Türkiyədə neçə siyasi partiya fəaliyyət göstərir? - RƏSMİ

Türkiyədə fəaliyyət göstərən siyasi partiyaların sayı 151-ə çatıb. Sozcu.az xəbər verir ki, bu barədə TRT məlumat yayıb. Yarqıtayın saytında dərc olunan məlumata görə, Türkiyədə 151 siyasi partiya fəaliyyət göstərir. Saytdakı “fəaliyyətdə olan siyasi partiyalar” siyahısına əsasən, Böyük Türkiyə Partiyası, Ədalət və Çağırış Partiyası, Sosialist Güc Partiyası və Güclü Anadolu Partiyası avqustun 19-da, Respublika Aydınlıq Partiyası isə 21 avqustda təsis edilib. Bu partiyaların da əlavə olunması ilə Türkiyədə fəaliyyət göstərən siyasi partiyaların sayı 151-ə çatıb.

Matça final oyunu kimi hazırlaşmışıq!

Futbolçularım karyeralarının ən yaxşı oyununu göstərməlidirlər. Sozcu.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Xorvatiya təmsilçisi "Dinamo"ya (Zaqreb) qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunundan öncə baş tutan mətbuat konfransında deyib. 52 yaşlı mütəxəssis sabah vacib oyuna çıxacaqlarını bildirib: "Qarşılaşmanın mahiyyəti bəllidir. Bizim üçün olduqca vacib oyundur. Hesabda geridə olsaq da, əsas məehələyə vəsiqə qazanmaq üçün şansımız var. İnamımız böyükdür, yaxşı hazırlaşmışıq. Çalışacağıq ki, azarkeşlərimiz görüşdən narazı qalmasınlar. Matça final oyunu kimi hazırlaşmışıq. Rəqibimizi yaxşı tanıyırıq, güclü komandadırlar. Futbolçularım karyeralarının ən yaxşı oyununu göstərməlidir". Qeyd edək ki, avqustun 20-də Zaqrebdəki "Maksimir" stadionunda baş tutan "Dinamo"-"Qarabağ" matçı meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Tərəflər arasında cavab görüşü avqustun 28-də, saat 20:45-də baş tutacaq.

Yeni Agentlik yaradılır - FƏRMAN

Prezident İlham Əliyev Antiinhisar və istehlak bazarına nəzarət sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Fərman imzalayıb. Sozcu.az xəbər verir ki, Fərmanda deyilir: “1. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin (bundan sonra – Xidmət) əsasında Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi (bundan sonra – Agentlik) yaradılsın. 2. Müəyyən edilsin ki: 2.1. Agentlik antiinhisar, haqsız rəqabət, dövlət satınalmaları, reklam (açıq məkanda reklam istisna olmaqla), standartlaşdırma, metrologiya, texniki tənzimləmə, uyğunluğun qiymətləndirilməsi, akkreditasiya, keyfiyyətin idarə edilməsi, istehlakçıların hüquqlarının müdafiəsi və istehlak bazarına nəzarət sahələrində dövlət nəzarətini və tənzimləməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır; 2.2. əsasnaməsi, strukturu və işçilərinin say həddi təsdiq edilənədək Agentilk Xidmətin mövcud əsasnaməsi, strukturu, işçilərinin say həddi, vəzifə maaşları, əməyin ödənilməsi sistemi tətbiq edilməklə fəaliyyət göstərir; 2.3. Xidmətin regional bölmələri və strukturuna daxil olmayan tabeliyindəki qurumlar Agentliyin əsasnaməsi və strukturu təsdiq edilənədək mövcud əsasnamələri (nizamnamələri) əsasında Agentliyin regional bölmələri və strukturuna daxil olmayan tabeliyindəki qurumlar kimi fəaliyyətlərini davam etdirirlər. 3. Azərbaycan Respublikasının Nazirlər Kabineti: 3.1. Agentliyin əsasnaməsinin layihəsini, strukturu və işçilərinin say həddi barədə təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; 3.2. Agentliyin yaradılması ilə əlaqədar normativ hüquqi aktların uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; 3.3. Xidmətin balansında olan dövlət əmlakının Agentliyin balansına verilməsini təmin etsin; 3.4. “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1028-VIQ nömrəli Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 26 dekabr tarixli 2424 nömrəli Fərmanında Xidmət üçün nəzərdə tutulmuş maliyyələşmənin qalıq hissəsinin Agentliyə ayrılmasını təmin etmək üçün tədbirlər görsün; 3.5. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin”.

