Təyyarədə iki çeçenistanlı uşaq olub

Aktau yaxınlığında qəzaya uğrayan sərnişin təyyarəsinin göyərtəsində iki çeçenistanlı uşaq olub. Sozcu.az TASS-a istinadən xəbər verir ki, bu barədə məlumatı jurnalistlərə Çeçenistanın uşaq Ombudsmanının nümayəndəsi Adam Xalikov açıqlayıb. Onun sözlərinə görə, uşaqlardan biri xəstəxanaya yerləşdirilib, digərinin taleyi isə hələ məlum deyil.

Mənə dedilər ki, təyyarə bu səbəbdən istiqamətini dəyişib...

Mənə verilən məlumata görə, Bakı-Qroznı marşrutu ilə hərəkət edən AZAL şirkətinə məxsus təyyarə havanın pisləşməsi ucbatından istiqamətini dəyişmiş və Aktau hava limanına tərəf uçmağa başlamış, eniş zamanı qəza baş vermişdir. Sozcu.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev təyyarə qəzası ilə bağlı keçirdiyi müşavirədə deyib. "Mediada, sosial şəbəkələrdə təyyarənin qəzaya uğraması anları mövcuddur. Ona görə onu hər kəs görə bilər. Ancaq qəzanın səbəbləri bizə bəlli deyil. Müxtəlif versiyalar var. Hesab edirəm ki, hələ bu barədə danışmaq tezdir. Məsələ tam araşdırılmalıdır. Baş Prokurorluq tərəfindən cinayət işi açılmışdır və təbii olaraq Azərbaycan ictimaiyyəti həm komissiyanın işinin nəticələri, həm də cinayət işinin gedişatı ilə bağlı müntəzəm olaraq məlumatlandırılacaq", - Prezident bildirib.

AZAL məlumat yaydı: Son dərəcə ağır və faciəli bir gündür

Azərbaycan Hava Yolları QSC (AZAL) ona məxsus Bakı-Qroznı reysini həyata keçirən sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhərində qəzaya uğraması ilə bağlı başsağlığı verib. Sozcu.az xəbər verir ki, bu barədə aviaşirkət açıqlama yayıb. "Bu gün AZAL üçün son dərəcə ağır və faciəli bir gündür. “Embraer-190” təyyarəsinin qəzaya uğraması nəticəsində həyatını itirən sərnişinlərə və ekipaj üzvlərinə Allahdan rəhmət diləyir, ailələrinə, yaxınlarına dərin hüznlə başsağlığı veririk. Onların ağrısı bizim də ağrımızdır. Xəsarət alanlara tez bir zamanda şəfa arzulayırıq", - məlumatda qeyd olunub.

Matəm günü ilə əlaqədar proqramlarda dəyişiklik olacaq

Azərbaycanda 26 dekabr matəm günü ilə əlaqədar televiziyaların proqramında dəyişiklik olacaq. Sozcu.az xəbər verir ki, bu barədə Audiovizual Şura məlumat yayıb. Bildirilib ki, “Media haqqında” Qanunun tələblərinə uyğun addımlar atılacaq. Həmçinin ictimaiyyətə əlavə məlumat veriləcəyi vurğulanıb.

Zəng edib dedi ki... - Qəzada xəsarət alan şəxsin atası

"Oğlum Qroznuya getmək üçün dünən Bakıya yollanıb. Bu gün səhər saatlarında təyyarə ilə yola düşüb. Uçuşdan 2 saat sonra təyyarənin qəzaya düşməsi barədə məlumatımız oldu". Bunu təyyarə qəzası nəticəsində xəsarət alan Gəncə sakini Toğrul Cəfərovun atası Mahir Cəfərov APA-ya açıqlamasında deyib. O bildirib ki, qəzadan bir müddət sonra oğlu onlara zəng edib: "Dedi ki, vəziyyətim yaxşıdır, təcili tibbi yardım maşını ilə xəstəxanaya apardılar. İndi müayinə edirlər. Görüntülü danışmışıq, həkimi ilə də əlaqə saxladım".

26 dekabr tarixli matəm Azərbaycanda İŞ GÜNÜDÜR, QEYRİ-İŞ GÜNÜ?

Prezident İlham Əliyevin Sərəncamı ilə dekabrın 26-sı Azərbaycanda matəm elan edilib. Mətam elan edilməsi dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədardır. Bəs 26 dekabr tarixli matən günü Azərbaycanda iş günüdürmü? Modern.az saytı sosial şəbəkələrdə və ictimaiyyət arasında yaranmış çoxsaylı sualları nəzərə alara, əmək qanunvericiliyini araşdırıb. Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin qərarlarına uyğun olaraq Azərbaycanda qeyri-iş günləri aşağldakı tarixlərdir: 1, 2 yanvar–Yeni il bayramı; 20 Yanvar–Ümumxalq Hüzn Günü; 8 Mart – Qadınlar Günü; Beş gün – Novruz bayramı; İki gün - Ramazan bayramı; 9 May – Faşizm üzərində Qələbə günü; 28 May – Müstəqillik Günü; İki gün – Qurban bayramı; 15 İyun– Milli Qurtuluş Günü; 26 İyun –Silahlı Qüvvələri Günü; 8 Noyabr – Zəfər Günü; 9 Noyabr – Dövlət Bayrağı Günü; 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü. Qeyd edək ki, 20 Yanvar - Ümumxalq Hüzn Günü istisna təşkil etməklə digər faciə günləri Azərbaycana iş günü hesab olunur Belə ki, 26 Fevral tarixi Azərbaycanda rəsmi olaraq Xocalı soyqırımı günü elan edilib. Hər 26 fevral saat 17.00-da Xocalı soyqırımının qurbanları bir dəqiqəlik sükutla anılır. 31 Mart tarixi də dövlət səviyyəsində Azərbaycanlıların soyqırımı günü kimi qeyd edilir. 27 Sentyabr tarixi isə İkinci Qarabağ müharibəsində həyatını itirən şəhidlərin xatirəsinin yad edilməsi üçün Anım günü kimi qeyd olunur. Yəni, 26 Fevral, 31 Mart və 26 Sentyabr tarixləri hüzn günləri olsa da, Azərbaycanda iş günü sayılır. Sabah - 26 dekabr tarixli matəm günündə də Azərbaycanda bütün idarə, müəssisə və təşkilatlar işləyəcək. Çünki 26 dekabr tarixinin qeyri-iş günü hesab edilməsi üçün Nazirlər Kabinetinin hər hansı qərarı imzalanmayıb. Qeyd edək ki, bir sıra qurumlar matəmlə əlaqədar sabahkı iş proqramında bəzi dəyişikliklər edib. Azərbaycanda gündəlik normal iş vaxtının müddəti 8 saatdan, gündəlik normal iş vaxtına uyğun olan həftəlik normal iş vaxtının müddəti isə 40 saatdan artıq ola bilməz. Bir qayda olaraq, iki istirahət günü olan beşgünlük iş həftəsi müəyyən edilir. Altıgünlük iş həftəsi olan iş yerlərində 40 saatlıq iş həftəsində çalışan işçilər üçün beşgünlük iş həftəsi üzrə hesablanmış norması tətbiq edilməlidir.

