Rusiyada hərbi texnika üçün mühərriklər istehsal edən zavod yanır - Foto

Rusiyanın Yaroslavl Motor Zavodunda böyük yanğın başlayıb. Sozcu.az xəbər verir ki, bu haqda Rusiya mətbuatı məlumat yayıb. Qeyd edək ki, zavodda hərbi texnika üçün mühərriklər istehsal edilir.

Dilarə Əliyeva: "Oqtay, kaş sənin yerinə mən ölərdim”

Xəbər verdiyimiz kimi, ötən gün Əməkdar mədəniyyət işçisi Oqtay Əliyev avtomobil qəzasında dünyasını dəyişib. Sozcu.az xəbər verir ki, mərhumla vida mərasimi bu gün Yasamalda, onun yaşadığı evdə keçirilib. Vida mərasimində həyat yoldaşı Dilarə Əliyevanın halı pisləşib. O, “Oqtay, kaş sənin yerinə mən ölərdim”, – deyə fəryad edib.

Ramazanda diqqət edilməli 10 VACİB MƏQAM

Ramazan ayının əvvəlində olduğumuz bu günlərdə aclıq dövrünün uzun olması səbəbindən iftar və sahurda yemək-içmək qaydası çox önəmlidir.  Yavaşlayan maddələr mübadiləsindən təsirlənməmək və enerji tarazlığını təmin etmək üçün diqqət yetirilməli məqamlar var. Moderator.az Ramazan ayında edilməməli olan 10 vacib məqamı diqqətinizə çatdırır.  Sahura qalxmadan oruc tutmayın Ramazanda sahura qalxmadığınız zaman bədən çox uzun müddət ac qalır. Bu, əzələlərin parçalanmasına səbəb olur və maddələr mübadiləsini yavaşladır. Kökəlməyin ən əhəmiyyətli faktorlarından biri də məhz maddələr mübadiləsinin yavaşlamağıdır. Kalorili qidalarla bəslənməyin İftar və sahurda kaloriliqidalardan çəkinmək lazımdır. Səhər yeməyi üçün, mürəbbə, şokolad, bal, bəkməz, yağlı pendir  yerinə, ağ pendir, pomidor, xiyar, göyərti, zeytun miqdarını şişirtmədən istehlak edilməlidir. Yumurta həm çox keyfiyyətli zülal qaynağı, həm də doyurucu xüsusiyyəti olduğu üçün üstünlük verilməlidir. Qızartma və xəmir yeməkləri yeməyin Sahurda və iftarda qızartma və xəmir xörəkləri istifadə edilməməlidir. Xüsusilə sahurda istehlak edilən belə yeməklər yatmadan əvvəl yeyildiyi üçün həzmsizlik və mədə narahatlığına səbəb ola bilər. Həmçinin gecələr maddələr mübadiləsinin yavaşladığını nəzərə alsaq, gecə yeyilən əlavə kalorili qidalar kökəlməyə səbəb olacaq. Düyü və makaron istehlak etməyin Ən keyfiyyətli karbohidrat çörək olduğu üçün düyü, makaron və bulqur plovu yerinə buğda çörəyinə üstünlük verilməlidir.  Buğda çörəyi kimi keyfiyyətli çörəklər həm toxluq hissini artıracaq, həm də qan şəkərinin ani artımına səbəb olmayacaq. Mütəxəssislərin fikrincə, plov, makaron və bulğur plovundan birini yeyəcəksinizsə, mütləq bulğur plovunu seçməlisiniz. 1 dilim çörəyi, 3 xörək qaşığı düyü, makaron və bulğurla əvəzləyə bilərsiniz. Ağ çörək istehlak etməyin Bəyaz undan hazırlanmış çörəklər Ramazan ayında ən çox istehlak edilən məhsullardan biridir. O şəkərin və təzyiqin ani artmasına səbəb oloa bilər. Bu səbəbdən də ağ çörək yeyən zaman dadına baxmağınız kifayətdir.  İftarda dərhal əsas yeməyə keçməyin Toxluq siqnalı beynə 20 dəqiqədən sonra çatdığı üçün iftar edib şorba içdikdən sonra 15 dəqiqəlik fasilə verilmək lazımdır. Bu fasilədən sonra əsas yeməyə keçə bilərsiz. İftar zamanı əsas yeməkdən əvvəl fasilə vermək nəinki yavaş yeməyi təmin edir, həm də porsiyaya nəzarəti asanlaşdırır. Bundan əlavə, qidalanmağa şorba ilə başlamaq təzyiqin qəfil qalxmasının qarşısını alır. Salatsız iftar süfrəsində oturmayın  Salat mədənin həcmini doldura bilər və daha çox kalorili qidalar yeməyin qarşısını ala bilər. Bundan əlavə, salatdan alınacaq lif bağırsaq tənbəlliyini aradan qaldırmağa kömək edir. Salatınıza 1 çay qaşığı yağ əlavə etməyi unutmayın. Ancaq daha çox yağ salatın kalorisini artıracaq. Şirniyyatı çox yeməyin Çalışın desertdən alınan kalorini vitamin və minerallarla zəngin olan meyvələrlə əvəzləyəsiniz. Şirniyyat istehlak edəcəksinizsə, şərbətli desertlər yerinə südlü desert və ya dondurma yeyin. Ancaq yeməkdən dərhal sonra meyvə və ya şirniyyat yemək olmaz. Unutmayın ki, ən azı 2 saat ara verərək istehlak etməlisiniz. Əzələ itirməyin Protein qeyri-kafi istehlak edildikdə, əzələ zəifləməsi baş verə bilər. Bu səbəbdən Ramazan ayında zülal ehtiyacının qarşılanması vacibdir. İftar, sahur və ya qəlyanaltılarda protein mənbəyi; süd və süd məhsulları istehlak edilə bilən qidalar arasındadır. Bu yolla şirniyyata olan ehtiyacı ödəmək mümkündür. Bağırsaq tənbəlliyini azaltmaq və lazımi zülal almaq üçün kəfirdən də istifadə etmək faydalıdır.  Susuz qalmayın Oruc tutan zaman bədən susuz qalır. Bunun qarşısını almaq üçün iftarla sahur arasında 10-12 stəkan su içmək faydalıdır. Ramazan ayında çay və qəhvə istehlakınızı mümkün qədər azaldın.

