Prezident ermənipərəstliyinə görə Belçika XİN rəhbərini qəbul etməyəcək

Azərbaycan Prezidenti İlham Əliyev ermənipərəst mövqeyinə görə Belçika XİN rəhbərini qəbul etməyəcək. Sozcu.az APA-ya istinadən xəbər verir ki, Belçikanın xarici işlər naziri Hadca Labib Ermənistanda səfərdə olarkən reallıqdan uzaq, regiondakı durumla uzlaşmayan ermənipərəst açıqlamalar verib. Belçika XİN rəhbəri regiona səfəri çərçivəsində bu gün Azərbaycana gələcək. Ölkəmizdə səfərdə olan xarici dövlətlərin XİN rəhbərləri, adətən, Prezident İlham Əliyev tərəfindən qəbul olunur, ikitərəfli münasibətlər, regionda və dünyada aktual məsələlər ətrafında fikir mübadiləsi aparılır. Ermənipərəst mövqeyinə və Ermənistanda səfərdə olarkən səsləndirdiyi əsassız iddialara görə Prezident İlham Əliyev Belçika XİN rəhbərini qəbul etməyəcək. Qeyd edək ki, Belçika XİN rəhbərinin bu gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşü nəzərdə tutulur. Belçikanın xarici işlər naziri Hadca Labibin avqustun 22-də regiona səfəri başlayıb. İlk olaraq Ermənistana səfər edib, avqustun 23-də isə Gürcüstanda olub. Ermənistanda qondarma “erməni soyqırımı” abidəsini də ziyarət edən Hadca Labib bu ölkənin xarici işlər naziri və Baş naziri ilə görüşlərində ermənipərəst mövqeyini bir daha ortaya qoyaraq, Azərbaycanın ünvanına əsassız iddialar səsləndirib.

Dost Ukraynanın Müstəqillik Günü qutlu olsun! - Türkiyə XİN-dən PAYLAŞIM

Türkiyə Xarici İşlər Nazirliyi Ukraynanı Müstəqillik Günü ilə bağlı təbrik edib. Sozcu.az xəbər verir ki, bu barədə Türkiyə XİN-in X-dəki rəsmi səhifəsində paylaşım edilib. "Dost Ukraynanın Müstəqillik Günü qutlu olsun!", - paylaşımda deyilir.

Ukrayna kəşfiyyatının rəhbəri: “Krımın istənilən nöqtəsinə zərbə endirə bilərik”

“İşğal altındakı Krım yarımadasının istənilən nöqtəsinə zərbə endirə bilərik”. Sozcu.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanov deyib. O, Krımdakı əhalini yarımadadan çıxmağa çağırıb: “Onlar Krımdan çıxmalıdır. Yarımadada qalanlar isə kəşfiyyat orqanlarımıza kömək etməlidir”. Qeyd edək ki, Rusiya Krımı 2014-cü ildə qanunsuz şəkildə ilhaq edib.

“Bütün bu “şou”lar erməni xarakterinin ifadəsidir; ona aldanmaq olmaz...”

“Azərbaycanı şərləmək, bağlı olmadığı problemlərin içərisinə daxil etmək və erməni ideolojisinin anti-bəşəri  imkanlarından məqamı gələndə yararlanmaq xəstəliyi üzə çıxır...” “44 günlük müharibədə hər cəhətdən məğlub olmuş erməni psixologiyasında yenilənmələr edilməsi əvəzinə, onların davranışlarının daha da aqressiv xarakter alması erməni düşüncə sisteminin mayasından qaynaqlanır.” Azərbaycan-erməni Araşdırmaları Mərkəzinin rəhbəri, Türkiyənin Erciyes Universitetində ermənişünaslıq bölümünün başqanı, ermənişünas alim Qafar Çaxmaqlı bu fikri Moderator.az əməkdaşının “Artıq bir aya yaxındır ki, Ermənistan-Azərbaycan sərhədindəki Qarabağdakı haylara “humanitar yardım” şousu düyününü yaradan əsasən erməni hiyləgərliyidir, yoxsa Rusiyanın, yaxud Qərbin bölgəni nəzarətə almaq üçün taktiki gedişləri?” sualını cavablandırarkən ifadə edib. “Azərbaycanı şərləmək, bağlı olmadığı problemlərin içərisinə daxil etmək və erməni ideolojisinin anti-bəşəri  imkanlarından məqamı gələndə yararlanmaq xəstəliyi üzə çıxır. Həm regionda, Ermənistan-Azərbaycan sərhədində,  Yuxarı Qarabağın haylar məskunlaşdırılmış hissəsində, həm də beynəlxalq meydanda edilən bütün bu “şou”lar erməni xarakterinin ifadəsidir; ona aldanmaq və ya hər hansı güzəştə getmək olmaz”,- deyə açıqlamasının davamında ermənişünas alim vurğulayıb.

