Bətnindəki körpə qız olduğuna görə qadını vəhşicəsinə döydülər - Uşağı tələf etdilər - VİDEO

Şəmkirdə üç övladı olan ana baldızı tərəfindən amansızcasına döyülüb. Sozcu.az xəbər verir ki, hadisə Sarıtəpə kəndində qeydə alınıb. Malika Sarıyeva qız övladına hamilə qaldığı üçün baldızı tərəfindən vəhşicəsinə döyülüb, xəstəxanaya yerləşdirilib. Bətnindəki 4 aylıq uşaq isə tələf olub. Zərərçəkənin bacısının sözlərinə görə, bu kimi xoşagəlməz hadisələr dəfələrlə Malikanın başına gəlib. Məsələ polis və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən nəzarətə götürülüb.

Lənkəranda usta faciəvi şəkildə öldü

Lənkəranda usta faciəvi şəkildə ölüb. Sozcu.az xəbər verir ki, hadisə Lənkəran-Lerik avtomobil yolunun kənarında baş verib. Burada dülgər sexinin damını rəngləyən 31 yaşlı Rzazadə Elgün Rza  oğlu şiferin qırılması nəticəsində yıxılaraq, xəsarətlər alıb. O, yerləşdiyi Lənkəran rayon Mərkəzi Xəstəxanasında ölüb. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Banka kredit borcu olanlara VACİB XƏBƏR

Əvvəllər bankların əksəriyyəti kredit verilişi və gecikmələr zamanı sərt tədbirlərə əl atırdı. Hətta uzunmüddətli gecikmələr və digər ciddi problemlər zamanı müddətli həbs tədbirləri də baş verirdi.  Lakin pandemiya dövründə və daha sonra vəziyyət ciddi dərəcədə dəyişməyə başladı. Artıq bankların bir çoxu olduqca sərfəli şərtlərlə kredit təklif etməkdədir. Bu isə kreditlə bağlı müraciət edən vətəndaşların sayında ciddi artıma gətirib çıxarır. Bəs görəsən, bu yaxın gələcəkdə banklar üçün ödənilməmiş milyardlıq borclara səbəb ola bilərmi? Mövzu ilə bağlı Yenisabah.az-a danışan iqtisadçı-ekspert Əkrəm Həsənov bildirib ki, əslində pandemiya dövründə kredit dövrləri uzandığı üçün banklar qazanan tərəf oldular:  vakansiya “Deməzdim ki, COVİD-19 zamanı banklar tərəfindən ciddi sayıla biləcək güzəştlər tətbiq olundu. Sadəcə, kreditlərin vaxtı uzadıldı. Amma müştərilər yenə də həmin məbləği və hətta dövr uzandığı üçün daha artıq faizlər ödəyirlər. Ona görə də ciddi güzəştlərin olduğunu deməzdim. Mərkəzi Bank sadəcə banklara tövsiyə etdi ki, vətəndaşların gecikmələrini cərimə olaraq saymasınlar. Amma banklar cərimə saymalar belə, vaxt uzandığı üçün əlavə faizlər tutdu. Ona görə də bu məsələdə banklar üçün hansısa problem yoxdur”.  Ekspertin fikrincə, bankları gözləyən daha başqa təhlükə var:  “Banklar təhlükə gözləyirsə də, buna görə gözləmir. Sadəcə, banklar son vaxtlar yenə də kimə gəldi-gəlmədi kreditlər verirlər. Düzdü, əvvəlki qədər olmasa da, bu nüans banklar üçün gələcəkdə problem yarada bilər. Amma düşünmürəm ki, banklar üçün gələcəkdə hansısa ciddi təhlükə olsun”. 

Bakıda "Lənd Rover" yeniyetməni vuraraq öldürdü

Bakıda avtmobil yeniyetməni vuraraq öldürüb. Sozcu.az xəbər verir ki, hadisə Suraxanı rayonu, Hövsan qəsəbəsində qeydə alınıb. Bannikov Vasili Vladimiroviçin idarə etdiyi "Lənd Rover" markalı avtomobillə yolu keçən 2007-ci il təvəllüdlü İlkin Kərimovu vurub. Piyada aldığı xəsarətlərdən ölüb. Faktla bağlı cinayət işi başlanılıb.

İran ən böyük düşmənimizdir - Harris

İran ABŞ-ın ən böyük düşmənidir və onun təhdidlərinə qarşı laqeyd qalmayacayığıq. Sozcu.az xəbər verir ki, bunu ABŞ vitse-prezidenti, prezidentliyə namizəd Kamala Harris deyib. “İran hökumətinin nüvə silahı əldə edə bilməyəcəyindən əmin olmalıyıq”, - o bildirib.

