"Mən Putini dəmir barmaqlıqlar arxasında görmək istəyirəm..."

"O, 90 yaşınadək bütün dünyanı səyahət edərək, özünün "Savaş yox, qanun" şüarını təbliğ edib..." "Ben Ferens 27 yaşında nasist hərbi cinayətkarlar üzərində Nürnberq məhkəmə prosesində prokuror olub..." Nasistləri mühakimə edən prokuror Ukrayna müharibəsi haqqında nə deyib? Nasistlər üzərində Nürnberq prosesinin sağ qalan sonuncu ittihamçılarından olan Bencamin Ferens 103 yaşında vəfat edib. Sozcu.az xəbər verir ki, amerikalı hüquqşünasın ölümü barəsində onun oğlu NBC telekanalına məlumat verib. Bencamin (Ben) Berell Ferenc 11 mart 1920-ci ildə Macarıstanda yəhudi ailəsində anadan olub. On aylığında ailəsi ABŞ-a mühacirət edib və Nyu-Yorkda məskunlaşıb. Dövlət məktəbinə getməzdən əvvəl oğlan yalnız uvrit dilində danışıb. Sonradan Ben Ferens hüquq təhsili alıb. 27 yaşında əsas nasist hərbi cinyətkarlar üzərində Nürnberq məhkəmə prosesində prokuror olub. O, Şərqi Avropa və SSRİ-nin işğal edilmiş ərazilərində insanların kütləvi şəkildə məhv edilməsi ilə məşğul olan CC bölmələrinin-aynzatsqrupların işi üzrə ittihamçısı kimi çıxış edib. İş üzrə bir milyondan çox insanın qətlində ittiham edilən 22 nəfər keçib. Onların hamısı günahkar bilinib, 13 nəfəri ölüm hökmünə məhkum edilib. Nürnberq prosesindən sonra Ferens nasizmdən əziyyət çəkən xalqlara və ölkələrə Almaniya tərəfindən ziyanın ödənilməsi-reparasiyalar və restusiyalar proqramları ilə məşğul olub. NBC qeyd edir ki, Ferens "Xolokostu yaşamış insanların kompensasiya ilə təmin edilməsində həlledici rol oynayıb". O, Haaqada Beynəlxalq Cinayət Məhkəməsinin yaradılmasında iştirak edib, bu şəhərdə onun adına piyada keçidi var. 2022-ci il martın 4-də Ben Ferens müsahibə verərək əmin olduğunu bildirib ki, Rusiya hakimi Vladimir Putin insanlığa qarşı cinayətlərinə görə məhkum edilməlidir. "Uşaqların, onların valideynlərinin qətlinə haqq qazandıra biləcək dəlillər yoxdur. Əlbəttə, o, məsuliyyətə cəlb edilə bilər. Bunu etmək üçün təkcə qətiyyət lazımdır, olar Ayda yaşamır. Mən Putini dəmir barmaqlıqlar arxasında görmək istəyirəm, bu, mümkündür", - Ben Ferens deyib. "İnsan haqları uğrunda yorulmaz mübariz doqquz kitab və onlarla məqalələr yazıb, sonsuz sayda nitqlər söyləyib, 90 yaşınadək bütün dünyanı səyahət edərək, özünün "Savaş yox, qanun" şüarını təbliğ edib", - NBC yazıb. "Mənim bəxtim son dərəcə gətirib ki, bu qədər  yaşamışam. Ümid edirəm ki, öz həyatım boyu nəsə yaxşı şeylər etmişəm", - o, ötən ilin noyabr ayında özünün sonuncu müsahibəsində deyib. Martın 11-də Ferensin 103 yaşı tamam olub. Onun rəsmi "Twitter" səhifəsində dərc edilən fotoşəklində o, əlil arabasında əyləşib, əllərində saxladığı balaca kağızda bu sözlər yazılıb: "Sevdiyin işlə məşğul ol".

Mənsimovdan direktora cavab: Ləyaqətsiz oyun...

