“BakuBus” MMC süni narazılıq yaradır? - 5000 -dən çox əhali narazıdır

“BakuBus” MMC -nin   Binəqədi rayonunun Goradil və Fatmayı bağlar massivinin sakinlərinin  başına açdığı oyunlar bitmir.   Adı çəkilən bağlar massivində  5000 mindən çox əhali yaşayır. Əhalinin nəqliyyat qedişlərini  bu şirkətin 108 A N-li marşurut avtobusu  yerinə yetirirdi. Son yağışların yagmasından sonra,  adı çəkilən yaşayış massivlərinə Avtobussların gediş-gəlişi dayandırılıb. Yaranan problemlə bağlı isə,  sakinlərin şikayətlərini dinləyən yoxdur.  Sakinlərdən biri, Jurnalist  Rövşən Niftalzadə  Sozcu.az -a bildirib ki, adı çəkilən marşurut sürücüləri müdiriyyətin tapşırığı ilə  Goradil və Fatmayı bağlar massivinin marşurutdan çəxarıldığını deyirlər.  Rövşən Niftalzadə bildirir ki, həqiqətən də, seriyası 77 FR 200  olan "Hundai" markalı avtomobil marşurut avtobuslarının  qarşısını kəsərək, avtobusları öz xətti üzrə işləməyə qoymur.  "Şəxsən mənim ailə üzvlərimdən də, sözü gedən ərazidən  iki nəfəri hər səhər işə gedir. Hər gün “BakuBus” MMC -nin yaratdığı problemə görə, ailə üzvlərim işə gecikirlər. Şirkətin  rəhbərlərindən soruşuram:  təmin etməyəcəyiniz təqdirdə bu yolu niyə aldınız? Yənı siz düşünürsünüz ki, yaratdığınız süni problemə görə dövlət sizdən hesab sormayacaq? - deyə Rövşən Niftalzadə qeyd edib. 

"Nədən İsrailin İrana hücumu təxirə salınıb?" - "The Times"

"ABŞ müdafiə naziri Lloyd Ostinin dəftərxanasında işləyən İran mənşəli Ariana Tabatabay kimdir və sənədlərin sızmasında onun əli varmı?.." Pentaqondan sənədlərin sızması İsrailin İrana planlaşdırdığı zərbəni ləngidir. Bununla əlaqədar olaraq ABŞ-da araşdırma hələ də davam edir. Sozcu.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın "The Times" nəşri kəşfiyyatda olan mənbəyə istinadən məlumat verib. Nəşr yazır ki, İranyönümlü "Telegram-kanal"da dərc edilən, sonradan "X" platforması və Qərb KİV-lərində yayılan sənədlərdə İsrailin ballistik raketlər tətbiq edilməklə İrana hücuma hazırlığının təfərrüatları əks edulib.  Sənədlərin sızması Tehrana hücum sxemlərini proqnozlaşdırmağa kömək edib. İndi mənbələrin məlumatına görə, bu sızma İsrailin hücum planlarını dəyişib və alternativ planın işlənib hazırlanması tələb edilir. Məlumatlara görə, sənədlərdən sızan məlumatlar göstərir ki, İsrail, mümkündür ki, aprel ayında İranın hücumundan sonra olduğu kimi, İsfahan yaxınlığındakı hava hücumundan müdafiə radarının məhv edilməsi formasında hücum planlaşdırır. Sənədlərdən biri ABŞ Müdafiə Nazirliyinin Amerikanın casus peykləri, habelə Milli Təhlükəsizlik Agentliyi tərəfindən toplanmış məlumat və təsvirlərin təhlilinə cavabdeh olan Dövlət Kəşfiyyatı Milli Agentliyinə (NGA) məxsusdur.  "Tamamilə məfxi" qrifi altında olan 15-16 oktyabr tarixli sənədlərdə İsrailin İrana hücuma hazırlığı müfəssəl təsvir edilir. O cümlədən Hərbi-Hava Qüvvələrinin yerləşdirilməsi, habelə havada yanacaq doldurulması üzrə irimiqyaslı təlimlər keçirdiyi barədə məlumat verilir. Sənədlərdə deyilir ki, İsrail "Golden Horizon" və ISO2 "Rocks" kimi uzaqmənzilli ballistik raketlərlə fəal surətdə işləyir. Oktyabrın 8-dən ən azı müvafiq olaraq 16 və 40 belə raketlərin yerdəyişməsi qeydə alınıb.  Kəşfiyyatda olan mənbə nəşrə məlumat verib ki, istənilən halda İsrail SEPAH-ın hərbi obyektlərinə hücum etməyi planlaşdırır və ABŞ-ı əmin edib ki, bu cavab İranın nüvə infrastrukturu və ya onun neft sənayesinə toxunmayacaq. Pentaqon çərşənbə axşamı sənədlərin sızmasının arxasında idarənin məmuru, İran mənşəli amerikalı qadın Ariana Tabatabayın dayandığı barədə ittihamları rədd edib.  Pentaqon nümayəndəsi Patrik Rayder bəyan edib ki, Tabatabau təqdiqat fiquru deyil. Onun sözlərinə görə, Pentaqon tədqiqatın detalları ilə bağlı İsraillə təmasdadır. Ariana Tabatabay ABŞ müdafiə naziri Lloyd Ostinin dəftərxanasında işləyir, onun ciddi məxfi məlumatlara çıxışı var və əvvəllər ABŞ prezidenti Co Baydenin İran işləri üzrə sabiq xüsusi elçisi Robert Melli ilə birgə işləyib, təxminən bir il öncə "İran İslam Respublikası ilə lazımsız əlaqələr" səbəbindən işdən çıxarılıb.