İranda güclü partlayışlar - Təcili

Sosial şəbəkələrdə bu gün səhər saatlarında İsfahan şəhərində partlayışlar olması ilə bağlı paylaşımlar edilib.  Sozcu.az xəbər verir ki, bu barədə “Azad İran” telegram kanalı məlumat yayıb.  Şəhər sakinləri də partlayış səslərini eşitdiklərini təsdiqləyiblər.  vakansiyalar İranın hökumət mediası isə İsfahanda partlayışlar olduğunu inkar etsə də, sübutlar bir neçə partlayışın baş verdiyini açıq şəkildə göstərir. musavat.com)

NATO Ukraynaya konkret addımlar təklif edəcək

NATO ölkələri Ukraynanın alyansa qoşulması üçün konkret addımlar təklif edə bilər. Sozcu.az xəbər verir ki, bu barədə “Vaşinqton Post” məlumat yayıb. Nəşrin məlumatına görə, təkliflər Ukraynanın müdafiə məsələləri üzrə təmas qrupunun Ramşteyn görüşündə irəli sürüləcək: “Lakin Ukrayna rəsmiləri qorxurlar ki, ABŞ-da prezident seçkiləri əlavə təhlükəsizlik yardımını sual altına qoya bilər”.

"Kitab oxumurlar? Cəhənnəmə oxusunlar, gordan da o tərəfə oxusunlar. Oxumayıb nə edəcəklər?!"

Azərbaycanda yazıçı-şairin, jurnalistin, bir sözlə, sənətə, incəsənətə yaxından-uzaqdan əlaqəsi olan hər kəsin şikayətlənərək və haqlı olaraq dediyi bir söz var: “Kitaba maraq azdır”, “İnsanlar kitab oxumur”. Əslindı, belə də demək olar: “Kitab oxumurlar? Cəhənnəmə oxusunlar, gordan da o tərəfə oxusunlar. Oxumayıb nə edəcəklər?!” Amma bunu demək də olmur. Nə gözəl sözdür: “Kim nə edir, özünə edir” Bəli, bu, doğrudan da belədir. Üstəlik, nə dünənin söhbətidir, nə də o biri günün. Azərbaycanda kitab oxumamaq ənənəsi ta qədimlərə-hələ əsrlər öncələrə dayanır. Nə Füzulilər, Nə Cəlillər deyiblər, bildiriblər. Ki, bu qövm kitaba yaxın durmur. Amma bu şikayətlənmək forması çürümədimi? Kimlərəsə “Nə olar oxuyun, niyə oxumursunuz?” janrında yalvarış bəs deyilmi?  Bəlkə, müraciət ünvanları doğru deyil? İnsanları da tam ittiham eləmək gərəksizdir? Əsas səbəblər görünmürmü? Kitab oxumaq vərdişi elə bir məsələdir, demək olar, bunu sonradan məcbur formalaşdırmaq mümkünsüzdür. Əvvəla, ənənə ta uşaqlıqdan-ailədən və məktəbdən qoyulmalıdır. Yəni, təhsil olmalıdır. Yəni, gərək, kitabı sevdirə biləsən. Yoxsa, “ay camaat, niyə oxumursunuz? Böyümüsünüz?” ritorikası keçərli olmayacaq. Gözünü açıb evində kitab görməyən, ölkəsindəki təhsildən heç bir halda baş açmayan adam niyə, necə kitab oxusun? Axı o bilmir bu kitab nə olan şeydir. Yaxud da, oxuduğu kitabda klassikadan başqa bir şey görməyən, hər şeyin, ən yaxşı əsərlərin, sənət nümunələrinin keçmişdə, əsrlər əvvəl olduğunu düşünən adam nə kitab oxuyacaq? Ya da elə ən əsas səbəblərdən olan sosioloji məsələlər. Maddi durumu(Kitab almaq üçün yox, yaşamaq üçün)yerində olmayan adamı kitab niyə və necə düşündürsün? Səhər-axşam işləyən qara fəhlənin Orhan Pamukun “Kara kitab”-ı nəyinə lazımdır? O, onu oxuyub nə edəcək?! (Burada maddi durumu yaxşı olan adam deyəndə də, varlı “qlamur” və “qlamurka”lar nəzərdə tutulmur. Onlar, onsuz da, bütün hallarda oxumurlar və buna heç ehtiyac da görmürlər. Olsun, hər kəs heç kitab oxumalı da deyil.) Azərbaycanda kitabın kütləvi oxunulmamasına, oxunulan kitabların da bayağı olmasına maraq göstərən, bunun belə olmasını istəyən məsələlər var. Dilə gətirməsə də, aşağı-yuxarı hər-kəs bilir. Efirlər kitabsızlıq, üstəlik, bayağılıq. Mədəniyyət ocaqları kitabsız, dövlət səviyyəsində də lazımı təbliğat yox. Yaxşı, indi necə yaransın bu maraq? Bütün səbəbləri bir araya yığıb baxanda məlum olur: Təhsil düzəlməmiş, sosial vəziyyət heç olmasa, ortabab olmamış bu kitabsız, Allahsız adamlar belə də qalacaqdır. Onların qabırğasına şikayətlənmək heç bir nəticə verməyəcək. Kitab oxumaq istəyən adamın yaşayışı yerlərdədirsə, o, bir az da uzaqlaşacaq. Oxumayan adamı da kitaba qılınc müsəlman kimi dəvət etmək mənasızdır, özünü yormaqdır. Yazıçı isə yazmalıdır, sonrası artıq onluq deyil. Burada lazım olan əsas bir məsələ isə, bir ovuc kitab oxuyan adamı formada saxlamaq, zövq formalaşdırmağa çalışmaq lazımdır. Əslində, problemin yekəsi həm də budur: Kitab oxuyan dəstə hələ nə oxuyur, kimi oxuyur və onları əsl ədəbiyyat oxumağa dəvət etmək olurmu?! Orxan Saffari Gununsesi.info