Bir necə gündür ki, İstanbulda fəaliyyət göstərən Hüseyn Cavid adına məktəbin direktoru mənimlə bağlı bəzi media orqanlarında açıqlmalar verir. Mülahizələr irəli sürür ki, güya mən onun rəhbərlik etdiyi məktəbi bağlatdırmaq istəyirəm və s. Əslində, bu cür əsilsiz və şər-böhtan xarakterli iddialara cavab vermək fikrim yox idi. Lakin azərbaycanlı balaların təhsil məsələsi gündəmdə olduğuna və təhsil məsələsi mənimçün son dərəcə həssas məsələ olduğuna görə bu barədə qısa fikir bildirmək qərarına gəldim. Sozcu.az xəbər verir ki, bunu “Palmali Holding”in prezidenti, azərbaycanlı iş adamı Mübariz Mənsimov İstanbulda fəaliyyət göstərən Hüseyn Cavid adına məktəbin direktorunun onun haqqında mətbuatda səsləndirdiyi iddialara münasibət bildirərkən deyib. M.Mənsimov iddiaların əsassız olduğunu bildirib: “Mən və rəhbərlik etdiyim “Palmali Holding” şirkəti həmişə imkanlarımız daxilində azərbaycanlı tələbələrin təhsil almasına dəstək vermişik. Bu mənim ən başlıca həyat prinsiplərimdəndir və təmənnasız gördüyüm işlərdəndir. Çünki elmli və savadlı gənclik Azərbaycanın gələcəyidir. Və bu yöndə təmənnasız fəaliyyətimizi nə qədər ömrümüz var, davam etdirəcəyik. Sözügedən məktəbə gəlincə, Milli Qəhrəmanımız Mübariz İbrahimovun adını daşıyan məktəbdən dəstəklə bağlı müraciət oldu. Öyrəndim ki, məktəb artıq 5 ildir fəaliyyət göstərir. Biz isə ötən ildən, yəni, bir ildir ki, həmin məktəbə maliyyə yardımı göstəririk. Türkiyədə yaşayan aztəminatlı azərbaycanlıların övladlarının ödənişsiz təhsil almaları üçün bu prosesdə iştirak edirik. Məktəbin bütün ehtiyaclarını qarşılayırıq. Hüseyn Cavid adına məktəbin kollektivi də istəsə, müraciət etsə, eyni şəkildə dəstək verməyə hazırıq. Çünki ortada bizim balalar, onların qardaş ölkədə təhsilli və savadlı böyüməsi kimi həyati vacib bir məsələ var. Və mən bir azərbaycanlı olaraq, Türkiyə məktəblərində təhsil almaq üçün ən müxtəlif səbəblərdən sənədləri qaydada olmayan o körpələrin məktəbdən kənarda qalmasına izləyici qala bilmərəm. Bunu hər kəs bilsin ki, mən və “Palmali” şirkəti bütün tirajlanan dedi-qodulardan və şər-böhtandan uzağıq və o böhtanları yayanları Azərbaycanın gələcəyi olan uşaqlar və məktəb üzərindən düşmənçilik etməməyə dəvət edirəm. Çünki bu ləyaqətsiz oyundan əziyyət çəkən məhz o uşaqlardır”.

“İran və Azərbaycan müharibənin astanasındadır”

