Anna Malyar: “Ukrayna Berdyansk və Melitopol istiqamətlərində 8 yaşayış məntəqəsini azad edib”

Ukrayna Silahlı Qüvvələri Berdyansk və Melitopol istiqamətlərində iki həftəlik əks-hücum əməliyyatları zamanı 8 yaşayış məntəqəsini azad edib. Bu barədə Ukrayna müdafiə nazirinin müavini Anna Malyar məlumat verib. O bildirib ki, Novodarovka, Levadnoe, Storojevoe, Makarovka, Neskuçnoe, Blaqodatnoe, Lobkovo və Pyatixatki yaşayış məntəqələri azad olunub. Nazir müavini vurğulayıb ki, ümumilikdə, Ukrayna ordusu Tavriya istiqamətində 7 kilometr irəliləyib və cənubda azad edilən ərazi 113 kvadrat kilometrdir.

Korrupsiyada ittiham olunan şəxs Təbrizə başçı təyin edildi

Şərqi Azərbaycan əyalətinin valisi Zeynəlabdin Rəzəvi Xürrəm əvvəllər korrupsiyada ittiham olunan Yunis Fatehi Təbrizə başçı (fərmandar) təyin edib. Sozcu.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb. Fatehin fərmandar təyin edilməsi yerli media orqanları və sosial şəbəkə istifadəçilərinin geniş müzakirəsinə səbəb olub. Onlar bundan öncə bir sıra qanunsuz işlərdə, o cümlədən korrupsiya və vəzifə səlahiyyətlərindən sui-istifadədə günahlandırılan şəxsin şəhər başçısı seçilməsinə etiraz ediblər. Qeyd edək ki, İnzibati Ədliyyə Məhkəməsi Baş Kollegiyasının 1417 saylı qərarına əsasən, Yunis Fatehin özəl şirkət, qurum və təşkilatlarda, habelə rəsmi orqanlarda vəzifəyə təyin olunması qanuna ziddir.

Ukrayna Krıma dronlarla hücum etdi

Bu gecə Ukrayna ordusu Krıma PUA-larla hücum edib. Sozcu.az xəbər verir ki, bu barədə Krımın “rəhbəri” Sergey Aksyonov deyib. O bildirib ki, alçaqdan uçan 2 PUA HHM qüvvələri tərəfindən vurulub.

Rusiya ordusu Ukraynada “əriyir”: Canlı itki sayı 220 mini ötdü

Ukrayna müharibənin 481-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 220 450 hərbçi, 3989 ədəd tank, 7735 ədəd zirehli döyüş maşını, 3865 ədəd artilleriya sistemi, 610 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 370 hava hücumundan müdafiə sistemi, 314 ədəd hərbi təyyarə, 305 ədəd helikopter, 6613 ədəd avtomobil texnikası, 3383 ədəd PUA, 1211 qanadlı raket, 18 gəmi/qayıq, 526 xüsusi avadanlıq itirib.

Ordumuz Zod və Arazdəyəni atəşə tutub? - Rəsmi

İyunun 19-u saat 00:45-dən saat 02:20-dək Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Ermənistan silahlı qüvvələrinin Zod və Arazdəyən istiqamətlərində yerləşən mövqelərinin müxtəlif çaplı atıcı silahlardan atəşə tutulması barədə bu ölkənin müdafiə nazirliyinin yaydığı məlumat tamamilə yalandır, həqiqətə uyğun deyil. Sozcu.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. "Qarşı tərəfin yaydığı bu məlumatı qəti surətdə təkzib edirik", - məlumatda bildirilib.

Gələn həftədən 7 günlük tətil başlayır

Gələn həftədən Azərbaycanda 7 günlük tətil başlayır. Sozcu.az xəbər verir ki, Baş nazir Əli Əsədovun iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə imzaladığı qərarə əsasən, 2023-cü ilin 27 və 30 iyun iş günləri ilə müvafiq olaraq 24 və 25 iyun istirahət günlərinin yerləri dəyişdirilib. Belə ki, 26 iyun Silahlı Qüvvələri Günü, iyunun 28, 29-u isə Qurban bayramı günləridir. 1-2 iyul şənbə-bazara təsadüf etdiyindən 26 iyun - 2 iyul tarixləri arasında 7 gün ardıcıl qeyri-iş günü olacaq. 7 günlük tətildən sonra isə yeni iş günü iyulun 3-dən başlayacaq.