Bakıda ata və oğul qohumlarını bıçaqlayıb, ölən və yaralanan var

Oktyabrın 6-da gecə saat 2 radələrində paytaxtın Xəzər rayonu ərazisində 1977-ci il təvəllüdlü Qurban Məlikovun qəsdən öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Xəzər rayon prokurorluğundan verilən məlumata görə, araşdırma zamanı yetkinkinlik yaşına çatmayan Ə.N-nin (şərti) rayonunun Buzovna qəsəbəsi ərazisində şəxsi münasibətlər zəminində qohumu və qonşusu Qurban Məlikova bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Xəzər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, yetkinkinlik yaşına çatmayan Ə.N (şərti) iş üzrə şübhəli şəxs qismində tutulub. Hazırda ibtidai istintaq davam edir.

Azərbaycanda bu maşınlar ucuzlaşdı – Bazarda mövcud vəziyyət

Azərbaycan avtomobil bazarı dinamik və dəyişkən bir mərhələdədir. İdxal və yerli istehsal arasında balansın yaradılması, yeni ekoloji tələblərə cavab verən avtomobillərin bazara daxil olması və ikinci əl avtomobillərin bazar payının artması kimi amillər bazarın formalaşmasında əsas rol oynayır. Qiymət artımları, tədarük zəncirindəki qlobal problemlər və daxili iqtisadi təzyiqlər avtomobil almaq istəyən istehlakçılar üçün çətinliklər yaratsa da, bazar ümumilikdə sabit qalmaqdadır. Bu barədə “Report”a açıqlamasında avtomobil bazarı üzrə ekspert Elnar Rzayev bildirib. Onun sözlərinə görə, Azərbaycan avtomobil bazarının mövcud vəziyyəti bir sıra iqtisadi, sosial və texnoloji amillərin təsiri ilə formalaşır: “Bu bazarın dinamikası həm daxili, həm də xarici amillərlə, o cümlədən avtomobil idxalı, yerli istehsal, ikinci əl avtomobillərin satışı, avtomobil kreditləşməsi, qiymət dəyişiklikləri və digər iqtisadi göstəricilərlə müəyyən olunur. Azərbaycan avtomobil bazarı, əsasən xaricdən idxal olunan avtomobillərlə formalaşır. Ölkəyə hər il minlərlə avtomobil idxal olunur və bunlar arasında həm yeni, həm də istifadə olunmuş maşınlar üstünlük təşkil edir. Xüsusən də Avropa, Yaponiya, Cənubi Koreya və ABŞ kimi ölkələrdən idxal olunan avtomobillər böyük tələbat görür. Bu ildə isə bir sıra məhdudiyyətlərin aradan qaldırılması və gömrük prosedurlarının sadələşdirilməsi ilə idxalda artım müşahidə olunub”. Ekspert bildirib ki, Azərbaycanda ikinci əl avtomobil bazarı böyükdür və əhali arasında bu seqmentə maraq yüksəkdir. “Hazırda ikinci əl avtomobil bazarında maşınların qiymətlərində əhəmiyyətli artımlar qeydə alınıb. Bu artım bir tərəfdən də dünya miqyasında inflyasiya təzyiqləri və istehsal xərclərinin yüksəlməsi ilə bağlıdır. Digər tərəfdən, COVID-19 pandemiyası zamanı istehsalın yavaşlaması və tədarük zəncirinin pozulması da bazara təsir göstərib.” E. Rzayev ikinci əl avtomobillərin qiymətlərindəki artımın təxminən 15-25 % təşkil etdiyini diqqətə çatdırıb: “Bu, əsasən tələbatın çox olması və yeni avtomobillərin yüksək qiymətləri ilə bağlıdır. Xüsusən də daha populyar markalar və modellər üzrə qiymətlər daha yüksək faizlə artıb. Yeni avtomobillərin qiymətləri də artıb, lakin bu artım daha çox 10-20 % arasında dəyişir. Bunun səbəbi dünya üzrə avtomobil istehsalında yaranmış qıtlıq, logistika problemləri və xammal qiymətlərinin artmasıdır. Xüsusilə Avropa və Asiya ölkələrindən idxal olunan avtomobillərin qiymətləri bu kateqoriyada əhəmiyyətli dərəcədə artıb”. “Elektrik və hibrid avtomobillərin qiymətləri ən çox dəyişkənlik göstərən seqmentdir. Hazırda elektrikli avtomobillərin qiymətləri Azərbaycanda 20-30 % arası artım göstərib. Çünki bu seqment hələlik yenidir və infrastruktur məhduddur. Lüks avtomobil bazarında qiymət artımı ümumilikdə 10-15 % səviyyəsində qeydə alınıb. Bu tip avtomobillər üçün tələbat daha sabit olsa da, qlobal təchizat zəncirindəki gecikmələr və yüksək xərclər bu bazara da təsir göstərib”, – deyə ekspert əlavə edib. Digər avtomobil bazarı üzrə ekspert Eldəniz Cəfərli bildirib ki, dünyada elektrik və hibrid avtomobillərə maraq artdıqca, Azərbaycanda da bu tendensiya müşahidə olunur. “Dövlətin ekoloji tələbləri sərtləşdirməsi və daha müasir avtomobillərin dəstəklənməsi siyasəti çərçivəsində hibrid və elektrikli nəqliyyat vasitələrinə tələb artmağa başlayıb. Hazırda elektrik avtomobillərinin idxalı və satışlarında müəyyən qədər artım olsa da, bazarın ümumi payında bu növ nəqliyyat vasitələri hələ də məhdud sayda təmsil olunur”. O qeyd edib ki, ikinci əl avtomobillərin qiymətlərinin artmasına avtomobil bazarında olan tələbatın çoxluğu və yenilənmiş nəqliyyat vasitələrinin çatışmazlığı da təsir edir: “Əksər istehlakçılar üçün yeni avtomobil almaq məhdudiyyətlərlə bağlıdır. Bu, ikinci əl bazarının güclü qalmasına səbəb olur. Xüsusilə SUV tipli avtomobillərə və yanacağa qənaətcil modellərə maraq daha yüksəkdir”.