“İran və Azərbaycan xarici işlər nazirləri Hüseyn Əmir Abdullahian və Ceyhun Bayramov iki gün dalbadal – 7 və 8 aprel tarixlərində telefonla danışıblar. Bu, təbiidir. İki ölkə arasındakı münasibətlər dibin də aşağısındadır, faktiki müharibənin astanasındayıq”. Sozcu.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu bildirib. E.Şahinoğlu qeyd edib ki, bu, nə Azərbaycanın, nə də İranın maraqlarına cavab verir: “Ancaq münasibətlərin gərginlik mərhələsindən çıxması üçün ilk addımları Tehran atmalıdır: 1) Azərbaycan səfirliyinə edilən hücumun araşdırılması barədə Bakıya müfəssəl məlumat verilməlidir; 2) Deputat Fazil Mustafaya hücum edən terrorçulara əmrin İrandan verildiyi təsdiq olunarsa, Tehran buna aydınlıq gətirmək məcburiyyətindədir. İranın sərhəddə qoşun birlikləri toplamasından və hərbi təlimlərindən tutmuş, internetdə təxribatçı görüntülərin yayılmasına qədər məsələlər danışıqların sonrakı mərhələsində müzakirə olunmalıdır. İki ölkənin xarici işlər nazirlərinin mütəmadi telefon danışıqlarının mövcud gərginliyi azalacağına inam azdır. Çünki belə telefon danışıqlar keçmiş aylarda da olub, ancaq münasibətlərin normallaşmasına müsbət təsir etməyib. Çünki İranda qərarları bu ölkənin Xarici İşlər Nazirliyi vermir. İranda Azərbaycanla bağlı qərarları güc strukturları – İran İslam Keşikçiləri Korpusu və ona aid strukturlar verirlər. Deməli, münasibətlərin normallaşması üçün bu stukturların qərar verməsi lazımdır. Onlar qərar vermədən İran Xarici İşlər Nazirliyi istəsə belə münasibətləri normallaşdıra bilməyəcək, nazirlərin hər telefon danışığından sonra növbəti təxribatla üzləşəcəyik və gərginlik azalmayacaq. Digər tərəfdən İran parlamenti Azərbaycan əleyhinə sənədlər qəbul edir. İran Xarici İşlər Nazirliyi parlamentlərini inandırmalıdır ki, Azərbaycanın daxili işlərinə qarışmaq olmaz. İran XİN bunu edə biləcəkmi və ya bunu etmək istəyəcəkmi? Misal üçün İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian telefon danışığı zamanı illərdir təkrarladıqları fikri deyib: “Düşmənlər İran və Azərbaycan arasındakı problem və gərginlikdən faydalanırlar”. Aydındır ki, iranlı diplomat düşmənlər dedikdə İsraili və ABŞ-ı nəzərdə tutub. Yenə də eyni hava. ABŞ və İsrail Tehranın düşməni ola bilər, ancaq Azərbaycanın bu iki dövlətlə tərəfdaşlıq münasibətləri var. Tehran bunu qəbul etməyincə münasibətlərin normallaşmasından danışmaq yersizdir. Elə Ceyhun Bayramov da telefon danışığında iranlı həmkarının diqqətinə çatdırıb ki, Azərbaycan milli maraqlarına uyğun müstəqil xarici siyasət həyata keçirir. İki ölkə arasında gərginliyin azalması və münasibətlərin normallaşması üçün daimi əsasda fəaliyyət göstərən ikitərəfli komissiyanın fəaliyyətinə ehtiyac var. Bu komissiyada yalnız iki ölkənin diplomatları deyil, güc strukturlarının nümayəndələri və deputatları da iştirak etməlidir. Çünki Azərbaycana qarşı təxribatçı qərarları məhz İranın güc strukturları və deputatları qəbul edirlər. Güc stukturlarının saytlarında və televiziyalarında Azərbaycan əleyhinə təbliğat heç zaman dayanmayıb, bu məsələlərə də aydınlıq gətirilməlidir, bu məsələlərin həlli İran Xarici İşlər Nazirliyinin səlahiyyəti xaricindədir. Eyni zamanda İranın ali dini liderinin mollalarına Azərbaycan haqqında danışarkən diqqətli olmalarını tövsiyyə etməlidir. Nazirlər telefon danışığı zamanı Azərbaycanla İran arasında mövcud olan layihələrin icrası istiqamətində iş aparılmasına dair razılıq ifadə ediblər. İki ölkə arasında ortaq layihələrin icrası vacibdir. Ancaq münasibətlərdə gərginlik azalmadan, İrandakı bütün strukturlar Azərbaycanın daxili işlərinə qarışmaqdan vaz keçməyincə, təxribatlarını durdurmadıqca, ortaq iqtisadi layihələrin reallaşması çətin olacaq”.

Ukrayna Krımı vurdu: Rusların S-300-ü məhv edildi

Aprelin 8-də Krımın Feodosiya şəhərinə raket hücumu edilib. Sozcu.az xəbər verir ki, bu barədə Teleqram kanallarında məlumat yayılıb. Məlumata görə, atılan raketlərdən biri hava hücumundan müdafiə sistemləri tərəfindən vurulsa da, ikinci raket S-300 zenit-raket sistemini məhv edib. Raket zərbələri nəticəsində 3 rusiyalı hərbçi də yaralanıb.