Təyyarədə olan hər üç Qırğızıstan vətəndaşı sağ qaldı

Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayan təyyarənin göyərtəsində olan hər üç Qırğızıstan vətəndaşı sağ qalıb. Sozcu.az xəbər verir ki, bu barədə Qırğızıstan Xarici İşlər Nazirliyindən məlumat verilib. "Aktau yaxınlığında təyyarə qəzası nəticəsində üç Qırğızıstan vətəndaşı xəsarət alıb, onlardan birinin vəziyyəti ağırdır", - Qırğızıstan XİN-in yaydığı məlumatda qeyd olunub. Xatırladaq ki, bu gün Bakı-Qroznı reysini həyata keçirən AZAL-a məxsus təyyarə Aktau yaxınlığında qəzaya uğrayıb. İlkin məlumata görə, qəza zamanı 32 nəfər sağ qalıb. AZAL təyyarənin göyərtəsində 62 sərnişinin olduğunu açıqlayıb. Onlardan 37 nəfər Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşıdır.

Qəzaya uğrayan təyyarədəki sərnişin və ekipaj üzvlərinin SİYAHISI

AZAL J2-8243 nömrəli Bakı-Qroznı reysində olan ekipaj üzvlərinin siyahısını açıqlayıb. AZAL-dan Sozcu.az-a verilən məlumata görə, təyyarədə olan ekipaj üzvləri bunlar olub: 1. Kşnyakin İqor 2. Kalyaninov Aleksandr 3. Əliyeva Hökümə 4. Əsadov Zülfüqar 5. Rəhimli Aydan *** 12:56 "Azərbaycan Hava Yolları" (AZAL) aviaşirkətinin Aktauda qəzaya uğrayan təyyarənin göyərtədə 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub. Modern.az AZAL-a istinadən xəbər verir. AZAL-ın J2-8243 nömrəli Bakı-Qroznı reysində olan sərnişinlərin siyahısı: 1. Ağayev Ramin 2. Əhmədov Rəşad 3. Əlimirzəyeva Xədicə 4. Əlimirzoyev Əli 5. Əliyev Zamin İdris 6. Anqbazova Maleyka 7. Arsbayeva Ceyran 8. Arsbayeva Madina 9. Asanov Rinat 10. Atsayeva Zaira 11. Babayev Anar 12. Bayramova Leyla 13. Bayramzadə Ayhan 14. Bislieva Cəmilə 15. Devrişov Samir 16. Devrişov Tofik 17. Cünüşaliyev Erlan 18. Ediev Uvais 19. Eqanov Məhəmmədəli 20. Evstiqneeva Kristin 21. Filiyev Ramazan 22. Qədirov Heydər 23. Qistarov İbrahim 24. Qistarov Rəşid 25. Qoqamova Möminat 26. Qurbaxov Həmzət 27. İandarov Arbi 28. İbrahimov Ramin 29. İgidova Nərminə 30. İsmayılov İsmayıl 31. İsmayılov Həbib 32. Cəfərov Toğrul 33. Cəlilov Nizami 34. Carayev Arif 35. Carayev Hacibrahim 36. Carayev Mahir 37. Ceerov Xızrı 38. Ceerova Salihət 39. Cüməqulov Bauyrcan 40. Cütayeva Salima 41. Xalayeva Hafisət 42. Kostiyev İbrahimxan 43. Maxsudova Qalina 44. Məmedov Zaur 45. Mehdiev Yadigar 46. Mustafayev Faiq 47. Omarova Leyla 48. Osmonov Tilek 49. Papaxov Mahəmməd 50. Rəximov Subxonkul 51. Sadıqov Qoşqar 52. Səidullayev Zinatul 53. Şabanova Vafa 54. Şaimərdanova Qauk 55. Siracov Nurullah 56. Siracova Müslimat 57. Tuleşsinov Sandibek 58. Tutunçiyev Mahmud 59. Ubaev Arbi 60. Yeznayeva Rana 61. Cəməlullail Medin 62. Cumaqat Eldar Qazaxıstan tərəfi ilə təmaslar həyata keçirilir və hadisə yerində Qazaxıstanın fövqəladə xilasetmə qurumları tərəfindən lazımi operativ zəruri dəstək göstərilir.

Qəzaya uğrayan təyyarədə olan uşaqların sayı...

Qazaxıstanda qəzaya uğrayan AZAL şirkətinə məxsus təyyarənin göyərtəsində 4 uşaq və yeniyetmə olub. Sozcu.az xəbər verir ki, bu barədə “Baza” Teleqram kanalı məlumat yayıb. Təyyarənin göyərtəsində Azərbaycan vətəndaşları - 16 yaşlı S.Cerova, 17 yaşlı N.Cəlilov, 11 yaşlı Qazaxıstan vətəndaşı E.Cumaqat və 11 yaşlı Rusiya vətəndaşı D.Arsbayeva olub. Qeyd edək ki, təyyarədə ekipajla birgə 67 sərnişin olub. Onlardan sağ qalan 28 nəfər xəstəxanaya yerləşdirilib.