Ukraynada sülh yalnız bu şərtlə olmalıdır - Zelenski

Ukraynada ədalətli sülh yalnız beynəlxalq hüquqa əsaslanmalıdır: suverenlik və Ukrayna ərazilərinin heç bir "alqı-satqısı" olmadan. Bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib. “Planda göstərilən hər şey bizim tərəfdaşlarımız üçün realdır. Məhz bu, bizim məqsədimizdir - Ukrayna üçün etibarlı sülh və uzunmüddətli təhlükəsizliyi təmin etmək", - Zelenski vurğulayıb. Zelenski qeyd edib ki, Ukraynaya əsl sülh və müharibədən zəmanətli müdafiə lazımdır.

Ukrayna Belarusa da hücum etməlidir – Dunda

Ukrayna Kursk bölgəsini ələ keçirdikdən sonra Belarusa hücum etməlidir. Sozcu.az xəbər verir ki, bunu Ukrayna Ali Radasının deputatı Oleq Dunda deyib. Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri əraziyə daxil olarsa, belaruslar dərhal silahlarını yerə qoyacaqlar: “Müharibənin təkcə Bryansk, Kursk və Belqorod vilayətlərinin ərazisinə deyil, həm də Belarusa keçirilməsi vacibdir. Əminəm ki, Ukrayna Silahlı Qüvvələrinin nisbətən kiçik bölmələri daxil olarsa, Belarus ordusu silahı yerə qoyacaq. Bu isə Moskvanın ürəyinə böyük zərbədir”.

Ukrayna Rusiyanın Su-25 təyyarəsini vurdu

Ukrayna ordusu Donetsk vilayətində Rusiyaya məxsus təyyarəni vurub. Sozcu.az xəbər verir ki, bu barədə Konstantinovski şəhər hərbi idarəsinin rəisi Sergey Qorbunov bildirib. "Qırıntılar Konstantinovski şəhərinin ətrafına düşüb, bir neçə fərdi evə ziyan dəyib. Ölən və xəsarət alan yoxdur”, - deyə o vurğulayıb. Qeyd edək ki, vurulan təyyarənin Su-25 olduğu iddia edilir.

Uşaqlarda üçüncü ən çox rast gəlinən ölüm səbəbi: Əlamətləri bunlardır

“Dünyada 1-59 aylıq uşaqlarda ishal ən çox görülən üçüncü ölüm səbəbidir”. Bunu Uşaq Yoluxucu Xəstəlikləri Şöbəsinin müdiri, həkim Soner Sertan Kara deyib. O, ishalın uşaqlarda ümumi sağlamlıq problemi olduğunu və xüsusilə körpələr və uşaqlar üçün ciddi risklər daşıdığını bildirib: “İshal adətən ürəkbulanma, qusma, qızdırma, qarın ağrısı, sancılar ilə müşayiət olunur. Bu infeksiyalar mikroblar, çirkli qidalar, içməli su və ya gigiyena qaydalarına riayət edilməməsi nəticəsində insandan insana keçir. İshalın ən böyük təhlükəsi susuzlaşdırmadır. Şiddətli simptomlara yuxululuq, gözlərin batması, su içmək istəyinin azalması, aşağı qan təzyiqi, sürətli nəbz və sidik həcminin azalması daxildir. Uşaq 6 aydan kiçikdirsə və ya xroniki xəstəliyi varsa, mütləq həkimə müraciət etmək lazımdır. İshal qarşısı alına bilən və müalicə oluna bilən xəstəlikdir”.