Saakaşvili azərbaycanlılara səsləndi: Heç nədən qorxmayın!

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili bu ölkədə yaşayan azərbaycanlılara müraciət edib. Sozcu.az xəbər verir ki, o, sosial şəbəkə hesabından Azərbaycan dilində müraciət yayaraq, soydaşlarımızı oktyabrın 26-da keçiriləcək parlament seçkilərinə qatılmağa səsləyib. “Mənim əziz həmvətənlərim! Bu sizin həyatınızın ən əsas seçkisidir. Ayın 26-da qalib gəlməliyik. Sizi nə qədər çox sevdiyimi yaxşı bilirsiniz. Biz bərabər çox işlər görmüşük və irəlidə birgə görüləcək daha çox işlərimiz var. Vətənimiz Gürcüstanı əmin-amanlığa birgə çıxarmalıyıq. Heç nədən qorxmayın. “Sizin səsinizin heç bir əhəmiyyəti yoxdur və ya hökumət sizin kimə səs verdiyinizi biləcək” deyənlərə inanmayın. Rahat seçkilərə gedin və 5 nömrəyə səs verin”, - Saakaşvili bildirib.

3 şəhərdə 4 məhkum asıldı

Məlayir, Qorqan və Zəncan şəhərlərində 4 məhkum edam edilib. Bu barədə insna haqları təşkilatları məlumat yayıb. Bildirilib ki, məhkumların ikisi narkotik maddələrin alveri, ikisi isə adam öldürməkdə günahlandırılıb. Bununlada son cari ildə İran həbsxanalarında edam edilənlərin sayı 600-ə, 1 ildə isə 900-ə yaxınlaşıb.

“Mən “Barselona”nın əfsanəsi kimi xatırlanmaq istəyirəm”

“Barselona”nın 17 yaşlı yarımmüdafiəçisi Lamin Yamal karyerası haqda danışıb. Sozcu.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı futbolçu “Barselona”nın əfsanəsi kimi xatırlanmaq istədiyini bildirib: “Mən “Barselona”nın əfsanəsi kimi xatırlanmaq istəyirəm. Bu böyük klubun tarixinin bir hissəsi olmaq inanılmazdır”. Yamal “Barselona” akademiyasının yetirməsidir. Onun kataloniyalılarla müqaviləsi 2026-cı ilin iyunun sonuna kimi nəzərdə tutulub.komanda.az)

Hərbi komissara 4 ay həbs - İttiham məlum oldu

İmişli rayonunun saxlanılmış hərbi komissarı Xəyyam Babayevə irəli sürülən ittihamlar məlum olub. Sozcu.az xəbər verir ki, bu barədə Hərbi Prokurorluq məlumat yayıb. Səfərbərlik  və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin  İmişli rayon şöbəsinin rəisi vəzifəsini icra edən, polkovnik-leytenant Babayev Xəyyam Mirzə oğluna Cinayət Məcəlləsinin  311.3.2-ci və 311.3.3-cü  maddələri ilə ittiham elan edilib. Hərbi Prokurorluğunun təqdimatına əsasən, Bakı Hərbi Məhkəməsinin qərarı ilə barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilib. Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi, o cümlədən hər bir fakta və əmələ hüquqi qiymət verilməsi təmin ediləcəkdir.

