82 yaşlı kişi qoz ağacından yıxılaraq öldü

Ağcabədi rayonunda bədbəxt hadisə baş verib. Sozcu.az Trend-ə istinadən istinadən xəbər verir ki, rayon sakini, 1942-ci il təvəllüdlü Nəsib Süleymanov yaşadığı evin həyətində qoz ağacından yıxılaraq ölüb. Faktla bağlı Ağcabədi rayon prokurorluğunda araşdırma aparılır.

Bakıda dava düşdü: Bıçaqlananlar var

Bakının Xəzər rayonunda dava zamanı iki nəfər bıçaqlanıb. DİN-in Mətbuat Xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı BAKU.WS-ə bildirib ki, sentyabrın 29-da saat 23 radələrində paytaxtın Xəzər rayonunun Binə qəsəbəsi ərazisində qəsəbə sakinləri 1997-ci il təvəllüdlü Nicat Hüseynovun və 1990-cı il təvəllüdlü Zaur Sultanovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bir-birilərinə kəsici alətlə xəsarətlər yetirmələri barədə polisə məlumat daxil olub. Hadisə ilə bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır. *** Bakının Xəzər rayonunda dava zamanı iki nəfər bıçaqlanıb. Sozcu.az APA-ya istinadən xəbər verir ki, hadisə Binə qəsəbəsində qeydə alınıb. Binə Sovxoz ərazisində yaşayan 1997-ci il təvəllüdlü Nicat Hüseynov tanışı 1990-cı il təvəllüdlü Zaur Sultanovla əlbəyaxa dava edib. Dava zamanı hər iki şəxs bir-birinə bıçaq zərbələri vurub. Yaralanan N.Hüseynov və Z.Sultanov xəstəxanaya yerləşdirilib. Həkimlərin verdiyi məlumata görə, Z.Sultanovun vəziyyəti ağırdır. Faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.

Göygöldə azyaşlının üzərinə dəmir qapı düşdü - Vəziyyəti ağırdır

Göygöldə bədbəxt hadisə baş verib. Sozcu.az APA-ya istinadla xəbər verir ki, rayon sakini 2019-cu il təvəllüdlü qızın üzərinə dəmir qapı düşüb. Azyaşlı xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır. Faktla bağlı araşdırma aparılır.

Nəsrullahın yerini İsrailə iranlı casus DEYİB

İranlı casus İsrailə öldürülən “Hizbullah” təşkilatının baş katibi Həsən Nəsrullahın Beyrutun cənub ətraflarında olması barədə məlumat verib. Sozcu.az xəbər verir ki, bu barədə “Le Parisien” qəzeti Livanın təhlükəsizlik orqanlarındakı mənbəyə istinadən məlumat yayıb. “İsraillilər mümkün olan hər şeyi etdilər, hədəflərini qaçırmaq istəmədilər”, - qəzet mənbəyə istinadən yazıb. Qeyd edək ki, sentyabrın 28-də İsrail Müdafiə Qüvvələrinin Beyrutun cənub ətrafına endirdiyi zərbələr nəticəsində Həsən Nəsrullah öldürülüb.

Həsən Nəsrullahın meyiti dağıntılar altından ÇIXARILDI

"Hizbullah" lideri Şeyx Həsən Nəsrullahın meyiti dağıntılar altından çıxarılıb.  Sozcu.az “Al Nahar” qəzetinə istinadən xəbər verir ki, Beyrutda hospitallardan birində Şeyx Həsən Nəsrullahın meyiti üzərində tibbi ekspertiza aparılıb. Qeyd edilib ki, "Hizbullah" lideri bombalanmanın yol açdığı güclü partlayışlar zamanı başından və bədənindən aldığı küt travma nəticəsində ölüb.