Astarada tanışını öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır

Astarada tanışını öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır. Bu barədə  rayon prokurorluğundan məlumat verilib. Bildirilib ki, 1969-cu il təvəllüdlü Eynəli Əzizovun qəsdən öldürülməsi faktı ilə bağlı Astara rayon prokurorluğunda cinayət işi başlanaraq ibtidai istintaq aparılıb. İstintaqla Astara rayon sakini Aslan Şüvünəliyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı tanışı Eynəli Əzizovu rayonun Şümrüd kəndində yerləşən meşəlik ərazidə balta ilə xəsarətlər yetirərək xüsusi amansızlıqla qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Aslan Şüvünəliyevə Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə yekun ittiham elan edilərək cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər məhkəməsinə göndərilib.

Paşinyan: Sülh müqaviləsi ilə bağlı təkliflərimizi Bakıya təqdim etmişik

"İrəvan Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi üzrə yeni təkliflər paketini Bakıya təqdim edib".  Sozcu.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bunu Ermənistan baş naziri Nikol Paşinyan deyib. 

Türkiyə ordusu şəhid verdi

Türkiyə ordusunun hərbi qulluqçusu Ali Demir şəhid olub.  Sozcu.az xəbər verir ki, bu barədə Milli Müdafiə Nazirliyinin X-dəki rəsmi səhifəsində paylaşım edilib.  Nazir Yaşar Güler başsağlığı verib.  Allah rəhmət eləsin! 

Qarşıdakı 3 ay bu şəxslərə çanta-çanta pul və sevgi vəd edir ƏN ŞANSLI BÜRCLƏRİ

Yayın sonu yaxınlaşdıqca, payızda hansı bürclərin taleyinin dəyişəcəyi məlum olub. Astroloqların fikrincə bəzi bürclər sentyabr, oktyabr və noyabr aylarında şanslı olacaq.  Sozcu.az baku.ws-ə istinadən həmin bürcləri sizlərə təqdim edir: Tərəzi payızın ən şanslı bürcləri siyahısında birinci yerdədir. Payız Tərəzi mövsümü kimi tanınır. Payız ulduz falına görə, 9-30 sentyabr tarixləri arasında hava elementi olan bürclər (Əkizlər, Tərəzi və Dolça) şad xəbər alacaq. Bu, işdə yüksəliş və ya yeni bir sevgi və ya çanta-çanta pul qazanmaq ola bilər. Tərəzi bürcünün şanslı nömrələri 10, 17, 82-dir. Qızlar sentyabr ayında, Oğlaqlar dekabr və yanvar aylarında özlərini yaxşı hiss edəcəklər. Əkizlər peşəkar sahədə uğurlu olacaq, onlar oktyabr və yanvar aylarına xüsusi diqqət yetirməlidirlər. Enerjinizi boş yerə sərf etməməyə diqqət edin, diqqətinizi istədiyiniz şeyə yönəldin və onun arxasınca gedin.

“Yalı çapkını”nda daha bir ayrılıq

"Yalı çapkını" serialında növbəti ayrılıq yaşanıb. Sozcu.az "qafqazinfo"ya istinadən xəbər verir ki, aktrisa İrem Altuğ layihəyə vida edir. O, serialda təmizlikçi sultan obrazını canlandırırdı. Qeyd edək ki, ekran işinin baş rollarını Afra Saraçoğlu ilə Mərd Ramazan Dəmir ifa edir.