Ankara teraktı: Terrorçuların kimliyi bilindi

Ötən gün TUSAŞ-da meydana gələn terror hücumunda məhv edilən PKK üzvlərindən birinin şəxsiyyəti bəlli olub. Sozcu.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. Teraktı törədənin PKK üzvü, “Rojger” kod adlı Əli Örək olduğu təsdiqlənib. Məhv edilən qadın terrorçunun şəxsiyyəti isə hələ açıqlanmayıb. *** TUSAŞ-da meydana gələn terror hücumunda məhv edilən qadın terrorçunun da kimliyi bəlli olub. Bu barədə Türkiyə daxili işlər naziri Əli Yerliqaya məlumat verib. O bildirib ki, terror aktı törədən qadın PKK üzvü Minə Sevjin Alçiçək olub.

Maskalı şəxs məktəblini oğurlamaq istəyib? - Yeniyetmə saxlanıldı

Paytaxtda uşaq oğurluğuna cəhd etmək istəyən şəxs peyda olub. Sozcu.az Milli.az-a istinadla xəbər verir ki, hadisə ötən gün Ramana ərazisində baş verib. Məlumata görə, məktəblini oğurlamaq istəyən şəxsi görən ətrafdakı vətəndaşlar reaksiya göstərib. Oğlan bu sayədə qaça bilib. Oğru isə qorxub ərazini tərk edib. Məktəblini oğurlamaq istəyən şəxsin görüntüsü təhlükəsizlik kameralarına düşüb. Uşağın atası Kamil Seyidov bildirib ki, onun 14 yaşı var, o, özü qaçaraq məlumat verib. Hazırda polis idarəsindədirlər, araşdırma aparılır. DİN-in Mətbuat Xidmətinin əməkdaşı, polis baş leytenantı İbrahim Əmiraslanlı bildirib ki, vətəndaş K.Seyidov polisə müraciət edərək ötən gün yetkinlik yaşına çatmayan övladının Sabunçu rayonu Ramana qəsəbəsi ərazisində naməlum şəxs tərəfindən təqib edildiyini bildirib. *** Naməlum şəxs tərəfindən azyaşlının təqib edilməsilə bağlı yayılan görüntülər araşdırılıb. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı polis baş leytenantı İbrahim Əmiraslanlı Oxu.az-a açıqlamasında bildirib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə həmin şəxs - 14 yaşlı yeniyetmə müəyyən olunaraq saxlanılıb.

Əliyevlə Paşinyan sülh sazişini müzakirə etdi - Foto

Oktyabrın 24-də Rusiya Federasiyasının Kazan şəhərində keçirilən XVI BRİKS Sammiti əsnasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş olub. Sozcu.az xəbər verir ki, görüşdə tərəflər ikitərəfli sülh gündəliyinin irəli aparılmasını, o cümlədən sülh sazişini, sərhədlərin delimitasiyası və demarkasiyasını, qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər. İki ölkənin xarici işlər nazirlərinə Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında Saziş üzərində işlərin mümkün tez zamanda yekunlaşdırılması və imzalanması üçün ikitərəfli danışıqları davam etdirmək barədə təlimat verilib.