QRU-nun zabiti Ukraynanın tərəfinə keçdi

Rusiya Baş Kəşfiyyat İdarəsinin keçmiş zabiti Vladislav Ammosov Ukrayna tərəfə keçib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb. Məlumata görə, Yakutiyadan olan kəşfiyyatçı bundan sonra Rusiyaya qarşı döyüşəcək. 15 ildən çox Rusiya ordusu və xüsusi xidmət orqanlarında xidmət edən Ammosov bildirib ki, İkinci Çeçen müharibəsində də iştirak edib.

Erməni əsgərlər güllələndi

Ermənistan xüsusi ordu korpusunda qanlı insident baş verib. Hadisə nəticəsində iki hərbi qulluqçu yaralanıb. Belə ki, xidmət yoldaşlarının təhqir və təzyiqlərinə dözməyən əsgər axşam saatlarında avtomat silahından atəş açaraq iki əsgəri güllələyib. Faktla bağlı araşdırma aparılır.

ABŞ nüvə sualtı gəmisini İran körfəzinə göndərdi

ABŞ-ın “USS Florida” nüvə sualtı gəmisi 5-ci Donanmasını dəstəkləmək üçün İran körfəzinə göndərilib. Sozcu.az xəbər verir ki, bu barədə ABŞ Hərbi Dəniz Qüvvələrinin yaydığı bəyanatda bildirilib. "Suriyadakı hücumlar və İranın başqa ölkələrin ticarət gəmilərinə qarşı təhdidləri ABŞ-ı dəniz qüvvələrinin hazırlıq səviyyəsini artırmağa vadar edib", - bəyanatda qeyd edilib. Qeyd edək ki, ABŞ və İsrail kəşfiyyat orqanları SEPAH-ın İran körfəzi və Oman dənizində İsrailə məxsus ticarət gəmilərinə PUA-larla hücumlar həyata keçirməyə hazırlaşdığını bildirmişdi.

NATO bunu Ukraynasız bacarmayacaq - Zelenski

NATO yalnız Ukrayna ilə birlikdə Avropanın real müdafiəsinə zəmanət verə bilər. Sozcu.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib. "Yalnız Ukrayna ilə birlikdə NATO Avropa üçün xalqların həyatına, mövcud sərhədlərə və qaydalara əsaslanan beynəlxalq nizama hər hansı qəsddən real müdafiəyə zəmanət verəcək. Ancaq Ukraynasız gücü təsəvvür etmək çətindir", - Zelenski bildirib.

Rusiyanın itkiləri 178 mini keçdi

Ukrayna müharibənin 410-cu günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 178 150 hərbçi, 3636 ədəd tank, 7024 ədəd zirehli döyüş maşını, 2740 ədəd artilleriya sistemi, 533 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 282 hava hücumundan müdafiə sistemi, 307 ədəd hərbi təyyarə, 292 ədəd helikopter, 5602 ədəd avtomobil texnikası, 2312 ədəd PUA, 911 qanadlı raket, 18 gəmi/qayıq, 309 xüsusi avadanlıq itirib.

Bu ölkədən İsrailə xəbərdarlıq: Fəlakətli nəticələr olacaq...

Əgər İsrail qüvvələri Əqsa məscidinə yenidən basqın etsə, bunun fəlakətli nəticələri olacaq. Sozcu.az xəbər verir ki, bunu İordaniya Xarici İşlər Nazirliyinin rəsmisi Sinan Məcali deyib. “İsrail polisi yenidən dindarlara hücum edərsə, bu, vəziyyəti daha da gərginliyə və zorakılığa sürükləyəcək və bunun əvəzini hər kəs ödəyəcək”, - Məcali bildirib. Onun sözlərinə görə, İsrail hakimiyyəti Qüdsdə və bütün işğal olunmuş Fələstin ərazilərində eskalasiyaya görə məsuliyyət daşıyır.