Kursk vilayətində 100 yaşayış məntəqəsi Ukraynanın nəzarətindədr - RƏSMİ

Avqustun 27-si səhər saatlarına olan məlumata görə, Kursk vilayətində 100 yaşayış məntəqəsi Ukraynanın nəzarəti altındadır.  Sozcu.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu “Ukrayna 2024. Müstəqillik” forumu zamanı Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sırski deyib.  Sırskinin sözlərinə görə, Ukrayna ordusu 1294 kvadrat kilometr Rusiya ərazisinə nəzarəti ələ keçirib.  onlayn aptek O, iddia edir ki, hücumun bir hissəsi olaraq Ukrayna Silahlı Qüvvələrinin əsgərləri 594 rus əsgərini əsir götürüb. O, bu rəqəmə əvvəllər dəyişdirilmiş əsgərlərin daxil olub-olmadığını dəqiqləşdirməyib.  Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı həmçinin bəyan edib ki, Rusiya hərbi komandanlığı Ukraynanın irəliləyişini dayandırmaq üçün Kursk vilayətinə 30 minə yaxın əsgər göndərib.  Sırskinin sözlərinə görə, Ukrayna ordusu düşmən qüvvələrinin Sumıya hücumunun qarşısını almaq üçün Rusiya ərazisinə daxil olub. 

Ukrayna öz ballistik raketini sınaqdan keçirdi

Kiyev özünün ballistik raketinin ilk sınaqlarını keçirib. Sozcu.az xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski mətbuat konfransında deyib.  “İlk Ukrayna ballistik raketinin müsbət sınaqları olub”, – o, qeyd edib.  turbo az mercedes Dövlət başçısı əlavə edib ki, daha ətraflı məlumat verə bilməz.  Ballistik raketlər yüzlərlə və minlərlə kilometr məsafəyə malik ola bilər. Bundan əlavə, onlar hava hücumundan müdafiə sistemləri üçün çətin hədəflərdir./unikal

Kommunal xidmətlər BAHALAŞACAQ - Əhaliyə bəd xəbər

"Kommunal xidmətlər dövlət tərəfindən tənzimlənən sahələrdir. Yəni bununla bağlı hər hansı qərar qəbul olunacaqsa, bu, Nazirlər Kabinetinin və onun nəzdində olan Tarif Şurasının qərarı ilə olacaq. Bunun üçün iqtisadi əsaslandırma və yaxud dünya bazarlarında baş verən proseslərin heç bir aidiyyəti yoxdur. Dövlət büdcəyə əlavə pul cəlb etmək üçün belə bir addım ata bilər. Ola bilsin ki, il sonuna yaxın kommunal xidmətlərin qiymətində artım olsun”. Bunu iqtisadçı ekspert Natiq Cəfərli Bakupost.az -a deyib. O bildirib ki, Azərbaycandakı reallığı nəzərə alsaq, həmişə bir neçə ildən bir kommunal xidmətlərdə artım olur. Bunun ehtimalı kifayət qədər yüksəkdir: turbo az mercedes “Əgər hökumət belə bir addım atacaqsa, deməli, düşünülmüş şəkildə, büdcəyə əlavə pul cəlb etmək üçün atacaq. Bu qərar verilirsə, Nazirlər Kabinetinin qərarı olacaq. Hazırda elə bir vəziyyətdir ki, dövlət tərəfindən tənzimlənən qiymətlərin artması insanların sosial vəziyyətinin daha da gərginləşməsinə səbəb ola bilər. Təbii qazın, elektrik enerjisinin, yanacağın qiymətinin artması istər-istəməz bütün sahələrdə özünü göstərir. Dövlət tərəfindən tənzimlənən qiymətlərin artması ölkədəki inflyasiya prosesini daha da sürətləndirə bilər. Təbii qazın qiyməti qaldırılsa, qaz istifadə edən istehsalçıların, kiçik və orta sahibkarların öz biznesini bağlamasına səbəb ola bilər”.