22 il əvvəl anası tərəfindən öldürülən 13 yaşlı qızın qətlinin üstü açıldı - Bakıda DƏHŞƏT

Bakı şəhərinin Suraxanı Rayon Prokurorluğu və rayon polis idarəsinin əməkdaşları 22 il əvvəl, yəni 09.04.2002-ci ildə Hövsan qəsəbəsi ərazisində törədilmiş 1989-cu il təvəllüdlü, 13 yaşlı Z.D-nin (şərti) yaşadığı mənzildə zorakılıq hərəkətlərinə məruz qalması və xüsusi amansızlıqla qəsdən öldürülməsi cinayətlərinin üstünün açılmasını təmin edib. Sozcu.az xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə məlumat yayıb. Belə ki, toplanmış sübutlarla 1980-ci il təvəllüdlü M.E-nin (şərti) həmin tarixdə yetkinlik yaşına çatmayan Z.D-yə qarşı zorakılıq hərəkətləri etməsinə, daha sonra isə Z.D baş verənlər barədə şikayət edəcəyini bildirdiyi üçün sonuncunun anası B.A ilə birgə çoxsaylı xəsarətlər yetirib başqa cinayəti gizlətmək və digər qanunsuz hərəkətlərlə əlaqədar xüsusi amansızlıqla qəsdən öldürmələrinə əsaslı şübhələr müəyyən edilib. M.E və B.A cinayət törətməkdə şübhəli şəxs qismində tutularaq bu gün Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4, 120.2.6-cı (bir qrup şəxs tərəfindən xüsusi amansızlıqla və başqa cinayəti gizlətməklə əlaqədar adam öldürmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq, barələrində müstəntiqin vəsatətləri və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatları əsasında Suraxanı Rayon Məhkəməsinin qərarları ilə həbs qətimkan tədbirləri seçilib.

Oktyabrın 6-7-si ilə bağlı əhaliyə RƏSMİ XƏBƏRDARLIQ

Oktyabrın 6-7-də bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib. Sozcu.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Sarı xəbərdarlığa uyğun olaraq Şabran, Xızı, Siyəzən, Xaçmaz, Altıağac, Qobustan, Neftçala, Cəlilabadda fasilələrlə cənub-şərq küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Şərif Ağayar: “Hər axşam kababxanalar, pivəxanalar adamlarla dolu olur, ölkədə bir güc var, insanların kitabdan uzaq qalmasını istəyir...”

“Reklam elə şeydir ki, nə qədər aparsan, yenə də azdır. Bu mənada, bəli, nəşriyyatlar da daha çox reklam aparmalıdırlar. Amma Mədəniyyət Nazirliyi də daha çox çalışmalıdır ki, efirdə tanıtım getsin. X Beynəlxalq Kitab Sərgisində ziyarətçi sayının az olması insanların maddi vəziyyəti ilə bağlı deyil. Çünki hər axşam bütün toyxanalar, kababxanalar, pivəxanalar adamlarla doludur”.  Bu sözləri Pravda.az-a açıqlamasında tanınmış yazıçı Şərif Ağayar deyib.  “Mənə belə gəlir ki, ölkədə bir güc var və o, insanların kitabdan uzaq qalmasını istəyir. Çünki kitab əhlini aldatmaq çətin olur. Xüsusi marağı olan insanlar var, yoxsa bu cür olmazdı. Adamlar da başa düşməlidirlər ki, xüsusən Azərbaycan kimi ölkələrdə kitabdan ayrı qalan insanın xoşbəxt olmaq lüksü yoxdur. Onu həmişə istismar edəcəklər, aldadacaqlar. Mirzə Cəlil deyirdi ki, “sözünü o kəslərə de ki, sənə qulaq vermirlər...” Təəssüf ki, özümüz yazıb, özümüz eşidirik. Dinləməsi lazım olan adamlar heç bu açıqlamanı da girib oxumayacaqlar”, - o bildirib.  Ş.Ağayar bildirib ki, ötən günlə müqayisədə bu gün Bakı Beynəlxalq Kitab Sərgisində daha çox aktivlik var: “Təcrübə göstərir ki, həmişə şənbə-bazar yaxşı olur. İndi də hərəkətlilik müşahidə olunur...” 

Şahbaz Xuduoğlu: “Onlar üçün Azərbaycan kitabının olmasının, ya ölməsinin heç bir əhəmiyyəti yoxdur”

“Qanun” Nəşrlər Evinin direktoru Şahbaz Xuduoğlu 10-cu Beynəlxalq Kitab Sərgisinin alıcıların sayının az olmasında nəşriyyatların günahlandırılması, bahalaşma dönəmində alıcı cəlbi üçün reklamların zəif olması barədə tənqidlərə münasibət bildirib. Xuduoğlu Pravda.az-a açıqlamasında deyib ki, sərginin keçirilməsi üçün dövlət vəsait ayırıb: “Nəşriyyatlar reklamlarını özləri gücləndirəcəklərsə, onda Beynəlxalq Kitab Sərgisinə nə ehtiyac var? Bu sərginin keçirilməsi üçün dövlətdən büdcə ayrılıb və bu sərgini keçirən şirkət var. Həmin şirkət reklam işlərini aparmalıdır, çünki buna görə pul alıb. Biz var gücümüzlə qüvvəmizdən istifadə edib reklam edirik. Amma kitab reklamı təkcə bizim gücümüzlə olacaq iş deyil. Məsələn, metrolarda reklam asmaq bizim gücümüzlədir? Şəhərin bəzi görkəmli yerlərində, hava limanının giriş-çıxışında, vağzallarda reklam asmaq bizim gücümüzlədir? Xeyr! Bunu müvafiq dövlət strukturları icra etməlidir. Təbii ki, kitab təbliğatında maraqlıdırlarsa... Hər halda Azərbaycan kitabının təbliğində çox qüvvələr maraqlı deyillər. Mən yalnız bunu görürəm, bilirəm. Onlar üçün Azərbaycan kitabının olmasının, ya ölməsinin heç bir əhəmiyyəti yoxdur”.  Ş.Xuduoğlu əlavə edib: “Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin qəbul etdiyi qərara əsasən, nəşriyyatlardan kitab alışı dayandırılıb. Biz nəşriyyatçılar da etiraz olaraq bu gün toplantı keçiririk. Toplantıya mədəniyyət nazirinin müavinini, eləcə də Dövlət Xidmətinin nümayəndəsini dəvət etmişik...” 