Trampın ermənipərəst açıqlamasına Arif Hacılıdan sərt etiraz

ABŞ prezidentliyinə namizəd TRAMP deyib ki: “120.000 erməni xristianı dəhşətli şəkildə təqib ediləndə və Artsaxdan məcburi köçkün düşəndə ​​Kamala Harris heç nə etməyib.” Əslində Qarabağ erməniləri təqib edilməyib, əksinə burada yaşayan erməni əhalisinin vasitəçiliyi ilə Ermənistan, Rusiya tərəfindən 700 minədək Azərbaycan əhalisi dəhşətli şəkildə təqib edilib, yurdlarından qovulub, əmlakları talan edilib, evləri dağıdılıb, əsir götürülüb, öldürülüb. Azərbaycanın 7 şəhəri, 10-dək qəsəbəsi, 400 dən çox kəndinin daşı daş üstündə qalmayıb, yox edilib, yer üzündən silinib. Bu dövrdə ABŞ prezidenti olmuş TRAMP heç nə etməyib. TRAMP deyir ki: “Kamala Harris Amerika Birləşmiş Ştatlarının prezidenti olarsa, dünyadakı xristianlar təhlükəsiz olmayacaqlar. Mən prezident olanda təqib olunan xristianları qoruyacağam…” Bəs təqib olunan bütpərəstləri, müsəlmanları, ümumiyyətlə dini inancsız olanları necə, onları qorumaq vacib deyilmi? Demokratiyanın beşiyi, xarici siyasətində insan haqlarının və demokratik dəyərlərin qorunmasını dövlət siyasəti elan etmiş bir dövlətin başçısı olmuş və yenidən olmaq istəyən namizəd bu barədə nə düşünür? Əziz həmvətənlərim, bəs siz bu barədə nə düşünürsüz? Yazı Müsavat Məclisinin sədri Arif Hacılının feysbuk səhifəsindən götürülüb.

Beynəlxalq Bankda 6 milyon manatlıq azalma

ABB-nin xarici valyutadan gəliri 6 milyon manatdan çox azalıb. “Azərbaycan Beynəlxalq Bankı” (ABB) 2024-cü ilin 9 ayında xarici valyutadan 43 milyon 11 min manat gəlir (məzənnə dəyişməsi daxil olmaqla) əldə edib.  "Yeni Sabah" bu barədə bankın hesabatına istinadən xəbər verir. Bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 6 milyon 430 min manat və ya 13 % azdır. 2023-cü ilin 9 ayında ABB-nin xarici valyutadan gəliri 49 milyon 441 min manat təşkil edib. Xatırladaq ki, ABB 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 1 milyard 225,648 milyon manatdır. Bankın səhmlərinin 92,56 %-i Maliyyə Nazirliyinə, 3,81 %-i İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə, 0,23 %-i “Aqrarkredit” QSC bank olmayan kredit təşkilatına (BOKT), 3,4 %-i isə fiziki və hüquqi şəxslərə məxsusdur.

Tramp Azərbaycana qarşı - Qarabağı "artsax" adlandırdı - Foto

Keçmiş ABŞ prezidenti, respublikaçıların prezidentliyə namizədi Donald Tramp Azərbaycanın ərazi bütövlüyünə qarşı hörmətsizlik edib. Sozcu.az xəbər verir ki, Tramp "X" hesabından etdiyi paylaşımda Demokrat rəqibi Kamala Harrisi tənqid edib və bu zaman Qarabağı "artsax" adlandırıb. Tramp həmin paylaşımında yazıb:"Kamala Harris 120 min erməni xristianın dəhşətli təqiblərə məruz qaldığı və "artsax"dan zorla köçürüldüyü zaman heç bir şey etmədi. Kamala Harris ABŞ-nin prezidenti olarsa, dünyadakı xristianlar təhlükədə olacaqlar. Mən prezident olsam, təqib olunan xristianları müdafiə edəcəyəm, zorakılığı və etnik təmizləməni dayandıracağam. Ermənistanla Azərbaycan arasında sülhü bərpa edəcəyəm"

"Azərişıq" əməkdaşını cərəyan vurub öldürdü

Qaradağ rayonunda yerləşən zavodlardan birində ölümlə nəticələnən bədbəxt hadisə baş verib. "Qafqazinfo" xəbər verir ki, dünən saat 17 radələrində Qobustan qəsəbəsi ərazisində yerləşən "ANT" sement zavodunda "Azərişıq" ASC-nin işçisini cərəyan vurub. Belə ki, 1996-cı il təvəllüdlü Ramazan Fərhat oğlu Məmmədli zavod ərazisində iş görərkən onu elektrik cərəyanı vurub. ASC əməkdaşı hadisə yerində ölüb. Hazırda faktla bağlı araşdırma aparılır.