Ekspert VƏTƏNDAŞLARA SƏSLƏNDİ: “Pul qazanmaq istəyərkən cinayətə ortaq ola bilərsiniz”

“Diqqətli olun. Pul qazanmaq istəyərkən cinayətə ortaq ola bilərsiniz”. Bu sözləri Moderator.az-a açıqlamasında tanınmış texno-bloger Fərid Pərdəşünas bildirib:  "Telegram" platformasında vətəndaşlara iş təklif olunur. Təklif belədir ki, sizə bir nəfər məktub yazır və deyir ki, özüm xaricdəyəm, nənəmdən pulu götürüb kriptovalyuta alıb, mənə göndərmək lazımdır. Əvəzində o pulun üzərindən yükləyəndə xidmət haqqını götürərsən.  Bununla razılaşan vətəndaşlar pulu götürmək üçün nənənin yanına gedirlər. Sizcə o nənə kim olsa yaxşıdır? Övladı adından onun səsi ilə dələduzluğa məruz qalmış, qəza ilə adam vuran uşağına evdəki pulunu göndərən yaşlı qadın.  Mexanizm belə qurulub. Həmin o kuryer də pulu kriptovalyuta ilə özü də bilmədən xaricə göndərir və beləcə pulun kimə çatdığı məlum olmur. Azərbaycanda qurbanlar var. 10.000-dən çox vəsaitini itirənlər var. Azərbaycan Daxili İşlər Nazirliyi bir neçə kuryeri saxlayıb və bununla bağlı kütləvi xəbərdarlıqlar edib.  Bu dünyada yayılmış məşhur dələduzluq və talama növüdür. Pul Azərbaycandan çıxarılır. Hara getdiyi də məlum olmur. Ümumiyyətlə bu işi görənlər Azərbaycanda deyillər. Sadəcə vətəndaşlardan kuryer kimi istifadə edirlər.  Yenə "Telegram" yenə kriptovalyuta. Cinayətdə iz itirmək üçün sui-istifadə olunan texnologiyalar”.

Sumqayıtda qardaş qardaşı bıçaqladı

Sumqayıt şəhərində iki qardaş arasında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı onlardan birinin xəsarət alması barədə polisə məlumat daxil olub. DİN-in Mətbuat Xidmətindən bildirilib ki, hadisə ilə bağlı araşdırma başlanılıb. Xəsarətlərin dərəcəsini müəyyən etmək məqsədilə müvafiq ekspertiza təyin olunub. Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək.

Bakıda qatarın vurduğu adam öldü: cinayət işi...

Bakının Binəqədi rayonunda qatarın vurduğu adamın ölməsi ilə bağlı cinayət işi başlanıb. Bu barədə Sozcu.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, avqustun 21-də 1989-cu il təvəllüdlü Pərviz Mustafayevin Binəqədi rayonu ərazisində dəmir relsinin üzərindən piyada keçərkən teplovozun(qatar) ehtiyatsızlıqdan onu vurması nəticəsində almış olduğu xəsarətlərdən avqustun 26-da xəstəxanada ölməsi faktı ilə bağlı Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 262.2-ci (dəmir yolu, su və ya hava nəqliyyatının hərəkət təhlükəsizliyi və istismarı qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. İbtidai istintaq davam etdirilir.

Tanınmış həkimi qudasının evində öldürdü, sonra intihar etdi

10:56 Zaqatala rayonunda 78 yaşlı kişi qətlə yetirilib, hadisəni törətməkdə şübhəli bilinən şəxs intihar edib. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin regional qrupundan Sozcu.az-a bildirilib ki, avqustun 27-də saat 09 radələrində Zaqatala rayonunda 1946-cı il təvəllüdlü Tariyel Əhmədovun odlu silahdan açılan atəşlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub. Əməli törətməkdə şübhəli bilinən, 1960-cı il təvvəllüdlü Həsən Davudov daha sonra həmin ov tüfəngi ilə özünü öldürüb. Araşdırma aparılır. *** Zaqatalada baş verən cinayət hadisəsi ilə bağlı bəzi detallar məlum olub. Oxu.az xəbər verir ki, 78 yaşlı Tariyel Əhmədov Zaqatalada tanınmış həkim olub. O, bir neçə il əvvəl təqaüdə çıxıb. Həyat yoldaşı vəfat etdikdən sonra T.Əhmədov qudasıgildə yaşayırmış. Hadisə də rayonun Aşağı Tala kəndindəki qudasının evində baş verib. Məlumata görə, T.Əhmədovla hadisəni törədən Həsən Davudov arasında pul məsələsinə görə məhkəmə çəkişməsi gedirmiş.