Dəhşətli təyyarə qəzası: cinayət işi başladı - Rəsmi

Sərnişin təyyarəsinin qəzaya uğraması faktı ilə bağlı cinayət işi başlanıb. Sozcu.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb. “Azərbaycan Hava Yolları” aviaşirkətinə (AZAL) məxsus təyyarənin Aktauda qəzaya uğraması faktı ilə bağlı Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən Cinayət Məcəlləsinin 262.3 (hava nəqliyyatının hərəkət təhlükəsizliyi və istismarı qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) və 314.3-cü (səhlənkarlıq iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə tapşırılıb. Cinayət işinin istintaqı ilə bağlı Baş Prokurorluqda yaradılmış istintaq qrupunun üzvləri Baş prokurorun müavini Elmar Camalovun rəhbərliyi ilə Qazaxıstan Respublikasına ezam olunub. Habelə, Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən iş üzrə müvafiq istintaq və digər zəruri prosessual hərəkətlərin icra olunması məqsədilə Qazaxıstan Respublikasının Baş Prokurorluğuna Beynəlxalq hüquqi yardım haqqında vəsatət göndərilib. Qəzanın səbəblərinin araşdırılması və təxirəsalınmaz tədbirlərin görülməsi üçün aidiyyəti dövlət qurumları ilə birgə tədbirlər icra olunur. Azərbaycan Respublikasının Baş Prokurorluğu təyyarə qəzası nəticəsində həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə şəfa tapmasını arzulayır.

Təyyarə qəzası: uçuş heyəti sağ qalmayıb

Azərbaycan Hava Yolları aviaşirkətinə məxsus təyyarənin Qazaxıstanda qəzaya uğraması nəticəsində uçuş heyətinin bütün üzvü həlak olub. Sozcu.az xəbər verir ki, bu barədə “İnterfaks” məlumat yayıb. “İlkin məlumata görə, hər iki pilot ölüb”, - məlumatda deyilir. Qeyd edək ki, Azərbaycan Hava Yolları aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi duman səbəbindən əvvəlcə Mahaçqala limanına, daha sonra isə Aktauya yönləndirilib. Təyyarə Xəzər dənizi üzərində quş sürüsü ilə toqquşub və SOS siqnalı verib. Aktau şəhərinin 3 km yaxınlığında qəzaya uğrayıb.

Təyyarə qəzası: Yardım göstərməyə hazırıq! - İsrail

İsrailin Azərbaycandakı səfiri Corc Dik təyyarə qəzası ilə bağlı Azərbaycana başsağlığı verib. Sozcu.az xəbər verir ki, bu barədə Corc Dik X hesabında paylaşım edib. “Bu gün Azərbaycan Hava Yolları təyyarəsinin qəzası ilə bağlı xəbərlər bizi şok edib və dərin kədərə boğub. Biz sağ qalanların tezliklə sağalmaları üçün dua edirik. İsrail xalqı adından həyatını itirənlərin ailələrinə dərin başsağlığı veririk. İsrail səfirliyi müvafiq orqanlarla əlaqə saxlayır və lazım olan hər hansı bir yardım göstərməyə hazırdır. Qurbanların ruhu şad olsun", - səfir paylaşımında bildirib.

AZAL təyyarəsinin qəzası: ölənlərin sayı açıqlandı

12:14 Aktau yaxınlığında qəzaya uğrayan təyyarədə ölənlərin sayı 14 nəfərə çatıb. Sozcu.az xəbər verir ki, Qazaxıstan Səhiyyə Nazirliyi məlumat yayıb. “25.12.2024-cü il tarixində saat 10:58-də 1-ci kateqoriyalı təcili yardım çağırışı daxil olub (təyyarənin göyərtəsində balon partlayıb). 22 təcili tibbi yardım briqadası və Mərkəzi Tibb Mərkəzindən 6 briqada göndərilib. Rayon multidissiplinar xəstəxanasında 30 cərrahiyyə və travma çarpayısı, 10 reanimasiya çarpayısı hazırlanıb. Rayon uşaq xəstəxanasında da 20 çarpayılıq və 10 reanimasiya çarpayısı hazırlanıb”,- məlumatda deyilir. Qeyd olunur ki, hazırda 14 zərərçəkən rayon xəstəxanasına çatdırılıb: “14 nəfərdən 5-i ağır vəziyyətdə reanimasiyadadır. 11 yaşlı uşaq Uşaq Xəstəxanasına yerləşdirilib və təcili yardım səviyyəsində müayinə olunur. Daha 1 uşağı da gətirirlər, 16 yaşında”. Qeyd edək ki, Azərbaycan Hava Yolları aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəzaya uğrayıb. *** Qazaxıstanın Aktau şəhərində “Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus təyyarənin qəzaya uğraması nəticəsində xəsarət alan 25 nəfər xəstəxanaya yerləşdirilib. Bu barədə Qazaxıstan Fövqəladə Halllar Nazirliyindən bildirilib.

Qəzaya uğrayan təyyarəmizdə bu ölkələrin vətəndaşları olub

AZAL-ın Aktau limanı yaxınlığında qəzaya uğrayan təyyarəsinin göyərtəsində Qazaxıstan, Azərbaycan, Rusiya, Tacikistan və Qırğızıstan vətəndaşları olub. Sozcu.az xəbər verir ki, bu barədə Baza Teleqram kanalı məlumat yayıb. Məlumata görə, qəzaya uğrayan təyyarədə 15-ə yaxın rusiyalı olub. Qeyd edək ki, Azərbaycan Hava Yolları aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəzaya uğrayıb. Qroznıda duman olduğu üçün təyyarə əvvəlcə Mahaçqala, daha sonra isə Aktau hava limanına göndərilib. Xəzər dənizi üzərində isə təyyarəmiz quş sürüsü ilə toqquşub və SOS siqnalı verib. Təyyarədə 67 nəfər – 62 sərnişin və 5 ekipaj üzvü olub. Qazaxıstan FHN artıq 12 nəfərin sağ çıxarılaraq, xəstəxanalara yerləşdirildiyini bildirib.

