Tanınmış şairə - jurnalist Xatirə Rəhimli Prezidentdən kömək istədi...

Prezident cənab İlham Əliyev!

Şair-jurnalist kimi sizə müraciət edirəm. 

Mənzilim yoxdur, ailə üzvlərimlə birlikdə 39 dəfə kirayə mənzillərə köçmüşük. Ailəmlə birgə soyuq zirzəmidə yaşayıram.

Səhhətimdə bəzi problemlər yaranıb. 

10 ildir ki, sizə də, həyat yoldaşınız, ölkənin Birinci vitse-prezidenti Mehriban Əliyevaya da mənzil problemimlə bağlı yazılı olaraq müraciət edirəm. 

Məktublarım müraciətlərim, göndərdyim teleqramlar heç biri sizə çatdırılmır. 

Çıxışınızda  belə bir fikir söyləmişdiz ki, vətəndaşlar tərəfindən sizə göndərilən məktubları sizdən gizlədirlər.

Qeyd edim ki, 10 ildir mənim də sizə göndərdiyim məktubları, müraciətləri, teleqramları sizdən gizlədirlər, sizə bu haqda heç bir məlumat vermirlər. 

Bu ölkənin prezdenti sizsiniz. 

Birinci vitse-prezidenti Mehriban Əliyevadı.

Sizlərdən xahiş edirəm ki, məni mənzilnən təmin edin. Mənə yaşamaq üçün mənzil verin. Səhhətimdəki problemlə zirzəmidə yaşamaq çox çətindir, çox ağrılıdır, əzablıdı.

Mənim kimi mənzili olmayanlar, kirayədə zülümnən yaşayanlar məni başa düşür. 

Prezident cənab İlham Əliyev.

Ədəbiyyat adamı kimi, şair-jurnalist kimi bir daha sizdən çox-çox xahiş edirəm ki, məni mənzillə təmin edin. Mənə mənzil verin.

Sizdən bir daha çox xahiş edirəm.

XATİRƏ ƏZİZ Rəhimli

Şair-jurnalist

Share on Facebook