları yorğun, yuxusuz halda sükan arxasına əyləşməməyə, uzaq məsafə qət edərkən 2-3 saatlıq fasiləsiz hərəkətdən sonra dayanaraq qısa müddətə istirahət etməyə, bunun üçün DYP-nin stasionar postlarında yaradılmış şəraitdən yararlanmağa çağırır.

ZAUR USTAC - DAĞLAR

(Dağlara xitabən üçüncü şeiri) Tarix səhnəsində yetişdi zaman, Başlanmış bu çağın mübarək, dağlar! Hələ nə zəfərlər gözləyir bizi, Qutlanmış novrağın mübarək, dağlar! * * * Dövranın gərdişi döndü, dəyişdi, Davadan doğulan ərlər yetişdi, Didilmiş yaralar tutdu, bitişdi, Üç rəngli duvağın mübarək, dağlar! * * * Nə vaxtdır yol-iriz bağlı qalmışdı, Qoynunda yağılar məskən salmışdı, Canımı sağalmaz bir dərd almışdı, Sayalı qonağın mübarək, dağlar! * * * Xətai qırmadı könül bağını, Nadir unutmadı hicran dağını, İlhamın silahı əzdi yağını, Dəmirdən yumruğun mübarək, dağlar! * * * Qurtuldu yağıdan zənburun, balın, Bir başqa görünür yamacın, yalın, Zirvəndən boylanır şanlı hilalın, Müqəddəs sancağın mübarək, dağlar! * * * Haqqa nisbət tutub ulu Ələsgər, Andırıb, tanıdıb, bilib pərisgar, Hər səngər məbəddi, pirdi hər əsgər, Şuşa tək ocağın mübarək, dağlar! * * * Ay Ustac, min şükür arzuna yetdin, “Dədə”n gedən yolu, sən də qət etdin, Dolandın dünyanı yurdunda bitdin, Doqquzu zər tuğun mübarək, dağlar! Müəllif: Zaur USTAC

Kamala Harris: Birlikdə qalib gələcəyik!

ABŞ-ın vitse-prezidenti Kamala Harris prezidentliyə namizədliyini irəli sürdüyünü açıqlayıb. Sozcu.az xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb. "Prezidentin təsdiqini almaqdan şərəf duyuram və bu namizədliyi qazanmaq və qalib gəlmək niyyətindəyəm. Seçki gününə 107 gün qalıb. Biz birlikdə mübarizə aparacağıq. Və birlikdə qalib gələcəyik", - deyə o bildirib. Qeyd edək ki, prezidentlik yarışından çəkilən Co Bayden Kamala Harrisin namizədliyini dəstəklədiyini açıqlayıb.

Boykot deyənlərə növbəti suallar

Əli Kərimlinin Meydan TV-yə verdiyi müsahibə ölkədə mətbuat və ifadə azadlığının, facebookda yaydığı postlar internet azadlığının olduğu görüntüsü yaradırsa, hakimiyyətin “bizdə azad mətbuat, internet azadlığı var” şoularında iştirakdırsa, Müsavat Partiyasını nəzərdə tutaraq seçkidə iştirak haqqında dedikləri də doğrudur. Dedikləri doğrudursa, hakimiyyətin tələbi ilə yeni qurultay elan etməsi hazırkı hakimiyyəti tanımaq, onu legitimləşdirmək, hakimiyyətin tələbinin haqlı olduğunu etiraf etmək deyilmi? Biz belə düşünmürük ki, o etiraflarda bulunur. Pis-yaxşı, az-çox olan sivil imkanlardan yararlanmaq çox vacibdir. Azsaylı jurnalistlərə, mətbu orqanlara müsahibə vermək, sosial şəbəkələrdə fəal olmaq cəhdləri nədirsə, bu seçkiyə qatılmaq da odur. Minimum imkanlardan istifadə edib ayaqda qalmaq, özünü və niyyətini xalqa çatdırmaq, düşüncələrini xalqla bölüşmək siyasətin əlifbasıdır. Seçkidə iştirak dəfələrlə bəyan etdiyimiz kimi bizim ölkədə dəyişiklikləri yalnız seçki yoluyla gördüyümüzün ifadəsidir. Seçkidə iştirakımız “Bizdə normal seçki var, biz də qatılırıq” demək deyil. Seçkiylə bağlı fikirlər, münasibət sənin seçkiyə qədər və seçki günü apardığın müşahidələrin nəticəsində açıqladığın yekun rəylə ölçülür. Əli bəyin dediyi kimi seçkidə iştirak seçkiyə legitimlik qazandırırsa, boykot da legitimlik qazandırır. Boykot o deməkdir ki, bu şey var, sadəcə mən boykot edirəm. Odur ki, kimsə fərqli yol tutursa öz tutduğu xəttin doğruluğunu arqummentləşdirməlidir, sübut etməlidir. Başqalarının “səhv” olduğunu sübut etmək istəyəndə yuxarıdakı sualları səsləndirməyə məcbur qalırıq, o da məcburdur ki, həmin suallara cavab versin. Səxavət Soltanlı, Müsavat başqanının müavini