916-cı gün: Rusiyanın itkiləri yeniləndi

Ukrayna müharibənin 916-cı günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 610 100 hərbçi, 8 563 ədəd tank, 16 667 ədəd zirehli döyüş maşını, 17 495 ədəd artilleriya sistemi, 1 173 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 937 hava hücumundan müdafiə sistemi, 367 ədəd hərbi təyyarə, 328 ədəd helikopter, 23 613 ədəd avtomobil texnikası, 14 254 ədəd PUA, 2 547 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 2 944 xüsusi avadanlıq itirib.

Universitetlərin yataqxana problemi: Hökumətin cavabı niyə yubanır?

Paytaxt Bakıda təhsil alan tələbələrin kirayə ev tutması getdikcə çətinləşir. Qiymətlərin baha, kirayə verilən evlərin sayının isə az olması onları demək olar ki, bu imkandan məhrum edir. Tələbələr yalnız Bakıətrafı qəsəbələrdə ev kirayələyə bilirlər. Bu ərazilərdə qiymətlər nisbətən ucuz olsa da, məsafə uzaqdır. Nəticədə onların təhsil aldıqları ali məktəblərə gediş-gəlişi çətinləşir. Problemin həlli üçün ən uğurlu çıxış yolu ali məktəblərin tələbələri yataqxanalarda yerləşdirməsi olardı. Lakin təəssüf ki, bu məsələ də problematikdir. Təhsil eksperti Elşən Qafarovun Bakupost.az -a bildirdiyinə görə, universitetlərimizdə yataqxana məsələsi illərdir ki, həll olunmamış qalıb. Bununla belə, o, bir sıra universitetlərin kampuslar yaratdığı və onların əlçatan olduğunu bildirdi: “Ən böyük kampusu olan Azərbaycan Dövlət Aqrar Universitetidir. Yataqxana problemi ən çox Bakı və Sumqayıt şəhərlərindədir. Bu da əlavə çətinliklər törədir. Xüsusən indi təlabat çox olduğu üçün kirayə evlərin qiymətində də artımlar müşahidə olunur. Təhsil Tələbə Krediti Fondu hələ 2023-cü ildə Nazirlər Kabinetinə bu məsələ ilə bağlı müraciət edib. Təklif olunub ki, ödənişli və ödənişsiz təhsil alan tələbələrin mənzil və yol xərcləri Təhsil Tələbə Krediti Fondundan ödənsin. Amma o qaydalar hələ təsdiq olunmayıb”.

DOST Agentliyinə 5 milyona ofis icarəyə verən Fərid Fərhadzadə kimdir?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin elan etdiyi tender müsabiqəsinin qalibi məlum olub. Sozcu.az xəbər verir ki, Agentliyin “1 saylı Bakı DOST Mərkəzi” üçün inzibati bina sahəsinin icarəyə götürülməsi ilə bağlı tenderinin qalibi Fərid Rüfət oğlu Fərhadzadə olub. DOST Agentliyi Fərid Fərhadzadədən Bakı şəhəri, Yasamal rayonu, İsmayıl Qutqaşınlı küçəsi 86 ünvanında yerləşən ümumi sahəsi 3 693 kv. metr olan qeyri-yaşayış sahəsini icarəyə götürəcək və qarşılığında 4 milyon 874 min 760 manat  ödəniləcək. Məlumat üçün bildirək ki, hazırda “1 saylı Bakı DOST Mərkəzi” qeyd olunan ünvanda fəaliyyət göstərir. DOST Agentliyi ilk dəfə 5 il əvvəl Fərid Fərhadzadə ilə icarə müqaviləsi bağlayıb. Qeyd edək ki, 5 il əvvəl mətbuatda yayılan məlumatlarda Fərid Fərhadzadə “Azərenerji” ASC-nin prezidenti Baba (Balababa) Rzayevə yaxın şəxs kimi təqdim olunub. Məlumat üçün bildirək ki, Baba Rzayevin kürəkəni Fərid Fərhadzadə tanınmış iş adamlarından biridir.  “FF Şirkətlər Qrupu”nun Fərid Fərhadzadəyə məxsus olduğu bildirilir. Bildirilir ki, “FF” ifadəsi də Fərid Fərhadzadənin ad və soyadının baş hərflərindən götürülüb. Bu qrupa daxil olan “FF Construston” MMC-nin hüquqi ünvanı da Fərid Fərhadzadənin Bakıda qeydiyyatda olduğu mənzildir. Fərid Fərhadzadə eyni zamanda Baba Rzayevin qardaşı Rahib Rzayevin rəhbərlik etdiyi “Göknur Bakı Ltd” MMC-də baş icraçı direktor olub. Fərid Fərhadzadənin atası isə Fövqəladə Hallar Nazirliyi yanında Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin rəisi general-mayor Rüfət Lətif oğlu Fərhadovdur.yenavaz.az)