Bu ölkədə silahlılar 40-dan çox insanı öldürdü

Burkina-Fasonun şimalında silahlılar tərəfindən azı 44 mülki şəxs öldürülüb. Sozcu.az xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanları məlumat yayıb. Silahlı qrup Kuraku və Tondobi kəndlərinə hücum edib. Hücuma görə hansı qrupun məsuliyyət daşıdığı barədə məlumat yoxdur.

Xaçmazda 58 yaşlı kişi intihar edib

Xaçmaz rayonunun Hacıisaoba kənd sakini 1965-ci il təvəllüdlü Əmirquluyev İslam Cabir oğlu yaşadığı ərazidə özünü asıb. "Report"un Şimal bürosunun məlumatına görə, onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə təhvil verilib. İntiharın səbəbi hələ məlum deyil. Hadisə ilə bağlı araşdırma aparılır.

Tovuzda yol qəzası - 22 yaşlı gənc yaralandı

Tovuzda yol qəzası baş verib. Sozcu.az xəbər verir ki, hadisə rayonun Aşağı Öysüzlü kəndi ərazisində qeydə alınıb. Məlumata görə, hərəkətdə olan “VAZ 2106” markalı maşın “VAZ 2107” markalı avtomobillə toqquşub. Nəticədə “VAZ 2107” yol kənarındakı avtomobil sexinə çırpılıb. Avtomobildə olan sərnişin, Tovuz rayon sakini 22 yaşlı Amil Hüseynov xəsarət alaraq Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onun vəziyyətinin qənaətbəxş olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.

Zelenski: Ukrayna Polşadan 200 “Rosomak” zirehli transportyoru alacaq

Ukrayna Polşadan 200 “Rosomak” zirehli transportyoru alacaq. Sozcu.az-ın xəbərinə görə, bunu Ukrayna prezidenti Vladimir Zelenski özünün Telegram kanalında yayımladığı videomüraciətdə deyib. Zelenskinin sözlərinə görə, Kiyev Varşava ilə Ukraynaya 200 “Rosomak” zirehli texnikasının, həmçinin özüyeriyən minaatanların, raketlərin və MiQ qırıcılarının tədarükü barədə razılığa gəlib.

Bakıda avtomobil ana və iki azyaşlı övladını vuraraq ağır xəsarət yetirib

Bakının Xətai rayonunda avtomobil ana və iki azyaşlı övladını vuraraq ağır xəsarət yetirib. Sozcu.az-ın məlumatına görə, 8 noyabr prospektində avtomobil yolu keçən 1990-cı il təvəllüdlü Abdulova Türkanə İlqar qızı, onun azyaşlı övladları 2021-ci il təvəllüdlü Abdulov Murad Səyahət oğlu və 2017-ci il təvəllüdlü Abdulova Nihan Səyahət qızını vurub. Yaralılar təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar. Hadisənin təfərrüatı araşdırılır.report

Rusiyanın canlı qüvvəsi və hərbi texnikası məhv edildi

Ukraynanın raket qüvvələri və artilleriya bölmələri son sutka ərzində Rusiyanın canlı qüvvə, silah və hərbi texnikasının cəmləşdiyi iki bölgəni vurub. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı bildirib. Qeyd olunub ki, həmçinin, ukraynalı hərbçilər hava hücumundan müdafiə sistemlərinin bir mövqeyini, üç elektron döyüş stansiyasını və düşmənin bir sursat anbarını vurublar. "Müdafiə Qüvvələrinin aviasiyası bir sutka ərzində işğalçıların cəmləşdiyi ərazilərə 8 zərbə endirib. Düşmənin kəşfiyyat PUA-sı da vurulub", - Baş Qərargah vurğulayıb.