Şuşanın azadlığı uğrunda döyüşdə şəhid olan Vətən Müharibəsi Qəhrəmanı

İşğal altında olan torpaqlarımızın azad olunması uğrunda qəhrəmanlıqla döyüşərək şəhid olan qəhrəmanlarımızdan biri də kapitan Surxay Əbdül oğlu Noçuyevdir. Surxay Noçuyev 19 dekabr 1988-ci ildə Zəngilan rayonunun Məmmədbəyli kəndində anadan olub. Surxay Noçuyev 1995–2002-ci illərdə Xarici Dillər Təmayüllü Gimnaziyada təhsil alıb. Uşaqlıqdan hərb sənətinə böyük maraq göstərən Surxay Noçuyev 2003–2006-cı illərdə təhsilini Cəmşid Naxçıvanski adına Hərbi Liseydə davam etdirib. Surxay Noçuyev 2006–2010-cu illərdə isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində Quru Qoşunları fakültəsini və Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim Və Tədris Mərkəzinin “Zabit ixtisas kursu”nu bitirib. Müdafiə nazirinin 23 iyun 2010-cu il tarixli əmri ilə Surxay Noçuyevə “leytenant” hərbi rütbəsi verilib. Zabit kimi fəaliyyəti müddətində Surxay Noçiyev Tağım komandiri, Bölük komandiri, Qərargah rəisi və Tabor komandiri vəzifələrində çalışıb. Xidmət dövründə Müdafiə nazirinin əmri ilə, “Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi (1918–2013)”, “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli, “Azərbaycan Ordusunun 100 illiyi (1918–2018)” medalları ilə təltif olunub. Surxay Noçiyev 2016-cı ilin aprelində baş verən döyüşlərdə iştirak edib. Aprel döyüşlərində də xüsusi sücaət göstərən Surxay Noçiyevin ən böyük arzusu torpaqlarımızı işğaldan azad etmək olub.  2020-ci il sentyabrın 27-də Vətən müharibəsi başlayan gündən Surxay ön cəbhədə döyüşlərə qatılıb. Döyüş müddətində Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Xocavənd və Şuşa uğrunda döyüşlərə tabor komandiri kimi qatılıb.  Cəsur komandir hər zaman əsgərlərinin önündə döyüşə girib. 2020-ci il noyabrın 9-da erməni quldurları ilə Laçın-Xankəndi-Şuşa yolunun kəsişməsində üz-üzə gələrkən də Surxay Noçuyev mübariz keyfiyyətlər nümayiş etdirib.  Surxay Noçuyev döyüş yoldaşı Kənan Babayev mediaya açıqlamasında tabor komandirinin qəhrəmanlığından danışıb: “Daşaltı istiqamətindəki döyüş çox ağır keçdi. İtkimiz də çox oldu, yaralananlar da var idi. Noyabrın 6-da səhər tezdən mən də yaralandım. Snayperlə ayağımdan vurmuşdular. Həmin gün səhər 8-də mühasirəyə düşdük. 3 yaralı 14 saat mühasirədə qaldıq. Düşmən hər tərəfdən minomyotla, avtomatla üzərimizə atəş yağdırırdı. Mühasirə vaxtı hava qaralandan sonra ermənilər başımızın üstünü almışdı. Yaralı olduğumuzu bilirdilər, bizi əsir götürmək istəyirdilər. Hər tərəfdən atırdılar deyə, bizimkilər əvvəl yaxın dura bilmirdilər. Ancaq sonra görəndə ki, düşmən bizi əsir götürə bilər, artıq təhlükəyə baxmadılar, tabor komandirimiz Surxay Noçuyev, bölük komandiri Elvin Məmmədzadə, çavuş Qaraxanov, taqım komandirim Fədai Abdullayev öz həyatlarını riskə ataraq bizi xilas etməyə gəldilər. Bizi hospitala gətirdilər, sonra eşitdim ki, Surxay Noçuyev və Elvin Məmmədzadə Şuşa uğrundakı döyüşlərdə şəhid olublar”. Surxay Noçuyevin komandirliyi ilə düşmənin çoxsaylı canlı qüvvəsi və texnikası məhv edilib. Qəhrəman komandir noyabr ayının 9-u Şuşa şəhərində Vətən müharibəsinin sonuncu günündə qəhrəmancasına şəhid olub. 12 noyabr 2020-ci ildə II Fəxri xiyabanda dəfn olunub. Özündən sonra iki övladı yadigar qalıb. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunan ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulan döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən kapitan Surxay Noçuyevə “Vətən Müharibəsi Qəhrəmanı” adı verilib.  Bundan başqa Surxay Noçuyev Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulan  tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamına əsasən ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”  və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib. Bu yazı Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Təhsilə Dəstək Mərkəzi” İctimai Birliyinin icra etdiyi “Şərqi Zəngəzur məktəblərində Vətən Müharibəsi Qəhrəmanlarının təbliği” layihəsi çərçivəsində hazırlanıb. Yazının məzmununda əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.

