İranda keçirilən etiraz aksiyalarında öldürülən 6842 nəfərin kimliyi müəyyənləşdirilib, qətlə yetirilən 11280 nəfərin kimliyinin isə dəqiqləşdirilməsinə çalışılır.
Sozcu.az xəbər verir ki, bu barədə İran İnsan Haqları Təşkilatı məlumat yayıb.
Öldürülənlərdən 214-ü hökumət məmuru, 146-sı azyaşlı, 57-si etiraz aksiyalarında iştirak etməyən mülki şəxsdir.