Əli Həsənov həbs olundu - Baş Prokurorluq

Abşeron Rayon İcra Hakimiyyəti başçısının Mehdiabad qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Əli Həsənovun qanunsuz əməlləri ilə bağlı keçirilən əməliyyat-axtarış tədbirləri çərçivəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb. Baş Prokurorluğun Mətbuat xidmətindən Sozcu.az-a verilən məlumata görə, istintaq zamanı Əli Həsənovun Mehdiabad qəsəbəsində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahələrində fərdi yaşayış evlərinin tikintisinə icazələrin, müxtəlif məzmunlu arayışların verilməsi və ümumi himayədarlıq müqabilində çoxsaylı vətəndaşlardan rüşvət almasına əsaslı şübhələr müəyyən edilib. Əli Həsənova Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 311.3.2-ci (təkrar rüşvət alma) maddələri ilə ittiham elan edilməklə, barəsində məhkəmənin qərarı əsasında həbs qətimkan tədbiri seçilib. İbtidai istintaq davam etdirilir.

Bayramovdan Abdullahiana: Hörmət etməlisiniz!

Azərbaycanın milli maraqlarına əsasən həyata keçirdiyi müstəqil xarici siyasətinə və region ölkələri ilə ikitərəfli münasibətlərinə hörmətlə yanaşılmalıdır. Sozcu.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian ilə telefon danışığı zamanı deyib. Nazirlər qarşılıqlı təmasların davam etdirilməsinin vacib olduğunu qeyd ediblər.

Azərbaycan XİN İrana cavab verdi

İranın Azərbaycandakı Səfirliyinin 4 əməkdaşının diplomatik statusa uyğun olmayan və Diplomatik Əlaqələr haqqında 1961-ci il Vyana Konvensiyası ilə ziddiyyət təşkil edən fəaliyyətinə görə “persona non grata” elan edilməsi ilə bağlı İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Nasir Kənaninin 7 aprel tarixli şərhi qərəzli və emosionaldır. Sozcu.az xəbər verir ki, bu barədə XİN-in mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə bildirib. Azərbaycan tərəfindən görülmüş tədbirin qonşuluq prinsiplərinə zidd olduğu barədə İran tərəfinin iddiası ilə bağlı bildiririk ki, Azərbaycan ərazisində qanunsuz fəaliyyət qonşuluq əlaqələri ilə uzlaşmır və atılan addımlar Vyana Konvensiyası çərçivəsindədir. İslam həmrəyliyi dindən siyasi məqsədlər üçün istifadəni, müsəlman qonşuların daxili işlərinə müdaxiləni istisna edir, eyni zamanda digər müsəlman ölkənin ərazilərinin hərbi işğalına dəstəyi ehtiva etmir. Azərbaycan öz qonşuları ilə münasibətləri daim qarşılılıq prinsipi əsasında qurub bu münasibətlərin pozulmasında heç zaman maraqlı olmayıb. Azərbaycan tərəfindən görülən adekvat tədbirlər hər zaman təxribatçı və təhrikçi addımlara cavab olub.

“Deyib ki, qızımın yaxşı fiqurası var... Bu, tərbiyəsizlik, əxlaqsızlıqdır”

“Hər kəs öz yolunu özü seçir deyə, demək olmaz ki, sənətçilərimiz niyə Türkiyədəki kimi siyasətə qatılıb öz namizədliklərini irəli sürmürlər. Vaxtında Zeynəb Xanlarova da deputat olub və parlamentdə oturub”. Bu sözləri Yenisabah.az-a açıqlamasında tanınmış ifaçı Akif İslamzadə deyib. O, Azərbaycanda parlament seçkiləri ərəfəsində sənətçilərin siyasətə qarışmamasından və öz namizədliklərini irəli sürməməsindən söz açıb. Xatırladaq ki, mayın 14-də keçiriləcək prezident seçkilərində Türkiyənin bir sıra incəsənət xadimləri millət vəkili olmaq üçün öz namizədliklərini irəli sürüblər. “O ki qaldı mənə, mən birincisi, yaşıma görə istəmirəm, ikincisi də lap cavan olsaydım belə, gedib orada oturmaq mənə vaxt öldürmək kimi gəlir. Əksinə, daha səmərəli işlə məşğul olardım. Çıxın, şəhərə sorğu aparın. Əgər qohumu, qonşusu və kəndlisi deyilsə, soruşduğunuz deputatların çoxunun adını bilməyəcəklər. Görün, kimsə tanıyacaq?!”, – müğənni etiraz edib. “Biz hələ sənətçilərin siyasətə qatılmağından söz açırıq. Təsəvvür edin ki, Mədəniyyət Nazirliyində məni – Akif İslamzadəni tanımadılar. Nazirlikdə məndən soruşdular ki, siz kimsiniz? Qısası, mənə görə, parlamentdə oturmaq vaxt itkisidir. Əgər ev-eşik, var-dövlət hayında deyillərsə, orada oturmağın mənası yoxdur”, – əlavə edib. A. İslamzadə söyləyib ki, nəinki Azərbaycanda, hətta dünyada tənəzzül gedir: “Siyasətlə məşğul olanların özlərinə diqqətlə fikir verin. Hamısının kompleksi var. Məsələn, Makron danışanda əzilib-büzülür, Bayden danışığını bilmir, sovet dönəmi liderləri də eynilə. Baydendən əvvəl olan prezident Tramp da deyib ki, qızımın yaxşı fiqurası var, amma heyf ki qızımdır. Bu, tərbiyəsizlik, əxlaqsızlıqdır. Bunların hamısı dünyanın özünün mənəviyyatsız və əxlaqsız olmasının göstəricisidir Biz Nuh peyğəmbərin dövründə bu halla qarşılaşdıq, bir də ki indi. Nuh peyğəmbərin dövründə rəbbimiz su ilə bizi imtahana çəkdi, indi də odla. Amma bəşər özünü doğrultmur”.