Kirayə mənzil bazarında vəziyyət kritikdir – Qiymətlər kəskin bahalaşdı

Hazırda paytaxt ərazisində kirayə mənzil bazarında həm bahalaşma, həm də qıtlıq müşahidə olunur. Yeni tədris ilinin başlamasına az bir vaxtın qaldığını və universitetlərdə təhsil almaq üçün Bakıya axın edən tələbələrin sayını nəzərə alsaq indiki tendensiya heç də ürəkaçan görünmür. Bəs çıxış yolu nədir? Məsələ barədə “Yeni Sabah”a açıqlama verən əmlak eksperti Vüqar Oruc mənzillərin satış və kirayə qiymətlərini bahalaşdıran amillərdən söz açıb: “İyun-iyul aylarında keçirilən imtahanlardan sonra tələbə adını qazanan abituriyentlər artıq avqustun sonu və sentyabrda Bakı şəhərinə üz tuturlar. Bu da daşınmaz əmlak bazarının kirayə seqmentində çox böyük tələbat yaradır. Hər il bu məsələ qiymətlərə təsir göstərir. Hazırda bir az fərqli situasiya ilə üz-üzəyik. Təkcə sözügedən amil yox, eyni zamanda COP29, həmçinin, digər beynəlxalq tədbirlər, ölkəmizə artan investisiya maraqları qiymətlərin bahalaşmasına gətirib çıxarır. Bu səbəbdən qiymətlərin yüksəlməsi mövsümi xarakter daşımayacaq və bu tendensiya davam edəcək. Bakı artıq bir müddətdən sonra kirayə mənzillərin baha olduğu bir məkana çevriləcək. Həkim tap Söhbət təkcə kirayə qiymətlərindən getmir. Alqı-satqı sahəsində də çox ciddi bahalaşma var. Bazarda fantastik dərəcədə təklif qiymətləri yüksəlir. Ötən ilin bu vaxtı ilə müqayisədə qeyri-yaşayış sahələri, metro yaxınlığında yerləşən, yaxud ticari əhəmiyyətli ərazilərdə inşa edilən əmlaklar 30-35 faiz yüksək qiymətlə təklif olunur. Kirayə mənzillər də 10-15 faiz artıma məruz qalıb.  Əsas məsələ isə bazarda müəyyən qıtlığın hiss olunmasıdır”. V.Oruc bildirib ki, artıq təkliflər tələblərə uyğun deyil və bu, tələbələri çox çətin vəziyyətdə qoyur: “Böyük iş adamları, sahibkarlar istifadə olunmayan böyük yaşayış evləri, villaların daxili planlamasında dəyişikliklər edərək, müəyyən otaqlara ayrılması və kirayəyə verilməsi prosesinə start veriblər. Bu özü bazardakı situasiyanın aydınlaşması üçün ciddi faktordur. Problemi aradan qaldırmaq üçün yataqxanaların, yaxud bu tipli yaşayış məkanlarının tikilməsinə start verilməlidir.        Tələbələr adətən, tədris müəssisələrinə daha yaxın yerlərdə mənzil kirayələmək fikrində olublar. Amma hazırda təhsil müəssisələrinin yerləşdiyi yerlər şəhər müəssisələridir. Düzdü, belə bir layihə var idi ki, tədris müəssisələrini kamp variantina keçirsinlər və şəhərdən kənara daşısınlar. Beləliklə, şəhərciklər salınsın və tələbələr də həm yaşayış yeri ilə təmin olunsun, həm də təhsil ala bilsinlər. Bu məsələ Bakıda tıxacların və hərəkət məhdudiyyətinin aradan qaldırılması üçün çox ciddi həll yoludur. Təbii ki, bu proyekt gündəmdə olsa da, yaxın müddətdə reallaşacağı gözlənilmir”.

