"Müharibənin sona çatmasına aparan yol Putinin qətlə yetirilməsi və ya Kreml rəhbəri postundan devrilməsidir..."
"Rusiyalıların faciəli surətdə həyatlarını itirməsindən ikrar hissi keçirən generallar var..."
Mərkəzi Kəşfiyyat İdarəsinin sabiq rəhbəri Ukraynada müharibənin nə ilə bitəcəyini müfəssəl təsvir edib
Ukraynada müharibəyə son qoymaq üçün Vladimir Putin qətlə yetirilə bilər.
Sozcu.az xəbər verir ki, bu barədə Mərkəzi Kəşfiyyat İdarəsinin sabiq rəhbəri Ceyms Olson Britaniyanın "The Sun" nəşrinə müsahibəsində bəyan edib.
Olson qeyd edib ki, əgər Putin hakimiyyətdə qalacaqsa, o, heç vaxt müharibədən imtina etməyəcək və ona görə də müharibənin sona çatmasına aparan yol onun qətlə yetirilməsi və ya Kreml rəhbəri postundan devrilməsidir.
"Onu ya tanış oliqarxlar, ya hərbçilər, ya da, sadəcə, ona qarşı olanlar qətlə yetirəcək. Mən hesab edirəm ki, Putin hazırda uduşsuz vəziyyətdədir. Əgər o, hakimiyyətdə qalarsa, müharibə uzun çəkəcək, çünki o, təslim olmayacaq.
Amma düşünmürəm ki, Putin hakimiyyətdə qalacaq. Böyük ehtimalla, o, sadəcə, qətlə yetiriləcək. Mən qətlləri istisna etməzdim.
Mənim fikrimcə, böyük ehtimalla, bəzi vətənpərvər ovqatlı rusiyalılar zamanında Putini aradan götürməyə qərar verəcək. Və bu, müharibənin sonu demək olacaq", - 30 ildən artıq Mərkəzi Kəşfiyyat İdarəsində xidmət edən Olson deyib.
O, xatırladıb ki, Rusiya Ukraynaya qarşı müharibədə çox böyük itkilərə məruz qalır. Ukrayna hakimiyyətinin məlumatına görə, bu itkilər artıq 170 mini keçib.
"Mən bilirəm ki, rusiyalıların faciəli surətdə həyatlarını itirməsindən ikrah hissi keçirən generallar var. Məhz onlar, mümkündür ki, Putinə qarşı üsyanın təşəbbüskarları olacaq.
Və əgər onlar bunu etsələr, mən Putini "yeriyən ölü" kimi görürəm və o, buna tab gətirə bilməyəcək. Düşünürəm ki, Putinin aradan götürülməsi onun hərbi məğlubiyyətindən daha çox ehtimal ediləndir", - ABŞ əkskəşfiyyatının sabiq rəhbəri deyib.
"The Sun" nəşri qeyd edir ki, Putin özünün və Rusiyanın ali rütbəli hərbçilərinin bel bağladıqları uğurlara nail olmayıb.
Nəticədə Rusiya uzunmüddətli qəddar müharibəyə" cəlb edilib və "Rusiya ordusunun alçaldıcı məğlubiyyətləri hələ yenicə toplanmaqdadır".
"Hər şeydən göründüyü kimi, tiranın gələcəyi Ukraynada uğuru və ya uğursuzluğu ilə bağlıdır.
Onun sözlərinə görə, ağılsız Vladimir hərbçilərin gücünü və onların komandanlığının səmərəliliyini həddən artıq qiymətləndirməklə "yanlışlığa yol verib", - nəşr yazıb.