Aparıcı bankları tənqid etdi

"Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci ildə iqtisadiyyat ixtisası üzrə 43 min nəfər məzun olub. Buna baxmayaraq, əmək bazarında ciddi uyğunsuzluq mövcuddur: bir tərəfdə boş vakansiyalar, digər tərəfdə isə iş tapmaqda çətinlik çəkən minlərlə gənc".

Sozcu.az xəbər verir ki, bunu Aytən Səfərova deyib.

Aparıcı bu sahədə təhsil alan şəxslərin iş tapa bilməməsidən gileylənib:

“Valideynlər övladlarını maliyyə-kredit sektorunda oxutdurur, bank sahəsində təhsil aldırırlar ki, gələcəkdə banklarda işləsinlər. Banklar isə mütəmadi olaraq vakansiyalar elan edir və işçi axtardıqlarını bildirirlər. Maraqlı və eyni zamanda paradoksal vəziyyət yaranır: bank sektorunda işləmək üçün diplomu olan 40 mindən çox məzun var, lakin banklarda vakansiyalar dolmur.

Sual yaranır: bu elanlar sadəcə elan xatirinə verilirmi? Əgər gəncin əlində ixtisas diplomu varsa, niyə həmin vakansiyalar yenə də açıq qalır və eyni zamanda, bu qədər gənc işsizdir?”

Share on Facebook