Bayrama görə sosial müavinətlər bu tarixdə ödəniləcək

Qurban bayramı ilə əlaqədar bütün sosial müavinətlər qrafikdən əvvəl ödəniləcək. Bu barədə Sozcu.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib. Bildirilib ki, Qurban bayramı ilə əlaqədar qrafikdən əvvəl - iyunun 22-də bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının ödənilməsi nəzərdə tutulub.

Naxçıvanda cinayət: qadını boğaraq öldürdü

Naxçıvanda qadın boğularaq qətlə yetirilib. Bu barədə Sozcu.az-a Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, iyunun 19-də saat 08 radələrində Naxçıvan şəhəri Qaraxanbəyli kəndində 25-30 yaşlı Telli Ramiz qızının boğularaq qətlə yetirilməsi barədə polisə məlumat daxil olub. Cinayət əməlini törətməkdə şübhəli bilinən 1985-ci il təvəllüdlü Röyal Abdulla oğlu Zeynalov polis əməkdaşlarının keçirdiyi tədbirlərlə saxlanılıb. İlkin məlumata görə, hadisə şəxsi münasibətlər zəminində baş verib. Araşdırma aparılır.

Avro-2024: Türkiyə Uelsə qarşı

Bu gün futbol üzrə Avro-2024-ün seçmə mərhələsində IV tura start veriləcək. Sozcu.az xəbər verir ki, 5 qrupda 12 qarşılaşma oynanılacaq. Avro-2024 seçmə mərhələ B qrupu 22:45. Fransa - Yunanıstan 22:45. İrlandiya - Cəbəllütariq Xal durumu: Fransa - 9 (3 oyuna), Yunanıstan - 6 (2 oyuna), Niderland - 3 (2), İrlandiya - 0 (2), Cəbəllütariq - 0 (3) C qrupu 20:00. Ukrayna - Malta 22:45. İngiltərə - Şimali Makedoniya Xal durumu: İngiltərə - 9 (3 oyuna), Ukrayna - 3 (2), İtaliya - 3 (2), Şimali Makedoniya - 3 (2), Malta - 0 (3) D qrupu 20:00. Ermənistan - Latviya 22:45. Türkiyə - Uels Xal durumu: Türkiyə - 6 (3), Xorvatiya - 4 (2), Uels - 4 (3), Ermənistan - 3 (2), Latviya - 0 (2) H qrupu 20:00. Finlandiya - San-Marino 22:45. Sloveniya - Danimarka 22:45. Şimali İrlandiya - Qazaxıstan Xal durumu: Danimarka - 6, Qazaxıstan - 6, Finlandiya - 3, Sloveniya - 6, Şimali İrlandiya - 3, San Marino - 0 I qrupu 22:45. İsveçrə - Rumıniya 22:45. İsrail - Andorra 22:45. Belarus - Kosova Xal durumu: İsveçrə - 9, Rumıniya - 7, İsrail - 4, Kosovo - 3, Andorra - 1, Belarus - 0

Türkiyədə zəlzələ baş verdi

Türkiyənin Qəhrəmanmaraş vilayətinin Göksün rayonunda 4 bal gücündə zəlzələ baş verib. Sozcu.az xəbər verir ki, bu barədə AFAD məlumat yayıb. Məlumata görə, zəlzələ yerin 7 kilometr dərinliyində qeydə alınıb. Tələfat və dağıntı barədə məlumat verilməyib.

Neft həftəyə bu qiymətlə başladı

Dünya birjalarında neft qiymətləri yenidən ucuzlaşıb. Sozcu.az xəbər verir ki, hazırda “Brent” markalı neftin bir barreli 75,56 dollara, yüngül neftin bir barreli isə 70,75 dollaradır.

Prezident İsmayıl Hüseynova yüksək vəzifə verdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini general-leytenant İsmayıl Hüseynov vəzifəsindən azad edilib. Sozcu.az Unikal-a istinadən xəbər verir ki, dövlət başçısının digər sərəncamı ilə İsmayıl Hüseynov Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəisinin birinci müavini vəzifəsinə gətirilib.