"Qarabağ" "Ayntraxt"a, "Neftçi" "Beşiktaş"a qalib gəldi - "İzmir Cup"

“İzmir Cup – 2023” turnirinin qrup mərhələsinin 4-cü turunun oyunları keçirilib. Sozcu.az xəbər verir ki, “Qarabağ”ın U-12 komandası Almaniyanın “Ayntraxt” (Frankfurt) klubu ilə qarşılaşıb. Qarşılaşma Ağdam təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Qələbə qolunu Həsən Mürşüdzadə vurub. "Qarabağ" bu gün “Başakşəhər”, “Altınordu”, “Manisa” və “Portu” klubları ilə də qarşılaşacaq. "Neftçi" isə bu gün Türkiyə təmsilçisi "Beşiktaş"la qarşılaşıb və Sübhan Əlizadənin son dəqiqə qolu ilə qalib gəlib - 1:0. Qeyd edək ki, "Qarabağ" ilk oyun günündə "Ayaks" və "Srvena Zvezda"ya uduzub (hər iki oyun - 0:2), "Boluspor"la heç-heçə edib. "Neftçi" isə turnirdə ilk matçında İtaliya “Yuventus”u ilə qolsuz heç-heçə edib. Türkiyənin “Girəsunspor” komandasına 1:0 hesabı ilə qalib gələn “Neftçi” günün son matçında Almaniya “Şalke”sinə eyni hesabla uduzub – 0:1.

Öldürülüb quyuya atılan şəxs Elnarə Bəkirovanın atası imiş

Xəbər verdiyimiz kimi, daha öncə itkin xəbəri yayılan 1954-cü il təvəllüdlü Kamran Bəkirovun öldürülməsi və meyitinin gizlədilməsi məlum olub. Sozcu.az OLAY-a istinadən xəbər verir ki, həmin şəxs tanınmış iş xanımı, “Şərifzadə Art Center”in şəriklərindən biri rəssam-modelyer Elnarə Bəkirovanın atasıdır. Cinayət əməlini törətməkdə şübhəli bilinənlər - əvvələr məhkum olunan 1953-cü il təvəllüdlü Mustafa Zeynalov, 1984-cü il təvəllüdlü Namiq Əliyev saxlanılıb. Xatırladaq ki, üzərində 300 min manatla itkin düşən Kamran Bəkirova küt alətlə xəsarət yetirilib, "Ləhiş bağları" ərazisindəki su quyusuna atılıb. 