Rusiyanın Ukraynadakı müharibədə itkiləri - Yenilənmiş SİYAHI + FOTO

Ukrayna tərəfi Rusiya ordusunun itkilərinin yenilənmiş siyahısını təqdim edib. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Qeyd olunub ki, keçən il fevralın 24-dən etibarən Rusiya tərəfi 168 150 nəfər canlı qüvvə itirib. Bildirilib ki, Rusiyanın digər döyüş itkiləri 3 570 tank, 6 898 zirehli maşın, 2 608 artilleriya sistemi, 511 reaktiv yaylım atəşi sistemi, 273 hava hücumundan müdafiə sistemi, 305 təyyarə, 290 helikopter, 2 203 PUA, 909 qanadlı raket, 18 gəmi/qayıq, 5 452 avtomobil texnikası və avtosistern, 273 xüsusi texnikadan ibarətdir.

Busketsin gələcəyi Messidən asılıdır

"Barselona"nın kapitanı Serxio Busketsin gələcəyi ilə bağlı sabiq komanda yoldaşı olan PSJ-nin hücumçusu Lionel Messidən asılıdır. Sozcu.az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, argentinalı futbolçu Kataloniya təmsilçisinə qayıtmaq qərarına gəlsə, Buskets klubu ilə iyunda başa çatacaq müqaviləsinin müddətini daha 1 il uzadacaq.  Messi Səudiyyə Ərəbistanı və ya ABŞ klublarından birinə keçsə, Buskets də eyni addımı atacaq. Qeyd edək ki, Messinin PSJ ilə müqaviləsi bu ilin iyununda başa çatır.

Urmiyada 5 nəfər edama məhkum edildi

Qərbi Azərbaycan əyalətinin mərkəzi Urmiya şəhərinin İnqilab Məhkəməsinin 3-cü bölməsi biri qadın olmaqla, 5 nəfəri İsrailə casusluq ittihamı ilə ölüm cəzasına məhkum edib. Sozcu.az xəbər verir ki, bu barədə İran İnsan Haqları Təşkilatlı məlumat yayıb. Bununla yanaşı daha 5 nəfər eyni ittihamla 10 il azadlıqdan məhrum edilib.

Neft kəskin bahalaşdı

Dünya birjalarında neft qiymətləri kəskin bahalaşıb. Sozcu.az xəbər verir ki, “Brent” markalı neftin bir barrelinin qiyməti 76,02 dollara, yüngül neftin bir barreli isə 70,17 dollara təklif edilir.

