Anna Malyar: “Ukrayna Berdyansk və Melitopol istiqamətlərində 8 yaşayış məntəqəsini azad edib”

Ukrayna Silahlı Qüvvələri Berdyansk və Melitopol istiqamətlərində iki həftəlik əks-hücum əməliyyatları zamanı 8 yaşayış məntəqəsini azad edib.

Bu barədə Ukrayna müdafiə nazirinin müavini Anna Malyar məlumat verib.

O bildirib ki, Novodarovka, Levadnoe, Storojevoe, Makarovka, Neskuçnoe, Blaqodatnoe, Lobkovo və Pyatixatki yaşayış məntəqələri azad olunub.

Nazir müavini vurğulayıb ki, ümumilikdə, Ukrayna ordusu Tavriya istiqamətində 7 kilometr irəliləyib və cənubda azad edilən ərazi 113 kvadrat kilometrdir.

Share on Facebook