Caner Erkin aşağı liqa klubunda

"Başakşehir"dən ayrılan Caner Erkinin yeni klubu müəyyənləşib.

Sozcu.az xəbər verir ki, Türkiyə müdafiəçisi karyerasını 1-ci liqa təmsilçisi "Eyüpsor"da davam etdirəcək. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Tərəflər arasında imzalanan müqavilənin detalları açıqlanmayıb.

Qeyd edək ki, Caner Erkin bu ilin yanvar ayından "Başekşehir"də çıxış edirdi. O, İstanbul klubunun heyətində meydana çıxdığı 10 rəsmi matçda 2 qol ötürməsi edib.

Share on Facebook