Yasda ehsan qadağası bu şəhərə çatdı

Mingəçevirdə yas mərasimlərində ehsan verilməsi ləğv edilib.

Sozcu.az xəbər verir ki, şəhər Ağsaqqallar Şurasının hesabat toplantısında bu barədə məsələ qaldırılıb.

Bildirilir ki, ən yaxın günlərdə Mingəçevir şəhər rəhbərliyi, dini icma və Ağsaqqallar Şurası tərəfindən bu qaydanın tətbiqi ilə bağlı müvafiq qərar çıxarılacaq.

Xatırladaq ki, daha öncə Sabirabad, Saatlı, Samux, Biləsuvar, Quba, Kürdəmir, Şamaxı, Balakən, Bərdə rayonları və Naxçıvanın Mahmudkənd kəndində yas mərasimlərində ehsan verilməsi dayandırılıb.

Share on Facebook