Tatarıstanda yeddi uşaq qarın altında qaldı

Tatarıstanda uşaqlar qarın altında qalıblar.

Sozcu.az xəbər verir ki, hadisə hotel komplekslərindən birində baş verib.

Bir neçə Tatarıstan sakini övladları ilə birlikdə istirahtə gəliblər və ərazidə iki  evcik kirayəyə götürüblər. Ailələrnin ikidən səkkiz yaşa qədər olan yeddi azyaşlı üzvü isə çöldə oynayıb.

Bir anda ətrafdakı yamaclardan birində yığılan uşaqların üzərinə aşıb. Böyüklər qar altında qalan övladlarının hamısını çıxara bilsələr də, iki yaşlı uşaq ayağından zədə alıb. O, xəstəxanaya yerləşdirilib. Zərərçəkənin vəziyyəti barədə məlumat verilmir.

Valideynlər mövcud vəziyyətdən narazı olduqlarından hüquq-mühafizə orqanlarına müraciət etməyi planlaşdırırlar.

Hadisədən sonra hotel kompleksinin ərazisində qartəmizləyən texnika müşahidə olunub.

Share on Facebook