Hava ilə bağlı növbəti XƏBƏRDARLIQ: Avqustun 27-dən 30-nadək...

Avqustun 27-30-da bəzi bölgələrdə küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.  Sozcu.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.  Naxçıvan, Mingəçevir, Samux, Şəmkir, Daşkəsən, Göygöl, Sabirabad, Şirvan, Neftçala, Salyan, Hacıqabul, Qobustan, Xızı, Siyəzən, Şabran, Xaçmazda sarı xəbərdarlığa uyğun olaraq fasilələrlə şərq küləyi əsəcək və küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.  Həkim tap Ordubad, Culfa, Goranboy, Naftalan, Gəncə rayonlarında isə narıncı xəbərdarlığa uyğun olaraq fasilələrlə şərq küləyinin əsəcəyi və küləyin sürətinin 20.8-28.4 m/san olacağı gözlənilir. 

Azərbaycanda vəzifəli şəxslər həbs olundu - RƏSMİ

Qaçaqmalçılıq cinayətinin törədilməsində təqsirləndirilən vəzifəli şəxslər həbs edilib. Sozcu.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib. Qeyd olunub ki, qaçaqmalçılıq cinayətinin törədilməsində iştirak etmiş vəzifəli şəxslərin qanunsuz əməlləri barədə Dövlət Gömrük Komitəsindən daxil olmuş cinayət işi üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində ibtidai istintaq davam etdirilir. dirnaq modelleri İstintaqla Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə təhkim olunmuş əməkdaşı Pərvin Dursunəliyev, həmin Baş İdarənin Skanlaşdırma şöbəsinin inspektoru Mənsur Mehdiyev tanışları Əli İbrahimovla qabaqcadan əlbir olaraq sonuncu tərəfindən 8 iyul 2024-cü il tarixdə Birləşmiş Ərəb Əmirliklərindən alınan 190 min 400 manat dəyərində 5 ədəd qızıl külçənin hava limanının sərhəd buraxılış məntəqəsindən cinayətkar qrupun digər üzvlərinin köməkliyi ilə gizli şəkildə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirilməsinə nail olmalarına əsaslı şübhələr müəyyən edilib. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müvafiq maddi sübutlar aşkar edilərək götürülüb. Toplanmış ilkin sübutlar əsasında Əli İbrahimov, Pərvin Dursunəliyev və Mənsur Mehdiyev Cinayət Məcəlləsinin 206.3.2 və 206.3.3-cü maddələri ilə (qaçaqmalçılıq- qabaqcadan əlbir olan bir qrup şəxs və vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə edilməklə törədildikdə) təqsirləndirilən şəxs qismində cəlb edilib, barələrində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Binəqədi rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hazırda iş üzrə sözügedən qanunsuz hərəkətlərin törədilməsində iştirak etmiş digər şəxslərin müəyyən olunması istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Paytaxtın bu ərazisində 400 -ə yaxın bina TƏHLÜKƏDƏDİR – Ekspert həyəcan TƏBİLİ ÇALDI