Keçmiş polisi öldürən şəxs saxlanıldı

Biləsuvardakı qətllə bağlı cinayət işi başlanılıb. Bu barədə Sozcu.az-a Cəbrayıl Rayon Prokurorluğundan məlumat verilib. Bildirilib ki, iyunun 18-i saat 23 radələrində Cəbrayıl rayon sakinləri üçün Biləsuvar rayonu ərazisində salınmış 10 saylı qəsəbədə yerləşən iaşə obyektlərindən birində 1983-cü il təvəllüdlü Bayram Oruc oğlu Bayramovun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Aparılan araşdırmalarla 1970-ci il təvəllüdlü Fəxrəddin Əli oğlu Həsənovun şəxsi münasibətlər zəminində Bayram Orucova kəsici alətlə xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Fakta görə Cəbrayıl rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Fəxrəddin Həsənov iş üzrə şübhəli şəxs qismində tutulub. İbtidai istintaq davam etdirilir. Qeyd edək ki, B.Bayramov polis nəfəri kimi əvvəllər polis orqanında xidmət edib, öz arzusu ilə polis orqanlarından xaric edilib.

Rusların 80-ci briqadasının komanda məntəqəsi vuruldu

Ukrayna Silahlı Qüvvələri Rusiya ordusunun 80-ci briqadasının komanda məntəqəsini vurub. Sozcu.az xəbər verir ki, bu barədə Rusiya Teleqram kanalları məlumat yayıb. Ukraynalı fəal Sergey Sternenko hazırda 80-ci briqadanın cənub istiqamətində döyüşdüyü yazıb.

Tanınmış jurnalist Kəlbəcərdə vəfat etdi

"Moderator" saytının rəhbəri, tanınmış jurnalist Zülfüqar Hüseynzadə bu sabah Kəlbəcərdə vəfat edib. Sozcu.az Musavat.com-a istinadla xəbər verir ki, əslən Kəlbəcərin Başlıbel kəndindən olan Zülfüqar bəy doğma yurduna ziyarətə gedibmiş. Alaçıq quraraq, gecəni kənddə keçirdən jurnalistin sabaha yaxın səhhəti qəfil pisləşib və o, ürəktutmadan vəfat edib. Z. Hüseynzadənin 52 yaşı vardı. Allah rəhmət etsin. Yaxınlarının və jurnalist cameəsinin başı sağ olsun!

Zelenski: “Ukrayna ordusu Donbasda irəliləyir”

Ukrayna ordusu Donbasda irəliləyir. Bu barədə Ukrayanın dövlət başçısı Volodimir Zelenski videomüraciətində bildirib. Ukrayna Prezidenti “Tavriya” hərbçilərinə cəbhədə irəlilədiklərinə görə təşəkkür edib. "Tavriya, - yeri gəlmişkən, irəli getdiyiniz üçün sizə təşəkkür etmək istəyirəm, döyüşçülər! Afərin! Şərqdəki bütün döyüşçülərimiz, güclü döyüşçülər - dözümünüzə və dəqiqliyinizə görə sizə təşəkkür edirəm", - dövlət başçısı deyib. Son məlumatlara görə, Rusiya Federasiyası Ukraynaya qarşı müharibədə 219 min 170 hərbçi itirib. O cümlədən, ötən sutka ərzində Rusiyanın daha 670-ə yaxın hərbçisi həlak olu“Report” 