Daşkəsəndə binada partlayış: xəsarət alan var

Daşkəsəndə mənzildə qaz sızmasından partlayış olub. Sozcu.az APA-ya istinadla xəbər verir ki, hadisə Daşkəsən şəhərinin M.Əsədov küçəsində yerləşən yaşayış binasında qeydə alınıb. Belə ki, sözügedən ünvada yerləşən üçmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində partlayış olub. Nəticədə ev sahibi 52 yaşlı Nadir Sadıqov yanıq xəsarətləri alıb. O xəstəxanaya yerləşdirilib və vəziyyətinin ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır. Hadisə nəticəsində xəsarət alan şəxslə bağlı TƏBİB-in yaydığı məlumatda qeyd edilir ki, Daşkəsən rayon sakini 1972-ci il təvəllüdlü Nadir Telman oğlu Sadıqov 24 oktyabr saat 05:45 radələrində yanıq xəsarətləri ilə akademik Z.Məmmədov adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə bədən səthinin 30-39 faiz sahəsinin termiki yanığı, tənəffüs yollarının dəqiqləşdirilməmiş lokalizasiyalı termiki yanığı diaqnozu ilə gətirilib. Pasiyentə zəruri tibbi yardım göstərilib. Hazırda müalicə və müayinəsi reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti orta ağırdır.

Şimali Koreya əsgərləri qanuni hədəfdir - Kirbi

Rusiyada yerləşən Şimali Koreya qoşunları Ukraynadakı döyüşlərə cəlb olunarsa, qanuni hədəfə çevriləcək. Sozcu.az xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi deyib. “Şimali Koreya əsgərləri Ukraynada döyüşmək qərarına gəlsələr, onlar qanuni hərbi hədəfə çevriləcəklər”, - o bildirib. Qeyd edək ki, Pentaqon Şimali Koreya qoşunlarının Rusiya ərazisində olmasına dair sübutların olduğunu bəyan edib.

"Bu addım müharibənin başa çatmasına səbəb ola bilər" - Zelenski açıqladı

Ukrayna prezidenti Vladimir Zelenski enerji infrastrukturlarına hücumların dayandırılmasının aktiv hərbi əməliyyatların başa çatması üçün ilk addım ola biləcəyi fikrini ifadə edib.  Sozcu.az xəbər verir ki, o, bu barədə Britaniyanın “Financial Times” qəzetinə müsahibəsində bildirib. Ukrayna lideri bildirib ki, enerji təhlükəsizliyi ilə bağlı qərar qəbul edə bilər: “Bu, müharibənin qaynar mərhələsinin sona çatmasına səbəb ola bilərmi? Düşünürəm ki, bəli”.

Tanınmış vəkil komaya düşdü

Tanınmış vəkil Asabali Mustafayevin səhhətində ciddi problemlər yaranıb. Sozcu.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Qeyd olunur ki, A.Mustafayev komaya düşüb, hazırda reanimasiyadadır. Qeyd edək ki, Ə.Mustafayev bir müddət əvvəl infarkt keçirib.

"Sinfidə 30-40 şagird varsa, keyfiyyətdən söhbət gedə bilməz"

“Sinifdə şagirdlərin sayı 20 nəfərdən çox olduqda paralel siniflər təşkil edilməlidir. Siniflər üzrə şagird sıxlığı normalarının qəbul olunmasına baxmayaraq, paytaxtın əksər məktəblərində şagird sıxlığı problemi hələ də var. Sinifdə şagird sayının 25-dən yuxarı olması doğru deyil. Siniflərdəki maksimal şagird sayı 20-25 olmalıdır. Bir sinifdə 45-50 nəfər şagirdin təhsil alması doğru deyil. Çünki 45 dəqiqəlik zaman kəsiyi, bir müəllimin 45-50 nəfər təhsilalana mövzuları çatdırmasına və ev tapşırıqlarını yoxlamasına kifayət etmir. Şagirddən öyrəndiyini də soruşmağa vaxt çatmır”. Bunu Bakupost.az -a təhsil eksperti Elşən Qafarov deyib. O bildirib ki, 15-20 nəfərdən çox şagirdlə pedaqoji fəaliyyətlə məşğul olmaq və bütün şagirdlərə vaxt çatdırmaq mümkün olmayan məsələdir: “Şagird sıxlığı olan siniflərdə hər kəsin dərsdə fəal iştirak etməsi qeyri-mümkündür. Fikrimcə, siniflər maksimum 20 şagirddən ibarət olmalıdır. 30-40 şagirddən təşkil olunan siniflərdə təhsilin keyfiyyətindən söhbət belə gedə bilməz. O sinifdə sadəcə olaraq, proqram yerinə yetirilir. Ölkədə məktəb qıtlığı var, xüsusən də Bakı şəhərində məlum problem yaşanır. Şagird sıxlığı da tədrisin keyfiyyətinə mənfi təsir göstərir. Müvafiq proqram üzrə keyfiyyətli təhsil ala bilməyən şagirdlərin valideynləri repetitorlara müraciət edir”.