Həkim uşaqlarda qidalanma pozğunluğunun səbəblərini açıqlayıb

"Qida vərdişləri uşaqlarda hələ körpəlikdən formalaşır. Buna valideynlərin onlar üçün seçdiyi qida təsir edir". Sozcu.az oxu.az-a istinadən bildirir ki, bu barədə rusiyalı nutrisioloq və tibbi psixoloq İrina Mansurova uşaqlarda qidalanma pozğunluğunun səbəbləri barədə danışarkən bildirib. O qeyd edib ki, uşaqların qidalanmasının təşkilinə yanlış yanaşma onların qida davranışına mənfi təsir göstərə bilər və hətta qidalanma pozğunluqlarına səbəb ola bilər. Belə ki, körpəlikdə, xüsusilə də həddən artıq qorumağa meyilli olan narahat analar, uşağı əmizdirərək sakitləşdirməyə çalışırlar. "Qışqıran kimi ona yemək təklif edirlər və bu da hər gün təkrarlanır. Belə hallarda uşaqda qidalanma rejimi olmur. Onda şüur altı səviyyədə stressli vəziyyətləri "yeyib ötüşdürmək" vərdişi formalaşır" - deyə, nutrisioloq bildirib. Bundan əlavə, valideynlər uşaqları şirniyyatlarla həvəsləndirməməli və mükafatlandırmamalıdırlar. Mansurovanın sözlərinə görə, bu həmçinin qida vərdişlərini təhrif edir. Daha sonra belə insanlar sakitləşmək, emosional və psixoloji narahatlığı doldurmaq üçün şirniyyat yeyirlər. "Bəzi insanlar qidanın köməyi ilə daxili boşluğu dolduraraq, təhlükəsizlik, sevgi və məmnunluq hisslərini yaşamağa, bəziləri isə bu yolla mənfi emosiya və hissləri boğmağa çalışırlar. Problemlər o zaman başlayır ki, insanlar dəstəyi öz daxilində axtarmaq əvəzinə, onu yeməkdə və onunla əlaqəli hər şeydə tapmağa öyrəşirlər" - deyə, nutrisioloq əlavə edib. Mütəxəssis vurğulayıb ki, qidalanma pozuntularına qalib gəlmək üçün onun əsas səbəbi ilə mübarizə aparmaq, həmçinin daxili psixoloji dəstək yaratmaq lazımdır. Daha əvvəl psixoloq qeyd edib ki, qidalanma pozğunluqları çəki artımının ən çox rast gəlinən səbəbidir.

Benzemadan rəhbərliyə şikayət etdi - Fransalı məşqə qatılmadı

"Əl-İttihad"ın yeni transferi Kərim Benzema ilə baş məşqçi Nunu Eşpiritu Santu arasında fikir ayrılığı yaranıb. Sozcu.az-ın xəbərinə görə, Səudiyyə Ərəbistanının "Asharq Al-Awsat" nəşri yazıb ki, portuqaliyalı mütəxəssis rəhbərliyə 35 yaşlı futbolçunun onun taktiki tərzinə cavab vermədiyini bildirib. Daha əvvəl məşqçi, ümumiyyətlə, Benzemanın transferinə qarşı çıxıb. Bundan başqa Benzema komandanın kapitanlığını ona həvalə olunacağını gözləsə də, bu, baş verməyib. Daha bir xəbərə görə, fransalı futbolçu komandanın son məşqində iştirak etməyib. Ərəb mətbuat bunu futbolçu ilə məşqçi arasında soyuq münasibətlə əlaqələndirib.

