İraqda meşələri yandırmaqda şübhəli bilinən PKK-çılar saxlanılıb.
Sozcu.az xəbər verir ki, bu barədə İraq Daxili İşlər Nazirliyinin sözçüsü Miqdad Musəvi məlumat yayıb.
Onun sözlərinə görə, Daxili İşlər Nazirliyinin İraq Kürd Regionu ilə birlikdə keçirdiyi əməliyyat nəticəsində ikisi Kərkükdə, biri isə Diyalə əyalətində olmaqla, 3 nəfər ələ keçib.
Musəvi bildirib ki, saxlanılar ifadələrində meşə yanğınlarından sonra Kərkük-Ceyhan neft kəmərində partlayışlar, Bağdadın Şorca və Sədr bölgələrində yanğınlar törətməyi planlaşdırdıqlarını deyiblər.
İraq Kürd Muxtariyyətinin rəsmisi Hemin Mirani saxlanılanların PKK terror təşkilatının üzvləri olduqlarını bildirib.