"Moderator" saytının rəhbəri, tanınmış jurnalist Zülfüqar Hüseynzadə bu sabah Kəlbəcərdə vəfat edib.
Sozcu.az Musavat.com-a istinadla xəbər verir ki, əslən Kəlbəcərin Başlıbel kəndindən olan Zülfüqar bəy doğma yurduna ziyarətə gedibmiş.
Alaçıq quraraq, gecəni kənddə keçirdən jurnalistin sabaha yaxın səhhəti qəfil pisləşib və o, ürəktutmadan vəfat edib.
Z. Hüseynzadənin 52 yaşı vardı.
Allah rəhmət etsin. Yaxınlarının və jurnalist cameəsinin başı sağ olsun!