İlham Əliyev Zelenskini təbrik etdi

Prezident İlham Əliyev Ukraynanın Prezidenti Vladimir Zelenskiyə təbrik məktubu ünvanlayıb. Sozcu.az məktubun mətnini təqdim edir: "Hörmətli cənab Prezident, Ukraynanın milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi çatdırıram. Azərbaycan ilə Ukrayna arasında münasibətlərin hazırkı yüksək səviyyəsi xalqlarımızın tarixən təşəkkül tapmış sıx dostluq və qarşılıqlı hörmət ənənələrindən irəli gəlir. Bu iradədən qaynaqlanan və möhkəm təməllər üzərində qurulan dövlətlərarası əlaqələrimizin birgə səylərimizlə dinamik inkişaf edərək yeni mərhələyə yüksəlməsi məmnunluq doğurur. Azərbaycan-Ukrayna əlaqələrinin keçən ilin yanvarında Ukraynaya səfərim zamanı imzaladığımız Birgə Bəyannamədə öz əksini tapmış məram və məqsədlərə uyğun olaraq bundan sonra da inkişaf edəcəyinə inanıram. Cari ilin iyununda Kişineuda Sizinlə görüşümüzü, Azərbaycan-Ukrayna ikitərəfli əlaqələri ətrafında apardığımız fikir mübadiləsini ən xoş təəssüratlarla xatırlayıram. Azərbaycan BMT Nizamnaməsinə, beynəlxalq hüququn norma və prinsiplərinə daim sadiq qalaraq bütün dövlətlərin, o cümlədən Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə hörmət edir. Biz Ukrayna xalqına humanitar yardım məsələlərini daim diqqətdə saxlayır, bundan sonra da lazımi yardım göstərməyə hazır olduğumuzu bildiririk. Əminəm ki, xalqlarımızın mənafelərinə uyğun olaraq Azərbaycan ilə Ukrayna arasında dostluq münasibətlərinin genişlənməsi, qarşılıqlı faydalı əməkdaşlığımızın möhkəmlənməsi yolunda birgə səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik. Bu bayram günündə Sizə ən xoş arzularımı çatdırır, dost Ukrayna xalqına sülh və əmin-amanlıq diləyirəm".

Priqojinlə birgə ölən vaqnerçilərin dosyeləri

Xəbər verdiyimiz kimi, ötən gün Moskvadan Sankt-Peterburqa uçan biznes-jetin Tver vilayətində qəzaya uğraması nəticəsində “Vaqner” rəhbəri Yevgeni Priqojin və daha 6 vaqnerçi, o cümlədən 3 ekipaj üzvü ölüb. Sozcu.az xəbər verir ki, Priqojinlə birgə ölən vaqnerçilərin tərcümeyi-halından əsas məqamlar üzə çıxıb. 1. Valeri Çekalov - Priqojinin yaxın silahdaşlarından biri, Priqojinin xaricdə həyata keçirilən layihələr üzrə kuratoru, logistika şöbəsinin rəhbəri. O, bütün Suriya və Afrika layihələrinin bağlı olduğu “Europolis” MMC-nin təsisçisi olan “Neva” ASC-nin rəhbəri idi. 2. Dmitri Utkin - "Vaqner"in həmtəsisçisi və komandanlıq və döyüş hazırlığına cavabdeh, Priqojinin “sağ əli”, “Vaqner”də Priqojindən sonra əsas sima. 3. Yevgeni Makaryan – ləqəbi “Makar”. "Vaqner"in veteranlarından biri, əvvəllər polis olub. O, Suriyada döyüşüb və hətta 2017-ci ilin yanvarında Amerika təyyarəsi ilə qəzadan sağ çıxıb. 4. Sergey Propustin - Ləqəbi “Kedr”. 2015-ci ildən "Vaqner"də çalışırdı. 5. Aleksandr Totmin, ləqəbi "Tot". 6. Nikolay Matuseyev. Suriyada vuruşub, snayperdir. Xatırladaq ki, ötən gün Moskvadan Sankt-Peterburqa uçan “Embraer Legacy 600” biznes təyyarəsinin qəzaya uğraması nəticəsində Priqojin də daxil olmaqla on nəfər həlak olub.

547-ci gün: Rusiyanın itkiləri açıqlandı

Ukrayna müharibənin 547-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 259 160 hərbçi, 4375 ədəd tank, 8511 ədəd zirehli döyüş maşını, 5333 ədəd artilleriya sistemi, 723 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 494 hava hücumundan müdafiə sistemi, 315 ədəd hərbi təyyarə, 316 ədəd helikopter, 7773 ədəd avtomobil texnikası, 4344 ədəd PUA, 1406 qanadlı raket, 18 gəmi/qayıq, 801 xüsusi avadanlıq itirib.

