Türkiyənin Konya vilayətinin Ereğli rayonunda silahlı insident olub.
Sozcu.az xəbər verir ki, bu barədə "Haber türk" məlumat yayıb.
İki qrup arasında əkin sahəsi məsələsinə görə yaranan mübahisə atışma ilə davam edib.
Hadisə nəticəsində 2 nəfər ölüb, 1-i yaralanıb.
Xəbərdarlıq üzərinə hadisə yerinə sağlamlıq, polis və jandarma qrupları cəlb edilib.
Polis hadisə yerindən qaçan şübhəli və ya şübhəlilərin tutulması üçün işlərə başlayıb.