Manafdan həbs edilən oğlu barədə yeni açıqlama

Tanınmış müğənni Manaf Ağayev bir neçə gün bundan öncə azadlığa buraxılan oğlundan danışıb. Sozcu.az xəbər verir ki, Manaf Ağayev Oxu.az-a açıqlamasında oğlu Müşfiq Ağayevin səhv etdiyini bildirib. “Bir səhv idi etmişdi, onun da cəzasını çəkdi. Başqa problem yoxdur. Artıq evdədir”, - Müğənni vurğulayıb. Xatırladaq ki, Manaf Ağayevin oğlu Müşfiq Ağayev mart ayının 13-də sərxoş vəziyyətdə avtomobil idarə etdiyi üçün polis tərəfindən saxlanılıb və Səbail Məhkəməsinin qərarı ilə 5 sutka həbs edilmişdi.

Sülh müqaviləsi mütləq olacaq - Paşinyan

Sülh müqaviləsi mütləq olacaq. Sozcu.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan hökumətin iclasında çıxışı zamanı deyib. “Sizin hamınıza və beynəlxalq ictimaiyyətə növbəti mesajı göndərmək istəyirəm: sülh müqaviləsi olacaq və o indiyə qədər ən yüksək səviyyədə əldə edilmiş yazılı sənədlər əsasında imzalanacaq”, – baş nazir vurğulayıb.

İran Sərhəd Qoşunlarının komandanı sərhədimizə gəldi

İran Sərhəd Qoşunlarının komandanı Əhməd Əli Qudərzi Azərbaycan ilə həmsərhəd Xudafərin bölgəsinə səfər edib. Sozcu.az xəbər verir ki, o, “İran Tele” televiziyasına verdiyi açıqlamada səfərdə məqsədinin sərhəd bölgəsində təhlükəsizliyin təmini ilə bağlı məsələlərlə yerindəcə tanış olmaqdan ibarət olduğunu deyib. Qudərzi qeyd edib ki, real vaxt rejimində sərhəd monitorinqi yerli avadanlıqlardan istifadə etməklə həyata keçirilir.

20 yaşlı gənc xəstəxanaya gətirildi, orada öldü

Tovuzda xəstəxanaya gətirilən 20 yaşlı gənc orada ölüb. Sozcu.az xəbər verir ki, hadisə ötən gün baş verib. Belə ki, martın 22-də 2003-cü il təvəllüdlü Tunar Cəfərov Tovuz Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə “dəqiqləşdirilməmiş koma” diaqnozu ilə daxil olub və orada ölüb. Faktla bağlı araşdırma aparılır.

Oqtay Əliyev dəfn olundu

11:50 Əməkdar mədəniyyət işçisi Oqtay Əliyev dəfn olunub. Sozcu.az xəbər verir ki, mərhum "Qurd qapısı" qəbiristanlığında Əməkdar artist Tünzalə Əliyevanın məzarının yaxınlığında torpağa tapşırılıb. Dəfn mərasimində mərhumun ailə üzvləri, incəsənət xadimləri, sənət dostları, yaxınları iştirak ediblər. Qeyd edək ki, Oqtay Vidadi oğlu Əliyev 19 iyun 1968-ci ildə İrəvan şəhərində xalq artistləri Vidadi Əliyev və Elmira İsmayılovanın ailəsində anadan olub. 1985-ci ildə İrəvan şəhəri M.F.Axundov adına orta məktəbi bitirib. 1987-1992-ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun (indiki ADMİU) Kino və dram rejissoru fakültəsində təhsil alıb. Oqtay Əliyev 1998-ci ildə "SOY" prodakşn şirkətini təsis edib, qurumun prezidenti olub. Bir sıra festivalların qalibi olan rejissor “Əməkdar mədəniyyət işçisi” fəxri adına (2020), “Humay” milli mükafatına və s. təltiflərə layiq görülüb. O, ötən gün Saray qəsəbəsi yaxınlığında baş verən qəzada dünyasını dəyişib.

Qəhrəmanmaraşda yenidən güclü zəlzələ oldu

10:56 Qəhrəmanmaraşda səhər saatlarında ard-arda 4,3 və 4,4 bal gücündə zəlzələ baş verib. Sozcu.az xəbər verir ki, bu haqda AFAD məlumat yayıb. Zəlzələlər yerli saatla 08:45 radələrində yerin 6,94 və 12,2 km dərinliyində meydana gəlib. Bundan başqa Antakyada da 3,9 bal gücündə zəlzələ baş verib. Tələfat və dağıntı qeydə alınmayıb. *** Qəhrəmanmaraşın Göksun rayonunda 5,3 bal gücündə zəlzələ olub. Məlumatı AFAD yayıb. Zəlzələ yerin 7 kilometr dərinliyində meydana gəlib.