AZAL açıqladı: təyyarədə 67 nəfər olub

Göyərtədə 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub. Sərnişinlər arasında uşaqlar olmayıb, zərərçəkənlər barədə məlumat tezliklə təqdim ediləcək. Məlumata görə sağ qalanlar var, onlara ilkin tibbi yardım göstərilir. Qazaxıstan tərəfi ilə təmaslar həyata keçirilir və hadisə yerində Qazaxıstanın fövqəladə xilasetmə qurumları tərəfindən lazımi operativ zəruri dəstək göstərilir.

FHN dəhşətli təyyarə qəzası ilə bağlı məlumat yaydı

Qazaxıstanın Aktau şəhəri yaxınlığında təyyarənin qəzaya uğradığı yerdə yanğının söndürülməsi üçün 52 yanğınsöndürən və 11 texnika cəlb olunub. Sozcu.az xəbər verir ki, Qazaxıstan Fövqəladə Hallar Nazirliyi bildirib. Hazırda zərərçəkənlər barədə məlumat dəqiqləşdirilir. İlkin məlumata görə, sağ qalanlar var. Fövqəladə Hallar Nazirliyinin (FHN) fəaliyyət göstərdiyi Komanda Mərkəzində respublika operativ qərargah yaradılıb. Qaynar xətt telefon nömrəsi: 8/7292/319099.

AZAL-ın təyyarəsinin dəhşətli qəzası: 12 nəfər sağdır!

11:24 Təyyarə qəzası baş verən yerdən müxtəlif dərəcəli bədən xəsarətləri alan 12 nəfər (onlardan biri uşaqdır) Aktaudakı Manqistau Regional Xəstəxanasına çatdırılıb. Sozcu.az xəbər verir ki, bu barədə Qazaxıstan mətbuatı məlumat yayıb. Həmçinin Qazaxıstan Respublikası Səhiyyə Nazirliyinin 21 təcili yardım briqadası fəaliyyət göstərir. Qeyd edək ki, Azərbaycan Hava Yolları aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 67 sərnişin, 5 ekipaj üzvü olub.

Vladiqafqazda güclü partlayış: ölü və yaralılar var

Rusiyanın Şimali Osetiya Respublikasının Vladiqafqaz şəhərindəki “Alaniya Moll” ticarət mərkəzində güclü partlayış baş verib. Sozcu.az xəbər verir ki, bu barədə Rusiyanın “Baza” Teleqram kanalı məlumat yayıb. Məlumata görə, partlayışdan dərhal sonra ticarət mərkəzində yanğın başlayıb. Hadisə nəticəsində 57 yaşlı qadın ölüb, daha 13 nəfər isə yaralanıb. Partlayışın qaz sızmasından baş verdiyi ehtimal olunur.

Qəzanın dəhşətli səbəbi: Qroznı AZAL təyyarəsini qəbul etməyib!

AZAL-ın Qroznıya uçan təyyarəsi duman səbəbindən qəbul edilməyib və əvvəlcə Mahaçqalaya, daha sonra isə Aktauya yönləndirilib. Sozcu.az xəbər verir ki, bu barədə Qroznı aeroportundan məlumat verilib. Təyyarə Xəzər dənizi üzərində quş sürüsü ilə toqquşu b və dərhal SOS siqnalı verib. Aktau limanına 3 km qalmış isə qəzaya uğrayıb. Təyyarədə 67 sərnişin, 5 ekipaj üzvü olub. Ölənlərin olduğu bildirilir. Qeyd edək ki, Azərbaycan Hava Yolları aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəzaya uğrayıb.

Prezident 2 fərman imzaladı

16:55 Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 3 may tarixli 1361 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə fərman imzalayıb. Sozcu.az fərmanın mətnini təqdim edir: Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 3 may tarixli 1361 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 5, maddə 765 (Cild I); 2024, № 4, maddə 381, № 6 (I kitab), maddə 649, № 7, maddələr 812, 814, 815; Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 13 dekabr tarixli 244 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”na aşağıdakı məzmunda 55-4-cü hissə əlavə edilsin: “55-4. Məcəllənin 517-3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol: 55-4.1. əmlaka zərər vurulmasına səbəb olan və ya səbəb ola biləcək hərəkətlərə yol verilməsinə, ictimai qaydanın və ictimai təhlükəsizliyin pozulmasına münasibətdə: 55-4.1.1. inzibati xətanı aşkar etmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi adından – bu Siyahının 1-ci hissəsində nəzərdə tutulan vəzifəli şəxslər; 55-4.1.2. inzibati xətanı aşkar etmiş yerli icra hakimiyyəti orqanları adından – bu Siyahının 12-ci hissəsində nəzərdə tutulan vəzifəli şəxslər; 55-4.2. əhalinin sağlamlığına zərər vurulmasına səbəb olan və ya səbəb ola biləcək hərəkətlərə yol verilməsinə münasibətdə: 55-4.2.1. inzibati xətanı aşkar etmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi adından – bu Siyahının 3-cü hissəsində nəzərdə tutulan vəzifəli şəxslər; 55-4.2.2. inzibati xətanı aşkar etmiş Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi adından – bu Siyahının 18-1-ci hissəsində nəzərdə tutulan vəzifəli şəxslər; 55-4.3. ətraf mühitə zərər vurulmasına səbəb olan və ya səbəb ola biləcək hərəkətlərə yol verilməsinə münasibətdə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi adından – bu Siyahının 19-cu hissəsində nəzərdə tutulan vəzifəli şəxslər; 55-4.4. qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin həyata keçirilməsinə yardım göstərilməməsinə münasibətdə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi adından – fövqəladə hallar naziri, onun müavinləri, Nazirliyin Aparatının baş idarə rəisi, onun müavini, idarə rəisi, onun müavini, regional mərkəzlərin rəisləri, onların müavinləri, Mülki Müdafiə Qoşunlarının komandanı, onun müavinləri, Mülki Müdafiə Qoşunları hərbi hissələrinin komandirləri, onların müavinləri, Xüsusi Riskli Xilasetmə Xidmətinin rəisi, onun müavinləri, Xüsusi Riskli Xilasetmə Xidməti hərbi hissələrinin komandirləri, onların müavinləri, Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar naziri, onun müavinləri.”. *** Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 7 noyabr tarixli 63-VIIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 25 fevral tarixli 485-VIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” Azərbaycan Respublikasının 2017-ci il 29 dekabr tarixli 955-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 yanvar tarixli 1794 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 mart tarixli 1639 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb. Fərmanda deyilir: 1. Azərbaycan Respublikasının Nazirlər Kabineti: 1.1. “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinə uyğun olaraq, Azərbaycan Ordusunun və başqa silahlı birləşmələrin dinc və müharibə (silahlı münaqişə) dövrlərində maddi-texniki vasitələrlə təmin edilməsi qaydasını altı ay müddətində müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; 1.2. “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 7 noyabr tarixli 63-VIIQD nömrəli Qanunundan irəli gələn digər məsələləri həll etsin. 2. “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 25 fevral tarixli 485-VIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” Azərbaycan Respublikasının 2017-ci il 29 dekabr tarixli 955-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 yanvar tarixli 1794 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 mart tarixli 1639 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 3, maddə 227 (Cild I) 1.1-ci bəndi ləğv edilsin.

