"Bu kəndin sakinləri əzablardan, işgəncələrdən, müsibətlərdən keçib..."
Zelenski yüksək vəzifəli almanların yanından Putinə ekstravaqant arzusunu çatdırıb...
Ukrayna prezidenti Vladimir Zelenski Çerniqov vilayətinin Yaqodnoye kəndini ziyarət edib. Ötən il rusiyalı hərbçilər orada təxminən 370 yerli sakini, demək olar ki, bir ay müddətində zirzəmidə saxlayıb.
Sozcu.az xəbər verir ki, bu barədə "24tv.ua" nəşri məlumat yayıb.
Məlumatda deyilir ki, Zelenski ilə bərabər Almaniyanın Ukraynadakı səfiri Anka Feldquzen, prezident Ofisinin rəhbəri Andrey Yermak və bu gün Kiyevə səfərə gələn Almaniyanın vitse-kansleri Robert Xabek də ziyarət edib.
"Yerli sakinlər, həm böyüklər, həm də uşaqlar burada işgəncələrə məruz qalıb. Mən onlara çox minnətdaram ki, sağ qalıb, döyüşçülərimizi gözləyib.
Onlar Rusiyanın, rusiyalı hərbçilərin öz rəhbərlikləri və öz prezidentləri ilə birgə
törərdikləri faciəni bütün dünyaya danışıblar", - Zelenski deyib və qeyd edib ki, Yaqodnoye kəndinin sakinləri əzablardan, işgəncələrdən, qeyri-insani münasibətlərdən keçib.
"Burada tərəfdaşlarımızın bizimlə birgə olması və bunların hamısını görməsi çox vacibdir. Belə zirzəmilərdə baş verənləri görmək, bunu anlamaq və Ukraynaya yardım etmək üçün çox vacibdir", - Zelenski əlavə edib.
O, Rusiya prezidenti Vladimir Putinə bir il öncə işğal zamanı Ukraynanın bu kəndinin sakinlərinin yaşadıqlarını yaşamağı arzu edib.
"Bir şeyi əlavə edə bilərəm: bütün bunları Rusiya prezidentinə arzu edirəm- öz həyatının qalan hissəsini zirzəmidə, ayaqyolu əvəzinə vedrə ilə keçirsin", - Zelenski deyib.
2022-ci ilin martın 3-də Rusiya qoşunları Çerniqov vilayətinin Yaqodnoye kəndinə daxil olub. Onlar sakinləri öz evlərindən qovaraq məktəbin zirzəmisinə salıb.
Ümumilikdə, rusiyalı hərbçilər sahəsi 197 kv metr olan zirzəmidə 367 nəfər, o cümlədən 50 uşaq və körpəni, - ən balacası ayyarımlıq olub, - bu zirzəmidə saxlayıb.
Kəndin 11 sakini qeyri-insani şəraitə tab gətirməyərək, dünyasını dəyişib, daha 10 nəfərini rusiyalılar güllələyib.
2022-ci ilin iyununda Ukrayna Prokurorluğu Rusiya Silahlı Qüvvələrinin səkkiz hərbi qulluqçusunu Yaqodnoye kəndində mülki insanların ölümündə şübhəli bilib. Həmin ilin yanvar ayında daha iki rusiyalı hərbçisinin şübhəli bilinməsi barədə məlumat verilib.
Bu gün isə Zelenski özünün "Telegram-kanal"ında Çerniqov vilayətində çəkilən dəhşətli fotoşəkilləri dərc edib."
"Rusiyalılar haraya daxil olubsa, oraya müsibət və əzab gətirib. İşğala məruz qalan yerlərdə insanları şıkəst edib və güllələyib. Şəhər və kəndləri məhv edib. İşğalçı bütün bunlara görə tam məsuliyyət daşımalıdır", - Zelenski deyib.