Milli Qəhrəman Mübariz İbrahimovun şəhid olmasından 13 il ötür

Bu gün Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun torpaqlarımızın müdafiəsi uğrunda canından keçərək şəhidlik zirvəsinə yüksəlməsinin növbəti ildönümüdür. Onun şəhidlik zirvəsinə yüksəlməsindən 13 il ötür. Mübariz Ağakərim oğlu İbrahimov 1988-ci il fevralın 7-də Biləsuvar rayonunun Əliabad kəndində anadan olub. 2005-ci ildə şəhid M.Piriyev adına Əliabad kənd orta məktəbində orta təhsilini başa vurmuş Mübariz həmin il həqiqi hərbi xidmətə çağırılıb. Həqiqi hərbi xidmətini Daxili Qoşunların “N” saylı hərbi hissəsinin Xüsusi Təyinatlı Bölüyündə keçirib. Həqiqi hərbi xidmətini 2007-ci ildə çavuş rütbəsində başa vurub. Bir müddət mülki işlərdə çalışdıqdan sonra 2009-cu ilin avqustunda yenidən gizir rütbəsində hərbi xidmətə başlayıb. Daha sonra könüllü olaraq cəbhə bölgəsindəki hərbi hissələrdən birində xidmətini davam etdirib. M.İbrahimov 2010-cu ilin iyunun 18-dən 19-na keçən gecə Tərtərin Çaylı istiqamətində gedən qeyri-bərabər döyüşdə düşmənin xeyli canlı qüvvəsini məhv edib, bir neçəsini isə yaralayıb. O, bir kilometrlik minalanmış sahəni keçərək Ermənistan Silahlı Qüvvələrinin çox sayda əsgər və zabitini gözlənilmədən birinci həmlədə məhv edib. Sonra isə düşmənin öz silahlarını özünə qarşı istifadə edərək 5 saat onlarla təkbətək döyüşüb. Düşməni ağır itkilərə məruz qoyub, onların zəif cinahlarını üzə çıxarıb. Azərbaycan döyüşçüsü səhər saatlarında qeyri-bərabər döyüşdə şəhid olub. Hərbçimizin meyitini qaytarmaqdan Ermənistan tərəfi uzun müddət boyun qaçırıb və 141 gün saxlayıb. Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin Həştərxan görüşündən sonra Ermənistan noyabrın 6-da gizir Mübariz İbrahimovun, həmçinin şəhid baş leytenant Fərid Əhmədovun meyitlərini Azərbaycana təhvil verib. 2010-cu ilin noyabrın 7-də Müdafiə Nazirliyinin Təlim-Tədris Mərkəzində M.İbrahimovla vida mərasimi keçirilib. M.İbrahimov 7 noyabr 2010-cu ildə II Fəxri xiyabanda dəfn olunub. İgidimizin göstərdiyi rəşadət dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyev tərəfindən yüksək qiymətləndirilib. Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Milli Ordusunun giziri Mübariz Ağakərim oğlu İbrahimova Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün müdafiəsində müstəsna xidmətinə və göstərdiyi rəşadətə görə “Azərbaycanın Milli Qəhrəmanı” adının (ölümündən sonra) verilməsi və xatirəsinin əbədiləşdirilməsi barədə sərəncamlar imzalayıb.

Rusiyanın şok itkiləri

Ukrayna müharibənin 480-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 219 820 hərbçi, 3984 ədəd tank, 7729 ədəd zirehli döyüş maşını, 3847 ədəd artilleriya sistemi, 610 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 364 hava hücumundan müdafiə sistemi, 314 ədəd hərbi təyyarə, 304 ədəd helikopter, 6571 ədəd avtomobil texnikası, 3371 ədəd PUA, 1211 qanadlı raket, 18 gəmi/qayıq, 522 xüsusi avadanlıq itirib.

Ruslar cəbhə xəttindən qaçırlar – Ukrayna

Luqansk vilayətinin işğal olunmuş ərazilərində ruslar cəbhə xəttindən qaçırlar. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahının yaydığı məlumatda qeyd olunub. Məlumata görə,Novorassoş yaşayış məntəqəsi yaxınlığındakı meşə massivində fərarilərin axtarışlarına başlanılıb. Axtarışlarla Rosqvardiyanın əməkdaşları məşğul olur. Ukrayna Baş Qərargahının spikeri Aleksey Qromov bildirib ki, təkcə Luqansk vilayətində gündəlik 50-dək fərari saxlanılır.

Geniçeskdə rusların silah anbarı məhv edildi

Xerson vilayətinin Geniçesk rayonunda ruslara məxsus silah anbarında partlayışlar baş verib. Sozcu.az xəbər verir ki, bu barədə Mariupol meri Pyotr Andryuşenko məlumat verib. Məlumata görə, partlayış Rıkovo qəsəbəsində rusların silah anbarının yerləşdiyi elevatorun ərazisində baş verib. Bildirilir ki, partlayışlar həlkə də davam edir. Silah anbarını Ukrayna aviasiyasının burduğu bildirilir.

