Avqustun 9-u saat 11:00-a olan məlumata əsasən ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib.
Bu barədə Sozcu.az a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, bəzi yerlərdə şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti arabir saniyədə Neftçalada 20, Goranboyda 19, Naftalanda, eləcə də Bakıda və Abşeron yarımadasında 16 metrədək güclənir.
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 35, dağlıq rayonlarda 30, Aran rayonlarında, eyni zamanda, Naxçıvan Muxtar Respublikasında 41 dərəcəyədək isti qeydə alınıb.