Sürücülərin qəniminə çevrilən Mərəzə postu

Son vaxtlar Dövlət Yol Polisi əməkdaşları arasında sürücülərlə davranış qaydasından xəbəri olmayan, özünü "yolların ağası" hesab edən polis əməkdaşları haqqında şikayətlər durmadan artmaqdadır. Ömründə bir dəfə də olsun polisin davranışı haqqında təlimatı açıb oxumayan bəzi DYP əməkdaşları, özlərini qanun keşikçisi kimi yox, "reket" kimi aparırlar. Bircə qalır, "mən bu ərazinin "polojeniya"sına baxiram" sözünü açıq şəkildə dillərinə gətirmələri.  Sürücülər üçün ən çox narahatçılıqlar yaradan postlardan biri də, Mərəzə postudur. Bu postda sürücülərin incidilməsi və DYP əməkdaşlarının polisin davranışı qaydalarından xəbərsiz olmaları ilə bağlı dəfələrlə saytımıza şikayətlər daxil olub. Növbəti şikayətçi Seyidzadə Zahid Ağarıza oğludur. Zahid Seyidzadə bildirir ki, Mərəzə postunda yol polisi əməkdaşı tərəfindən saxlanılıb. Polis əməkdaşı ona saxlama səbəbinin kəmərlə bağlı olduğunu bildirsə də, onun kəmərdən istifadə etdiyini gördükdən sonra avtomobilidə led işıqların olduğunu bəhanə edərək, 150 manat cərimə yazıb.  Zahid Seyidzadə bildirir ki, DYP əməkdaşına, avtomobilində olan led işıqların standartlara uyğun olduğunu bildirdirsə də, DYP əməkdaşı ona qarşı kobudluq edərək, onu küçə uşağı səviyyəsində təhqir edib. Bundan sonra özündə halsızlıq hiss etdiyini deyən Zahid Seyidzadə, ona postda əl-üzünü yumağa da imkan verilmədiyini bildirib. Halbuki postda yorğun sürücülərin dincəlmək hüququ da var.  Zahid Seyidzadə qeyd edib ki, onu təhqir edən DYP əməkdaşı Xanalıyev İsaxan Səlahəddin oğludur. O, bu barədə Daxili İşlər Naziri Canab Vilayət Eyvazova müraciət edəcəyini bildirdikdən sonra, DYP əməkdaşı özünü "ara uşaqları" kimi apararaq, onunla "yaxşı oğlan", "pis oğlan" söhbəti etməyə başlayıb.  Xatırladaq ki, Mərəzə postunda DYP əməkdaşlarının  sürücülərə qarşı kobudluq etmələri ila bağlı verilən məlumatlar birinci dəfə deyil. Biz də öz növbəmizdə ümid edirik ki, özünü qanun keşikçisi kimi yox, "vor zakon" kimi aparan polis əməkdaşları haqqında ölçü götürüləcək. Ümumiyyətlə, hər gün vətəndaşlarla ünsiyyətdə olan polis əməkdaşlarının vaxtı-vaxtında psixoloji və narkoloji testdən keçirilməsi vacib olmalıdır.  Elşən Əlisoy  Sozcu.az

Makron növbəti seçkilərdə namizəd olmayacaq

Fransa prezidenti Emmanuel Makron ölkənin pensiya sistemində aparılan islahatlar fonunda bildirib ki, daha bir müddətə seçilməyi planlaşdırmadığı üçün reytinqini Fransanın maraqları naminə qurban verməyə hazırdır. “Mən yenidən seçilmək fikrində deyiləm, konstitusiyaya görə bunu edə bilmərəm. Ani ictimai rəy sorğuları ilə ölkənin maraqları arasında mən sonuncunu seçəcəyəm”, - Makron TF1 və “France 2” telekanallarına müsahibəsində deyib. “Qeyri-populyarlıqla üzləşməli olsam da, buna hazıram”, - o əlavə edib. Mənbə: TASS

Türkiyədə silahlı insident zamanı iki nəfər ölüb, 1-i yaralanıb

Türkiyənin Konya vilayətinin Ereğli rayonunda silahlı insident olub. Sozcu.az xəbər verir ki, bu barədə "Haber türk" məlumat yayıb. İki qrup arasında əkin sahəsi məsələsinə görə yaranan mübahisə atışma ilə davam edib. Hadisə nəticəsində 2 nəfər ölüb, 1-i yaralanıb. Xəbərdarlıq üzərinə hadisə yerinə sağlamlıq, polis və jandarma qrupları cəlb edilib. Polis hadisə yerindən qaçan şübhəli və ya şübhəlilərin tutulması üçün işlərə başlayıb.