Qəzzada ölənlərin sayı AÇIQLANDI

İsrail ordusunun endirdiyi zərbələr nəticəsində Qəzzada həlak olan fələstinlilərin sayı 41 min 595 nəfərə çatıb. Sozcu.az xəbər verir ki, bu barədə anklavın Səhiyyə Nazirliyi məlumat yayıb. Ümumilikdə 96 251 insan zərər çəkib. Yalnız son sutkada 9 nəfər ölüb, 41 nəfər yaralanıb. Xatırladaq ki, 2023-cü il oktyabrın 7-də HƏMAS İsrailin nəzarətində olan ərazilərə hücum edib. Buna cavab olaraq İsrail ordusu Qəzzada hərbi əməliyyatlara başlayıb.

İranda spirtli içkidən kütləvi zəhərlənmə: ölənlər var

İranın şimalında yerləşən Gilan vilayətinin Rəşt şəhərində saxta spirtli içkidən istifadə nəticəsində 4 nəfər ölüb. Sozcu.az xəbər verir ki, bu barədə İranın Gilan vilayəti Tibb Elmləri Universitetinin rektoru Məhəmməd Tağı Aşubi məlumat verib. Onun sözlərinə görə, ölənlər 22-40 yaşları arasında şəxslərdir və etanol və yaxud metanoldan istifadə nəticəsində zəhərləniblər. Aşubi bildirib ki, ümumilikdə Rəşt şəhərində saxta içkilərdən istifadə nəticəsində 20 nəfər zəhərlənib. Onlardan 6 nəfərinin vəziyyəti ağırdır.

ABŞ Yaxın Şərqdə hərbi təyyarələrinin sayını artırır

ABŞ yaxın günlərdə Yaxın Şərqdə yerləşdirdiyi hərbi təyyarələrin sayını artıracaq. Sozcu.az xəbər verir ki, bu barədə Pentaqon məlumat yayıb.

Ermənistan silahlanır, təcili addımlar atılmalıdır – XİN rəhbəri

Ermənistanın hərbi büdcəsini kəskin artırması, həm ənənəvi, həm də yeni təchizatçılardan külli miqdarda hücum silahları alması, keçmiş münaqişəyə əsaslanan tezisləri və strukturları saxlamaq cəhdləri ilə birlikdə konstitusiya dəyişikliklərinin həyata keçirilməsi xüsusunda səhlənkarlığı normallaşma prosesini xələl gətirir. Sozcu.az xəbər verir ki, bu sözləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyasının Ümumi Müzakirəsində çıxışı zamanı deyib. “Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün tanınması məsələsi hüquqi boşluqda qaldığı, habelə, daxili hüquqi və ya siyasi ssenarilərdən asılı olduğu təqdirdə, sülh və mehriban qonşuluq münasibətlərinin qurulması dayanıqlı və dönməz ola bilməz. Qonşulara qarşı irredentizm və ərazi iddialarının səbəb olduğu bu qədər ağrı və iztirablardan sonra “yarımçıq sülh” seçim ola bilməz. vakansiyalar Azərbaycan bu kritik məqamda normallaşma prosesinin başa çatdırılması üçün qalan əngəlləri aradan qaldırmağa məqsədilə tam məsuliyyət hissi ilə təcili addımlar atmağa çağırır. Ermənistanın beynəlxalq hüquqdan irəli gələn, habelə sülh prosesində öncədən üzərinə götürdüyü öhdəliklərə əməl etməklə bağlı məsuliyyəti ilə yanaşı, bütün beynəlxalq ictimaiyyət də tərəfləri həqiqi, dayanıqlı və əbədi sülhün bərqərar olmasına təşviq etmək məsuliyyəti daşıyır. Belə bir sülhə nail olunması tərəflərdən birinin digərinə qarşı manipulyasiya edilməsi və ya onlar arasında bölücü xətlərin çəkilməsi yolu ilə əldə edilməsi gözlənilən hər hansı dividentdən üstün tutulmalıdır. Dünyanın başqa bölgələrində iztirablara səbəb olmuş uğursuz təcrübələrin revanşizmi qızışdırmaq yolu ilə Cənubi Qafqaza sınaqdan keçirmək cəhdlərinə son qoyulmalıdır”, C.Bayramov bildirib.

Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutuldu

Sentyabrın 28-i saat 23:20 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Keşişkənd rayonunun Almalı yaşayış məntəqəsi istiqamətindəki mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Yuxarı Buzqov yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub. Bu barədə Sozcu.az-a Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib. Azərbaycan Ordusunun bölmələri tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb. Xatırladaq ki, sentyabrın 26-da da saat 16:10 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Qarakilsə rayonunun Ərəvus yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Ləkətağ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini iri çaplı pulemyotlardan atəşə tutub.

949-cu gün: Rusiyanın itkiləri yeniləndi

Ukrayna müharibənin 949-cu günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 651 810 hərbçi, 8 869 ədəd tank, 17 476 ədəd zirehli döyüş maşını, 18 795 ədəd artilleriya sistemi, 1 205 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 962 hava hücumundan müdafiə sistemi, 369 ədəd hərbi təyyarə, 328 ədəd helikopter, 25 495 ədəd avtomobil texnikası, 16 186 ədəd PUA, 2 610 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 3 297 xüsusi avadanlıq itirib.

Tramp qalib gəlsə, Ukrayna… - Zelenskidən sürpriz

ABŞ prezidentliyinə namizəd Donald Tramp seçkilərdə qalib gələcəyi təqdirdə Ukraynanı dəstəkləyəcək. Sozcu.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib. "ABŞ-da seçkilərdən sonra kimin prezident olacağını bilmirəm. Amma mən Donald Trampdan onun bizim tərəfimizdə olacağı, Ukraynanı dəstəkləyəcəyi barədə birbaşa məlumat aldım", - Zelenski bildirib. Qeyd edək ki, Tramp Ukraynaya külli miqdarda hərbi-iqtisadi yardımın ayrılmasına qarşıdır.

İranda helikopter qəzaya uğradı: ölənlər var

İranın cənub-şərqində helikopter qəzası baş verib. Sozcu.az xəbər verir ki, bu barədə “Azad İran” məlumat yayıb. Təsdiq edilməmiş məlumata görə, helikopter qəzasında Yəmən husilərinin İrandakı koordinatoru Məhəmməd Əbdüs-Salam və bir neçə nəfərin həlak olduğu bildirilir. Qəzanın sırf texniki, yaxud kənar müdaxilə səbəbindən baş verdiyi məlum deyil.

Hər il milyonlarla insan bu xəstəlikdən ölür

Ümumdünya Ürək Günü ilk dəfə 1999-cu ildə Ümumdünya Ürək Federasiyasının təşəbbüsü ilə təşkil edilib. Ümumdünya Səhiyyə Təşkilatı, UNESCO və digər mühüm təşkilatlar həmin təşəbbüsü dəstəkləyib. Əvvəlcə onu sentyabrın son bazar günü qeyd edirdilər, 2011-ci ildən isə sentyabrın 29-da keçirirlər. Sozcu.az xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatı ilə əməkdaşlıq çərçivəsində Ümumdünya Ürək Federasiyası 100-dən çox ölkədə tədbirlər keçirir. Həmin günün proqramına kütləvi sağlamlıq yoxlamaları, ictimai mühazirələr, tamaşalar, elmi forumlar, sərgilər, konsertlər, gəzintilər və idman yarışları daxildir. Hər il keçirilən Ürək Günü ürəyin sağlamlığı ilə bağlı müəyyən mövzuya həsr edilir. Hazırda ürək-damar xəstəlikləri dünyada ölümün və əlilliyin əsas səbəblərindən biri sayılır və hər il 20,5 milyon nəfər həyatını itirir. Ürək-damar xəstəliklərinə ürəyin və qan damarlarının xəstəlikləri, ürəyin işemik xəstəliyi, beyinin damarlarının xəstəliyi, arteriyaların periferik xəstəliyi, revmokardit, anadangəlmə ürək qüsuru, vena damarların trombozu və sair xəstəliklər aid edilir. Ürək-damar xəstəlikləri və insultun yaranmasının risk amilləri qan təzyiqinin yüksəlməsi, qanda xolesterinin və qlükozanın miqdarının artması, siqaret çəkmək, artıq çəki, piylənmə və fiziki hərəkətsizlik, meyvə və tərəvəzlərlə qidalanmanın azlığıdır. Yeri gəlmişkən, ürək-damar xəstəliklərinin inkişafına gətirib çıxaran qeyri-sağlam həyat tərzi ən çox uşaqlıq və yeniyetməlik dövründə inkişaf edir və yaşlandıqca həmin xəstəliklərə tutulmaq riski getdikcə artır. Ona görə də xəstəliyin profilaktikasına uşaq yaşlarından başlamaq lazımdır. Ümumdünya Ürək Federasiyasının məlumatına görə, sağlam həyat tərzi keçirmək, tütün istifadəsini məhdudlaşdırmaq, qidalanmanı nəzarətdə saxlamaq və fiziki fəallığı artırmaq hesabına infarkt və insult nəticəsində baş verən erkən ölüm hallarının qarşısını 80 faiz almaq olar.