Söyüş, əxlaqsızlıq, narkotikin təbliği - Azərbaycanda TikTok bağlanacaq?

TikTok sosial şəbəkəsinin Azərbaycanda artan populyarlığı və platformada yayılan bəzi məzmunların cəmiyyətə mənfi təsirləri son dövrlərdə geniş müzakirə olunur. Bu şəbəkədə müxtəlif adlar altında əyləncə yarışları təşkil etməklə əxlaqsızlığı təbliğ edən şəxslərə qarşı polis əməkdaşları tərəfindən tədbirlər görülür. Dünən bir neçə aktiv “TikTok” istifadəçisi saxlanılıb. Saxlanılanlar arasında Abdullayev Emin və Rəşad qardaşları, tanınmış aparıcı Azər İsmayılov (Azər Zahid) və özünü şair kimi təqdim edən İlhamə Elşadqızı da var. Tiktokerlərin həbsi ilə bağlı Bakupost.az -a danışan texnobloger Fərid Pərdəşünas bildirib ki, həmin məzmunların arasında xuliqanlığı təbliğ edən detallar olduğuna görə, Daxili İşlər Nazirliyi (DİN) bu məsələyə qarışıb: “Ümumiyyətlə, statistika göstərir ki, TikTok sosial şəbəkəsi Azərbaycanda kifayət qədər populyardır və sosial şəbəkələr arasında istifadəçi sayına görə, birinci yerdədir. Təəssüf ki, TikTok sosial platforması bu istifadəçilər arasında nə qədər yetkinlik yaşına çatmayan uşaqların olduğunu açıqlamır. Ehtimallar isə onu deyir ki, onlar üstünlük təşkil edir. Nəinki yetkinlik yaşına çatmayan uşaqlar, hətta azyaşlılar öz yaşlarını dəyişdirərək bu platformadan istifadə edirlər. Artıq demək olar ki, valideynlər uşaqlarıyla mübarizə apara bilmirlər. Onların ilk üz tutduğu platforma məhz TikTokdur. Bu platformada son zamanlar canlı yayımlar çox populyarlaşıb və həmin canlı yayımlarda qeyri-etik davranışların, bəzən də narkotik vasitələrin təbliği aparılır”. F.Pərdəşünasın sözlərinə görə, məzmunların tərkibi son dövrlərdə daha da pisləşib: “Bu da təbii ki, çox böyük rezonans doğurdu. Orada yaradılan realiti-şoular, keçirilən yarışmalar, yarışmalarda atılan atmacalar, hətta söyüşlər, qeyri-əxlaqi söhbətlər cəmiyyətdə müzakirələrə səbəb oldu. Son olaraq da DİN-in bu istiqamətdə müdaxiləsini gördük. Düşünmürəm ki, TikTok sosial şəbəkəsi Azərbaycanda bloklanacaq. Doğrudur, dünyanın bir çox ölkələrində bloklanması aktual məsələdir, lakin bu qeyri-əxlaqi məsələlərə görə yox, istifadəçilərin məlumat təhlükəsizliyi ilə bağlıdır. Bu platformanı Çin hökuməti ilə əlaqələndirirlər. Düşünürlər ki, Çin dünya üzrə istifadəçilərin datalarını yığır”. Texnobloger bildirib ki, Azərbaycanda sadəcə, platformada olan aktiv şəxslərlə bağlı müəyyən tədbirlər görülür: "Hansı ki, bu şəxslər cəmiyyətdə mənfi təsirlər göstərə biləcək məzmunlar yaradırlar. Mən düşünürəm ki, sosial şəbəkələri bağlamaq çıxış yolu deyil. Cəmiyyəti maarifləndirmək, formalaşdırmaq lazımdır ki, onlar normal məzmunlara daha çox önəm versinlər. Təbii ki, valideynlər uşaqlarına qarşı diqqətli olmalı, onlar nəzarətsiz qalmamalı, yetkinlik yaşına çatmamış bu tip məzmunlarla qarşılaşmamalıdırlar. Burada həm cəmiyyətin, həm valideynlərin, həm də dövlətin üzərinə böyük bir yük düşür ki, bu məzmunların Azərbaycanda yayılmasının qarşısını alsınlar”.

Suriyadakı silahlı qruplaşmalar razılığa gəldilər: Birləşirlər...