“Paytaxtın birinci mikrarayon ərazisindəki 400-ə yaxın bina təhlükədədir”. Sozcu.az xəbər verir ki,bunu referans.az-a açıqlamasında əmlak məsələləri üzrə ekspert Elnur Azadov deyib. Həyacan təbili çalan ekspert sözlərinə belə davam edib: “Nazirlər Kabinetinin 2017 – ci il aprel ayında qəbul etdiyi 84 saylı qərarı var. Bu birinci mikrarayonun yarımqəzalı hesab edilməsi, yənilənməsi ilə bağlı pilot layihədir. Gələcəkdə bu pilot layihə kimi digər mikrarayonlarda olan beşmərtəbəli binaların sökülməsində istifadə ediləcək. Birinci mikrarayonun qəzalı və yarımqəzalı evlərində yaşayan əhalisi Fövqəladə Hallar Nazirliyinə müraciət etmişdir. Uzun çəkən yoxlamalardan sonra nazirlik rəy verdi ki, sözügedən ərazidə olan binalar yarımqəzalıdır. Binaların altına xeyli qurunt və kanalizasiya suları axmışdı. Həmin ərazidə FHN 40-a yaxın binanı istismar müddəti bitmiş hesab edib və qismən qəzalı olması barədə rəy verib. Yəni Fövqəladə Hallar Nazirliyi öz işini bitirib işi verib Nazirlər Kabinetinə. Nazirlər Kabineti də 84 saylı qərarla sərəncam verib ki, birinci mikrarayonun həmin ərazisindəki bunalar sökülüb yenidən tikilsin. Fövqəladə Hallar Nazirliyi bu sərəncamı hələ 2017- ci ildə icra etməliydilər. Üzərindən 7 il vaxt keçib, qərar qüvvədədir, amma hələ də iş görülmür”. Ekspert deyir ki, yarımqəzalı hesab edilən binaların sökülməsi ilə bağlı iki qurum arasında ziddiyyət var: “Səbəb budur ki, FHN həmin ərazidəki binaları tikinti şirkətləri üçün elan etməliydi, həmin şirkətlər pilot layihə olaraq söküntü işləri aparıb, yenidən inşa etməliydilər. Şirkətlər bununçün investisiya yatırmalı idilər və birinci mikrarayon belə ardıcıllıqla tam yenilənməli idi. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin qoyduğu normativlər tikinti şirkətlərinə sərf eləmir. Bundan əziyyət çəkən isə orada yaşayan əhalidir. Ya Arxitektura Komitəsi normativi dəyişməlidir, ya da alternativ yol tapılmalıdır. Kim kimi gözləyir bəlli deyil”.

Rəsulzadəni şəxsən görən silahdaşından Azərbaycana BAŞSAĞLIĞI

Türkiyədə fəaliyyət göstərən Azərbaycan Kültür Dərnəyinin başqanı Cəmil Ünal Bakı Dövlət Universitetinin professoru, Məhəmməd Əmin Rəsulzadə irsinin araşdırmaçısı Nəsiman Yaqublunun ölümündən üzlüdüyünü bəyan edərək, Azərbaycana başsağlığı verib. Sozcu.az-ın məlumatına görə, Cəmil Ünal bildirib: "Professor Nəsiman Yaqublunun faciəvi yol qəzasında dünyasını dəyişməsi Azərbaycanda olduğu kimi, Türkiyədəki dostları üçün də çox ağır və ağrılı xəbər oldu. Təxminən 35 ilə yaxın bir müddətdə Azərbaycan Kültür Dərnəyi ilə qurduğu münasibətlər çərçivəsində birliyimizin arxivlərindəki fəaliyyəti ilə Azərbaycan tarixinin ən şərəfli dövrünü işıqlandırması onun həm millətinə hörmətindən, həm də bir alim kimi məsuliyyətindən irəli gəlirdi. Nəsiman Yaqublunun bu böyük nümunəvi işləri hər birimizə saysız-hesabsız xatirələr yaşadır. Məhəmməd Əmin Rəsulzadənin qurduğu dərnəyimiz Nəsiman Hocanın araşdırması üçün mühacirətdəki ilk və ən önəmli ünvan olsa da, şəxsən mənə olan böyük qardaş münasibəti həyatımdakı dostluqlar arasında çox xüsusi və dəyərli yer tuturdu. Bu baxımdan onun ölüm xəbəri məni və bütün dərnək üzvlərini sarsıtdı. Hələ gənc yaşlarından biliyi, zəhmətsevərliyi və tədqiqatçı bacarığı ilə Azərbaycanın sovetlər dönəmində diqqətdən kənarda qalan tarixi dövrünü işıqlandıran kitabları, ensiklopediyaları və bütün nəşrləri təbii ki, ən böyük xidmət olaraq gələcəyə daşıncaqdır. Azərbaycan mühüm alimi, idealist və vətənpərvərini itirdi. Əgər ömür vəfa etsəydi, daha çox layihələr həyata keçirərək xidmətlərini davam etdirərdi. Belə bir şəxsiyyəti, sevimli qardaşımızı və dostumuzu itirmək məni çox kədərləndirir, ailəsinə və yaxınlarına başsağlığı verirəm. Məkanın cənnət olsun Nəsiman qardaş...”. Qeyd edək ki, Cəmil Ünal Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadəni şəxsən görən və onunla ünsiyyətdə olan həyatdakı yeganə şəxsdir.modern)

