"Türk musiqisinin İmperatoru" adını almış müğənni İbrahim Tatlıses balqabağa nifrət edir. O dərəcədə nifrət edir ki, onun yanında balqabaq sözünü işlətmək qadağan edilib, müğənni bu sözü eşidən kimi ürəyi bulanır, əsəbiləşir və küsüb gedir.
Sozcu.az lent.az-a istinadən bildirir ki, bu barədə onun keçmiş xanımı, aktrisa Perihan Savaş açıqlama verib.
"İllər öncə İbrahimlə bir restoranda görüşdük. İlk görüşümüz idi. Mən balqabaq şirniyyatı sifariş etdim. İbrahim ağzına bir qaşıq balqabaq qoydu, gözləri böyüdü. Pis hala qalmışdı, bir xeyli duruxdu, balqabağı ağzından çıxardı. Dedi ki, uda bilmir. O gündən sonra balqabağa qarşı qəribə iyrənmə yarandı. Evdə bir daha yanında bu tərəvəzin adını belə çəkə bilmədik. Getdiyi restoranlarda hər kəs bilirdi, şirniyyat menyusunu sadalayanda balqabaq sözünü işlətməyi yasaq eləmişdi. Onun yanında bu kəlmə işlədilərsə, dava salır, küsür, məkanı tərk edib gedir",- deyə aktrisa bildirib.
İbrahim Tatlıses baqlabağa qarşı fobiyası olduğunu qatıldığı proqramlardan birində təsdiq edib.