Maye qaz balonu partlayıb, xəsarət alan var

Gəncədə evdə maye qaz balonu partlayıb. Hadisə nəticəsində 1958-ci il təvəllüdlü Y.Vəliyev yuxarı ətrafının yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Xəstəyə yardım edilib, vəziyyətinin kafi olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.APA

Bakıda yolu keçən 7 yaşlı uşağı avtomobil vurdu

Bakının Xətai rayonunda 7 yaşlı uşaq yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb. Sozcu.az xəbər verir ki, 2017-ci il təvəllüdlü Ə.B yolu keçərkən avtomobil onu vurub. Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb. socar vakansiya Faktla bağlı araşdırma aparılır.

Dolu düşəcək, qar yağacaq - Hava ilə bağlı XƏBƏRDARLIQ

Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək.  Sozcu.az xəbər verir ki, havanın temperaturu gecə 15-19° isti, gündüz 22-26° isti olacaq. Atmosfer təzyiqi 766 mm civə sütunundan 769 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 65-75 %, gündüz 40-45 % olacaq.  Sentyabrın 28-da Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Axşama doğru yağıntılar tədricən kəsiləcək. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. vakansiya 2023 vakansiya Havanın temperaturu gecə 14-18° isti, gündüz 22-27° isti, dağlarda gecə 5-10° isti, gündüz 13-18° isti olacaq. 

Toyuna hazırlaşan qız faciəvi şəkildə öldü

Tərtərdə toyuna hazırlaşan 21 yaşlı qız faciəvi şəkildə ölüb. Hadisə Tərtər şəhərində yerləşən beşmərtəbəli binaların birində baş verib. 2003-cü il təvəllüdlü rayon sakini Arzu İlqar qızı Niftalıyeva yaşadıqları binanın dördüncü mərtəbəsində paltar sərərkən müvazinətini itirərək hündürlükdən yıxılıb. O, Mingəçevir Şəhər Xəstəxanasına çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. Hadisə ilə bağlı Tərtər Rayon Prokurorluğunda araşdırma aparılır. Qeyd edək ki, vəfat edən qız nişanlı imiş, yaxın aylarda toyu olacaqmış.//Qafqazinfo.az

Elektrik şəbəkəsinin dispeçirini elektrik cərəyanı vuraraq öldürdü

Ağcabədi Elektrik Şəbəkəsinin dispeçirini elektrik cərəyanı vuraraq öldürüb. Ağcabədi Elektrik Şəbəkəsinin dispeçiri vəzifəsində işləyən, Hindarx sakini Səlim İsmayılov qəsəbə ərazisində elektrik dirəyindəki naqilləri təmir edərkən elektrik cərəyanı vurub. Nəticədə o hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır.Report

Bakıda güclü yanğın: qadın zəhərləndi

Bakı şəhər, Xətai rayonu, NZS qəsəbi, S.Əhmədov küçəsində yanğın baş verməsi nəticəsində bir nəfər (qadın cinsli) şəxs tüstüdən zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə qəbul olunub. Sozcu.az xəbər verir ki, bununla bağlı Kliniki Tibbi Mərkəzin mətbuat xidmətinin rəhbəri Ruzbeh Məmməd məlumat yayıb. O bildirib ki, xəstəyə zəruri ilkin tibbi yardım xidmətləri göstərilir, vəziyyəti orta-ağırdır.