Güneyli idmançı həbs olundu

Güney azərbaycanlı boksçu Ümid Mustafazadə həbs edilib. Sozcu.az xəbər verir ki, bu barədə onun yaxınları məlumat verib. Onların sözlərinə görə, tanınmış boksçu avqustun 22-də Təbrizin Səhənd stadionunun qarşısında saxlanılıb. Təhlükəsizlik məmurları tərəfindən həbs edilən idmançının Təbriz həbsxanasına köçürüldüyü bildirilib. Onun nədə ittiham olunduğu barədə məlumat verilməyib. İdmançının Urmiya gölü aksiyaları ilə bağlı saxlanıldığı ehtimal olunur. Bundan öncə Ümid Mustafazadə Türkiyədə keçirilən beynəlxalq boks yarışında ekoloji problemə diqqət cəlb etmək üçün Urmiya gölünün fotosu olan bannerlə rinqə çıxmışdı.

Ukrayna Bryanskı atəşə tutdu

Ukrayna ordusu Bryansk vilayənin Belaya Beryozka qəsəbəsini atəşə tutub. Sozcu.az xəbər verir ki, bu barədə Belqorod qubernatoru Aleksandr Boqomaz məlumat verib. Onun sözlərinə görə, nəticədə enerji təchizatına ciddi ziyan dəyib. Tələfat yoxdur.

Partlayışda xəsarət alan bacı-qardaş vəfat etdi

Bakının Xəzər rayonu, Buzovna qəsəbəsində fərdi yaşayış evində baş verən partlayışda yanıq xəsarətləri alan bacı-qardaş vəfat edib. Sozcu.az Report-a istinadən xəbər verir ki, hadisə nəticəsində müxtəlif dərəcəli yanıq xəsarətləri alan 1998-ci il təvəllüdlü Fərəh Əbdül qızı Quliyeva və 1997-ci təvəllüdlü Toğrul Əbdül oğlu Quliyev xəstəxanada dünyasını dəyişib. Yaxınlarının məlumatına görə, hadisə zamanı onların nənə və ataları həyətdə, anaları evin ikinci mərtəbəsində, bacı-qardaş isə evin birinci mərtəbəsində olublar. Partlayış evin birinci mərtəbəsində qeydə alınıb. Bu səbəbdən yalnız iki nəfər – bacı-qardaş ağır yanıq xəsarətləri alıblar. Ailənin digər üzvləri isə xəsarət almayıblar.

Türkiyədə güclü zəlzələ oldu

Türkiyənin Malatya şəhərində 5 bal gücündə zəlzələ baş verib. Sozcu.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. Zəlzələ 7 kilometr dərinlikdə meydana gəlib. Dağıntı və tələfat barədə hələ ki məlumat yoxdur.

Anası ilə birlikdə avtovağzalda olan gənc yoxa çıxdı

Bakıda 15 yaşlı oğlan itkin düşüb. Sozcu.az xəbər verir ki, hadisə avqustun 23-də Bakı Beynəlxalq Avtovağzalında qeydə alınıb. Belə ki, anası ilə birlikdə avtovağzalda olan 2008-ci il təvəllüdlü Hacıağa Nəsimi oğlu İbayev anidən qadının yanından ayrılaraq çıxıb gedib və bir daha geri qayıtmayıb. Faktla bağlı araşdırma aparılır.

Neft ucuzlaşdı

Dünya birjalarında neft ucuzlaşıb. Sozcu.az xəbər verir ki, hazırda “Brent” markalı neftin bir barreli 83,22 dollara, yüngül neftin bir barreli isə 78,84 dollara satılır.

Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutuldu

Avqustun 23-ü saat 23:30-da Ermənistan silahlı qüvvələrinin bölmələri İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub. Bu barədə Sozcu.az-a Müdafiə Nazirliyindən məlumat verilib. Qeyd olunub ki, bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.