KİV: Tehran uranı 60%-dən yuxarı zənginləşdirsə, İsrail İrana zərbələr endirəcək

“Tehran uranı 60%-dən yuxarı zənginləşdirsə, İsrail İrana zərbələr endirəcək”. Sozcu.az xəbər verir ki, bu barədə “Axios” portalı yüksək rütbəli İsrail rəsmisinə istinadən məlumat yayıb. Qeyd olunub ki, İsrail Tehranın bu cür hərəkətlərinin Təl-Əvivi hərbi güc tətbiq etməyə təhrik edə biləcəyi barədə ABŞ və bir sıra Avropa ölkələrini xəbərdar edib. “Axios”un digər rəsmiyə istinadən verdiyi məlumata görə, İran bu məsələdə İsrailin mövqeyindən xəbərdardır.

Bakı və İrəvan tezliklə sülh sazişi imzalaya bilər - ABŞ

Azərbaycan və Ermənistan tezliklə sülhlə bağlı razılığa gələ bilərlər. Sozcu.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinken Senatın Xarici Əlaqələr Komitəsində çıxışında bunu deyib. "Mən hesab edirəm ki, bir fürsət var, onu şişirtmək istəmirəm, lakin sülh sazişinin hazırlanmasını faktiki olaraq başa çatdırmağa imkan verən bir fürsət var", - deyə Blinken bildirib.

"Rusiya uzun bir qarşıdurmaya hazırlaşır, biz də hazır olmalıyıq"

NATO ölkələri Rusiya ilə uzunmüddətli qarşıdurmaya hazır olmalıdırlar və buna görə də müdafiə xərclərini artırmalıdırlar. Sozcu.az xəbər verir ki, bunu Estoniyanın Baş naziri Kaya Kallas deyib. "Rusiya uzun bir qarşıdurmaya hazırlaşır, biz də hazır olmalıyıq", - o bildirib. Kallas Alyans tərəfdaşlarını müdafiə xərclərini NATO rəhbərliyinin əvvəllər tövsiyə etdiyi səviyyəyə çatdırmağa çağırıb: "Estoniya müdafiə büdcəsini əhəmiyyətli dərəcədə artırıb, 2024-cü ilə qədər o, ÜDM-in 3%-nə çatacaq. Müdafiə xərcləri üçün ÜDM-in 2%-i tavan deyil, minimum olmalıdır".

Ukraynaya uran tərkibli mərmilər göndərilir? - ABŞ

ABŞ Ukraynaya tərkibində tükənmiş uran olan sursatlar göndərmir. Sozcu.az xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının koordinatoru Con Kirbi deyib. "Adətən, göndərilən döyüş sursatları ilə bağlı təfərrüatı açıqlamırıq, lakin uran tərkibli sursatları tədarük etmirik", - Kirbi bildirib. Qeyd edək ki, Böyük Britaniyanın müdafiə nazirinin müavini Baronessa Annabel Qoldi Ukraynaya “Çellenger 2” əsas döyüş tankları ilə yanaşı, tərkibində tükənmiş uran olan zirehli deşici mərmilər də daxil olmaqla, döyüş sursatlarının tədarükünün planlaşdırıldığını bildirmişdi.

"Sabaha kimi səhhəti yaxşılaşarsa, dəfndə iştirak edəcək”

Dilarə Əliyeva hazırda şok vəziyyətindədir. Sozcu.az Report-a istinadən xəbər verir ki, bunu Dilarə Əliyevanın qardaşı, aktyor Vüsal Murtuzəliyev deyib. “Gəlmək istədi, həkimlər icazə vermədi. Ağlayır, Oqtayı soruşur. Sabaha kimi səhhəti yaxşılaşarsa, dəfndə iştirak edəcək” – deyə, o bildirib. Qeyd edək ki, ötən gün axşam saatlarında Abşeron rayonu ərazisində O.Əliyevin idarə etdiyi “Leksus” markalı avtomobil yolun hərəkət hissəsindən çıxaraq aşıb. Hadisə nəticəsində avtomobildə olan xalq artisti Mehriban Zəki yaralanıb, əməkdar artist, tanınmış aktrisa Dilarə Əliyeva isə daha yüngül xəsarətlər alıb.