Türkiyə və Almaniyanın dönər mübahisəsi: 6 ay vaxt verildi

Avropa Komissiyası Türkiyə və Almaniyaya dönər kababının hazırlanma üsulunu aydınlaşdırmaq və hansı millətə aid olduğunu müəyyən etmək üçün 6 ay vaxt verib. Sozcu.az xəbər verir ki, bu barədə “Ekonomist” məlumat yayıb. Məlumata görə, Türkiyə AB-yə müraciət edərək, yalnız toyuq, mal və ya quzu ətindən hazırlanmalı olan ənənəvi dönər reseptini qorumağı xahiş edib. Ankara dönər kababının hinduşka və dana ətindən hazırlanmasının əleyhinədir. Türk miqrantların sayəsində yeməyin məşhurlaşdığı Almaniyada dönər kələm və ya salat və sarımsaq sousu ilə verilir. Türkiyədə yemək tez-tez düyü ilə verilir və əlavə olaraq pendir, kartof qızartması, pomidor və acı bibər istifadə olunur. Türkiyə yemək standartlarının tanınmasına nail olarsa, Almaniya yeməyin adını dəyişməli olacaq. Əgər razılaşma əldə olunmasa, Avropa Komissiyası müstəqil qərar verəcək.

Toyu yasa çevirənlər: Karvanlara ciddi nəzarət olunmalıdır

Bir neçə gün əvvəl Bəhrəmtəpə-Biləsuvar yolunda toy karvanında faciə yaşanıb və 5 nəfər həyatını itirib. Yol polisi hadisədən sonra bir daha xəbərdarlıq edib ki, yeni ailə quran gənclərin sevincinə şərik olmaq niyyəti ilə toy karvanlarına qoşulan sürücülər digər hərəkət iştirakçılarına münasibətdə heç bir üstünlüyə malik olmadıqlarını unutmamalıdır. “Əksinə bir neçə nəqliyyat vasitəsinin ahəngdar hərəkəti zamanı şəraitin daha da mürəkkəbləşdiyini nəzərə almalı, məsuliyyətsiz davranmaqla xoşagəlməz nəticələrə rəvac verməməlidirlər. Nəzərə almaq lazımdır ki, toy karvanlarında nəqliyyat vasitələrinin sayının az olması, iştirakçıların bir hərəkət zolağı üzrə hərəkət etməsi, ara məsafəsi saxlaması, optimal sürət seçilməsi, sərxoş sürücülərin dərhal hərəkətdən kənarlaşdırılması tədbirin təhlükəsiz başa çatması üçün başlıca şərtdir. Bu həm də dəyər verdiyimiz insanların ən xoş günlərinin xoşbəxt anlarla yadda qalmasına töhfə verən davranışdır”, - qurumdan bildirilib. Mövzu ilə bağlı Modern.az-a danışan nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov bildirib ki, toylarda baş verən qəzaların səbəbləri cəmiyyət olaraq bizi narahat etməyə bilməz. “Bizim milli adət-ənənələrimizin başlıcası toydur. Toy hər bir xalqın, xüsusən də Azərbaycan xalqının milli kimliyidir. Toy bir adətdir, ənənədir, kimlikdir. Amma toylarda qəzaların olması, xoşagəlməz hadisələrin baş verməsi insanlarda məyusluq hissi yaradır. Xüsusən toyda baş verən zaman ölüm hallarının olması, kiminsə sağlamlığını itirməsi toyda qanqaralıq yaradır. Bu nöqteyi nəzərdən toylarda belə hadisələrə qarşıyıq. Yaxşı olar ki, toyun ağsaqqalları bu zaman öz mövqeyini bildirsin. Toy üzvləri, yaşlılar bu məsələlərə nəzarət etməlidir. Xüsusən gənclərin idarə etdiyi nəqliyyat vasitələrinə yüksək həssaslıqla nəzarət olunmalıdır. Qəzaların minimum səviyyədə olması üçün nəzarət maksimum artırılmalıdır. Bu halda müəyyən nailiyyətdən danışmaq olar. Əks halda qanqaralıq olacaq, peşmanlıq hissi vətəndaşları məyus edəcək”.

