Əvvəllər bankların əksəriyyəti kredit verilişi və gecikmələr zamanı sərt tədbirlərə əl atırdı. Hətta uzunmüddətli gecikmələr və digər ciddi problemlər zamanı müddətli həbs tədbirləri də baş verirdi.
Lakin pandemiya dövründə və daha sonra vəziyyət ciddi dərəcədə dəyişməyə başladı. Artıq bankların bir çoxu olduqca sərfəli şərtlərlə kredit təklif etməkdədir. Bu isə kreditlə bağlı müraciət edən vətəndaşların sayında ciddi artıma gətirib çıxarır. Bəs görəsən, bu yaxın gələcəkdə banklar üçün ödənilməmiş milyardlıq borclara səbəb ola bilərmi?
Mövzu ilə bağlı Yenisabah.az-a danışan iqtisadçı-ekspert Əkrəm Həsənov bildirib ki, əslində pandemiya dövründə kredit dövrləri uzandığı üçün banklar qazanan tərəf oldular: vakansiya
“Deməzdim ki, COVİD-19 zamanı banklar tərəfindən ciddi sayıla biləcək güzəştlər tətbiq olundu. Sadəcə, kreditlərin vaxtı uzadıldı. Amma müştərilər yenə də həmin məbləği və hətta dövr uzandığı üçün daha artıq faizlər ödəyirlər. Ona görə də ciddi güzəştlərin olduğunu deməzdim. Mərkəzi Bank sadəcə banklara tövsiyə etdi ki, vətəndaşların gecikmələrini cərimə olaraq saymasınlar. Amma banklar cərimə saymalar belə, vaxt uzandığı üçün əlavə faizlər tutdu. Ona görə də bu məsələdə banklar üçün hansısa problem yoxdur”.
Ekspertin fikrincə, bankları gözləyən daha başqa təhlükə var:
“Banklar təhlükə gözləyirsə də, buna görə gözləmir. Sadəcə, banklar son vaxtlar yenə də kimə gəldi-gəlmədi kreditlər verirlər. Düzdü, əvvəlki qədər olmasa da, bu nüans banklar üçün gələcəkdə problem yarada bilər. Amma düşünmürəm ki, banklar üçün gələcəkdə hansısa ciddi təhlükə olsun”.