Şəkidə evdə partlayış - 3 nəfər yaralandı

Şəkidə evdə qaz sızması nəticəsində partlayış olub, 3 nəfər ağır xəsarət alıb. Sozcu.az-ın məlumatına görə, hadisə bu gün rayonun Aşağı Göynük kəndində baş verib. Belə ki, partlayış zamanı evdə olan 2000-ci il təvəllüdlü Yusifova Şəlalə Nəsib qızı, 2021-ci il təvəllüdlü Soltanlı  Məhəmməd Nicat oğlu və 2020-ci il təvəllüdlü Soltanlı Əli Nicat oğlu ağır xəsarət alaraq Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Yaralıların vəziyyətlərinin ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.

Ukrayna ordusu cənubda irəliləyir - Cəbhədəki son vəziyyət

Ukrayna qüvvələri əks-hücum əməliyyatı çərçivəsində cənub sektorunda irəliləyiş əldə edib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna hərbi rəsmiləri məlumat yayıb. Ukrayna müdafiə nazirinin müavini Anna Malyar "Telegram" kanalında bildirib ki, qoşunlar bir neçə istiqamətdə irəliləmək üçün aktiv tədbirlər görür. "Praktiki olaraq bölmələrimizin cənubda hücum etdiyi bütün sektorlarda taktiki uğurları qeydə alıblar", - Malyar bildirib və əlavə edib ki, Ukrayna hərbçiləri yavaş-yavaş, hazırda hər istiqamətdə 2 km-ə qədər irəliləyirlər. Ukrayna quru qoşunlarına rəhbərlik edən general-polkovnik Aleksandr Sırski ölkənin şərqdəki vəziyyəti gərgin olaraq xarakterizə edib, Rusiya Baxmuta artilleriya və aviasiya toplayıb. "Biz ayrı-ayrı istiqamətlərdə, dominant yüksəklikləri və meşə zolaqlarını tutaraq, düşməni tədricən Baxmutun kənarından sıxışdırıb çıxarmaq məqsədi ilə hücum hərəkətlərini davam etdiririk. Bunu anlayan düşmən bölmələri ümidsiz müqavimət göstərdilər", - Sırski "Telegram"da bildirib. Kiyev rəsmilərinin sözlərinə görə, Ukrayna ordusu əks-hücum əməliyyatında cəmi bir həftə ərzində təxminən 100 kvadrat kilometr əraziyə nəzarəti bərpa edib. Cənubi Tavriya sektorunda Ukrayna qoşunlarının komandanı, briqada generalı Aleksandr Tarnavskyi bildirib ki, sektorda son 24 saat ərzində 36 döyüş əməliyyatı və 578 hücum olub. Ukrayna Prezidenti Volodimir Zelenski axşam videomüraciəti zamanı əks-hücum zamanı azad edilən ərazilərin önəmindən danışıb. “Hər bir əsgər, atdığımız hər yeni addım, düşməndən azad edilmiş Ukrayna torpağının hər metri böyük əhəmiyyət kəsb edir”, - deyə o qeyd edib. Rusiya isə Ukraynanın əks-hücumun nəticələrini şərh etməyib və son 24 saat ərzində Kiyev qüvvələrinə böyük itkilər verdiyini bildirib.

Ordumuzun Kəlbəcərdəki mövqeləri atəşə tutuldu

İyunun 17-si saat 16:00 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Bəzirxana yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan intensiv atəşə tutub. Nazirlikdən Sozcu.az-a verilən məlumatat görə, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.

İranda SEPAH zabiti öldürülüb

İranın Kürdüstan vilayətində İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) qüvvələri ilə “PJAK” arasında toqquşma baş verib. Sozcu.az xəbər verir ki, bu barədə "Tasnim" məlumat yayıb. Məlumata əsasən, Mərivanın Darehtafi və Kani Sənan kəndlərində “PJAK” üzvləri ilə baş vermiş toqquşma nəticəsində bir SEPAH zabiti öldürülüb.