Ukrayna neft terminalını vurdu: iki körpü, iki gəmi...

Ukrayna PUA-ları Rusiyanın Krasnodar ərazisində "Tamanneftqaz" dəniz neft terminalına hücum edib.

Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Kəşfiyyat İdarəsi məlumat yayıb.

Məlumata görə, hücum nəticəsində neft terminalı avadanlıqları, mayeləşdirilmiş qaz terminalı və liman infrastrukturu ciddi zədələnib. Partlayışlar nəticəsində boru kəmərləri, iki körpü və iki gəmi də zədə alıb.

Hücum dekabrın 21-dən 22-nə keçən gecə baş tutub.

Share on Facebook