Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ABŞ müdafiə nazirinin köməkçisinin müavini Laura Kuperlə Ermənistan Silahlı Qüvvələrində islahatlar prosesini müzakirə edib.
Sozcu.az xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının mətbuat xidməti məlumat yayıb.
“Qriqoryan Kuperə müdafiə sahəsində Ermənistan-Amerika təhsil proqramlarının həyata keçirilməsi barədə məlumat verib. Tərəflər müdafiə sahəsində ikitərəfli əməkdaşlığa dair bir sıra digər məsələləri də nəzərdən keçiriblər”, - məlumatda deyilir.
Qeyd olunur ki, görüş iyulun 11-də Ermənistan Təhlükəsizlik Şurası katibinin ABŞ-a səfəri çərçivəsində baş tutub.