Suriyada Bəşər Əsəd rejiminin devrilməsində iştirak edən silahlı qrupları özlərini buraxmaq barədə razılığa gəliblər. Sozcu.az-ın məlumatına görə, bu barədə TRT kanalı məlumat yayıb. Bildirilir ki, silahlı qruplaşmalar Müdafiə Nazirliyinin çətiri altında birləşməyə razılıq veriblər. Məlumata görə, razılıq Suriyada hakimiyyətinin lideri Əhməd-əl Şara silahlı qrupların rəhbərləri ilə görüşdə əldə edilib. Suriyanın Baş naziri Məhəmməd əl-Bəşir keçən həftə bildirib ki, nazirlik keçmiş silahlı qruplaşmalardan və Bəşər Əsəd ordusundan qaçan zabitlərdən istifadə edilməklə yenidən strukturlaşdırılacaq. Suriyanın yeni rəhbərliyi Bəşər Əsədi devirən üsyançıların aparıcı simalarından hesab edilən Murhaf Əbu Qəsrəni müvəqqəti hökumətdə müdafiə naziri təyin edib. Xatırladaq ki, Suriyada silahlı qruplar ekabrın 8-də Dəməşqə nəzarəti ələ keçirib. Bəşər Əsəd Rusiyaya qaçmağa məcbur olub.

Nazirin sertifikat alverçilərindən xəbəri olmayıb?

Dekabrın 23-də Səhiyyə Nazirliyində hüquq mühafizə orqanlarının xüsusi əməliyyat keçirdikləri haqda məlumat vermişdik. Əməliyyat zamanı nazirliyin 6 rəhbər şəxsi saxlanıb. Onlardan ikisinin adı ictimaiyyətə açıqlanıb: nazir müavini İlqar Qasımov və nazirliyin İnsan resursları, elm və təhsil şöbəsinin müdiri Səidə Rüstəmova. Onların saxlanma səbəbi kimi plastik cərrahlara saxta sertifikat verilməsi göstərilib. İndi hamını düşündürən sual budur: Doğrudanmı saxtakarlıqdan ən üst rəhbərliyin xəbəri olmayıb? Globalinfo.az-a danışan siyasi şərhçi Heydər Oğuz bildirib ki, Səhiyyə Nazirliyi rəhbərliyinin cərrahlara saxta sertifikat verilməsindən xəbərinin olub-olmaması hər iki halda onların məsuliyyətini azaltmır. Onun fikrincə, rəhbərliyin xəbərinin olmaması yaxşı hal deyil: “Əgər rəhbər şəxslərin bu boyda həngamədən xəbəri olmayıbsa, bunun özü də böyük bir qüsurdur və onların təyinatları üzrə fəaliyyət göstərmədiklərindən xəbər verir. Çünki adından da göründüyü kimi, nazirlik ona təhkim olunan qurumun fəaliyyətinə nəzarət etmək üçün mövcuddur. Sertifikatların dəxli olmayan şəxslərə verilməsi onların nəzarətindən kənar qalıbsa, deməli, nazirlik yetkililəri dövlət və millət qarşısındakı vəzifə borclarını yerinə yetirməyiblər. Məntiqlə, fəaliyyətsizliklərinə görə cavab verməlidirlər. Yox, əgər bütün bu cinayətlər onların gözü qarşısında və xeyir-duaları ilə baş veribsə, o zaman daha böyük cinayət törədiblər. Hər bir halda Səhiyyə Nazirliyinin bütün rəhbər şəxsləri dərhal vəzifədən uzaqlaşdırılmalı, barələrində cinayət işi açılıb, fəaliyyətləri yoxlanılmalıdır. Ona görə ki, həmin məsuliyyətsiz şəxslər nə qədər öz layiq olmadıqları vəzifələrini davam etdirirsə, bənzər cinayətləri yenidən törədə bilərlər. Açığı, səhiyyə yetkililəri haqda hansısa ölçünün götürülməsi barədə indiyədək məlumata rast gəlməmişəm. Ümid edirəm ki, hakimiyyət onlar barəsində təcili ölçü götürər və bunu ictimaiyyətlə paylaşarlar”. Heydər Oğuz deyib ki, saxta sertifikat alan cərrahların qurbanı olan xeyli sayda insanla görüşüb, onların şikayətlərini dinləyib: “Onlardan bir çoxu qadın olduğundan və adlarının açıqlanmasını istəmədiklərindən bu barədə məlumatları paylaşmamışam. Amma bəzilərinin şikayətlərini və şəkillərini paylaşdığım da olub. Şikayətçilərin bildirdiyinə görə, estetik əməliyyatların düzgün aparılmaması nəticəsində ölən pasiyentlər var. Bəzilərinin bədənləri get-gedə çürüyür və onları xilas etmək mümkün olmur. Bu mənada saxta sertifikat alıb estetik əməliyyat aparan “həkimlər” vətəndaşların sağlamlığına sadəcə zərər vurmayıblar, rəsmən onları öldürüblər. Məntiqlə, həmin saxta həkimlərə və onlara sertifikat verən şəxslərə ən ağır cəza verilməli, xeyli sayda insanın qətlində günahlandırılmalıdırlar. Əks halda, bir neçə saxta həkimi və onlara sertifikat satan səhiyyə dəllalını tutmaqla bu məsələdə ədaləti bərqərar etmək mümkün deyil. Problem kökündən həll olumalı, səhiyyə terrorunun qarşısı ən sərt şəkildə alınmalıdır”.

Səhiyyə Nazirliyindəki həbslərin SENSASİON TƏFƏRRÜATLARI – 8 saat...

