“Müharibə Rusiya ərazisinə keçir. Qoy, qarşı tərəf də müharibənin nə olduğunu başa düşsün”.
Bunu Ukrayna Müdafiə və Təhlükəsizlik Şurasının katibi Oliksiy Danilov “Azadlıq” radiosuna müsahibəsində deyib.
O bildirib ki, Moskva da savaşdan əziyyət çəkməlidir: “Ukraynalı uşaqlar, qadınlar və qocalar düşmən hücumlarına görə daim sığınacaqlarda yaşayırlar. Qoy, qarşı tərəf də Moskvada öz evlərində özlərini rahat hiss edə bilməsin”.
O.Danilovun sözlərinə görə, bu, ədalətlidir: “Qarşı tərəfə daha çox təzyiq göstərilməlidir”.
Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb. Bu ilin iyununda Ukrayna əks-hücum əməliyyatlarına start verib.
Xatırladaq ki, son zamanlar Ukrayna Rusiya ərazisinə, o cümlədən, paytaxt Moskvaya intensiv zərbələr endirir.