"Putinin "qırmızı xətləri" blefdir, NATO onların çoxunu keçib" - Stoltenberq

"Ukraynanı NATO-ya işğal edilmiş ərazilərilə də qəbul etmək olar..." NATO-nun sabiq baş katibi Yens Stoltenberq bəyan edib ki, Ukraynanın bütün əraziləri Rusiya işğalından azad edilməsə belə, o, Alyansa üzv ola bilər. Sozcu.az xəbər verir ki, bu barədə o, "Financial Times" nəşrinə müsahibəsində deyib. Stoltenberq hesab edir ki, əgər Ukrayna işğal edilmiş ərazilərilə Alyansa üvz olarsa, Şimali Atlantika Müqaviləsinin 5-ci maddəsinin tətbiqi ilə bağlı məsələnin həlli üsulları var. O, qeyd edib ki, elə bir xətt ola bilər ki, onun beynəlxalq birlik tərəfindən tanınması mütləq olmasın. "Yedə də müqayisə aparmaq həmişə çox təhlükəlidir, çünki heç bir paralellər 100 faiz doğru olmur, amma Birləşmiş Ştatların Yaponiyanın təhlükəsizliyinə zəmanati var. Lakin bu zəmanətlər Yaponiyanın özünün hesab etdiyi, amma Rusiya tərəfindən nəzarət edilən Kuril adalarına şamil edilmir", - o, dəqiqləşdirib. Bundan başqa, o, həmçinin Şərqi Almaniyanı özünün böyük bir hissəsi hesab etdiyi Qərbi Almaniyanı xatırladıb. "Onların Şərqi Berlində səfirliyi olmayıb. Lakin NATO, əlbəttə ki, o zaman yalnız Qərbi Almaniyanı müdafiə edib. İradə olanda, qərar qəbul etməyin üsulları da olur. Amma bizə elə xətt lazımdır ki, 5-ci maddə tətbiq edilsin, Ukrayna da bu xəttədək bütün ərazilərinə nəzarət etsin", - Stoltenberq əlavə edib. "Mən Putinin üzdəniraq "qırmızı xətləri"nin keçilməsinə təkid etmişəm..." Stoltenberq bəyan edib ki, o, həmişə Rusiyanın Ukraynada müharibə ilə bağlı "qırmızı xətləri"nin keçilməsinə tərəfdar olub. O, deyib ki, tammiqyaslı müharibənin əvvəlində elə günlər və həftələr olub ki, biz bu xətlərlə bağlı məsələləri müzakirə edib qərarlar qəbul etməli olmuşuq.  Onun sözlərinə görə, biz təhlükəni nəzərə almalıydıq, amma Ukraynaya yardımı dayandırmaq variantımız olmayıb. "Əslində mən bütün bu üzdəniraq "qırmızı xətlərin" keçilməsinə təkid etmişəm. Və biz onların bir çoxunu keçmişik, Putin isə heç nə etməyib. Gerçəklik budur ki, əgər Putin kütləvi qırğın silahını tətbiq etməklə eskalasiyaya getmək istəyirsə, o, bunun üçün bütün zəruri səbəbləri yarada bilər. Hələ ki, biz bunun blef olduğunun üstünü açmışıq". "Zelenskinin təcrübəsi yox idi, mən onu lazımınca dəyərləndirməmişəm..." Daha sonra NATO-nun sabiq baş katibi deyib ki, prezidentliyinin əvvəlində Zelenski siyasətdə təcrübəsiz olub, ona görə də o, lazımınca dəyərləndirilməyib.  Stoltenberqin Zelenski ilə ilk görüşü 2019-cu ilin iyununda, onun prezident seçilməsindən bir neçə həftə sonra baş tutub. "O, mənim xoşuma gəlib, amma onun hərbi lider olacağını mən təsəvvür etmirdim. O, təcrübəsiz idi, ən sadə suallar verirdi, mən onu tamamilə dəyərləndirə bilməmişəm", - Stoltenberq xatırlayıb. Rusiyanın Ukraynaya tammiqyaslı müharibəsi başlananda, işğalçılar Zelenskini ələ keçirməyə çox yaxın olub. "Bu, bir növ sınaq olub. Əgər Kiyev süqut etsəydi və onlar Zelenskini ələ keçirsəydilər, - onlar isə buna çox yaxın olub, - o zaman müharibə tamamilə başqa cür olacaqdı", - o, deyib. O, həmçinin Zelenski ilə ilk "ağır" telefon söhbətini xatırladıb. Söhbətin xeyli hissəsi uçuşsuz zonaya həsr edilib. O, uçuşsuz zona istəyib, amma mən bunu edə bilməzdim. Gerçəklik belə olub ki, lap əvvəldən mən NATO-nun bu məsələdə yanaşmasını müəyyən etmişdim. Bu da münaqişənin bir hissəsi olmadan Ukraynaya dəstək verməkdən ibarət olub", - NATO-nun sabiq baş katibi deyib.