Azərbaycanda polkovnik saxlanıldı

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şuşa şəhər Şöbəsinin sabiq rəisi polkovnik Seymur Qurbanov saxlanılıb.  Sozcu.az “qafqazinfo”ya istinadən xəbər verir ki, S.Qurbanov korrupsiya cinayətlərində və dələduzluqda şübhəli bilinir.  Hazırda polkovnikin prokurorluqda ifadəsi alınır.  vakansiyalar Xatırladaq ki, ötən gün Xidmətin Daşkəsən rayon şöbəsinin rəisi mayor Anar Əsgərov da həbs olunub. 

“Kupça” almaq istəyənlər BUNU ETMƏLİDİR - Yeni qaydalar

Bakıda və Abşeron rayonu ərazisində yerləşən yaşayış massivlərinin əksər hissəsi qeyri-tikinti təyinatlı torpaqlar üzərində salınıb. Bu səbəbdən həmin ərazilərdə tikilən evlərin çoxunun çıxarışı yoxdur. Bu isə vətəndaşlar üçün bir sıra problemlər yaradır.  Bəs görəsən, insanların kütləvi formada məskunlaşdığı ərazilərin torpaq təyinatını dəyişdirmək mümkündürmü?  Mövzu ilə bağlı Yenisabah.az-a danışan əmlak məsələləri üzrə ekspert, Elnur Fərzəliyev bildirib ki, vaxtilə Bakıda olan sovxoz və kolxozların ərazilərinin hamısı yaşayış massivlərinə çevrilib: vakansiyalar “Təxminən 90-cı illərin əvvəllərinə qədər Bakının böyük bir hissəsində və Abşeron ərazilərində kolxoz və sovxoz əraziləri var idi.  Daha sonra sovet hökuməti dağıldı və bu səbəbdən həmin ərazilərdəki kolxoz-sovxozlar da ləğv olundu. Bu torpaqlar həmin kolxoz və sovxozda işləyən insanların xahişi ilə onlara pay torpağı kimi verildi. Həmin ərazilərdə indi yaşayış massivləri salınıb. Təbii ki, artıq Bakı böyük bir şəhərə çevrilib və paytaxt statusunda olduğuna görə, burada əkin-biçin işlərinin görülməsi mümkün deyil. Çünki bu ərazilərin hamısı artıq yaşayış massivləridir. Əgər ərazidə marketlər, məktəblər inşa edilibsə, ora qaz, su və işıq çəkilibsə, deməli, artıq yaşayış massivinə çevirilib”.  Ekspert qeyd edib ki, vətəndaşları yaşadıqları ərazilərin torpaq təyinatını dəyişdirmək üçün kütləvi formada müraciət etməlidir:  “Təbii ki, bununla bağlı daha sonra bələdiyyələr də torpaq sahələri ayırdılar. Onların da təyinatının dəyişdirilməsi üçün müraciət etmək lazımdır. Həmin ərazilərdə yaşayan vətəndaşlar kütləvi formada aidiyyəti bələdiyyələrə və yaxud rayon icra hakimiyyətlərinə müraciət etməlidir. Bu cür ərazilərin təyinatı dəyişdirildikdən, daha dəqiq desək, tikinti təyinatına çevrildikdən sonra, həmin ərazidəki evlərə çıxarış verilə bilər. Bunun üçün ilk öncə həmin torpaqlarda təyinat dəyişikliyi olmalıdır”.