"Şəhərlərimizə hər zərbəyə görə işğalçıya mütləq cavab verəcəyik!"

Rusiyanın bütün zərbələrinə hərbi, siyasi və hüquqi cavab veriləcək. Sozcu.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib. "Kramatorskda demək olar ki, daimi hava hücumu sirenası, davamlı atəş təhlükəsi, daimi həyat təhlükəsi var. Məhz orada, Donbasda, Xarkov vilayətində aydındır ki, terror dövlətini başqa heç nə dayandıra bilməz. Amma biz bunu təmin edəcəyik. Şəhərlərimizə hər zərbəyə görə işğalçıya mütləq cavab verəcəyik. Bu gün Rusiyanın Zaporojyeyə zərbələri, Kiyev vilayətinə gecə hücumu... Rusiyanın bütün zərbələrinə həm hərbi, həm siyasi, həm də hüquqi cavab veriləcək. Moskva bu müharibədə itirir", - o bildirib.

Ramazanın ilk gününün duası - İmsak və iftar vaxtı

Bu ün Ramazan ayının birinci günüdür. Sozcu.az xəbər verir ki, imsak vaxtı 05:14, iftar isə 19:09-a təyin olunub. Birinci günün imsak vaxtı üçün duasını: “Allahumməc'əl siyami (fihi) siyaməs-saimin və qiyami (fihi) qiyaməl-qaimin və nəbbihni fihi ən naumətil-ğafilin və həb li curmi fihi ya ilahəl-aləmin və'fu ənni ya a'fiyən ənil-mucrimin!” Tərcüməsi “Allahım, mənim bu aydakı orucumu həqiqi oruc tutanların oruclarından et, mənim bu aydakı gecə oyaqlıqlarımı (yaхud namazlarımı) həqiqi oyaqların oyaqlıqlarından (yaхud həqiqi namaz qılanların namazlarından) et, məni bu ayda qafillərin yuхusundan oyat, bu ayda günahımı bağışla ey aləmdəkilərin mə'budu, məni bu ayda əfv et, ey günahkarları əfv edən!”. İftar duası: “Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli”. Tərcüməsi: “İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!” Allah orucunuzu qəbul etsin!

Oqtay Əliyevin ölümü ilə bağlı gerçəklər üzə çıxdı

Oqtay Əliyev ürəyindən əməliyyat olmayıb. O, ümumiyyətlə ürək xəstəsi olmayıb. Bu haqda mediada və sosial şəbəkələrdə yayılan xəbər doğru deyil. Sozcu.az xəbər verir ki, bu fikirləri Globalinfo.az-a SOY prodakşının rəhbəri Oqtay Əliyevin yaxınlarından biri deyib. Onun sözlərinə görə, Oqtay Əliyev təzyiqdən müalicə alıb, amma heç vaxt ürəyindən şikayətçi olmayıb: "Özünə baxan adam idi. İdmana gedirdi, sağlığına diqqət edirdi. Qəzaya səbəb qəfil ürəktutması olub. Ürəyini tutub, bu zaman maşın idarəetmədən çıxıb və qəza baş verib". Neçə gün imiş O.Əliyev ailəsi ilə birgə Novruz bayramını qeyd edirmiş. Bu gün onlar ailəliklə bağ evində toplaşmaq qərarına gəliblər. Aktrisa Mehriban Zəkini özləri ilə qonaq aparırlarmış. Yaxınlarının saytımıza bildirdiyinə görə, ailənin digər üzvləri – mərhumun qızı, kürəkəni və nəvəsi taksi ilə onların arxasınca gedirmişlər. Onlar qəzanın üstünə çıxıblar. Saytımıza verilən məlumata görə, qəzadan sonra Oqtay Əliyev nəfəs alırmış, amma huşu üstündə olmayıb. O, hadisə yerində keçinib. Qeyd edək ki, bu gün Saray yolunda "Luksus" markalı avtomobilin yoldan çıxaraq, aşması nəticəsində sürücü, tanınmış prodüser və rejissor Oqtay Əliyev dünyasını dəyişib, onun xanımı, əməkdar artist Dilarə Əliyeva və xalq artisti Mehriban Zəki müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər.