Ötən ilin ilk 11 ayında Ukraynadan Azərbaycana 5 min 786 ton dondurulmuş iribuynuzlu heyvan əti (mal əti) idxal edilib.
Sozcu.az xəbər verir ki, idxal olunan mal ətinin 59,55 tonu bütöv cəmdəklər, 1 827,7 tonu sümüklü və parçalara ayrılmış, 3 898,9 tonu isə sümükdən ayrılmış formada olub.
Qeyd edək ki, Ukraynadan gətirilən bütöv cəmdəklərin bir kiloqramının orta gömrük dəyəri 3,5 dollar (6 manat), sümüklü və parçalara ayrılmış ətin bir kiloqramının orta gömrük dəyəri 3,8 dollar (6,4 manat), sümükdən ayrılmış ətin bir kiloqramının orta gömrük dəyəri isə 5 dollar (8,5 manat) təşkil edib.
Onu da bildirək ki, ötən ilin ilk 11 ayında dondurulmuş mal əti ən çox Ukraynadan gətirilib. Ukraynadan sonra mal əti ən çox Braziliyadan (2 956 ton) və Hindistandan (1 128,5 ton) idxal olunub. Braziliyadan gətirilən dondurulmuş ətin bir kiloqramının orta gömrük dəyəri 3,2 dollar (5,5 manat), Hindistandan gətirilən ətin bir kiloqramının orta gömrük dəyəri isə 3,4 dollar (5,7 manat) olub.yeniavaz)