Putin Priqojini nümayişkəranə şəkildə öldürdü

Rusdilli məkanda “çox hərəkətli” oyun olduqca populyardır. Sozcu.az xəbər verir ki, bu sözləri rusiyalı jurnalist Maykl Naki deyib. Onun fikrincə, hər bir hadisə ən inanılmaz versiyaların yığını ilə müşayiət olunur: “Dronların Kremlə nə vaxt uçduğunu xatırlayırsınızmı? Orada müxtəlif fərziyyələr vardı. Deyirdilər ki, bu FTX-nin işidir. Ancaq bu, bir dəfə də olsun təsdiqlənmədi. Hesab edirəm ki, bunların Ukrayna PUA-ları olduğu indi hamıya aydındır. Bəs Priqojinin üsyanını xatırlayırsınız? Hansı ki, yalnız tənbəllər bunu səhnəcik adlandırmadılar. Düzdür, bu tamaşanın məqsədinin nə olduğunu heç kim izah edə bilmədi. Düşünürəm ki, indi də onun səhnələşdirildiyinə inanan az insan var”. Nuki bildirib ki, hazırda da vəziyyət eynidir: “Priqojinin həqiqətən öldüyünü və heç bir hiyləgər planlarının olmadığını əminliklə deyə bilərəm. Putin Priqojini nümayişkəranə şəkildə öldürdü”.

Priqojinin təyyarəsində ölənlərdən biri ermənidir

Rusiya Federal Hava Nəqliyyatı Agentliyi Tver vilayətində qəzaya uğrayan “Embraer” təyyarəsinin göyərtəsində olan bütün sərnişinlərin və ekipaj üzvlərinin adlarını açıqlayıb. Sozcu.az xəbər verir ki, “Vaqner” özəl hərbi şirkətinin təsisçisi Yevqeni Priqojin və “Vaqner”in komandiri Dmitri Utkinin olduğu təyyarədə Sergey Propustin, Yevqeni Makaryan, Aleksandr Totmin, Valeri Çekalov, Nikolay Matyuseev də olub. Vurğulanıb ki, “Embraer-135” (EBM-135BJ) təyyarəsinin uçuşu hava məkanından istifadə üçün müəyyən edilmiş qaydada verilmiş icazə əsasında həyata keçirilib. Qeyd edək ki, qəza nəticəsində 3 nəfər heyət üzvü və 7 sərnişin həlak olub.

Bayden Priqojinin ölümündən danışdı: Putinin əli var

ABŞ prezidenti Co Bayden Rusiyanın “Vaqner” qrupunun lideri Yevgeni Priqojinə məxsus təyyarənin qəzaya uğramasına münasibət bildirib. Sozcu.az xəbər verir ki, bu barədə o, jurnalistlərə açıqlamasında danışıb. "Nə baş verdiyini dəqiq bilmirəm, amma təəccüblənmirəm", - Bayden deyib. O, qəzada Rusiya Prezidenti Vladimir Putinin əli ola biləcəyinə işarə edib. “Rusiyada Putinin arxasında olmadığı çox hadisə yoxdur. Amma hadisənin arxa planını bilmək üçün kifayət qədər məlumatım yoxdur”, - deyə ABŞ Prezidenti qeyd edib. “Embraer Legacy” təyyarəsi avqustun 23-də Moskva vaxtı ilə saat 18:40 radələrində Tver vilayətinin Boloqovski rayonunun Kujenkino kəndi yaxınlığında qəzaya uğrayıb. Rusiya Federal Hava Nəqliyyatı Agentliyi Tver vilayətində qəzaya uğrayan “Embraer” biznes-jetinin sərnişinləri və ekipaj üzvlərinin tam siyahısını dərc edib. Ölənlər arasında "Vaqner"in təsisçisi Yevgeni Priqojin və komandiri Yevgeni Utkin də var. "Flightradar24"ün məlumatına görə, RA-02795 quyruq nömrəli təyyarə, "Embraer Legacy 600" müntəzəm olaraq Moskva-Peterburq marşrutu ilə uçurdu. "Vaqner" təyyarəni 2020-ci ilin sentyabrında alıb.