"Barselona"nın kapitanı Serxio Busketsin gələcəyi ilə bağlı sabiq komanda yoldaşı olan PSJ-nin hücumçusu Lionel Messidən asılıdır.
Sozcu.az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, argentinalı futbolçu Kataloniya təmsilçisinə qayıtmaq qərarına gəlsə, Buskets klubu ilə iyunda başa çatacaq müqaviləsinin müddətini daha 1 il uzadacaq.
Messi Səudiyyə Ərəbistanı və ya ABŞ klublarından birinə keçsə, Buskets də eyni addımı atacaq.
Qeyd edək ki, Messinin PSJ ilə müqaviləsi bu ilin iyununda başa çatır.