Olmusan ömür yoldaşım mənə sən ,ay makaron.
Kasıbın menyüsunda səndən vardır pay, makaron.
Mövsümi deyilsən ki,arabir nuş edək səni,
Səninlə birgə keçir payız,bahar,yay,makaron.
Ət ilə sinteziniz çox əladır amma ki, gəl,
Daimi xəyallara adət etmə day,makaron.
Hökumət yaradıbdır şərait ki, zövqü alaq,
Qatıqla yeyək səni,yanında da çay, makaron.
Elə ki,sezonu gəldi pomidor,badımcan,bibər,
Üstünə bəzək verir hər üçü lay-lay, makaron.
Nazirlər əlbət səni bəyənməyib "ikra" yeyər,
Gəl onlara özümüzü eyləməyək tay, makaron.
Küftəni,bozartmanı yad etdilər mədəmizə,
Bir ildə cəm eləsən bir həftə ,ya ay , makaron.
Alimlər heyrətdədir bu qədər səni nuş edirik,
Amma gəl ki,mədəmiz heç vaxt olmur zay ,makaron
"Şah plov" tək veririk səni qonaq qarşısına,
Bir də kartoşka olur yanında əzvay, makaron
Sən analoqsuz ölkənin strateji məhsulusan,
Özünü bu səbəbdən çox hörmətli say, makaron.
Elçinəm, süfrəmizdən heç vaxt əksik olmayasan,
Yoxsa bütün cahana olarıq rüsvay,makaron.
Elçin Rəhimzadə