15:34
Salyan rayon Aşağı Noxudlu kənd tam orta məktəbdə pelet sobasının tıxanması tüstülənməyə səbəb olub.
Sozcu.az xəbər verir ki, bu barədə Şirvan-Salyan Regional Təhsil İdarəsindən məlumat verilib.
Qeyd edilib ki, məktəbdə əvvəlcədən yanğın təhlükəsizliyi ilə bağlı görülmüş tədbirlər sayəsində hadisənin yayılmasının qarşısı alınıb, şagirdlər və müəllimlər təxliyə planına uyğun olaraq təhlükəsiz yerə təxliyə ediliblər.
Tüstülənmə nəticəsində 10 şagird, 2 nəfər texniki işçi özünü pis hiss edib və təcili-tibbi yardıma müraciət edilib. Onların səhhəti diqqət mərkəzində saxlanılır.
Hazırda aidiyyəti qurum tərəfindən hadisənin başvermə səbəbləri araşdırılır.
***
Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 05.12.2025-ci il tarixində saat 13:40 radələrində 17 nəfər (13 nəfər qadın cinsi, 4 nəfər kişi cinsi olmaqla) tüstüdən zəhərlənmə şübhəsi ilə hospitalizasiya olunub.
Bu barədə TƏBİB-dən məlumat verilib.
Pasiyentlərin hər birinə zəruri tibbi xidmətlər göstərilib. Onlardan vəziyyəti stabil qiymətləndirilən 9 nəfər ambulator müalicə üçün evə buraxılıb.
Hazırda 8 nəfərin müalicəsi davam etdirilir, vəziyyətləri stabildir.
***
Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə tüstüdən zəhərlənmə şübhəsi ilə hospitalizasiya olunanların sayı 18 (13 nəfər qadın cinsi, 5 nəfər kişi cinsi olmaqla) nəfərə çatıb.
Bu barədə Salyan Rayon Mərkəzi Xəstəxanasının ictimaiyyətə əlaqələr üzrə mütəxəssisi Leyla Nəsirova məlumat verib.
O bildirib ki, xəstəxanaya hospitalizasiya olunan 17 nəfərdən sonra kişi cinsli bir uşaq daha hospitalizasiya olunub.
"Zəhərlənmə əsasən 5-7-ci sinif şagirdləri arasında olub, vəziyyətləri yüngüldür", - o əlavə edib.
***
Salyan rayonu Aşağı Noxudlu kənd tam orta məktəbində 20 nəfər tüstüdən zəhərlənib.
Bu barədə APA-ya Salyan rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.
Məlumata görə, onların 14-ü şagird, 6-sı isə məktəbin əməkdaşıdır.
Həmin şəxslərin bir qisminə ilkin tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıblar.