Qaxda maşın aşdı - Sürücü yaralandı

Qaxda avtomobil aşıb, sürücü xəsarət alıb. Sozcu.az xəbər verir ki, hadisə səhər saatlarında rayonunun Qıpçaq kəndi ərazisində baş verib. Belə ki, 1988-ci il təvəllüdlü Qax rayonu İngiloy Kötüklü kənd sakini Berikaşvili Slava Maksimoviçin idarə etdiyi "Nissan" markalı avtomobil hərəkətdə olarkən idarəetməni itirib,nəticədə maşın yoldan çıxaraq aşıb. Hadisə zamanı sürücü xəsarət alaraq Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Metroda ölüm hallarının qarşısını necə alaq? - Ekspert

Bir qədər əvvəl Bakı Metropoliteni QSC-nin “28 May” və “Ulduz” stansiyalarında sərnişin qatar yoluna düşüb. Bu, ilk belə hadisə deyil. İldə bir neçə dəfə metrostansiyalarda ölüm hadisəsi baş verir. Bəziləri ehtiyatsızlıqdan yıxılsa da, çoxu intihar məqsədilə özünü qatarın altına atır. Yaponiya və başqa bir neçə ölkədə perronda sədd çəkilib ki, bu da yaşana biləcək bənzər hadisələrin qarşısını alır. Azərbaycanda da eyni tədbir görülə bilərmi? Sozcu.az xəbər verir ki, Globalinfo.az-a danışan təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev stansiyalarda belə səddin olmasının mütləq olduğunu deyib. Onun fikrincə, bundan sonra təhlükəsizliklə əlaqədar sədd çəkmək olar: “Təbii ki, metrostansiyaların layihələndirilməsi zamanı bunlar nəzərə alınmalı idi. Sonradan sədd qurmaq mürəkkəb prosesdir. Amma təhlükəsizlik baxımından çox vacib məsələdir. Hətta təhlükəsizliklə bağlı səddin quraşdırılması məqsədəuyğundur. Növbəti stansiyaların tikintisi zamanı bunlar nəzərə alınsa, çox yaxşı olar”. O qeyd edib ki, metroda insan sıxlığı az qala pik həddə çatıb və belə məqamda təhlükəsizlik tədbirləri gücləndirilməlidir. Bakı Metropoliteni QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədovun sözlərinə görə, platforma qapıları ilə bağlı araşdırılma aparılıb və kifayət qədər böyük vəsaitin tələb olunduğu məlum olub: “Bu proses Metropolitenin infrastrukturunun bir sıra sahələrini əhatə etməlidir. Söhbət sərnişin təhlükəsizliyindən gedirsə, bu, hər aspektdə qiymətləndirilməlidir. Bir təhlükəsizlik problemini həll etdikdə digər problem yaradılmamalıdır. Təbii ki, müasir dünyada hər şey mümkündür. Amma platforma qapılarının quraşdırılması kifayət qədər böyük maliyyə vəsaiti və texniki resurslar tələb edən işdir”.

Bakıda 76 min manatı dələduzluqla ələ keçirən şəxs tutuldu

Polis Bakı və Sumqayıtda dələduzluqda şübhəli bilinən iki nəfəri saxlayıb. Sozcu.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Belə ki, Xəzər Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bir nəfərin 76 min manatını dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən 49 yaşlı A.Alıyev, Sumqayıt ŞPİ 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə isə şəhər sakini olan bir nəfərin 8 745 manatını dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş 33 yaşlı İ.Məmmədli müəyyən olunaraq saxlanılıblar. Faktlarla bağlı araşdırma aparılır.

Dünyada sülh yoxdur: Nobel Sülh mükafatını kimə verək?

Dünyadakı vəziyyəti nəzərdən keçirəndə olduqca böyük miqyasda qarşıdurma, düşmənlik görürəm. Düşünürəm ki, bəlkə də Nobel Sülh mükafatı bu il verilməməlidir. Sozcu.az xəbər verir ki, bunu Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun rəhbəri Dan Smit deyib. "Bu mükafatı cari ildə heç kəsə verməyərək, sülh səylərinin kifayət etmədiyinə diqqət çəkmək daha doğru addım olar", - o bildirib. Qeyd edək ki, Nobel Sülh mükafatı dünya müharibələri də daxil olmaqla, keçmişdə 19 dəfə təqdim edilməyib. Sonuncu dəfə mükafat 1972-ci ildə verilməyib. Digər tərəfdən, bəzi ekspertlər builki Nobel Sülh mükafatının favoritləri arasında bir müddət əvvəl İsrail tərəfindən “persona non qrata” elan edilən Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreşin olduğunu bildirib.