Bu universitetlərdə boş yer yoxdur! - SİYAHI

Birinci mərhələdən sonra I ixtisas qrupu üzrə 1304, II ixtisas qrupu üzrə 246, III ixtisas qrupu üzrə 400, IV ixtisas qrupu üzrə 463, V ixtisas qrupu üzrə isə 348 plan yeri boş qalıb. Sozcu.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə bildirib. O qeyd edib ki, ayrıca ali təhsil müəssisələrinə gəldikdə I mərhələdən sonra tələbə qəbulu aparılan 44 ali təhsil müəssisəsinin 25-də plan yerləri 95%-dən çox, o cümlədən aşağıdakı 8 ali təhsil müəssisəsində 100 % dolub.  - Azərbaycan Tibb Universiteti - Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası - ADA Universiteti - Azərbaycan Dövlət Dəniz Akademiyası - Bakı Ali Neft Məktəbi - Dövlət Gömrük Komitəsinin Akademiyası - Azərbaycan İlahiyyat İnstitutu -Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası.

Rusiyanın itkiləri 608 mini ötdü

Ukrayna müharibənin 915-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 608 820 hərbçi, 8 551 ədəd tank, 16 648 ədəd zirehli döyüş maşını, 17 443 ədəd artilleriya sistemi, 1172 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 937 hava hücumundan müdafiə sistemi, 367 ədəd hərbi təyyarə, 328 ədəd helikopter, 23 555 ədəd avtomobil texnikası, 14 134 ədəd PUA, 2 444 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 2 941 xüsusi avadanlıq itirib.

Ukrayna Saratovu vurdu

Ukrayna Silahlı Qüvvələri Rusiyanın Saratov vilayətinə “Bober” PUA-ları ilə hücum edib. Sozcu.az xəbər verir ki, bu barədə Rusiya Teleqram kanalları məlumat yayıb. Saratov və Engels şəhərlərində iki hündürmərtəbəli yaşayış binası PUA-larla vurulub. Qeyd edək ki, Ukrayna istehsalı olan “Bober” PUA-ların uçuş məsafəsi 800 km, maksimal sürəti isə 150 km/saatdır.

Pakistanda dəhşətli terror: 22 ölü, 5 yaralı

Pakistanın cənub-qərbində terror aktı baş verib. Sozcu.az xəbər verir ki, bu barədə AFP məlumat yayıb. Məlumata görə, silahlı şəxslər Pəncab-Bəlucistan magistral yolunda avtomobillərə hücum edib. Nəticədə 22 nəfər ölüb, 5 nəfər yaralanıb.

DƏHŞƏT! Azərbaycanda 16 yaşlı oğlanı ildırım vurub öldürdü

Şəmkir sakinini ildırım vuraraq öldürüb.  2008-ci il təvəllüdlü İlham Qarayev heyvan otaran zaman ildırım vurub.  Nəticədə İlham Qarayev ölüb. Araşdırma aparılır. (report)  

Bakıda dörd yaşlı uşağı avtomobil vurdu

Bakının Səbail rayonunda dörd yaşlı uşaq yol-nəqliyyat hadisəsində xəsarət alıb. "Report"un məlumatına görə, 2020-ci il təvəllüdlü A.Dəmirov yolu keçərkən avtomobil onu vurub. Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb. turbo az mercedes Faktla bağlı araşdırma aparılır.