İraqın şimalında 10 PKK terrorçusu MƏHV EDİLDİ

İraqın şimalında Pençe-Kilit əməliyyatı bölgəsində keçirilən hava əməliyyatı ilə 10 PKK terrorçusu zərərsizləşdirilib.

Sozcu.az Türkiyə Milli Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, verilən açıqlamada: “Türkiyə Silahlı Qüvvələri polad caynaqları ilə terror yuvalarını məhv etməyə davam edir”, - deyə bildirilib.

Açıqlamada, "İraqın şimalındakı Pəncə-Kilid əməliyyatı bölgəsində müəyyən edilən 10 PKK terrorçusu hava əməliyyatı ilə zərərsizləşdirilib. Soylu millətimizi terror bəlasından xilas etmək üçün böyük əzm və əzmlə mübarizəmizi davam etdiririk" ifadələri qeyd edilib.

Share on Facebook