Xəbər verildiyi kimi, Səhiyyə Nazirliyinin yüksək vəzifəli əməkdaşları həbs edilib. Tutulanlar qanunsuz plastik cərrahiyyə əməliyyatlarının aparılması üçün saxta sertifikatlar təqdim etməkdə şübhəli bilinir. Sozcu.az xəbər verir ki, tutulan 6 şəxsdən biri saxta sertifikatlarla bağlı qalmaqallı yazılarda adı çəkilən Kadrlar, elm və təhsil şöbəsinin müdiri Səidə Rüstəmovadır. Araşdırma yazılarında adı keçən digər şəxslərin də, o cümlədən səhiyyə nazirinin müavini İlqar Qasımovun həbs ediləcəyi iddia olunur. Səhiyyə Nazirliyinin mətbuat xidməti “məsələ ilə bağlı bəyanat veriləcəyini” açıqlayıb. Xatırladaq ki, dekabr 12-də Daxili İşlər Nazirliyinin mətbuat xidməti qanunsuz plastik əməliyyatlarla bağlı mətbuatda yayılan və 1 xəstənin ölümünə səbəb olan məlumatlara əsasən araşdırma başladığını açıqlayıb. Bu ilin noyabrında isə ABŞ-da yaşayan jurnalist Qənirə Ataşova yaxın qohumunun Bakıda fəaliyyət göstərən plastik cərrahların qurbanı olduğunu açıqlayıb. Jurnalist saxta yollarla plastik cərrahiyyə şəhadətnaməsi alanların adlı siyahısını “Azərbaycanın Estetik Cərrahiyyəsinin üzü - Səhiyyə Nazirliyinə 30 min manat verib bir gecədə ixtisas dəyişən həkimlərin siyahısı” qeydi ilə yayımlayıb: “2011-ci ildən sonra Azərbaycanda rezidentura təhsili tətbiq olunub. Qanuna əsasən, rezidenturanı bitirməyənlər ixtisaslı həkim ola bilməz. Amma təqdim etdiyim siyahıdakı həkimlərin heç biri estetik cərrahiyyə üzrə rezidentura təhsili almayıb. Sual yaranır: bəs necə oldu ki, bu adamlar bir gecədə estetik cərrah oldular? Cavab sadədir, əziz oxucu. Səhiyyə Nazirliyinə bir “səmimi” rüşvət - düz 30 min manat! ödəyib “möcüzəvi şəkildə” ixtisas dəyişdirmək mümkündür. 30 min manata nazirlik dövlətin möhür və imzasını belə “hədiyyə” edir. Nə deyək, məbləğ o qədər “ucuzdur” ki, insanın az qala ürəyi ağrıyır. Bu möhtəşəm sertifikatın qiymətini niyə 500 min manat etməyiblər? Axı, peşəkar fırıldaqlar daha bahalı olmalıdır, elə deyilmi? Əlbəttə, saxta cərrahlarımız da özlərini daha inandırıcı göstərmək üçün xaricdə qısamüddətli kurslara qatılırlar. Təsəvvür edin, gedib bir-iki gün xaricdə “təhsil” alır, sonra isə böyük fəxrlə geri qayıdıb, “Beynəlxalq sertifikatlı estetik cərrah” olduqlarını iddia edirlər. Amma diqqət edin, bu kurslar adi izləyiciləri də qəbul edir. Yəni istəsəniz, siz də gedib orada oturub “beynəlxalq mütəxəssis” kimi özünüzü hiss edə bilərsiniz! Nə gözəl bir dünya, deyilmi? Siyahını yaymaqda məqsədim heç kimi gözdən salmaq deyil. İstəyirəm, insanlarımız belə “müasir” və “asan” yolla estetik cərrah olan həkimlərə aldanmasın. Əgər əməliyyat etdirmək istəyirsinizsə, seçdiyiniz həkimin təhsilini və peşəkarlığını diqqətlə araşdırın. Axı, sağlamlığınız ucuz saxta sertifikatlardan daha qiymətlidir, elə deyil? Hə, sənədlərdəki imzanın müəllifləri Səhiyyə Nazirliyinin Elm və təhsil şöbəsinin müdiri Səidə Rüstəmova və nazirin müavini İlqar Qasımovdur”. Qənirə Ataşovanın yaydığı siyahını təqdim edirik: Saxta yollarla plastik cərrahiyyə şəhadətnaməsi alanların SİYAHISI 1. İsmayılova İnarə Azər qızı AH N039732 – Məlhəm Klinikası 2. Babayev Rövşən Vahid oğlu AH N039707 - Referans Estetik Mərkəz 3. Əmiraslan Əmiraslanov Rəsim oğlu AH N053249 - International Medical Center 4. Svetlana İbadullayevə Suleyman Q. Şahadətname No: 2491 Referans Estetik Mərkəz 5. Səkinə Xudiyeva Fərmayil qızı AH N045184 - Badam Medical Center Plastik Cərrah_Sakina_Xudiyeva 6. Vüsal Abdullayev - Badam Medical Center 7. Seymur Məmmədov İlqar Sertifikat AH N-052506 - Vımay Medical Center 8. Sevinc Heydərova Abısalam qızı - Respublika Diaqnostika Mərkəzi ATU 2003-2009 Dr.Sevinc.Heyderova 9. Elvira Rəhmanzadə Hüseyn qızı Sert: AH N047401 - National Prime Hospital Dr. Raxmanzade" 10. Hüseynzadə Əlif Hüseyn oğlu - National Prime Hospital Dr. Alifplast 11. Magamed Polukhov Xanlar oğlu AH N037747 - Funda Hospital Dr. Poluxov_m 12. Rabil Osmanov Üzeyir oğlu AH N045587 - Mercan Klinik Dr. Rabil_Osmanov 13. Elçin Ələsgərov Rəsim oğlu AH N047463 - Məlhəm Hospital 14. Mais Nəzərov Vaqif oğlu AH N044050 - Artromed Tibb Mərkəzi Dr_Nazarov_Mais 