Kopırkindən GÜLÜNC BƏYANAT: "Qarabağda təhlükəsizliyi biz təmin edirik"

“Rusiyanın Qarabağdakı mövcudluğu təhlükəsizlik və vəziyyətin gərginləşməsinin qarşısının alınması baxımından çox mühüm rol oynayıb”. Sozcu.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Rusiyanın Ermənistandakı səfiri Sergey Kopirkin deyib: “Rusiya və Ermənistan arasında təhlükəsizlik sahəsində əməkdaşlıq qarşılıqlı fəaliyyətimizin əsas istiqamətlərindən biri olaraq qalır. 102-ci hərbi baza fəaliyyət göstərir, sərhədçilərimizin sayı artıb. Ermənistan-Azərbaycan sərhədində yerləşən ərazilərdə müşahidə məntəqələri var. Təbii ki, regional təhlükəsizliyin təmin olunmasında mühüm amil Qarabağdakı sülhməramlı kontingentimizdir. Təəssüf ki, vaxtaşırı onun ünvanına tənqidi fikirlər səsləndirilir. Lakin bu, Qarabağdakı erməni əhalisinin təhlükəsizliyinin təmin edilməsində oynadığımız rolu inkar etməməlidir. İndi dəhlizin bağlı olduğu şəraitdə sülhməramlılar ermənilərə ərzaqların çatdırılmasına köməklik göstərmək baxımından çox mühüm rol oynayırlar”, – Kopırkin vurğulayıb. HAŞİYƏ: Rusiyalı səfirin sülhməramlıların Qarabağda sülh və təhlükəsizliyin qarantı olması ilə bağlı səsləndirdiyi fikirlər təbii ki, birmənalı qarşılanmamalıdır. Doğrudur, sülhməramlılar ermənilərə hər cür yardım göstərirlər, hətta separatçılara silah daşınmasında da çox yaxından iştirak edirlər. Missiyası bölgədə sülhə xidmət etmək olan “sülhməramlı”ların bu cür dırnaqarası fəaliyyəti isə heç bir halda normal qəbul edilə bilməz. Odur ki, Kopırkinin fikirlərini yalnız erməni auditoriyasına hesablanan absurd çıxış kimi xarakterizə etmək mümkündür. Çünki bölgədə sülh və təhlükəsizliyi təmin etmək istəyən qüvvə separatçıların əlinə silah verərək onları Azərbaycan hərbçisinin üstünə göndərməməlidir. Sergey Kopırkin daha sonra fikirlərini belə davam etdirib: “Rusiya heç bir şəkildə Ermənistanla müvafiq müqavilələr üzrə götürdüyü öhdəliklərdən imtina etmir. Hərbi-texniki əməkdaşlığa gəlincə, bu, həssas sahədir. Bu sahədə qarşılıqlı əlaqəni təmin etmək üçün müvafiq mexanizmlər mövcuddur. Ermənistana gəlincə, burada vəziyyət ümumilikdə konkretdir. Ermənistanda bizim hərbi bazamız var, qoşunların birgə qrupu fəaliyyət göstərir. Təbii ki, bu, müntəzəm əsasda birgə təlimlərin keçirilməsini nəzərdə tutur. Biz hərbi-texniki əməkdaşlıqdan, birgə təlimlərdən danışarkən bunu Ermənistanın təhlükəsizliyinin təmin edilməsi amili kimi qiymətləndiririk. Amma ümumilikdə mövcud problemlərin və ziddiyyətlərin siyasi yolla həllinə şərait yaradılmalıdır”, – deyə Kopırkin fikirlərini tamamlayıb.konkret

Rəis iş yerində baş verən bədbəxt hadisəni gizlətməkdə ittiham edilir

Bakının Binəqədi rayonunda vəzifəli şəxs iş yerində baş verən bədbəxt hadisəni gizlətməkdə ittiham edilir. Sozcu.az Qaynarinfo-ya istinadən xəbər verir ki, Binəqədi rayonun Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisi Zamanov Elmin Elbəyi oğlu barəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən İnzibati Xətalar Məcəlləsinin 555.1 maddəsi ilə protokol tərtib olunub. Sözügedən maddəyə görə, istehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması üçün hadisə baş verən gün işəgötürən tərəfindən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına məlumatın verilməməsinə görə – min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Artıq Elmin Zamanov müfəttişliyin qərarından Binəqədi Rayon Məhkəməsində şikayət verib. İşə hakim Vüsal Tağıyevin sədrliyi ilə baxılacaq.