TUSAŞ-ın binası qarşısında partlayış

Ankaranın Qəhrəmanqazan rayonunda dövlət aerokosmik şirkəti – TUSAŞ-ın binasının qarşısında partlayış baş verib. Sozcu.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. Binaya yaxın ərazidə silah səslərinin eşidildiyi və kamikadzenin olduğu iddia edilib.

Səfərbərlik xidmətinin zabitinə hökm oxundu

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Nizami Rayon İdarəsinin Çağırış şöbəsinin baş zabiti vəzifəsində işləmiş Hümbət Nəbiyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Sozcu.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Rafiq Abbasovun sədrlik etdiyi prosesdə hökm oxunub. Hökmə əsasən, H. Nəbiyev 8 il müddətə azadlıqdan məhrum edilib. Qeyd edək ki, Hümbət Nəbiyevi Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi saxlayıb. İttihama görə, o, qeyd olunan vəzifədə işləyərkən vətəndaşdan müvəqqəti olaraq möhlət hüququnun verilməsi, həmçinin dinc dövrdə həqiqi hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı olmasına dair hərbi biletin təqdim edilməsi müqabilində rüşvət tələb edib. Hümbət Nəbiyev Cinayət Məcəlləsinin 311.3.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar və külli miqdarda rüşvət alma) maddəsi ilə ittiham edilib.

İki nəfərin boğulduğu tuneli tikən şəxsin oğlu Almaniyada 40 milyona hotel alıb

Xəbər verdiyimiz kimi, Sabunçuda ötən gecə tunelə yağış sularının dolması nəticəsində 2 nəfər boğularaq ölüb. Sozcu.az-ın “Unikal”a istinadən məlumatına görə, həmin tunel “Körpü Bina Tikinti” MMC tərəfindən inşa edilib. Tunelin açılışı 2020-ci ildə olub. Qeyd edək ki, “Körpü Bina Tikinti” MMC-nin direktoru Xəlil Göyüşovdur. Jurnalist Cavanşir Həsənli özünün sosial şəbəkə hesabında yazıb ki, Xəlil Göyüşovun oğlu Ramiz Göyüşov bir neçə il əvvəl Almaniyanın Hamburq şəhərində 40 milyon avroluq ARENA OTELini (AGO Park Hotel Betriebs GmbH, Hamburg) alıb. Görəsən, hüquq mühafizə orqanları bu məlumatı araşdıracaqmı?

Lənkəran-Astara zonasında leysan davam edir

Oktyabrın 23-ü saat 09:00-a olan faktiki hava açıqlanıb. Sozcu.az Milli Hidrometeorologiya Xidmətinə istinadla xəbər verir ki, hazırda Lənkəran-Astara bölgəsində yağıntılı, qeyri-sabit hava şəraiti davam edir. Düşən yağıntının miqdarı Astarada 64 mm, Lənkəranda 53 mm, Lerikdə 50 mm, Yardımlı 40 mm təşkil edir. Yağan qar nəticəsində əmələ gələn qar örtüyünün hündürlüyü Lerikdə 17 sm olub. Lənkəran-Astara bölgəsində müşahidə olunan yağıntılı hava şəraitinin oktyabrın 23-ü axşamadək davam edəcəyi gözlənilir.

Erməni parlamentindən delimitasiya ilə bağlı qərar

Ermənistan parlamenti bu gün keçirilən iclasda Azərbaycanla sərhədin delimitasiyası üzrə komissiyaların birgə fəaliyyəti haqqında müddəanı ratifikasiya edib. Sozcu.az xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib. Onun sözlərinə görə, 67 deputat layihənin lehinə səs verib. Səsvermədə yalnız Mülki Müqavilə Partiyasının deputatları iştirak edib. “Ermənistan” və “Şərəfim var” müxalif fraksiyaların deputatları səsverməyə qatılmayıb.

Ordumuzun zabiti qəzada öldü

Qubadlı rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Sozcu.az unikal-a istinadla xəbər verir ki, "Mercedes" markalı avtomobilin qəzaya düşməsi nəticəsində 2002-ci il təvəllüdlü Astara rayon sakini Elnur Cabbarov həyatını itirib. E.Cabbarov Azərbaycan Ordusunun zabiti idi.