15. Pərviz Əhmədov Nizami oğlu - Badam Medical Center 16. Mirəzi Zaidov - HTC Cliniva Hospital, 08.04.1968 17. Taleh Huseynzade Azad oğlu 1992 DrTalehPlast 18. Günəş Piriyeva Abuzər qızı - Kəpəz Hospital İxtisası uzi həkimidir Dr GuneshPiriyeva 19. Hacı Kazımlı İlham oğlu - A Medical Hospital Dr.Hacı_Kazımlı 20. İbrahimov Famil Namiq oğlu 1991 - Laser Beauty Clinic VIP Dr Familİbrahimoff 21. Qüdrət Orucov Rəsim oğlu 1990 - laser Beauty Clinic Op Dr QudretOrucov 22. Əhmədova Asiman Yaşar qızı - LBC (Laser Beauty Clinic) Dr.Asiman.Ahmadova 23. Ulviyye Ağazadə Allahverən qızı 1993 Azər-Türk Med Klinika Dr.Ulviyya.Z.Agazada 24. Bağırova Sevinc Əziz qızı - Sonamed Klinikası; Dr.Sevinc.Bağırova 25. İsmayılova Xəyalə Uğur Estetik Mərkəz Ugur_Estetk_Merkezi777 26. İbrahimbəyli Bayram Vaqif oğlu - Dream Smile Diş Klinikası 30.05.1985; Dr.İbrahimbəyli 27. Əmiraslanlı Bəxtiyar Ramazan oğlu - Unikal Klinika Dr.Baxtiyar_Amiraslanlı 28. Elnur Mehrəli Khalid oğlu 1984 - Yasamal Hospital Dr.ElnurMehrali 29. Qarayev Erkin Əli oğlu - Medaura Klinika Erkin_Doctor Dr_Erkİn_Qarayev 30. İbrahimova Günel Vahid qızı 31. Könül Ağamirova Əlifərid qızı - Milan VIP Hospital DrKonulAgamirova 32. Billurə Məmmədova Medicare Klinikası 33. Natəvan Əmirova Süleyman qızı - Laser Beauty Clinic Neapol Dr.N.Amirova 34. Nazlı Babayeva Dr_.Nazli 35. Nurlan Həsənli Medaura Clinic Dr.Nurlan_Hesenli 36. Rəvan Cəfərli İsaq oğlu 09.01.1996 Medika Hospital 37. Rüstəm Nəsibov Süleyman oğlu 09.07.1990 - Referans Estetik Mərkəzi 38. Elnur Rzayev А-Medical Hospitalda (Azərtürk) Dr.Rzayev_E 39. Şahin Əsgərov Mediland Hospital Dr.Sahin_Esgerov 40. Samiq Qurbanov А-Medical Hospital Dr.Samiq_Qurbanov 41. Sövkət Əliyeva Rüstəmzal qızı - Azər-Türk Med Klinika Cərrah_Shovket.Aliyeva 42. Türkan Şəfiyeva Mehman qızı - Caspian Hospital Op.Dr.Turkan_Shafiyeva 43. Elnara Quliyeva Dr.Elnara.Khulieva 44. Dr. Siruz Qəzənfərov Rinoplastika.SiruzQezenferov 45. Gülnar Səfərəliyeva Rəsim qızı 16.04.1986 Kraton Klinik Op.Dr.Gulnar_Safaraliyeva 46. Firuzə Rəcəbisaq Elmed Klinikası 0552388810 47. Gündüz Bayram İlham oğlu 05.06.1984 Dr.GunduzBayram.Official (Diş Həkimi) 48. Şəbnəm Əliyeva Dr.Shebnem_Alieva 49. Vəfa Gündoğan Dr.Vefa.Gundogan Musavat.com-un əməkdaşı siyahıdan ixtiyari bir ad seçməklə “Google” axtarış sisteminə daxil edib. Siyahıda adı olan Könül Ağamirovadan şikayətçi Nailə Əliyeva hələ 2020-ci ildə mətbuata üz tutaraq aldadıldığını açıqlayıb. Onun şikayətini olduğu kimi təqdim edirik: “Mən Əliyeva Nailə Zakir qızı estetik cərrah Könül Ağamirovanın instaqram səhifəsindəki reklamının qurbanı oldum. Reklamlarına aldanaraq “Milan Vip Hospital”a sinə kiçiltmə, liposaksiya əməliyyatı üçün müraciət etdim. Estetik cərrah Könül Ağamirova məndən 3700 AZN qarşılığında bu əməliyyatı yüksək səviyyədə keçirəcəyini bildirdi. 3700 AZN ödədikdən sonra 12 may 2020-ci ildə bu əməliyyata alındım. 8 saat cərrahi stolda narkoz altında əməliyyatda oldum. Lakin bir müddətdən sonra estetik əməliyyatımda heç bir dəyişiklik hiss etmədim, Könül Ağamirova ilə əlaqə saxlasam da, mənə müxtəlif bəhanələr gətirərək 2-3 ay müddətində effektini hiss edəcəyimi bildirdi. Aylar keçsə də, heç bir dəyişiklik hiss olunmadı. Ödənişimi geri istəsəm də, müxtəlif bəhanələr gətirərək mənə yenidən ikinci əməliyyatı keçirməyimi təklif etdi, “əgər alınmasa, ödənişini geri qaytaracam” dedi. Mən isə razı olmadım, pulumun geri qaytarılmasını tələb etsəm də, mənə süni bəhanələr, hədə-qorxular gəlinir, hətta “Milan Vip Hospital”ın baş həkimi də məni qəbul etməkdən imtina edir. Bildirmək istəyirəm ki, vətəndaşlarımız bu cür qeyri-peşəkar estetik cərrah Könül Ağamirovanın qurbanına çevrilməsinlər. Əks halda mənim ödənişim geri qaytarılmasa, məhkəmə orqanlarına şikayət edib təzminat tələb edəcəm. Bildirmək istəyirəm ki, “Milan Vip Hospital”da mənə qəbz belə verməkdən imtina ediblər. Düşünürəm ki, bu da vergidən yayınmağın bir növüdür”. Xatırladaq ki, sosial şəbəkələrdə Əməkdar artist Aybəniz Haşımovanın qızı Aynişan Quliyeva estetik cərrah Könül Ağamirovanı sərt tənqid edib.musavat.com)